83
Göründüyü kimi, N.Vəzirovun bizə gəlib çatmış birinci əsəri
“Ev tərbiyəsinin bir şəkli” adlı bir pərdəli pyesində adlar obrazın
xarakterinə uyğun verilməmişdir. “Bayraməli” (“böyük şadlıq”
anlamında), Səfdərqulu (“igid məxluq” anlamında), Rəsul (“elçi,
peyğəmbər” anlamında), Şahmar (“iri zəhərli ilan” anlamında)
şəxs adlarının leksik mənası obrazların nə daxili, nə də xarici
aləmininə uyğun gəlmir.
N.Vəzirovun “Daldan atılan daş topuğa dəyər” komedi-
yasındakı yazıçı obrazlara verilmiş adların müəyyən dərəcədə
təsadüfi olması fikrini qaravaş Pərinin dili ilə deyir: “Gələcəkdir
Məşədi Cahan – “Xanımın canı sağ olsun, Iskəndər olmaz Kərim
ola, Kərim olmaz Səlim ola.” (224, 44)
Dramaturgiyada yoxsul sinfin nümayəndələrinin surətini
yaradarkən qısaldılmış, kiçik fonetik tərkibə malik olan adlardan
istifadə olunması ənənəvi bir haldır. Məsələn, Cəbi, Yetər
(“Yağışdan çıxdıq, yağmura düşdük”); Vəli, Hürü (“Müsibəti-
Fəxrəddin”); Qulu (“Pəhləvanani-zəmanə”); Telli (“Adı var, özü
yox”) adlarını həmin fikrə uyğun olaraq nümunə gətirmək olar.
M.F.Axundovun, N.Vəzirovun bədii üslubundan fərqli
olaraq, Ə.Haqverdiyevin yaradıcılığında onomastik vahidlərdən
istifadə olunarkən, demək olar ki, heç bir prinsipə riayət
olunmamışdır. Üç pərdədən ibarət olan “Yeyərsən qaz ətini,
görərsən ləzzətini” komediyasında mövzu tacir həyatından
alınmışdır. Yazıçı əsərdə qadınların hüququnu və mənliyini
tapdalayan çoxarvadlılıq məsələsinə toxunmuşdur.
XIX əsrin sonlarında Ə.Haqverdiyev günü-gündən iflasa
uğrayan mülkədarların həyatı üzərində müşahidələr apararaq
“Dağılan tifaq”, daha sonra isə “Bəxtsiz cavan” pyesini yaz-
mışdır. Birinci pyesdə “dağılan tifaq” Nəcəf bəyindir. Nəcəf bəy
84
isə “dünya beş gündür, beşi də qara” fəlsəfəsi ilə yaşayan
bəylərdəndir. Nəcəf bəyin oğlu Süleyman da atasının həyat tərzini
yaşayır, onun kimi qumar oynayır, həyatda heç bir ülvü məqsədə
xidmət etmir. O, Dəllək Imamverdinin qızını qaçırıb dağda-
dərədə gizləyir. Bu da onunla kəndlilər arasında olan ziddiyyəti
dərinləşdirir. Imamverdinin oğlu Kərim Süleyman bəyə tələ qurur
və onu güllə ilə vurub öldürür.
Ə.Haqverdiyevin “Dağılan tifaq”da yaratdığı Nəcəf və onun
qumar dostları – Səlim bəy, Aslan bəy və Həmzə bəy obrazları
XIX əsrin sonunda XX əsrin əvvəllərində məhv olan bir sinfin –
mülkədar sinfinin tipik nümayəndəsi olsa da, onların adlara,
soyadlara münasibəti yenidir. Nəcəf bəy yeni kapital yığmağa
başlayan müamiləçi Məşədi Cəfərdən müəyyən dərəcədə fərqli
düşünür, bəzi yenilikləri, günün nəbzini tutmaq qabiliyyətinə
malikdir. Belə ki, XIX əsrdə Azərbaycan xalqının həyatına, daha
doğrusu, antroponimlər sisteminə familiyalar – soyadlar daxil
olmuşdur. Nəcəf bəy özünə soyad götürən köhnə burjuaziyanın
nümayəndəsidir. Məşədi Cəfər ona sələmlə pul verərkən həm
girov, həm də təməssük, yəni razılaşma sənədi tələb edir.
Təməssükdə Nəcəf bəy yazır: “Bu min iki yüz doxsan
doqquzuncu ilin rəcəbül mürəccəb ayının on yeddinci günündə,
mən Nəcəf bəy Murad bəy oğlu Çaybasarski bu təməssükü
verirəm öz həmşərim Məşədi Cəfər mərhum Dadaş oğluna, bu
üzrə ki, müşarileyhdən iki yüz manat məbləği-rusi qərz aldım...”
(108, 135) Qeyd etdiyimiz kimi, şəxs adı obrazın хaraktеrini
üslubi tərəfdən səciyyələndirməsə də, “Çaybasarski” sırf üslubi
funksiya daşıyır, çünki Nəcəf bəy və onu kimiləri iflasa
uğramaqla yanaşı, öz əməlləri ilə həm özlərini, həm də ailələrini
ölümə məhkum etmişlər, “-ski” şəkilçisi isə XIX əsrin sonu XX
85
əsrin əvvəlləri üçün xarakterik olan familiya sonluğudur. Buna
görə də yazıçı Nəcəf bəyə Çaybasarski, yəni “çayda batan, çay
basar adam” soyadını vermişdir.
Ə.Haqverdiyev “Bəxtsiz cavan” dramında mülkədarı Hacı
Səməd ağa, onun həm vətən üçün, həm xalq üçün, həm də
valideyn üçün lüzumsuz oğlunu isə Çingiz adlandırmışdır. Bu
obrazların adları təsadüfi olaraq verilmiş ənənəvi adlardır.
Pyeslərdə mövcud olan Nəcəf, Süleyman, Kərim, Imamverdi,
Səməd və digər obrazların onomlarının leksik anlamını yuxarıda
qeyd etdiyimizdən bir daha təkrarlamağa lüzum görmədik. Lakin
qeyd etmək lazımdır ki, bu adlarda obrazın məişət tərzini,
əməllərini, inamını, habelə dünyagörüşünü əks etdirən heç bir
cəhət yoxdur, lakin adların hər birində dövrün izləri
görünməkdədir.
N.Nərimanovun bədii yaradıcılığında mövcud olan Abdulla,
Qurbanəli, Gülpəri,Vəli (“Nadanlıq”); Ibrahim, Nigar, Nazlı,
Niyaz, Sultan, Murad, Rəsul, Rza, Hеydər, Nəcəf, Cəfər (“Dilin
bəlası, yaхud Şamdan bəy”); Cəfər, Rza, Məhəmməd, Cavad,
Hеydər, Salеh, Musa (“Nadir şah”); C.Məmmədquluzadənin
bədii yaradıcılığında mövcud olan Хəlil, Sadıq, Cəfər, Hеydər,
Gülsüm, Fizzə, Əhməd, Qasıməli (“Danabaş kəndinin əhvalat-
ları”); Cəfər, Mustafa (“Kişmiş oyunu”) kimi şəxs adları xalq
arasında geniş yayılsa da, əsərdə hеç bir üslubi çalar daşımır,
obrazın hеç bir cəhətini səciyyələndirmir, ad obrazı xarici və
daxili tərəfdən işıqlandırmır.
6. Real həyatdan götürülmüş insanların prototipini yaradaraq
obraz yaratma.
Molla Ibrahimxəlil M.F.Axundovun ilk komediyası olan
“Hekayəti-Molla Ibrahimxəlil Kimyagər”in baş qəhrəmanıdır.
86
Yazıçı komediyanın süjetini XIX əsrin 30-cu illərində öz doğma
vətəni Şəki şəhərində həqiqətən baş vermiş real bir hadisədən
götürmüşdür. Molla Ibrahimxəlil Kimyagər XIX əsrin birinci
yarısında Şəkidə yaşamış bir şəxsiyyətdir. (23, 249) Bu barədə ilk
məlumata M.F.Axundovun müasiri, maarifçi dramaturq Rəşid
bəy Əfəndiyevin ədib haqqında xatiratında rast gəlmək
mümkündür. O yazır: “Çar höküməti Zaqafqaziyanı istila etdiyi
zaman Nuxa qəzasında Molla Ibrahimxəlil adlı bir aferist zərgər
kimya xülyasına qapılaraq yalnız avam xalqı deyil, çar
hökümətinin yerli işçilərini də aldatmağa müvəffəq olmuşdur.
Molla Ibrahimxəlil bir qədər gümüşü qumlu torpağa qatıb sərdar
dəftərxanasına gətirir. Bir ərizə ilə Sərdara müraciət edərək,
Xaçmaz dağlarında gümüş mədəni tapdığını bildirib, haman
mədəni işlətməyə icazə istəyir və hökümətdən maddi yardım tələb
edir. Sərdar Molla Ibrahimxəlilin gətirdiyi qarışıq torpağı
müayinə üçün Peterburqa göndərir. Müayinə nəticəsində torpağın
içərisində əlli faiz gümüş olduğunu aydınlaşdırdıqdan sonra
haman mədəni işlətmək üçün hökümət Molla Ibrahimxəlilə icazə
və dörd min manat da para verir. Molla Ibrahimxəlil icazə
aldıqdan sonra gedib bir müddət Xaçmaz dağlarında çadır qurub
oturur. Hər tərəfdən pullu tacirlər, bəylər çoxlu pullar ilə bunun
yanına gəlirdilər. Molla Ibrahim isə yanına saçlı-paçaqlı bir
dərviş alıb, iksir ilə torpağı gümüşə döndərmək haqqında
mövhumatlar yayıb xalqın başını qarışdırırdı. Beləliklə, az bir
zaman içərisində Molla Ibrahimxəlil çox para yığdı. Mirzə Fətəli
“Kimyagər” komediyasında Molla Ibrahimxəlilin xalqı və
hökümət adamlarını aldatmasını çox gözəl bir surətdə
göstərmişdir. Senzor hökümət qulluqçularının aldadılması
qismini nəşr etməyə icazə verməyərək əsərin içərisindən silmiş
Dostları ilə paylaş: |