ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə32/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   28   29   30   31   32   33   34   35   ...   76

 
 
119
də  həmin  şəxsiyyətlərin bəziləri haqqında məlumat vermək 
məqsədəuyğundur: Homer – qədim yunan şairi, Sokrat e.ə.V-IV 
əsr qədim yunan filosofu, Hippokrat e.ə.V-IV  əsr qədim yunan 
həkimi, Ksenofan e.ə.V-IV  əsr qədim yunan şairi, Xristofor 
Kolumb XV-XVI əsrin məşhur səyyahı, V.Şekspir XVI-XVII əsr 
Ingiltərənin böyük dramaturqu, Spinoza XVII əsr Amsterdam 
filosofu, Volter XVIII əsr fransız mütəfəkkiri və yazıçısı, Petrark 
XIX əsr Italiya şairi, Henri Tomas Bokl XIX əsr ingilis sosioloqu 
və tarixçisi, Tussen Jozef Reno XIX əsr fransız  şərqşünas alimi, 
Cəlaləddin Rumi XIII əsr məşhur fars şairi,  Şeyx Mahmud 
Şəbüstəri XIII-XIV əsr görkəmli Azərbaycan  şairi və filosofu, 
Əbdürrəhman Cami XV əsr məşhur fars-tacik şairi, Mirzə 
Əbdüllətif Təsuci XIX əsr Azərbaycan  ədibi və  tərcüməçisi, 
Ə.Firdovsi  Х-ХI  əsr, Hafiz isə  ХIV  əsr fars şairi olmuşdur. 
M.F.Axundov  əsərdə “Hippokrat” antroponiminin dilimizdə 
işlənən “Bokrat” variantından istifadə etmişdir: “Lakin siz həmin 
Sokrat və Bokrat dövrünün qaydalarını  əlinizdə vasitə edib, 
xəstəlikləri təyin etmək haqqında öz axmaq fikrinizi hər yerdə 
belə yazırsınız.” (26, 83)  
2. M.F.Axundov müxtəlif dinlərə, təriqətlərə münasibət 
bildirərkən də antroponimlərdən üslubi vasitə kimi istifadə 
etmişdir. Həmin antroponimlərin böyük bir qismi islam dini ilə 
birbaşa  əlaqədar olduğu üçün “Quran” ayələrindən götürülmüş, 
tarixi rəvayətlərlə  əsaslandırılmışdır. Dinin mənşəyini, tarixi 
inkişafını, islam dininin müxtəlif mənsəblərə bölünməsini, 
müхtəlif dinlərin xarakterik xüsusiyyətlərini xarakterizə edərkən 
M.F.Axundov tez-tez “Quran” ayələrinə müraciət etmiş, həm də 
digər təriqət nümayəndələrinin fikir və görüşlərinin  şərh etmiş, 
aydınlaşdırmışdır. “Kəmalüddövlə məktubları” fəlsəfi əsərində din 


 
 
120
və  təriqətlərlə bağlı antroponimlər aşağıdakılardır:  Əli ibn-
Əbutalib,  Şeyx Səid ibn-Mənsur  Əhməd Təbresi (Iranın məşhur 
sufi və təriqət başçısı), Imam Qəzali (XII əsr Iran ruhani alimi), 
Həsən Səbbah (XI əsrdə Iranda Ismaili sülaləsinin başçısı), 
Səlaləddin Əyyubi (Misirdə  Əyyubilər sülaləsinin  əsasını qoyub), 
Əli ibn-Müsərriza Məmun (Harun ər-Rəşidin oğlu),  Əbubəkr 
(dörd ən mötəbər xəlifələrdən biri), Mənsur (Hüseyn ibn-Mənsur 
Həllac - panteist sufi, 922-ci ildə fanatik şəriətçilər tərəfindən 
öldürülmüşdür), Molla Sadıq, Axund Molla Məmmədbağır 
Məclisi (Iranda bir çox dini əsərlərin müəllifi), Hacı  Əsgəri, 
Mötəzid  Хəlifə (Abbasilər sülaləsinin 16-cı  xəlifəsi), Müaviyə 
(Bəni-Üməyyə  xəlifələri sülaləsinin başçısı), Fəxrüddövleyi 
Deyləmi (X əsrdə Iranda hökmranlıq etmiş Deyləmi sülaləsinin VI 
hökmdarı),  Şəhristani (Əbüləth Məhəmməd ibn-Əbülqasim – XI 
əsr din xadimi), Firon, Əhməd ibn-Ishaq, Yəqub Mənqus, Həzrət 
Sahib, Məhəmməd ibn-Əyyub, Məhəmməd ibn-Osman, Şeyx 
Məhəmməd ibn-Babveyh, Şeyx Tusi, Əbu  Əyyub  Ənsari, Bəşir 
ibn-Süleyman, Imam Əliyyənnəq, Ömər ibn-Yəzid, Nərgiz xatun, 
Əhməd ibn-Ishaq, Səd ibn-Əbdüllahi, Rəşiq, Ishaq inb-Yəqub, 
Imam Cəfər Sadıq, Həzrəti Qaim, Həzrəti Xəzr, Həzrəti Nuh, 
Həzrəti Loğman, Osman ibn-Səid Əsədi, Əbu Cəfər Məhəmməd 
ibn-Osman,  Əbül Qasım Hüseyn ibn-Ruh, Şeyx Cəlil  Əli ibn-
Məhəmməd Samiri, Əli Bağdadi, ibn-Cəvşir, Həsən ibn-Əhməd 
Nasirüddövlə, Həsən ibn-Məhəmməd Bozorg Ümmid Ismaili, 
Nəcməddin Rudbari, Zeyd ibn-Harisə ibn-Şərahilil-Kəlbi, 
Dürrətüttac, Zeynəb, Ayişə, Mariyeyi-Qibtiyyə, Səfran, Təlhə, 
Nöman qızı  Əsma, Davud, Urya, Ali-Buheyvi, Həsən Namivər, 
Cəlaləddin Həsən ibn-Xəldun, Əlfəiz Billah, Axund Molla Rəhim, 
Şeyx  Əhməd Bəhreyni, Kərim xan, Zərdüşt,  Əbdürrəhman ibn-


 
 
121
Xəldun,  Əbu-Süfiyan, Bəni-Haşım,  Əmmarətü-Yəməni, Babür şah 
Kürəkəni, Humayun şah Teymuri və s. Bu antroponimlərin 
bəziləri haqqında məlumat vermək məqsədəuyğundur: 
“Məhəmməd” şəxs adı müsəlman dininə ibadət edən xalqlar 
arasında çox yayılmışdır. Islam əqidəsinə görə, Məhəmməd 
Peyğəmbər Tanrının insanlara göndərdiyi elçidir. Əsərdə 
“Məhəmməd”  şəxs adı ilə bağlı antroponimlər aşağıdakılardır: 
Məhəmməd ibn-Əyyub (26, 86), Məhəmməd ibn-Osman (26, 86), 
Şeyx Məhəmməd ibn-Babveyh (26, 87), Məhəmməd Hənəfiyyə 
(26, 94), Məhəmməd Bozorg Ümmid (26, 98), Imam Əbu-Həmid 
Məhəmməd Qəzali (26,124), Həsən ibn-Məhəmməd (26, 104), 
Şeyx Cəlil  Əli ibn-Məhəmməd Samiri (26, 91) V.A.Nikonov 
antroponim barəsində yazmışdır: “Məhəmməd və Fatimə 
(Məhəmmədin qızı, kumık və noqay dillərində Patimət) 
müsəlman  хalqlarında tеz-tеz rast gələn adlar idi, lakin хеyli 
müddətdir ki, tatarlarda, başkirlərdə, azərbaycanlılarda, 
özbəklərdə az təsadüf olurdu.” (278, 212) 
Əli ibn-Əbutalib (26, 46) Rasiqi xəlifələrin dördüncüsü və 
axırıncısı,  şiələrin isə birinci imamı, Məhəmməd Peyğəmbərin 
əmisi oğlu və kürəkəni – qızı Fatimənin əridir. 651-ci ildə xilafətə 
çatmış, 661-ci ildə ibn-Mülcəm tərəfindən öldürülmüşdür. (127, 
53)  
“Mehdi Məhəmməd Peyğəmbərin sonuncu varisidir, 
peyğəmbərlər işinin davamçısıdır. Allahın hökmü ilə  hərəkət 
etdiyinə görə tam ixtiyar sahibidir. O, Yer üzündə  ədaləti bərpa 
edəcəkdir. Beləliklə, gözlənilən Mehdiyə inam şiə islamının 
ehkamlarından biridir.” (127, 80) Mehdi ərəb dilində “məhdi” 
sözündən olub “Allahı  rəhbərliyi altında həqiqi yol ilə gedən 
şəxs” anlamını bildirir. M.F.Axundov həmin  şəxs haqqında bu 


 
 
122
sətirləri yazmışdır: “Doğru hədislərə  əsasən, Mehdinin, yəni on 
ikinci imamın zühur edəcəyini dönə-dönə rəvayət etmişlər. Mehdi 
o zaman zühur edəcəkdir ki, dünya zülm və zorakılıqla dolmuş 
olsun.” (26, 85) 
Musa Peyğəmbərin adının etimologiyası haqqında iki fikir 
mövcuddur: Bəzilərinə görə, qədim Misir dilindəki “mesu” 
sözündəndir, “uzaq, bala” deməkdir. Rəvayətə görə, Misir 
şahzadə qadınının oğulluğa götürdüyü Musa Peyğəmbər Nil 
çayında üzdüyü üçün ona bu ad verilmişdir. Musanın bir anlamı 
da “sudan çıxarılmış, sudan gələn, su ilə  gələn”dir. Digər fikrə 
görə isə ibranicə “mose” sözündən olub “yəhudi hakimi, qanun 
verən, qanunverici” deməkdir. (29, 51) 
Nuh (26, 90) üçüncü peyğəmbərdir. “Nuh” qədim yəhudi 
dilində “Nooh” sözündəndir, “təsəlli, təskinlik, rahatlıq, fərəh” 
anlamını bildirir. (26, 262). “Quran” ayələrinə görə Nuhun 
zamanında bərk yağmur olur, dənizlər daşıb dünyanı basır. Nuh 
Allaha inananları və digər canlıların nəslinin törəyib ya-şamasını 
təmin etmək üçün hərəsindən bir cüt götürüb böyük gəmiyə 
mindirərək, onlara nicat vermişdir. 
Ibrahim (26, 125) ən böyük peyğəmbərlərdən dördüncüdür. 
“Ibrahim” sözünün əsli qədim yəhudi dilində “abram” sözüdür, 
mənası “yüksək ata, böyük ata, həqiqətlərin atası” deməkdir. (29, 
197). 
Brəhma (26, 96) hindlilərin qədim dininin banisi olmuşdur. 
“Bu dinə etiqad edənlər üç yaradıcıya və ya rəbbünnövə - 
Brəhma, Vişnu,  Şivaya inanırlar. Brəhmana böyük allah, Vişnunu 
qoruyan, Şivanı isə daşıdan sayırlar.” (26, 69) Budda (26, 93) isə 
miladdan təxminən beş yüz il əvvəl doğulub, Budda dininin 
yaradıcısıdır. 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə