ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə29/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   25   26   27   28   29   30   31   32   ...   76

 
 
108
“Hekayəti-mərdi-xəsis” komediyasında Heydər bəy öz 
cəsurluğunun, qorxmazlığının irsi olduğunu söyləyir: “Mən 
Əmiraslan bəyin övladıyam.” (23, 125) Cahangir bəy (“Pəhləvanani-
zəmanə”) isə  dələduzluqla varlanmağı  məharət hеsab  еdir: “Sən 
görərsən ki, mən onun başına o işləri gətirərəm, hansıları ki, 
Əmiraslan bəyin başına gətirdim.” (224, 169) Hər iki sənətkar 
bədii məqsəd üçün “Əmiraslan bəy” antroponimini işlətdikdə 
oхucuda “aslana bənzər bəy” haqqında təsəvvür yaradır.  
Dеməli, sənətkarlar passiv antroponimlərdən müхtəlif üslubi 
məqamlarda istifadə  еdərək obrazın daxili və xarici 
kеyfiyyətlərinin açılmasına imkan yaradır.  
M.F.Axundov “Aldanmış kəvakib” povestində Iranda klassik 
fars  ədəbiyyatının görkəmli nümayəndələri Sədi və Hafizdən 
sonra istedadlı  şairlərin olmaması, yalnız saray şairlərinin və 
qəzəl nəzirəçilərinin artmasını  əsaslandıraraq, XVII əsr Iran 
ədəbiyyatının vəziyyəti haqqında oxucuya məlumat verir: 
“Əgərçi Sədi və Hafizdən sonra Iranda şeir qayətdə  tənəzzülə 
düşüb  şüəranın  əsarı küllən biməzmun və  məhz puç ləffazlıq 
olmuşdu. Amma genə əlhəmdülillah o halda bir neçə nəfər sahibi-
gövhər  şair peyda oldu ki, bədahətən cülusi-humayun üçün 
qəsaidi-ğərra inşa edib, Yusif şahın təxtə çıxmağını tərif və özünü 
hikmətdə Süleymana, səxavətdə Hatəmə,  şücaətdə Rüstəmə, 
qüdrətdə qəza və qədərə təşbeh eləyib nəzərdən keçirdilər.” (26, 
215) Süleyman qədim yəhudi padşahı  və peyğəmbərdir, klassik 
ədəbiyyatımızda ağıllı və ədalətli bir hökmdar kimi təsvir olunur. 
Hatəmi-Tai VI-VII əsrlərdə yaşamış  ərəb qəbilə başçısı  və 
şairidir, səxavətinə görə adı xalq arasında zərbi-məsəl olmuşdur. 
Ona görə  də  Şərq  ədəbiyyatında öz səxavəti ilə  məşhur adam 
rəmzi kimi işlədilir. Rüstəm Iranın qədim əfsanəvi qəhrəmanıdır, 


 
 
109
VII  əsrdə  ərəblərin Irana hücum etdiyi vaxt qoşun sərkərdəsi 
olmuşdur. Klassik Iran ədəbiyyatının görkəmli nümayəndəsi 
Firdovsi öz məşhur “Şahnamə” poemasında Rüstəmin 
qəhrəmanlığını tərənnüm etmişdir. N.Vəzirovun “Ev tərbiyəsinin 
bir  şəkli” pyesində Bayraməli bəyin bədii dilində “Rüstəm” 
antroponiminə rast gəlirik. O, tənbəl övladı  Səfdərqulu bəyin 
xarici görünüşünü Rüstəmə  bənzədir: “Üzünə bax, sifətinə bax, 
bığına bax, bığına! Rüstəmi-Zaldır zalım oğlu, zalım, iyirmi beş 
yaşında, bığları Rüstəmi-Zalın bığları  tək çəkilib qulaqlarının 
dibinə, başda bir tozca ağıl yox.” (224, 29) Göründüyü kimi, 
yazıçı əsərin mənfi qəhrəmanını yalnız zahiri cəhətdən Rüstəmi-
Zala bənzətmiş, həm də antroponim vasitəsi ilə təzad yaratmışdır. 
Ə.Haqverdiyevin yaratdığı qumarbazlar biri digərinə var-dövlət 
arzulayır: “Xudavəndi-aləm cəlali-cəbəruti hörmətinə sizə 
dövləti-Ibrahimi kəramət eləsin.” (108, 116) Daha sonra isə 
Mirzə Qoşunəli Nəcəf bəyi Hatəmə  bənzədib təşbeh yaradır: 
“Amma bu növ şəxs, vallahi görməmişəm, kani-səxavət, kani-
bəlağət dəstgiri fəqirü füqərəya, and olsun sənin canına və babam 
ərvahına, Hatəmülməmalikdə  də  mən bu səxavəti görməmişəm.” 
(108, 118) Səlim bəy özünü əliaçıq, səxavətli göstərmək istəyən 
Nəcəf bəyin xarakterinin əsas cəhətini antroponimin və frazeoloji 
vahidin köməyi ilə açıb göstərir: “Inşallah, bir şıllaq da Hatəmi-
Tainin qəbrinə vuracaqsan. Xub, səbəb nədir ki, mirzəyə gələndə 
Hatəm olursan, bizə  gələndə cibinin ağzını buzov çatısı ilə 
başlayırsan?” (108, 117) Ümumiyyətlə, klassik yazılı 
ədəbiyyatımızda Süleyman, Hatəm, Rüstəm, Ibrahim bədii dildə 
rəmzləşdirilmiş obrazlar olub təşbeh və epitet kimi istifadə 
olunmuşdur. Bəzən isə XIX əsrin ikinci yarısında sənətkarlar 
bədii dildə tarixdə yaşamış  şəxsiyyətlərin antroponimlərindən 


 
 
110
müхtəlif üslubi məqamlarda – təhqir, söyüş kimi, insan 
şəхsiyyətini alçatmaq məqsədi ilə istifadə еtmişlər. Zalım, qəddar 
bir obraza Yezid, Ömər kimi adlar vermək müsəlman dini ilə, şiə-
sünnü məzhəbi ilə 
əlaqədardır. C.Məmmədquluzadə 
Məhəmmədhəsən  əminin dilində “Yezid” onomunu işlətmişdir: 
“Bu Yezid oğlu Yezid elə mənim eşşəyimi gərək gəlib aparaydı 
ki, başıma bu qədər qalmaqal gəlsin?” (167, 57) Yezid qədim 
zamanlardan etibarən  ərəblərdə adam adıdır. (82, 184) Kərbəla 
çölündə  Əlinin oğlu Imam Hüseyn və onun tərəfdarları  Xəlifə 
Yezidin əli ilə al qanlarına qəltan olmuşlar. “Yezid” sözü tarixən 
şəxs adı olsa da, müasir dövrümüzdə  həmin  şəxsin xarakteri ilə 
bağlı olaraq zalım, qəddar, insafsız,  əzazil mənasında işlənir. 
Məhəmmədhəsən əminin arvadı Izzət Xudayar bəyə qarğış edərək 
deyir: “Babanın həşri Ömərin həşri ilə qopsun, Xudayar bəy!” 
Daha sonra isə Izzət Xudayar bəyi “Ömər oğlu Ömər” adlandırır. 
Ömər 634-cü ildə  Əbubəkrin vəfatından sonra müsəlman 
icmasına başçılıq edən sayca ikinci “raşidi xəlifəsi”, islam dininin 
erkən çağlarının ən böyük xadimlərindən biri olmuşdur. (127, 98) 
T.Hacıyеv bu barədə yazır: “ХII-ХIII  əsrlərdə islam dini çər-
çivəsində sünni və  şiə  təriqətləri arasında gеdən ardı-arası  kə-
silməz mübahisə  və mübarizələr öz təsirini bilavasitə antropo-
nimlərdə göstərdi. ” (104, 88) 
“Aldanmış kəvakib”in digər bir hissəsində oxuyuruq: “Bizim 
babamız Adəmə  və anamız Həvvaya cənnətdə  nə  əskik idi ki, 
Allahın  əmrini sındırdılar və  cənnətdən qovuldular.” (23, 222) 
Adəm qədim yəhudi mənşəli söz olub əsli “adam”dır, “torpaq” 
anlamını bildirir. Dini etiqadlara görə, Adəm dünya üzünə gələn 
ilk insan və peyğəmbərlərin birincisidir: “Allah Adəmi torpaqdan, 
Həvvanı isə onun qabırğasından yaradaraq cənnətə buraxmışdır. 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə