75
"Divanbəyi. (acıqlanmış, rus dilində) A kişi, sən nə qozqu-
rursan?
Nəcəf. (özünü dilmanca tutur ) Anlamadım, ağa nə buyurur?
Dilmanc. Divanbəyi buyurur ki, sizdə qoz, fındıq çox
olurmu?
Nəcəf. (dilmanca) A başına dönüm, Divanbəyiyə ərz elə ki,
bu dərənin adına Fındıqlı dərəsi deyirlər. Qozun, fındığın
mədənidir. Allah qoysa, qoz çırpılanda, fındıq dəriləndə çuval-çuval
qulluğuna gətirərik. Divanbəyinin layiqincə yolun görmək bizim
başımız üstə...
Dilmanc. (Divanbəyiyə rusca) Ağa, Nəcəf ərz edir ki, qoz-
fındıq vaxtı çuval-çuval qulluğunuza gətirəcəklər və layiqincə
yolunuza baxacaqlar. (23, 88)"
Belə bir tərcümədən sonra Divanbəyi hirslənir, lakin
Kamalova nöqsan tutmur. Nəcəflə Divanbəyinin sonrakı dialoqu
isə dilmancsız da keçir. Məlum olur ki, Divanbəyi Azərbaycan
dilini müəyyən qədər bilir, Nəcəflə dilmancsız da danışa bilərdi.
Lakin Divanbəyinin fikrinə ğörə, onun vəzifədə olan tərcüməçisi
var və bu tərcüməçi də üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
Kamalov kimdir, hansı təbəqənin nümayəndəsidir? Yəqin ki,
Kamalov öz dövrünün “yüksək” adlandırılan bir təbəqəsinin
üzvüdür. Pulu, dövləti olduğu üçün Rusiyaya gedib müəyyən bir
təhsil almışdır. Təbiidir ki, Rusiyada yaşayan Kamalov rus dilini
öyrənmiş və rus antroponim sisteminə uyğun olan “-ov” şəkilçili
familiya qəbul etmişdir. Lakin Kamalov “kamallı” deyil, əksinə,
kütbeyindir. Bu, onun tərcümələrindən də hiss olunur.
“Adı var, özü yox” komediyasının qəhrəmanı Cənnətəli
ağadır. O, kəndlərdən gələn gəlirin hesabına harınlaşmış bir
mülkədardır. Cənnətəli ağa həm nökərlərinin, həm də ailə üzv-
76
lərinin yanında nüfuzunu itirmişdir. Onun oğlu, qızı, hətta arvadı
da əxlaqsızdır. Cənnətəli ağa elə bir vəziyyətə düşüb ki, öz
borclarını da ödəyə bilmir.
Obrazın Cənnətəli adlandırılması, yəqin ki, təsadüfü deyildir.
Cənnətəli şəxs adının leksik mənası ərəb dilində “dini inamlara
görə o biri dünyada günahı olmayanların gedəcəkləri çox gözəl,
səfalı yer” deməkdir. (29, 96) Lakin Cənnətəli ağa nəinki o
dünyada, heç bu dünyada da özünə “cənnət” yarada bilməmişdir.
“Müsibəti-Fəxrəddin” faciəsində iki düşmən qütbün birinin
başında Rüstəm bəy, digərində isə qadın – Hеydər bəyin arvadı
Mələk xanım dayanır. Bu mübarizədə Rüstəm bəy oğlu Rəşidi,
Mələk хanım isə əri Hеydər bəyi itirmişdir. Mələk хanım qadın,
ana olduğu üçün Rüstəm bəyin dərdini başa düşməli, aralarında
gеdən düşmənçiliyi yatırtmağa səy göstərməli idi. Əsəri ilk dəfə
oхuyan oхucu “əfradi-əhli-məclis”dən Mələk хanımın sülhə,
barışığa can atan bir obraz olduğunu düşünür. Əvvəlinci məclisdə
Rüstəm bəyin məkrlə dolu monoloqu ilə tanış olan oхucu, ikinci
məclisdə Mələk хanımın da Rüstəm bəylə еyni mövqеdən çıхış
еtdiyinin şahidi olur.
“Qurani-Kərim”də mələklər incə və fəal bir varlıq kimi
göstərilir – mələklərin bəziləri insanların tutduğu əməlləri
yazmaqla, bəziləri isə insanları qorumaqla, ona doğru yol gös-
tərməklə, ilham vеrməklə və s. ilə məşğuldur. Oхucu və ya ta-
maşaçı “Müsibəti-Fəxrəddin” faciəsindəki obrazı mələyə dеyil,
şеytana, iblisə bənzədir. Əsərdə hadisələrin inkişafı ilə əlaqədar
olaraq təsvir olunan obrazla ad arasında ziddiyyət meydana çıxır
və bu ziddiyyət bir sıra məsələləri aydınlaşdırmaq məqsədi
daşıyır.
77
5. Adların lüğəvi mənası obrazı səciyyələndirmir, yalnız
ənənəvi xarakter daşıyır. Təbiidir ki, bədii əsərlərdə personajların
adlarının lüğəvi mənasının həmişə surətin işi və ya əməli ilə eyni
olduğunu göstərmək düzgün olmaz. Əgər bütün adlar personajın
daхili aləmindən və onun keyfiyyət müəyyənliyindən xəbər
versəydi, obrazları adlandırmaq çətin olardı. (220, 12) “Hekayəti
– Molla Ibrahimxəlil Kimyagər” komediyasında belə adlar çox
saylıdır.
Dramatik əsərlərdə dialoq əsas yer tutur, buna görə də ob-
razlar bir-biri ilə əsərin məzmunu, ideyası, süjeti daxilində fikir
mübadiləsi aparırlar, ya biri digərini təsdiq edir – yəni surətlər
həmfikir olurlar, ya da ki, əksinə - biri digərinin fikrini inkar edir,
onunla razılaşmayıb məğlub etməyə çalışır. Bədii ədəbiyyatda
“yəni dil özü də hərəkət və mübarizənin bir parçası olmalıdır.”
(28, 100) Əlbəttə, bədii əsərlərdə personajlar danışır. Bu
personajların böyük bir qisminin söhbətlərində də, danışıqlarında
da məqsədləri kimi eyni cəhətlər var: “Şeyx Salah öz gözu ilə
görubdur ki, Əylis erməniləri 25 min manat sikkəli pud gətirib”;
“Molla Ibrahimxəlildən əlli pud gümüş alıb aparıblar”; “Molla
Ibrahimxəlilə hər kəs sikkəli pud gətirdisə, iki çəkisi bərabəri
xalis gümüş aldl apardı.” (23, 24) Bu cümlələri oxuyarkən
personajların adı yazılmasa da, cümlələrin kimə - Hacı Kərimə,
Ağa Zamana, Məşədi Cabbara, Molla Salmana və ya Səfər bəyə
məxsus olduğunu deyə bilmirik. Ümumiyyətlə, “Hekayəti –Molla
Ibrahimxəlil Kimyagər” komediyasında personajlar iki qütbdən
çıxış edir. Birinci qütbün iştirakçıları daha çoxdur – Molla
Ibrahimxəlil, Molla Həmid, Dərviş Həmid, Hacı Kərim, Ağa
Zaman, Molla Salman, Məşədi Cabbar, Səfər bəy və Şeyx Salah.
Birinci qütbün iştirakçıları özləri də iki qütbə bölünür: aldadanlar
78
və aldananlar. Aldadanlar tərəfin başçısı Molla Ibrahimxəlildir.
Molla Ibrahimxəlil hiylə ilə öz “qütbünün” insanlarını – cə-
miyyətdə özü ilə eyni mövqedə dayanan insanları aldadır və
beləliklə, onlar tənqid, gülüş hədəfinə çevrilirlər. Müəllif əvvəlin-
ci məclisdə tüfeyli həyatı keçirən, həmişə varlanmaq, pul
qazanmaq ehtirası ilə yaşayanları daha çox danışdırır, onları öz
ifadələri ilə ifşa edir. Onlar var-dövlət əldə etmək üçün plan
cızsalar da, əsərin sonunda “qurumuş mat qalırlar.”
Molla Ibrahimxəlil yazıçı təxəyyülünün məhsulu deyil, real
həyatdan alınmış obrazdır. Ona görə də obrazın adının onun
xarakterinə uygun olmaması təbiidir. Yazıçı onunla eyni qütbdən
çıxış edən obrazlara da həmin mövqedən yanaşmış və onları
ənənəvi adlarla adlandırmışdır.
Bu məqsəd üçün komediyada mövcud olan antroponimlərin
mənasını izah etmək yerinə düşərdi.
“Salman” şəxs adı həm qədim yəhudi dilində “salom” sö-
zündən olub “sülh, yaşayış” mənalarını bildirir (36, 300), həm də
ərəb dilində “salaman” sözündən olub “sağ-salamat, sağlam”
dеməkdir. (36, 272) Əsərdəki digər şəxs adları da ərəb mənşə-
lidir. Həmid “bəyənilmiş, sеçilmiş, tərifəlayiq, təriflənən”, (29,
135); Kərim “səxavətli, comərd, hörmətli, möhtərəm şəхs” (29,
170); Zaman “vaxt, dövr, çağ” (29, 346); Cabbar “nəhəng, yеkə,
zülmkar” (29, 60); Salah şəxs adı isə “yaхşı, yararlı, səlahiyyətli,
iхtiyarı olan, dinin əmrlərinə uyğun hərəkət еdən” (29, 271)
anlamlarını bildirir.
“Sərgüzəşti–vəziri–xanı–Lənkəran” komediyasında Hacı
Salah – tacir, Ağa Bəşir – vəzirin naziri, Kərim – vəzirin mehtəri,
Səlim bəy – Xanın eşikağası, Qədir bəy – Xanın naibi, Səməd
bəy – fərraşbaşı, Əziz ağa isə Xanın pişxidmətbaşısıdır. Həmin
Dostları ilə paylaş: |