ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə30/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   26   27   28   29   30   31   32   33   ...   76

 
 
111
Lakin onlar orada şeytanın sözünə uyaraq, qadağan olunmuş 
ağacın meyvəsini yedikləri üçün cənnətdən qovulmuşlar və 
bundan sonra insan nəsli törəyib artmışdır. Beləliklə, adəm “insan” 
anlamını  kəsb etmişdir.” Həvva qədim yəhudi dilində “həyya” 
sözündəndir, “həyatın mənbəyi, yaşayış, dirilik” anlamlarını 
bildirir. Dini etiqadlara görə, ilk yaradılan qadın olubdur və buna 
görə də bütün insanlığın anası hesab olunur. (29, 185) Adəm və 
Həvva klassik bədii ədəbiyyatımızda tez-tez rast gəldiyimiz dini-
mifoloji obrazlardır. Bu antroponimlər vasitəsi ilə M.F.Axundov 
Yusif Sərracın hakimiyyətdən uzaqlaşdırılmasını Adəm və 
Həvvanın cənnətdən qovulması hadisəsi ilə müqayisə edir və 
hadisələrin oxşarlığını göstərir. Belə müqayisələr nəticəsində 
əsərin mövzusu, süjet xətti oxucunun yaddaşında daha möhkəm 
qalır.  
Əsərin sonunda xalq Yusif Sərracın islahatlarını başa düş-
məyib “təzə padşahdan zəhləsi gedir.” Belə bir vəziyyətdən Şah 
Abbasın hakimiyyəti dövründə  vəzifədə olmuş  şəxslər istifadə 
edirlər və ordu sərkərdələrini qiyam etməyə çağırırlar: “Əgər 
Bağır xan bu əmrə razı olsa, piyadələrin sərkərdəsi Fərəc xan 
dəxi razı olacaq. Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, 
heç bir əmrdə onun rəyinə müxalifət etməz.” (23, 223) 
Göründüyü kimi, ədib hadisələrin gedişi ilə  əlaqədar olaraq bu 
antroponimlərdən istifadə etsə də, oxucu əsərdə obraz kimi onlara 
rast gəlmir. LakinYusif Sərracın məğlubiyyəti süvarilərin 
sərkərdəsi Bağır xanla və piyadaların sərkərdəsi Fərəc xanla sıx 
əlaqədədir. Bağır şəxs adının bir neçə mənası var: 1) yarımdairəli 
yayın orta hissəsinə verilən addır; 2) “qaraciyər”, məcazi mənada 
isə “ürək, qəlb, sinə”; 3) ərəbcə “baqir”dəndirsə, onda “sökən, 
parçalayan, kəsən” anlamındadır. Fərəc isə fars mənşəli olub 


 
 
112
“sevinc, xöşbəxtlik, səadət, şadlıq, təsəlli” və s. mənalarda işlənir. 
(29, 56-65) Bağır xan Yusif Sərrac hakimiyyətinin məhv 
edilməsində aparıcı rola malik olduğu üçün antroponimin “sökən, 
kəsən, “parçalayan” anlamları ilə obrazın xarakterindəki  əsas 
cəhət üst-üstə düşür. Fərəc xan isə bu qiyamda iştirakı ilə  Şah 
Abbas tərəfdarlarına “şadlıq, səadət” gətirir. Lakin güman ki, 
antroponimlə obraz arasında olan əlaqə təsadüfidir.  
M.F.Axundovun “Kəmalüddövlə məktubları” fəlsəfi əsərində 
müxtəlif dövrdə Avropada və  Şərqdə yaşamış görkəmli 
şəxsiyyətlərin adları, soyadları, ləqəbləri, təxəllüsləri, ata adları, 
ailə-nəsli ləqəbləri işlənmişdir ki, müəllif tez-tez həmin  şəx-
siyyətlərin ictimai-siyasi görüşlərinə münasibət bildirərək, nəticə 
etibarı ilə özü də müəyyən fikirlər irəli sürmüşdür. Müxtəlif 
dövrlərdə yaşamış tarixi şəxslərin adını  çəkən müəllif bəzən 
antroponimlərin izahına toxunaraq onların sahiblərinin fikirlərini 
müxtəlif cəhətdən  şərh etmiş  və özünün şəxsi təəssüratlarını da 
Kəmalüddövlənin və Cəlalüddövlənin fikirləri kimi göstərmişdir. 
Ümumiyyətlə,  əsərdəki antroponimlər bir neçə  məqsəd üçün 
işlədilmişdir: mövcud olan ictimai-siyasi quruluşun və 
cəmiyyətin tənqidi, ədəbiyyatın, tarixin və digər elmlərin inkişafı 
ilə  əlaqədar olan antroponimlər; yazıçının müxtəlif dinlərə, 
təriqətlərə münasibətini bildirmək üçün işlədilən antroponimlər. 
Bununla belə,  əsərdə müxtəlif məqsədlər üçün işlədilmiş bu 
antroponimlər vəzifə  cəhətdən o qədər bir-birinə qaynayıb 
qarışmışdır ki, onların arasındakı  sərhədi müəyyən etməkdə 
çətinlik yaranmışdır. Lakin şərti də olsa, əsərdəki antroponimləri 
iki qrupa bölmək olar:  
1) Ictimai-siyasi quruluşun, cəmiyyətin, müxtəlif elmlərin, o 
cümlədən ədəbiyyatın inkişafı ilə bağlı olan antroponimlər sayca 


 
 
113
nisbətən az, quruluşuna görə isə daha sadədir. Həmin 
antroponimlər aşağıdakılardır: Kəyumərs, Cəmşid, Güstasib, 
Ənuşirəvan, Xosrov Pərviz, Firdovsi, Hürmüz şah, Rüstəm, 
Firuz, Qaani, Homer, Şekspir, Böyük Pyotr, Böyük Fridrix, 
Fridun, Mehdiqulu Mirzə,  Əli, Məhəmməd, Vəli, Kazım, Bağır, 
Sultan Hüseyni, Mirzə Mehdi, Nadir şah, Napalyon, Sədri-Yəzdi, 
Qacar,  Şeyx Bəhai,  Şah Abbas, Sokrat, Bokrat, Budda, 
Əbdürrəhman Cami, Şeyx Mahmud, Şəbüstəri, Ksenofan, Petrark, 
Volter, Bəhmən  Şəms Təbrizi, Mollayi Rumi, Spinoza, Mənsur, 
Imam Qəzali, Sultan Mahmud, Reno, Əşrəf Qəlicayi, Bokl, 
Imarətül Yəməni, Səlahəddin,  Şəmsüddövlə Turanşah, Xristofor 
Kolumb və s.  
Iranın iqtisadi-siyasi, mədəni geriliyindən dəhşətə  gələn 
Kəmalüddövlə Irana müraciətlə yazır: “Ey Iran! Hanı  sənin o 
şövkətin və  səadətin ki, Kəyumərs, Cəmşid, Gustaşib və 
Ənuşirəvan və Xosrov Pərviz zamanlarında var idi.” (26, 49) 
Əsərin məzmunundan məlum olduğu kimi, Kəyumərs, Cəmşid, 
Gustaşib,  Ənuşirəvan, Xosrov Pərviz müxtəlif dövrlərdə Iran 
hakimiyyətinə başçılıq edən hökmdarlar olmuşdur. Cəmşid 
hökmdara bənzəmək və  bənzədilmək Iran şahlarının böyük 
hörmətə malik olması ilə  əlaqədar olmuşdur: “Istibdad səltə-
nətinin təsirindən dövlət münəccimləri elə bir dərəcədə yaltaq və 
alcaq təbiətli olmuşdur ki, illik təqvimin hər səhifəsində başda 
yazırlar: “bu rəbiəl-əvvəl ayında ulduzların vəziyyəti Cəmşid 
rütbəli padşahın böyüklüyünün artmasına,  şadlığına,  əzəmətinin 
çoxalmağına, onun rütbəsinin yüksəlməsinə  dəlalət edir...” Nə 
üçün öz padşahınızı  Cəmşid Cəlallı adlandırıb,  əzəmətinin 
artacağını ona əvvəlcədən vəd edirsiniz? Əgər sizin padşahınızın 
dünyanın vəziyyətindən başı  çıxsaydı, ölkəni idarə  və xalqı 


 
 
114
tərbiyə üsullarından,  ədalət, mürəvvət, rəiyyətpərvərlik və 
vətənpərvərlik qaydalarından xəbərdar olsaydı, öz rəiyyətlərinə 
qarşı zülmün qabağını birdəfəlik alsaydı, onları yoxsulluq və 
nadanlıq bəlasından, aclıq və çılpaqlıqdan xilas etsə idi, yenə də 
dərd yarı idi. Əgər o, öz ölkəsinin sərhədlərini yolkəsən 
türkmənlərdən və  ən alçaq köçərilərin hücumundan qoruya 
bilsəydi, öz məmləkətinin hər yerində  məktəblər, xəstəxanalar 
açsaydı  və  məmləkətə aid olan işləri öz əyləncələrindən üstün 
tutsaydı, bir sözlə, Böyük Pyotr və Böyük Fridrix kimi öz 
vətənini hər cəhətdən abadlaşdırıb Avropanın mədəni ölkələri 
səviyyəsinə çatdırsaydı, o zaman onu Cəmşid rütbəli  əzəmət 
sahibi və uca ada layiq saya bilərdiniz. Yoxsa onu Cəmşid və 
Fridunun bərabəri demək olmaz və əzəmət çoxluğu ona müyəssər 
ola bilməz.” (26, 63) Böyük Pyotr (1672-1725) Rusiyanın 
Romanovlar sülaləsinin məşhur imperatoru, Böyük Fridrix (1740-
1786) prus kralı, Fridun qədim Iran padşahlarından Pişdadilər 
sülaləsinin beşinci hökmdarı, Güştasib Kiyan sülaləsinin beşinci 
padşahı, Xosrov Ənuşirəvan (531-579) və Xosrov Pərviz (590-
628) Sasanilər sülaləsinin məşhur hökmdarları olmuşdur, Xosrov 
Pərviz Xosrov Ənuşirəvanın nəvəsidir.  
M.F.Axundov “Kəmalüddövlə  məktubları”  əsərində müsbət 
obrazların xarakterinə xas olan igidlik, mərdlik, qoçaqlıq və s. 
kimi cəhətləri vermək üçün rəmzləşdirilmiş  Cəmşid və Fridun 
antroponimlərindən üslubi vasitə kimi istifadə etmişdir. 
A.Bakıxanov yazır: “Fars tarixçiləri deyirlər ki, Fridun bütün 
dünyanın padşahı idi və ölkəni üç oğlu arasında bölmüşdü.” (44, 
37) Fridun fars dilində “tək, tayı-bərabəri olmayan, güclü, 
qüvvətli;  ərəb dilində isə “fürüuddin” sözündən olub “dini 
şöbələri, dinin budaqları”, Cəmşid isə fars dilində “parıldayan, 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə