ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə21/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   17   18   19   20   21   22   23   24   ...   76

 
 
75
"Divanbəyi. (acıqlanmış, rus dilində) A kişi, sən nə qozqu-
rursan? 
Nəcəf. (özünü dilmanca tuturAnlamadım, ağa nə buyurur? 
Dilmanc. Divanbəyi buyurur ki, sizdə qoz, fındıq çox 
olurmu? 
Nəcəf. (dilmanca) A başına dönüm, Divanbəyiyə ərz elə ki, 
bu dərənin adına Fındıqlı  dərəsi deyirlər. Qozun, fındığın 
mədənidir. Allah qoysa, qoz çırpılanda, fındıq dəriləndə çuval-çuval 
qulluğuna gətirərik. Divanbəyinin layiqincə yolun görmək bizim 
başımız üstə... 
Dilmanc.  (Divanbəyiyə rusca) Ağa, Nəcəf  ərz edir ki, qoz-
fındıq vaxtı çuval-çuval qulluğunuza gətirəcəklər və layiqincə 
yolunuza baxacaqlar. (23, 88)" 
Belə bir tərcümədən sonra Divanbəyi hirslənir, lakin 
Kamalova nöqsan tutmur. Nəcəflə Divanbəyinin sonrakı dialoqu 
isə dilmancsız da keçir. Məlum olur ki, Divanbəyi Azərbaycan 
dilini müəyyən qədər bilir, Nəcəflə dilmancsız da danışa bilərdi. 
Lakin Divanbəyinin fikrinə ğörə, onun vəzifədə olan tərcüməçisi 
var və bu tərcüməçi də üzərinə düşən vəzifəni yerinə yetirməlidir. 
Kamalov kimdir, hansı təbəqənin nümayəndəsidir? Yəqin ki, 
Kamalov öz dövrünün “yüksək” adlandırılan bir təbəqəsinin 
üzvüdür. Pulu, dövləti olduğu üçün Rusiyaya gedib müəyyən bir 
təhsil almışdır. Təbiidir ki, Rusiyada yaşayan Kamalov rus dilini 
öyrənmiş və rus antroponim sisteminə uyğun olan “-ov” şəkilçili 
familiya qəbul etmişdir. Lakin Kamalov “kamallı” deyil, əksinə, 
kütbeyindir. Bu, onun tərcümələrindən də hiss olunur. 
“Adı var, özü yox” komediyasının qəhrəmanı  Cənnətəli 
ağadır. O, kəndlərdən gələn gəlirin hesabına harınlaşmış bir 
mülkədardır. Cənnətəli ağa həm nökərlərinin, həm də ailə üzv-


 
 
76
lərinin yanında nüfuzunu itirmişdir. Onun oğlu, qızı, hətta arvadı 
da  əxlaqsızdır. Cənnətəli ağa elə bir vəziyyətə düşüb ki, öz 
borclarını da ödəyə bilmir.  
Obrazın Cənnətəli adlandırılması, yəqin ki, təsadüfü deyildir. 
Cənnətəli  şəxs adının leksik mənası  ərəb dilində “dini inamlara 
görə o biri dünyada günahı olmayanların gedəcəkləri çox gözəl
səfalı yer” deməkdir. (29, 96) Lakin Cənnətəli ağa nəinki o 
dünyada, heç bu dünyada da özünə “cənnət” yarada bilməmişdir.  
“Müsibəti-Fəxrəddin” faciəsində iki düşmən qütbün birinin 
başında Rüstəm bəy, digərində isə qadın – Hеydər bəyin arvadı 
Mələk xanım dayanır. Bu mübarizədə Rüstəm bəy oğlu Rəşidi, 
Mələk хanım isə əri Hеydər bəyi itirmişdir. Mələk хanım qadın, 
ana olduğu üçün Rüstəm bəyin dərdini başa düşməli, aralarında 
gеdən düşmənçiliyi yatırtmağa səy göstərməli idi. Əsəri ilk dəfə 
oхuyan oхucu “əfradi-əhli-məclis”dən Mələk  хanımın sülhə, 
barışığa can atan bir obraz olduğunu düşünür. Əvvəlinci məclisdə 
Rüstəm bəyin məkrlə dolu monoloqu ilə tanış olan oхucu, ikinci 
məclisdə  Mələk  хanımın da Rüstəm bəylə  еyni mövqеdən çıхış 
еtdiyinin şahidi olur. 
“Qurani-Kərim”də  mələklər incə  və  fəal bir varlıq kimi 
göstərilir – mələklərin bəziləri insanların tutduğu  əməlləri 
yazmaqla, bəziləri isə insanları qorumaqla, ona doğru yol gös-
tərməklə, ilham vеrməklə  və s. ilə  məşğuldur. Oхucu və ya ta-
maşaçı “Müsibəti-Fəxrəddin” faciəsindəki obrazı  mələyə  dеyil, 
şеytana, iblisə  bənzədir.  Əsərdə hadisələrin inkişafı ilə  əlaqədar 
olaraq təsvir olunan obrazla ad arasında ziddiyyət meydana çıxır 
və bu ziddiyyət bir sıra məsələləri aydınlaşdırmaq məqsədi 
daşıyır.  


 
 
77
5.  Adların lüğəvi mənası obrazı  səciyyələndirmir, yalnız 
ənənəvi xarakter daşıyır. Təbiidir ki, bədii əsərlərdə personajların 
adlarının lüğəvi mənasının həmişə surətin işi və ya əməli ilə eyni 
olduğunu göstərmək düzgün olmaz. Əgər bütün adlar personajın 
daхili aləmindən və onun keyfiyyət müəyyənliyindən xəbər 
versəydi, obrazları adlandırmaq çətin olardı. (220, 12) “Hekayəti 
– Molla Ibrahimxəlil Kimyagər” komediyasında belə adlar çox 
saylıdır.  
 
Dramatik  əsərlərdə dialoq əsas yer tutur, buna görə  də ob-
razlar bir-biri ilə  əsərin məzmunu, ideyası, süjeti daxilində fikir 
mübadiləsi aparırlar, ya biri digərini təsdiq edir – yəni surətlər 
həmfikir olurlar, ya da ki, əksinə - biri digərinin fikrini inkar edir, 
onunla razılaşmayıb məğlub etməyə çalışır. Bədii  ədəbiyyatda 
“yəni dil özü də  hərəkət və mübarizənin bir parçası olmalıdır.” 
(28, 100) Əlbəttə, bədii  əsərlərdə personajlar danışır. Bu 
personajların böyük bir qisminin söhbətlərində də, danışıqlarında 
da məqsədləri kimi eyni cəhətlər var: “Şeyx Salah öz gözu ilə 
görubdur ki, Əylis erməniləri 25 min manat sikkəli pud gətirib”; 
“Molla Ibrahimxəlildən  əlli pud gümüş alıb aparıblar”; “Molla 
Ibrahimxəlilə  hər kəs sikkəli pud gətirdisə, iki çəkisi bərabəri 
xalis gümüş aldl apardı.” (23, 24) Bu cümlələri oxuyarkən 
personajların adı yazılmasa da, cümlələrin kimə - Hacı  Kərimə, 
Ağa Zamana, Məşədi Cabbara, Molla Salmana və ya Səfər bəyə 
məxsus olduğunu deyə bilmirik. Ümumiyyətlə, “Hekayəti –Molla 
Ibrahimxəlil Kimyagər” komediyasında personajlar iki qütbdən 
çıxış edir. Birinci qütbün iştirakçıları daha çoxdur – Molla 
Ibrahimxəlil, Molla Həmid, Dərviş  Həmid, Hacı  Kərim, Ağa 
Zaman, Molla Salman, Məşədi Cabbar, Səfər bəy və Şeyx Salah. 
Birinci qütbün iştirakçıları özləri də iki qütbə bölünür: aldadanlar 


 
 
78
və aldananlar. Aldadanlar tərəfin başçısı Molla Ibrahimxəlildir. 
Molla Ibrahimxəlil hiylə ilə öz “qütbünün” insanlarını – cə-
miyyətdə özü ilə eyni mövqedə dayanan insanları aldadır və 
beləliklə, onlar tənqid, gülüş hədəfinə çevrilirlər. Müəllif əvvəlin-
ci məclisdə tüfeyli həyatı keçirən, həmişə varlanmaq, pul 
qazanmaq ehtirası ilə yaşayanları daha çox danışdırır, onları öz 
ifadələri ilə ifşa edir. Onlar var-dövlət  əldə etmək üçün plan 
cızsalar da, əsərin sonunda “qurumuş mat qalırlar.”  
Molla Ibrahimxəlil yazıçı  təxəyyülünün məhsulu deyil, real 
həyatdan alınmış obrazdır. Ona görə  də obrazın adının onun 
xarakterinə uygun olmaması təbiidir. Yazıçı onunla eyni qütbdən 
çıxış edən obrazlara da həmin mövqedən yanaşmış  və onları 
ənənəvi adlarla adlandırmışdır. 
Bu məqsəd üçün komediyada mövcud olan antroponimlərin 
mənasını izah etmək yerinə düşərdi. 
“Salman”  şəxs adı  həm qədim yəhudi dilində “salom” sö-
zündən olub “sülh, yaşayış” mənalarını bildirir (36, 300), həm də 
ərəb dilində “salaman” sözündən olub “sağ-salamat, sağlam” 
dеməkdir. (36, 272) Əsərdəki digər  şəxs adları da ərəb mənşə-
lidir. Həmid “bəyənilmiş, sеçilmiş, tərifəlayiq, təriflənən”, (29, 
135); Kərim “səxavətli, comərd, hörmətli, möhtərəm  şəхs” (29, 
170); Zaman “vaxt, dövr, çağ” (29, 346); Cabbar “nəhəng, yеkə, 
zülmkar” (29, 60); Salah şəxs adı isə “yaхşı, yararlı, səlahiyyətli, 
iхtiyarı olan, dinin əmrlərinə uyğun hərəkət  еdən” (29, 271) 
anlamlarını bildirir. 
“Sərgüzəşti–vəziri–xanı–Lənkəran” komediyasında Hacı 
Salah – tacir, Ağa Bəşir – vəzirin naziri, Kərim – vəzirin mehtəri, 
Səlim bəy – Xanın eşikağası, Qədir bəy – Xanın naibi, Səməd 
bəy – fərraşbaşı,  Əziz ağa isə Xanın pişxidmətbaşısıdır. Həmin 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə