ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə23/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   19   20   21   22   23   24   25   26   ...   76

 
 
83
Göründüyü kimi, N.Vəzirovun bizə gəlib çatmış birinci əsəri 
“Ev tərbiyəsinin bir şəkli” adlı bir pərdəli pyesində adlar obrazın 
xarakterinə uyğun verilməmişdir. “Bayraməli” (“böyük şadlıq” 
anlamında), Səfdərqulu (“igid məxluq” anlamında), Rəsul (“elçi, 
peyğəmbər” anlamında),  Şahmar (“iri zəhərli ilan” anlamında) 
şəxs adlarının leksik mənası obrazların nə daxili, nə  də xarici 
aləmininə uyğun gəlmir. 
N.Vəzirovun “Daldan atılan daş topuğa dəyər” komedi-
yasındakı yazıçı obrazlara verilmiş adların müəyyən dərəcədə 
təsadüfi olması fikrini qaravaş Pərinin dili ilə deyir: “Gələcəkdir 
Məşədi Cahan – “Xanımın canı sağ olsun, Iskəndər olmaz Kərim 
ola, Kərim olmaz Səlim ola.” (224, 44) 
Dramaturgiyada yoxsul sinfin nümayəndələrinin surətini 
yaradarkən qısaldılmış, kiçik fonetik tərkibə malik olan adlardan 
istifadə olunması  ənənəvi bir haldır. Məsələn, Cəbi, Yetər 
(“Yağışdan çıxdıq, yağmura düşdük”); Vəli, Hürü (“Müsibəti-
Fəxrəddin”); Qulu (“Pəhləvanani-zəmanə”); Telli (“Adı var, özü 
yox”) adlarını həmin fikrə uyğun olaraq nümunə gətirmək olar.  
M.F.Axundovun, N.Vəzirovun bədii üslubundan fərqli 
olaraq,  Ə.Haqverdiyevin yaradıcılığında onomastik vahidlərdən 
istifadə olunarkən, demək olar ki, heç bir prinsipə riayət 
olunmamışdır. Üç pərdədən ibarət olan “Yeyərsən qaz ətini, 
görərsən ləzzətini” komediyasında mövzu tacir həyatından 
alınmışdır. Yazıçı  əsərdə qadınların hüququnu və  mənliyini 
tapdalayan çoxarvadlılıq məsələsinə toxunmuşdur. 
XIX  əsrin sonlarında  Ə.Haqverdiyev günü-gündən iflasa 
uğrayan mülkədarların həyatı üzərində müşahidələr apararaq 
“Dağılan tifaq”, daha sonra isə “Bəxtsiz cavan” pyesini yaz-
mışdır. Birinci pyesdə “dağılan tifaq” Nəcəf bəyindir. Nəcəf bəy 


 
 
84
isə “dünya beş gündür, beşi də qara” fəlsəfəsi ilə yaşayan 
bəylərdəndir. Nəcəf bəyin oğlu Süleyman da atasının həyat tərzini 
yaşayır, onun kimi qumar oynayır, həyatda heç bir ülvü məqsədə 
xidmət etmir. O, Dəllək Imamverdinin qızını qaçırıb dağda-
dərədə gizləyir. Bu da onunla kəndlilər arasında olan ziddiyyəti 
dərinləşdirir. Imamverdinin oğlu Kərim Süleyman bəyə tələ qurur 
və onu güllə ilə vurub öldürür.  
Ə.Haqverdiyevin “Dağılan tifaq”da yaratdığı Nəcəf və onun 
qumar dostları – Səlim bəy, Aslan bəy və  Həmzə  bəy obrazları 
XIX əsrin sonunda XX əsrin əvvəllərində məhv olan bir sinfin – 
mülkədar sinfinin tipik nümayəndəsi olsa da, onların adlara, 
soyadlara münasibəti yenidir. Nəcəf bəy yeni kapital yığmağa 
başlayan müamiləçi Məşədi Cəfərdən müəyyən dərəcədə  fərqli 
düşünür, bəzi yenilikləri, günün nəbzini tutmaq qabiliyyətinə 
malikdir. Belə ki, XIX əsrdə Azərbaycan xalqının həyatına, daha 
doğrusu, antroponimlər sisteminə familiyalar – soyadlar daxil 
olmuşdur. Nəcəf bəy özünə soyad götürən köhnə burjuaziyanın 
nümayəndəsidir. Məşədi Cəfər ona sələmlə pul verərkən həm 
girov, həm də  təməssük, yəni razılaşma sənədi tələb edir. 
Təməssükdə  Nəcəf bəy yazır: “Bu min iki yüz doxsan 
doqquzuncu ilin rəcəbül mürəccəb ayının on yeddinci günündə
mən Nəcəf bəy Murad bəy oğlu Çaybasarski bu təməssükü 
verirəm öz həmşərim Məşədi Cəfər mərhum Dadaş  oğluna, bu 
üzrə ki, müşarileyhdən iki yüz manat məbləği-rusi qərz aldım...” 
(108, 135) Qeyd etdiyimiz kimi, şəxs adı obrazın  хaraktеrini 
üslubi tərəfdən səciyyələndirməsə  də, “Çaybasarski” sırf üslubi 
funksiya daşıyır, çünki Nəcəf bəy və onu kimiləri iflasa 
uğramaqla yanaşı, öz əməlləri ilə həm özlərini, həm də ailələrini 
ölümə məhkum etmişlər, “-ski” şəkilçisi isə XIX əsrin sonu XX 


 
 
85
əsrin  əvvəlləri üçün xarakterik olan familiya sonluğudur. Buna 
görə  də yazıçı  Nəcəf bəyə Çaybasarski, yəni “çayda batan, çay 
basar adam” soyadını vermişdir. 
Ə.Haqverdiyev “Bəxtsiz cavan” dramında mülkədarı Hacı 
Səməd ağa, onun həm vətən üçün, həm xalq üçün, həm də 
valideyn üçün lüzumsuz oğlunu isə Çingiz adlandırmışdır. Bu 
obrazların adları  təsadüfi olaraq verilmiş  ənənəvi adlardır. 
Pyeslərdə mövcud olan Nəcəf, Süleyman, Kərim, Imamverdi, 
Səməd və digər obrazların onomlarının leksik anlamını yuxarıda 
qeyd etdiyimizdən bir daha təkrarlamağa lüzum görmədik. Lakin 
qeyd etmək lazımdır ki, bu adlarda obrazın məişət tərzini
əməllərini, inamını, habelə dünyagörüşünü  əks etdirən heç bir 
cəhət yoxdur, lakin adların hər birində dövrün izləri 
görünməkdədir.  
N.Nərimanovun bədii yaradıcılığında mövcud olan Abdulla, 
Qurbanəli, Gülpəri,Vəli (“Nadanlıq”); Ibrahim, Nigar, Nazlı, 
Niyaz, Sultan, Murad, Rəsul, Rza, Hеydər, Nəcəf, Cəfər (“Dilin 
bəlası, yaхud  Şamdan bəy”); Cəfər, Rza, Məhəmməd, Cavad, 
Hеydər, Salеh, Musa (“Nadir şah”); C.Məmmədquluzadənin 
bədii yaradıcılığında mövcud olan Хəlil, Sadıq, Cəfər, Hеydər, 
Gülsüm, Fizzə,  Əhməd, Qasıməli (“Danabaş  kəndinin  əhvalat-
ları”); Cəfər, Mustafa (“Kişmiş oyunu”) kimi şəxs adları xalq 
arasında geniş yayılsa da, əsərdə  hеç bir üslubi çalar daşımır, 
obrazın hеç bir cəhətini səciyyələndirmir, ad obrazı xarici və 
daxili tərəfdən işıqlandırmır. 
6. Real həyatdan götürülmüş insanların prototipini yaradaraq 
obraz yaratma.  
Molla Ibrahimxəlil M.F.Axundovun ilk komediyası olan 
“Hekayəti-Molla Ibrahimxəlil Kimyagər”in baş  qəhrəmanıdır. 


 
 
86
Yazıçı komediyanın süjetini XIX əsrin 30-cu illərində öz doğma 
vətəni  Şəki  şəhərində  həqiqətən baş vermiş real bir hadisədən 
götürmüşdür. Molla Ibrahimxəlil Kimyagər XIX əsrin birinci 
yarısında Şəkidə yaşamış bir şəxsiyyətdir. (23, 249) Bu barədə ilk 
məlumata M.F.Axundovun müasiri, maarifçi dramaturq Rəşid 
bəy  Əfəndiyevin  ədib haqqında xatiratında rast gəlmək 
mümkündür. O yazır: “Çar höküməti Zaqafqaziyanı istila etdiyi 
zaman Nuxa qəzasında Molla Ibrahimxəlil adlı bir aferist zərgər 
kimya xülyasına qapılaraq yalnız avam xalqı deyil, çar 
hökümətinin yerli işçilərini də aldatmağa müvəffəq olmuşdur. 
Molla Ibrahimxəlil bir qədər gümüşü qumlu torpağa qatıb sərdar 
dəftərxanasına gətirir. Bir ərizə ilə  Sərdara müraciət edərək, 
Xaçmaz dağlarında gümüş  mədəni tapdığını bildirib, haman 
mədəni işlətməyə icazə istəyir və hökümətdən maddi yardım tələb 
edir. Sərdar Molla Ibrahimxəlilin gətirdiyi qarışıq torpağı 
müayinə üçün Peterburqa göndərir. Müayinə nəticəsində torpağın 
içərisində  əlli faiz gümüş olduğunu aydınlaşdırdıqdan sonra 
haman mədəni işlətmək üçün hökümət Molla Ibrahimxəlilə icazə 
və dörd min manat da para verir. Molla Ibrahimxəlil icazə 
aldıqdan sonra gedib bir müddət Xaçmaz dağlarında çadır qurub 
oturur. Hər tərəfdən pullu tacirlər, bəylər çoxlu pullar ilə bunun 
yanına gəlirdilər. Molla Ibrahim isə yanına saçlı-paçaqlı bir 
dərviş alıb, iksir ilə torpağı gümüşə döndərmək haqqında 
mövhumatlar yayıb xalqın başını qarışdırırdı. Beləliklə, az bir 
zaman içərisində Molla Ibrahimxəlil çox para yığdı. Mirzə Fətəli 
“Kimyagər” komediyasında Molla Ibrahimxəlilin xalqı  və 
hökümət adamlarını aldatmasını çox gözəl bir surətdə 
göstərmişdir. Senzor hökümət qulluqçularının aldadılması 
qismini nəşr etməyə icazə verməyərək  əsərin içərisindən silmiş 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə