ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə24/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   20   21   22   23   24   25   26   27   ...   76

 
 
87
olduğundan  əsər bir qədər cansız çıxmışdır. Yoxsa Mirzə 
Fətəlinin bu əsərdə yazıçılıq qüdrəti daha artıq görünə bilərdi.” 
(27, 311) Digər bir mənbədə də, 1850-ci ildə “Kafkaz” qəzetinin 
39,41,42,43 saylarında həmin faktın dəqiq olması – Molla 
Ibrahimxəlilin real şəxsiyyət olması haqqında məqalə  dərc 
olunmuşdur. Qəzetdə yazılmışdır: “Gəldək və Daşazılı  kəndləri 
keçmiş  Şamaxı  əyalətində, indiki Nuxa qəzasındadır. Bu qəzanın 
Artyanit kəndinin sakini Ibrahimxəlil Abdulla Rəhim oğlu 1851-ci 
ildə Gürcüstan Ali Baş Komandanlığına xəbər verir ki, o adları 
çəkilən kəndlərin yaxınlığındakı dağlarda gümüş  mədəni 
tapmışdır. Bu barədə dağ ekspedisiyasına məlumat verilmiş, lakin 
işdən görünür ki, həmin mədənin tədqiqi sahəsində ekspedisiya o 
zaman heç bir tədbir görməmişdir, mədənin sonralar da bir kəs 
tərəfindən tədqiq olunması barədə burada heç bir məlumat yox-
dur.” ( 23, 251)  
“Ibrahimxəlil” iki komponentdən  əmələ  gəlmiş mürəkkəb 
sözdür. Birinci komponent – “ibrahim” qədim yəhudi, “xəlil” isə 
ərəb mənşəlidir. Bu şəxs adı “Allahın dostu” deməkdir. 
Müsyö Jordan (“Hekayəti – Müsyö Jordan və Dərviş Məstəli 
şah”) – Aleksis Jordan (1814-1879) görkəmli fransız nəbatat 
alimi, real tarixi şəxsiyyət olmuşdur. Komediyada o, istedadlı bir 
nəbatat aliminin müsbət obrazıdır. Belə ki, M.F.Axundov obraza 
onom seçərkən XIX əsr fransız alimlərinin birinin soyadını seçib 
ümumiləşdirilmiş bir nəbatət alimi obrazı yaratmışdır. Müsyö 
Jordan Fransada inkişaf edən bir elmin rəmzləşdirilmiş 
nümayəndəsidir. 
Ə.Dəmirçizadə dramaturgiyada ən mühüm cəhət olan dil 
fərdiləşməsindən bəhs edərək yazır: “M.F.Axundovun pyeslə-
rində hər tip öz dili ilə, öz spesifik ifadələri ilə danışdırılmışdır. 


 
 
88
M.F.Axundov öz pyeslərində yaratdığı tiplərini elə sözlər və 
ifadələrlə danışdırmışdır ki, əsəri oxuyan və ya dinləyən hər kəs, 
hər  şəbihin halətini (əhvali-ruhiyyəsini) onun mükaliməsindən 
(dialoqundan) fərqləndirib, bu və ya digər replikanın kimə 
mənsub olduğunu tanıya bilir... Müsyö Jordanın dilində bir çox 
elmi, spesifik terminlər işlənmişdir ki, bunlar da Müsyö Jordanın 
dərin bilik və geniş məlumata sahib olduğunu göstərir. (68, 189) 
Əgər obrazın danışığı, nitqi onun хaraktеrinə uyğundursa, bu, 
хəlqi dildir, əksinə, obrazın dili nə  qədər gözəl və qanadlı 
fikirlərlə  bəzədilir-bəzədilsin, onun təfəkkürünə uyğun dеyilsə
onu  хəlqi dil hеsab  еtmək olmaz. (19, 61) Bu baxımdan Müsyö 
Jordanın dilinə  nəzər salaq: “Amma indi mən buraya gəlmək 
səbəbi ilə Parisin darülelminə isbat edəcəyəm ki, məzkur 
hükəmalar bilkülliyə  səhv ediblər. Bu nəbatat Qarabağın 
dağlarında kəsrətlə mövcuddur və bu nəbatatın mahiyyətini, 
təhqiq və xəvassını təcrübə ilə müşəxxəs edib, o xüsusda ətibbanın 
istehzarı üçün təsnifi-cədid aləmdə məşhur edəcəyəm. Məsələn, bu 
ot ki, görürsünüz, latınca bunun adı aqantusdur ki, mənim 
təcrübəmə görə qarın ağrısına çox faydası var... ” (23, 48) 
Göründüyü kimi, yazıçı  həm obrazın antroponimi, həm də dili 
vasitəsi ilə personajları fərdiləşdirir, tipikləşdirir. Dramatik əsərdə 
iştirakçıların dialoqu surət və xarakter yaradılması üçün işlənən 
əsas bədii vasitələrdən biridir. (75, 51) Obrazın dili onun 
dünyagörünüşünə, yaşadığı mühitə, nəhayət, antroponiminə 
uyğun olmalı, biri digərini tamamlamalıdır. “Bədii  əsərdə obraz 
insanların  əhatəsində yaşayır, ictimai mühitdə  fəaliyyət göstərir. 
Bu səbəbdən də obrazın dili onun təfəkkürünü, fərdi aləmini 
tamamlayır, onun ətraf mühitə, cəmiyyətə münasibətlərini  əks 


 
 
89
etdirir. Obrazın dili fərdiləşir, hər bir obrazın danışıq ahəngi 
aydın seçilir.” (147, 29) 
Görkəmli yazıçılarımız  Ə.Haqverdiyev və H.Mehdi bəzi 
tədqiqatçıların rəyinə  əsaslanaraq qeyd edirlər ki, Müsyö Jordan 
və Hatəmxan ağa müəllif tərəfindən uydurulmuş obrazlar deyil
onlar məhz həyatda yaşamış insanların bədii obrazlarıdır. (107, 
83)  
Müsyö Jordanın tarixi şəxsiyyət olması haqqında müxtəlif 
mənbələrdə məlumatlar mövcud olsa da, Hatəmxan ağa haqqında 
heç bir mənbədə belə fakta rast gəlmədiyimiz üçün Hatəmxan ağa 
obrazını M.F.Axundovun yaratdığı  bədii obrazlardan biri kimi 
təhlil etdik. 
Ə.Haqverdiyev “Hacı Qara” (“Sərgüzəşti-mərdi-xəsis”) və 
“Müsyö Jordan” komediyalarının süjetini Qasım bəy Zakir 
verdiyini qeyd etmişdir: “bu mühüm məsələ dramaturqun arxivi 
açıldıqdan sonra məlum olacaq, hələlik bu arxivin açılması haqqında 
danışıq gedir.” (107, 86) Təəssüf ki, M.F.Axundovun arxivi 1928-ci 
ildə Gürcüstandan Azərbaycana gətirilsə  də, heç bir mənbədə 
həmin məsələyə toxunulmamışdır. Ə.Haqverdiyev Hacı Qaranın isə 
yazıçı  tərəfindən uydurulmuş tip olmadığı haqqında məlumat 
verərək yazmışdır: “Komediyada verilən  şəxslər həqiqətən 
həyatda yaşamışlar. Hacı Qaranın nəvələri indi də  Ağdam 
qəzasının Ağcabədi kəndində yaşayırlar.” (107, 87) Real 
həyatdan obraz yaradan yaradıcı sənətkar haqqında Cəfər Xəndan 
qeyd edir: “Bədii ədəbiyyatda tip ictimai həyatdakı şəxsin surəti, 
özü və ya şəkli deyildir. O, yazıçı tərəfindən seçilən, dərk edilən, 
xəyaldan keçirilən və müəyyən uydurma ilə yaranan obrazdır. 
Tipin fərdiləşməsinə  əhəmiyyət verilməsəydi, rəngarənglik 
olmazdı, bütün mollalar, kapitalistlər, hakimlər bir-birinə oxşar, 


 
 
90
yadda qalmaz, ədəbiyyat cansıxıcı söz yığımına cevrilərdi.” ( 
118, 18)  
Komеdiyanın süъеt хətti Hacı Qaranın ətrafında inkişaf еdir. 
Hacı Qara pul, qızıl, var-dövlət düşkünüdür. Onun yaşamaq 
məqsədi, həyat devizi puldur. Hacı Qara yaxşı yaşamaq, həyatdan 
zövq almaq üçün pulu yığmamışdır. O, pulu pul, qızılı isə  qızıl 
olduğu üçün toplamışdır. Hacı Qara, demək olar ki, bütün 
məclislərdə  əhvalatın mərkəzində dayanır, tamaşaçı onun 
müxtəlif sifətlərinin  şahidi olur. Birinci məclisdə - Əsgər bəylə 
Heydər bəyin dialoqunda Hacı Qara ilə qiyabi tanış oluruq, ikinci 
məclisdə isə obrazın bütün xarakterik cəhətlərini görür və onunla 
əyani tanış oluruq. Hacı Qaranın müxtəlif sifətləri var: malını sata 
bilməyəndə, dükanda qonaqlarına tənbəki verməyəndə, böyük 
müamilə ilə borc verəndə riyakar tacir, yolda aciz əkinçilərlə üz-
üzə  gələrkən “qəhrəman”, murovun hüzurunda isə yaltaq, yazıq 
olan Hacı Qara bir neçə xüsusiyyətləri özündə birləşdirir. Deməli, 
o, tamahkar, xəsis, qorxaq, riyakar və gülüncdür. Azərbaycan 
ədəbiyyatının görkəmli tənqidçilərindən olan Əziz  Şərif Hacı 
Qaranın cahan ədəbiyyatındakı  xəsis obrazları ilə bir sırada 
durmağa layiq olduğunu yazır: “Bu parlaq, bədii obrazda xarakter 
ən son, ən yüksək dərəcəyə qaldırılmışdır. Dahi realist 
M.F.Axundov xəsisliyin bütün elementlərini yığıb bu obrazda 
verməyə  və real insan siması yaratmağa müvəffəq olmuşdur.” 
(212, 185) 
Hacı Qaranın başına gələn bəlalar onun tamahından irəli 
gəlir. Tamahının gücündən rahat dükanını, ailəsini atıb qorxulu 
bir işə - qaçaqçılığa gedir və yolda müxtəlif bəlalarla qarşılaşır.  
Qara - türk mənşəlli addır. Bu söz indi “tünd, tutqun rəng”; 
məcazi mənalarda isə “ağır, qəmli, mürtəce” anlamlarında işlənsə 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə