ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə22/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

 
 
79
personajlara verilən adlar Azərbaycan antroponimikası üçün 
xarakterikdir. Onomları bir cəhət birləşdirir, bu da onların 
ikihecalı, sadə quruluşlu, dilə yatımlı olmasıdır. Güman etmək 
olar ki, böyük sənətkar bu onomları seçərkən  şəxs adlarının 
obrazın xarakterinə uyğun olması prinsipinə riayət etməmişdir. 
Bununla yanaşı, həmin  şəxs adlarının mənasını izah etmək 
məqsədəuyğundur. Həmin onomlar ərəb mənşəlidir: Bəşir – 
“muştuluqçu, göz-aydınlığı verən, xoş  xəbər, müjdə verən” (29, 
23); Səlim – “sağlam, salamat, eybsiz, nöqsansız, doğru, dürüst” 
(29, 312); Səməd – “əbədi, daimi, sonsuz, bərk, möhtac olmayan, 
müstəqil” (29, 313) anlamlarını bildirir.  
Qeyd etdiyimiz kimi, bədii dildə çox zaman obrazın adı 
xarakterinə uyğun olsa da, epizodik surətlərdə belə uyğunluq 
olmaya da bilər. “Hekayəti-xırs-quldurbasan” komediyasında 
tamaşaçı Oruc Nəsib oğluna, Kərimə, Vəli Xatun oğluna  əsərdə 
bir obraz kimi tez-tez rast gəlməsə də, həmin onomların mənaları 
aşağıdakı kimidir: Oruc – farsca “ruzə” sözündən olub “dini 
qaydalara görə bir ay gündüzlər yemək və içməkdən, tütün 
çəkməkdən imtina etmək qaydası” (29, 272); Nəsib - ərəbcə “əsli-
nəcabəti olan, nəcabətli, köklü, soylu, əslli” (29, 260); Vəli isə 
“qəyyum, himayəçi, hami, dost” və s. (29, 376) mənaları ifadə 
edir.  
Demək olar ki, XX əsrə  qədər Azərbaycan ad sistemində 
familiyalar – soyadlar olmamış, həmin dövrə kimi yazılı və şifahi 
dilimizdə  şəxs adı + ata adı quruluşuna daha cox üstünlük 
verilmişdir: Oruc Nəsib oğlu. Lakin “Hekayəti-xırs-
quldurbasan”da mövcud olan “Vəli Xatun oğlu” antroponimi 
həmin quruluşdan fərqlidir: şəxs adı + ana adı qəlibindədir. Bu da 
şəxsin və ya obrazın birbaşa taleyi ilə bağlıdır.  


 
 
80
M.F.Axundovun bir çox komediyalarında olduğu kimi 
“Hekayəti-xırs-quldurbasan”da da obrazların emosionallıq və 
ekspressivlik çalarlarını artırmaq məqsədi ilə digər xalqlara 
məxsus onomlardan istifadə olunmuşdur. Komediyada digər 
xalqların nümayəndələri olan Matvey (rus), Frans Fot (alman) 
obrazları da vardır ki, onların köməyi ilə  əsərdə gözlənilməz 
hadisələr baş verir. Frans Fot romantik təbiəti ilə bizə Misyo 
Jordanı (“Hеkayəti-Müsyö Jordan və  Dərviş  Məhsəti  şah”) 
xatırladır - sevimli arvadı Marya Adamovna üçün gül toplayır və 
öz-özünə danışır: “Nə yaxşı çiçəkdir, nə gözəl qoxusu var, bunu 
Marya Adamovnaya peşkəş edəcəyəm.” (23, 81) 
“Mürafiə  vəkillərinin hekayəti” komediyasında birinci 
məclisdən məlum olur ki, vəba xəstəliyindən vəfat edən Hacı 
Qafurun altmış min nağd pulu qalmışdır, varisi isə on səkkiz yaşlı 
bacısı  Səkinə xanımdır. Səkinə xanım öz məhəbbəti uğrunda 
qardaşı ilə uzun zaman mübarizə etmişdir. Hacı Qafurun 
vəfatından sonra isə bibisi Zübeydə onun sevgisinə qarşıdır, o, 
qardaşı  qızının seçimini bəyənmir. Zübeydə  zəmanəsinin  əxlaq 
qanunlarına tabe olan bir obrazdır. O, kiçik yaşlarından 
ətrafındakı  qızların eşqsiz, məhəbbətsiz, yalnız var-dövlətə 
əsaslanan ailə qurmaqlarının şahidi olmuşdur. Səkinə isə Zübeydə 
kimilərindən fərqlidir. O, azad məhəbbətə  əsaslanan bir ailə 
qurmaq istəyir - Əziz bəyə  ərə getmək arzusundadır. Səkinə 
xanım qardaşının ölümündən sonra yaşadığı cəmiyyətə qarşı çıxır 
və o, mübarizədə, demək olar ki, tənhadır. Cəmiyyətin Səkinə 
xanım ilə mübarizəsinin səbəbi isə Hacı Qafurdan qalmış miras - 
altmış min manat tüməndir. Tacir Ağa Həsən miras payını  ələ 
keçirmək məqsədi ilə Səkinə xanıma elçi göndərir. Lakin Səkinə 
xanım insan azadlığını tapdalayan, şəxsiyyəti təhqir edən qayda-


 
 
81
qanunlara qarşı  cəsarətlə  çıxır, mübarizə aparır. M.F.Axundov 
Azərbaycan səhnəsində belə  cəsarətli, mübariz şüurlu qadınların 
dili ilə dindən bir silah kimi istifadə edənlərə, köhnə adət-
ənənələrə hücum edirdi. O, öz müsbət qadın surətləri ilə 
Azərbaycan ədəbiyyatı tarixində böyük bir inqilab yaradırdı. (28, 
158)  
Səkinə, Zübeydə, Həsən onomları  ərəb mənşəlidir. Səkinə 
“rahat, sakit, könül rahatlığı, dinc” (29, 312); Zübeydə “zibdə” 
sözündən olub “əsas, maya, gövhər, qaymaq, ən bəyənilmiş, 
seçilmis” (29, 317); Həsən isə “gözəl, göycək, qəşəng, yaxşı” (29, 
184) anlamlarını bildirir. Komediyada Səkinə xanım obrazı 
“könül rahatlığına, dinc, sakit, rahat bir həyata can atsa” da, 
Zübeydə xanım kimiləri isə yaşadıqları  cəmiyyətin “mayası, 
gövhəri,  ən seçilmişləri,  ən bəyənilmişləri olsalar” da, Həsən 
kimilərini isə Zübeydələr “yaxşı” adlandırsalar da, fikrimizcə
yazıçı bu antroponimlərdən istifadə edərkən M.F.Axundov dövrü üçün 
xarakterik olan şəxs adlarına müraciət etmişdir.  
Zeynəbə saxta və haram vasitələrlə kömək edənlər qardaşı 
Ağa Abbas və Ağa Mərdandır. Ağa Mərdan Zeynəbə təklif edir: 
“Gərək Hacı Qafurun dövlətinin yarısına qane olasan, yəni o 
dövlətdən ki, altmış min tüməndir, otuz min tümən sənin olsun və 
qalan yarısı otuz min tümən mənim və  Ağa Kərimin və başqa 
yoldaş  və köməkçimizin olsun.” (23, 181) Bu təklifə Zeynəb 
etiraz edəndə Ağa Abbas tez razılaşır, çünki o, cəmiyyətin qayda-
qanunlarına yaxşı  bələddir,  əgər razılıq verməsələr, otuz min 
tümən də əldən çıxa bilər.  
“Aldanmış kəvakib” povestində məmləkətin üsuli-idarəsində 
yaxından iştirak edənlər,  Şah Abbasın tərəfdarları  Vəzir Mirzə 
Möhsün, Sərdar Zaman xan, Müstövfi Mirzə  Yəhya, Mollabaşı 


 
 
82
Axund Səməddir. M.F.Axundov onları öz ifadələri ilə satirik 
qələmlə tənqid atəşinə tutur. Bu tiplərin hamısının ümumi cəhəti 
onların öz əməllərindən razı olmaları, bütün cinayətlərini böyük 
bir fədakarlıq kimi, şaha bir xidmət kimi qələmə vermələridir. 
Möhsün, Zaman, Səməd - ərəb mənşəlidir. Möhsün “sağlam-
laşdıran, gözəlləşdirən, yaxşılıq edən” (29, 250); Yəhya isə qədim 
yəhudi dilində “yəhva” sözündən olub “Tanrı, Allah” (29, 387) 
anlamlarını bildirir. “Möhsün” onomu ilə obrazın xarakteri 
ziddiyyət təşkil edir. Şəxs adının lüğəvi mənasında 
“sağlamlaşdıran, gözəlləşdirən, yaxşılıq edən” anlamları olan 
onom vasitəsi ilə mühafizəkar, rüşvətxor, yaltaq, riyakar bir obraz 
adlandırılmışdır. Bu adın verilməsində iki fikir ola bilər: birinci 
fikrə görə, yazıçı bu obraza onom verərkən yaşadığı dövrə uyğun 
olan  şəxs adlarından birinə üstünlük vermişdir; ikinci fikrə görə 
isə,  ərəb və fars dillərini mükəmməl bilən yazıçı belə  təzaddan 
üslubi bir vasitə kimi istifadə etmişdir.  
Bayraməli bəyin (“Ev tərbiyəsinin bir şəkli”) evində  ətalət, 
tənbəllik hökm sürür. Bu ətalət, tənbəllik evin bütün üzvləri 
arasında yayılmışdır. Zahirən, Bayraməli bəyin istəyi təqdirə-
layiqdir. O, özü yeni üsulla təhsil almışdır, övladlarının da oxu-
yub mühəndis, həkim olması arzusundadır, buna görə  də 
oğullarının təhsilinə xərc qoyur. Lakin Bayraməli bəy deyingən, 
səbirsizdir. O, öyüd verməklə öz ailəsini bu tənbəllik azarından 
qurtarmaq istəyir, lakin onun tərbiyə üsulu yanlışdır. Buna görə 
də onun evindəki münasibət daha da kəskinləşir. Bayraməli bəyin 
böyük oğlu Səfdərqulu oxuya bilməyib geri qayıtmışdır, kiçik 
oğlu Rəsul isə qardaşından da fərsizdir. Bayraməli bəyin qardaşı 
Şahmar bəy Şərq təhsili alsa da, qardaşı kimi düşünür.  


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə