ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə19/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   15   16   17   18   19   20   21   22   ...   76

 
 
67
məhəbbətindən irəli gəlir. Lakin Şəhrəbanu xanımın həyat 
təcrübəsi daha çoxdur, o daha qətiyyətlidir, buna görə  də 
fırıldaqçı  dərvişə müraciət edir və onu “yüz bacaqlı ilə” yola 
salır. Gənc  Şərəfnisə müəyyən həyat təcrübəsinə malik olan 
Şəhrəbanu xanımın davamçısıdır. Ola bilsin ki, bir neçə ildən 
sonra o da qızının məhəbbəti naminə belə bir “qəhrəmanlıq” edəcək. 
M.F.Axundov personajların xarakterindəki bu oxşarlığa görə 
obrazlara oxşar onomlar vermişdir:  Şəhrəbanu və  Şərəfnisə. 
Onomların hər ikisinin ilk hərfləri eynidir. Deməli, yazıçı 
obrazlara antroponim verərkən oxşar xarakterlər – oxşar onomlar 
prinsipinə üstünlük vermişdir. Həm də dilimizin antroponimlər 
sistеmində Azərbaycan ailəsində adların səs tərkibinin və 
mənasının bir-birinə yaхınlığı qədim ənənəvi üsuldur. 
“Şərəfnisə”  ərəb mənşəli olub “yüksək dərəcəli, imtiyazlı, 
mənliyi olan qız, qadın”; “Şəhrəbanu” isə fars mənşəli olub 
“şəhər valisinin arvadı,  şəhərin birinci xanımı, tanınmış qadını” 
anlamlarını bildirir. 
“Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının ikinci 
mənfi obrazı Məstəli şahın köməkçisi Qulaməlidir. Məstəli şahın 
əlli, Qulaməlinin isə otuz yaşı var, hər ikisi iranlıdır. Qulaməli 
Məstəli şahın şagirdidir, yəni onun davamçısıdır. Bu, “Qulaməli” 
onomundan da aydın görünür. Hər iki onomun ikinci komponenti 
“Əli”  şəxs adı islamçılıqla bağlı olduğu üçün bütün dövrlərdə 
işlək olan adlardandır. “Əli” adının hər iki obrazın onomunda 
olması onların eyni məqsədə qulluq etmələri ilə  əlaqədardır. Bu 
obrazın onomunun “əlinin qulu, nökəri; eyni məqsədə qulluq 
edənlərin qulu” anlamında adlandırılması kimi izahı obrazın 
xarakteri ilə antroponimi arasında əlaqə olduğunu göstərir.  


 
 
68
Bədii yaradıcılığında M.F.Axundov dramaturgiyasından 
bəhrələnən N.Vəzirovun “Daldan atılan daş topuğa dəyər” 
komediyasındakı iranlı dərvişin adının da Heydərəli olması onun 
cadugərlik sənətində  Məstəli  şahın davamçısı olması ilə 
əlaqədardır. “Daldan atılan daş topuğa dəyər” komediyasında 
arzusuna çatmaq üçün fəaliyyət göstərən Xırda xanımın əl atdığı 
üsul köhnədir, bu üsul M.F.Axundovun “Hekayəti-Müsyö Jordan 
və  Dərviş  Məstəli  şah” komediyasından bizə tanışdır. Xırda 
xanım Nurcahanın məsləhəti ilə cadugərə müraciət edir. Bu 
cadugərin həm  əməli, həm də onomun üslubi хüsusiyyəti 
Hеydərəlinin məhz Məstəli  şahın, Qulaməlinin davamçısı 
olduğunu göstərir. Yazıçı Heydərəlinin dili ilə adların həyatda, 
müxtəlif vəziyyətlərdə bir-birlərinə uygun olmasının  əsas 
şərtlərdən biri olmasını özü də etiraf edir: “Ismilərindən görünür 
ki, tamam olmuş işdir: Iskəndər və Səkinə.” (224, 42)  
Mirzə  Sədrəddin (“Aldanmış  kəvakib”)  Şah Abbasın 
sarayında münəccimbaşıdır. Povestdə  Şah Abbasa Iran torpağı 
üzərində böyük bir bədbəxtlik və  fəlakət, Iran taxtında oturan 
hökmdara isə müsibət baş verəcəyini məhz Mirzə  Sədrəddin 
xəbər gətirir. Mollabaşı fürsətdən istifadə edib düşməni Mirzə 
Sədrəddindən intiqam almaq məqsədi ilə deyir: “Şah Abbas bu 
hadisənin dəfi üçün onun özündən əlac istəsin.” Mirzə Sədrəddini 
bu çətin vəziyyətdən ustadı Mövlana Cəmaləddin xilas edir: 
“Novruzdan on beş gün keçənədək  Şah Abbas səltənətdən 
kənarlaşmalı, təxtü-tacı başqa bir nəfərə  təslim etməlidir ki, o 
zaman kəvakibin təsiri həmin şəxsə ziyan yetirəcək, həmin şəxsin 
başında çatlayacaq.” (23, 207)  


 
 
69
Hər iki ad ərəb mənşəlidir, Sədrəddin “din başçısı, dinin 
ürəyi, dinin rəhbəri” (29, 311); Cəmaləddin isə “dinin gözəl 
üzlüsü, dinin gözəli” anlamlarını bildirir. (29, 91)  
Cəmaləddin obrazına Iskəndər bəy Münşinin “Tarixi-aləm-
arayi-Abbası” tarixi əsərində də rast gəlirik. Deməli, həmin obraz 
yalnız sənətkar təxəyyülünün məhsulu deyildir. Yazıçı 
“Sədrəddin” onomunu “Cəmaləddin”  şəxs adının həm səs 
tərkibinə, həm də anlamına görə  bənzərini sеçmişdir. Çünki bu 
obrazların biri ustad münəccim, digəri isə münəccimbaşıdır. 
Deməli, yazıçı surətləri adlandırarkən onomların üslubi 
хüsusiyyətlərini  əsas götürürək, eyni peşə sahiblərinə oxşar 
antroponimlər vermişdir.  
N.Vəzirovun “Sonrakı peşmançılıq fayda verməz” pyesində 
Səlim bəy dəftərxana rəisidir və yenicə ailə qurmuşdur. Lakin 
ailədə böyük narazılıq var. Onun anası Fatma xanım gəlini 
Səlibnaz xanımla yola getmir, tez-tez dava-dalaş salır, narazılıq 
törədir. Iş o yerə çatır ki, Səlim əmisi oğlu Səttar bəylə birlikdə 
Sibirə qaçır. Yəqin ki, yazıçı bu adları  təsadüfi olaraq 
seçməmişdir.  Əsərdə obrazların üçünün adının ilk hərflərinin 
fonetik tərkibi eynidir: Səlim, Səttar, Səlibnaz. Bu üç obraz da 
qaynananın davranışlarından narazıdırlar. Bu adların təsadüfi 
olmaması  Səlim bəylə, Səttar bəyin məhz Sibirə qaçmalarından 
(yəni, onomastik vahidlər “S” hərfi ilə başlayır) aydın olur. 
Əsasən, qonşu misraların ilk sözlərinin ilk səsləri eyni və ya 
uyğun səslər olursa, bu, alliterasiyadır. (35, 189) “Səlim bəylə 
Səttar bəy Sibirə qaçdılar” ifadəsində adların alliterasiyası özünü 
göstərir.  
N.Vəzirovun digər  əsərində - “Adı var, özü yox” pyesində 
mülkədar Cənnətəli ağanın on səkkiz yaşında olan oğlunun adı 


 
 
70
Heydərquludur. Heydərqulu ağa məktəbdən qaçıb nökərlərə  və 
qaravaşlara divan tutur, eyş-işrətlə  həyat keçirir. Əslində onun 
həyat tərzi yaşadığı dövrün, mühitin aparıcı qüvvəsi olan imkanlı 
şəxslərin nümunəvi bir həyat tərzi olmalıdır, çünki gələcək 
nəsillərin təhsil alması üçün lazım olan bütün vəsait onların 
əlində toplanmışdır. Heydərqulu isə özünün bu üstünlüyündən 
istifadə etmir, ancaq nökərlərə  və qaravaşlara qoşulub maddi və 
mənəvi miskinliyə  uğramış ailəsinin tam süqutuna səbəb olur. 
Buna görə də yazıçı ağanın yeganə oğlunun onomunu nökərlərin 
adlarına forma cəhətdən uyğun vermişdir - nökərlər Allahqulu
Şahqulu, Səfiqulu, bəy isə Heydərqulu adlandırılmışdır. 
Hеydərquluya hər cəhətdən yaхın olan digər obraz isə ətalət 
və tənbəllik хəstəliyinə tutulmuş Səfdərquludur (“Еv tərbiyəsinin 
bir  şəkli”). Bayraməli bəy oğlu Səfdərqulunu məktəbə 
qoymuşdur, lakin Səfdərqulu onun ümidini doğrultmayıb gеri 
qayıtmışdır. Dеməli, N.Vəzirov yaratdığı obrazlara yaхın 
хaraktеrlərinə uyğun olaraq oхşar adlar vеrmişdir. 
C.Məmmədquluzadə “Danabaş  kəndinin  əhvalatları” povеs-
tində Xudayar bəyin iki oğlunu – altı yaşlı Heydərqulunu, doqquz 
yaşında Muradqulunu və Zeynəbin isə yeganə  oğlu Vəliqulunu, 
“Kişmiş oyunu” pyеsində  kəndliləri – Nurəlini,  Şirəlini, 
Həsənəlini, Novruzəlini adlandırarkən oxşar onomlar prinsipinə 
riayət etmişdir.  
3.  Yazıçının antroponimə  bəslədiyi rəğbət hissi ilə  əlaqədar 
olaraq müsbət obrazın adlandırılması. 
“Sərgüzəşti-vəziri-xani-Lənkəran” komеdiyasında M.F.Axundov öz 
dövründə qul kimi satılan, insan hüququndan məhrum edilən 
Azərbaycan qızlarının vəziyyətini açıb göstərir. Lakin 
komediyada Nisə xanım köhnə adət-ənənəyə qarşı etiraz edir, öz 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə