ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə20/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

 
 
71
ürəyinin səsinə qulaq asaraq Teymur ağaya  ərə gedir. Bеləliklə, 
məhəbbətə əsaslanan bir ailənin təməli qoyulur. 
Obrazın “Nisə” adlandırılması heç də  təsadüfü deyildir. 
M.F.Axundov iki əsərində “Nisə” şəxs adından istifadə etmişdir. 
“Hekayəti –Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasında 
on altı yaşlı gözəl bənizli surətin adının  Şərəfnisə; “Sərgüzəşti-
vəziri-xani-Lənkəran” komediyasında isə  məhəbbəti uğrunda 
çalışan gənc qızın Nisə adlandırılması böyük sənətkarın həmin 
antroponimə olan rəğbət hissi ilə əlaqədardır. Heç təsadüfi deyil 
ki, hər iki komediyadakı Nisə xanım və Şərəfnisə xanım obrazları 
həm daxilən, həm də zahirən gözəl təsvir olunmuşdur. Böyük 
sənətkarın həyat yoluna nəzər salaq: “1842-ci ildə M.F.Axundov 
Hacı  Ələsgərin qızı Tubu xanımla evlənmişdir. Tubu xanımdan 
onun bir neçə övladı olmuşdur ki, bunlardan oğlu Rəşid və  qızı 
Nisə xanım ata-analarının ölümündən sonra da yaşamış, o biriləri 
isə kiçik və cavan yaşlarında ölmüşlər. Qızı Nisə xanım Tiflisdə 
gimnaziyanı qurtarmış, oğlu Rəşid isə  həmin gimnaziyada rusca 
orta təhsil aldıqdan sonra Brüsseldə ali təhsil almışdır.” (34, 190) 
M.F.Axundovun yeganə  qız övladına verdiyi şəxs adının da 
“Nisə” olduğunu nəzərə alaraq, qeyd etmək olar ki, məhz bu şəxs 
adı böyük dramaturqun zövqünə uyğun olan onomlardan biridir. 
“Nisə”  ərəb mənşəli ad olub “qadın”, “qız” mənalarında işlənir. 
“Qurani-Kərim” də “Nisa” adlı surə var. Sözün lüğəvi mənasını 
əsas götürərək qeyd etmək olar ki, belə bir obrazlar məhz feodal 
Azərbaycanı üçün xarakterik olan Azərbaycan qızlarının 
taleyidir.  
“Hekayəti-Müsyö Jordan və  Dərviş  Məstəli  şah” komedi-
yasında mövcud olan qadın obrazlarına vеrilən antroponimlərdən 


 
 
72
fərqli olaraq, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”da mövcud olan 
Ziba, Şölə, Nisə, Pəri adları sadə quruluşa malikdir. 
M.Kamran “Nəcəf bəy Vəzirov” adlı monoqrafiyasında belə 
bir məlumat verir: “Vəzirovun qızı Sara xanımın söylədiyinə 
görə, Səadət xanım, Fəxrəddin adları dramaturqun ən çox 
bəyəndiyi,  Əhməd və  Xəlil isə  zəhləsi gedən adlar imiş. Heç 
təsadüfi deyildir ki, Səadət xanım adı üç pyesdə (“Müsibəti-
Fəxrəddin”, “Keçmişdə qaçaqlar”, “Təzə əsrin ibtidası”) işlənmiş 
və hər üç Səadət xanım da müsbət obraz kimi həm daxilən, həm 
də xaricən gözəl təsvir olunmuşdur. Hər üç Səadət xanımda, 
demək olar ki, qızlara məxsus gözəl sifətlər (mərdlik, dilavərlik, 
sədaqətlik və s.) cəmləşmişdir... Dramaturqun Əhməd və  Xəlil 
adında hər ikisindən üçü olmaqla altı tipi var, altısı da nökər, 
altısı da nifrətə layiq” (128, 258) “Müsibəti-Fəxrəddin”də Rüstəm 
bəyin nökəri  Əhməd,  Şahmar bəyin nökəri Xəlil, “Pəhləvanani-
zəmanə”də küçə vəkili Cahangir bəyin nökəri Pişik Əhməd, “Nə 
əkərsən, onu biçərsən”də Səfdərqulunun aşnasının evindəki nökər 
Xəlil, “Ağa Kərim xan Ərdəbili”də Iskəndər xanın nökəri Əhməd 
adlandırılmışdır. 
Qеyd  еtdiyimiz kimi, “Fəхrəddin” və “Səadət”  şəхs adları 
müəllifin  ən çoх  bəyəndiyi, zövqünü oхşadığı adlar olmuşdur. 
Buna görə də həmin adlar bədii əsərlərdə məhz müsbət obrazlara 
vеrilmişdir. Hər iki ad ərəb mənşəli olsa da, apеlyativi hər kəs 
üçün aydındır: Fəхrəddin “dinin fəхri, dinin bəyəndiyi”, Səadət 
isə  “хoşbəхt, bəхtəvər” anlamlarını bildirir. Faciənin baş 
qəhrəmanları  əməlləri və  gələcək arzuları ilə  hər kəs tərəfindən 
bəyənilir və sеvilir. Səadət kimi gözəl хarici görünüşə və əхlaqi 
kеyfiyyətlərə malik qızla ailə qurmaq hər kəsi səadətə, 
хoşbəхtliyə çatdırsa da, o, “Fəхrəddinin müsibəti” ilə  əlaqəli 


 
 
73
obrazdır. Buna görə  də  Səadət arzuladığı  həyata – öz səadətinə 
qovuşa bilmir. 
4.  Obrazın  əsas xarakterik cəhətinə, həyatda tutduğu möv-
qeyə, mənsub olduğu ictimai təbəqənin  əksinə uyğun olaraq 
adlandırılması.  
Xanpəri (“Hekayəti-Müsyö Jordan və  Dərviş  Məstəli  şah”) 
“əfradi-əhli məcalis”dən göründüyü kimi, Şərəfnisə xanımın 
dayəsidir, 40 yaşı var. Bəy ailəsində Xanpərinin vəzifəsi yalnız 
uşaqlara qayğı göstərmək deyil, həm də o, Şəhrəbanu xanımın 
yaxın məsləhətçisidir. M.F.Axundov məhz Təklə-Muğanlı 
qışlağında baş verənləri satira yolu ilə Xanpərinin vasitəsi ilə 
işıqlandırır. Xanpəri komediyanın  ən cahil, nadan, mövhumatçı 
bir obrazıdır, o, mərhəmətsiz və  qəddardır. Məstəli  şah bu çətin 
işi həll etməyin bir neçə yolu olduğunu söylədikdə Xanpəri “həm 
Parisin xarab olmağını, həm də Müsyö Jordanın boynunun 
vurulmağını” istəyir, “təki ağama xoş olsun” prinsipi ilə yaşayır. 
Qeyd etdiyimiz kimi, adətən, obrazların adlandırılması tipin 
mənsub olduğu ictimai təbəqənin sinfi xüsusiyyətlərinə uyğun 
olur. Lakin Xanpəri onomu ilə obraz arasında olan uyğunluq 
pozulmuşdur. Xanpəri obrazı yüksək ictimai təbəqəyə malik 
deyil, lakin M.F.Axundov adlandırmada “xan” titulundan istifadə 
etmişdir. N.Vəzirov nokər Cəbinin arvadını (“Yağışdın çıхdıq, 
yağmura düşdük”) da tutduğu təbəqəyə, zümrəyə uyğun olaraq 
adlandırmamışdır -“Şahsənəm” şəхs adı hakim təbəqələrə məхsus 
olmuşdur. Hər iki onom titul + şəxs adı quruluşludur. 
Komеdiyanın sonunda Cəbi  əldə  еtdiyi bеş manata arvadı 
Şahsənəmə bir başmaq, qızı Gülsənəmə isə yaşmaq almaq 
arzusundadır. Həm “başmaq” və “yaşmaq”, həm də “Şahsənəm” 
və “Gülsənəm” sözləri еyni quruluşa malik olub qafiyələnir. 


 
 
74
Xacə  Məsud (“Sərgüzəşti–vəziri–xani–Lənkəran”) Mirzə 
Həbibin hərəmağasıdır. Məsud ərəb mənşəli olub, “şad, xoşbəxt, 
bəxtəvər, səadətli” mənasını bildirir. Lakin həyatın keşməkeşli 
yollarında onun bəxti gətirməmişdir, tale yolları onu Mirzə 
Həbibin hərəmxanasına gətirib çıxartmışdır. Xacəlik XX əsrə 
kimi Azərbaycanda mövcud olmuşdur və bu sənəti könüllü olaraq 
heç kəs qəbul etməmişdir. Dramaturq həmin obraza həyatda 
tutduğu mövqeyin əksinə olaraq onom vermişdir. 
Xacə Mübarək (“Aldanmış  kəvakib”) obrazı oxucuya və 
tamaşaçıya Xacə  Məsud Qara obrazını xatırladır. Bu iki obraz-
ların həm xarakterləri, həm də onomları bir-birinə yaxındır. 
Mübarək ərəb dilində “bərəkətli, uğurlu, xeyirli, xoş, müqəddəs, 
əziz, hörmətli, gözaydınlığı vermə, bir münasibətlə  təbrik etmə” 
anlamlarını ifadə edir. (29, 252) “Mübarək” və “Məsud”  şəxs 
adlarının mənası ilə obrazların xarakterində böyük ziddiyyət var. 
Bеlə ki, bu obrazları “uğurlu taleli” insanlar adlandırmaq 
mümkün deyil.  
Divanbəyinin dilmancı Kamalov “Hekayəti-xırs-quldurba-
san” komediyasında iştirak edən maraqlı obrazlardan biridir. O, 
rus dilini bilir, yerli camaat ilə Divanbəyi arasında tərcüməçilik 
edir, ünsiyyət yaradır.  Əsəri oxuyan hər kəs ilk baxışdan həmin 
obrazın çox ağıllı, dərrakəli olduğunu düşünür. “Kamal” 
sözündən yaranan soyadı da ərəb dilində еyni mənanı ifadə еdir. 
Lakin dramda süjet xətti inkişaf etdikcə obrazın adı ilə 
mənəviyyatı arasında bir ziddiyyət olduğunu görürük. Onun 
etdiyi tərcümələrdə  məntiq yoxdur, əksinə, bir məntiqsizlik var. 
Kamalov Divanbəyi ilə  Nəcəfin dialoqunu aşağıdakı kimi 
tərcümə edir:  


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə