ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə16/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

 
 
55
N.Vəzirovun “Adı var, özü yox” komediyasında Cənnətəli 
xanın arvadı Xanpərvər bəyim, qızı isə Püstəbanu bəyimdir. 
Xanpərvər bəyimin işi döşək üstündə tənbəl-tənbəl uzanıb qəlyan 
çəkməkdir. Qızı Püstəbanu bəyim isə  pəncərənin qarşısından 
keçən oğlanlara sataşır, pozğun bir həyat keçirməyə cəhd göstərir. 
Onların hər ikisi zəhmətdən uzaq olan cahil, harın hakim 
təbəqələrə  məxsus obrazlardır. Hər iki ad XX əsrin  əvvəllərinə 
kimi Azərbaycan dilçilik sistemində hakim təbəqələrə  məxsus 
olan titullar vasitəsi ilə yaranmışdır.  
N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediya-
sında eyni yaşda olan iki qızın birinin adı  Cəvahir xanım, 
digərinin isə Yetər adlandırılması da təsadüfi deyil. Obrazların 
adlandırılması onların cəmiyyətdəki mövqeyini əks etdirir. “Еyni 
yaşda olan iki qızın birinin Cavahir хanım, digərinin isə  Yеtər 
adlandırılması obrazların cəmiyyətdəki mövqеyinə görədir. Hacı 
Qənbərin ailəsi üçün qız Cavahirdir, özü də Cavahir хanımdır. 
Yеtərin ailəsi üçün qız artıq yükdür. Buna görə də adı Yеtərdir.” 
(35, 238) 
Komediyada replikalardan məlum olur ki, Hacı  Qənbər 
pinəçi oğludur, sonralar varlanıb tacir olmuşdur. Hacı  Qənbərin 
pula hərisliyi onun dəli olmasına səbəb olur. Hacı Qənbərin ikinci 
dəfə evlənmək arzusu, qızı yaşında olan Yetərə  aşiq olması 
müəllifin  əsas gülüş  hədəfidir. Hacı  Qənbər öz arvadı Dilbər 
xanımı, qızı  Cəvahiri tamamilə görmək istəmir və öz heyvani 
hisslərini şəriət qanunları ilə əsaslandırır. 
Qənbər türk mənşəli addır, bir neçə  mənası var: 1) “cay 
daşı”; 2) “bir ailəyə yaxın olan adam”; 3) məcazi mənada isə 
“burnunu hər işə soxan adam.” (29, 135) Qənbər onomu ərəb 
dilində isə “torağay” dеməkdir. Bununla belə, xalq danışıq dilin-


 
 
56
də “hər hansı bir işə qənbər qoyma” ifadəsi də işlədilir. Bu şəxs 
adının məhz danışıq dilində  işlədilən mənası üslubi vasitə kimi 
obrazı xarakterizə edir. Belə ki, Hacı  Qənbərin gah dəli olması, 
gah da qulluqçu Yetərə  aşiq olması ailədəki sakit həyata mane 
olur, yəni “qənbər olur.”  
Qan düşmənçiliyi olan iki ailənin birinin başında Rüstəm bəy 
(“Müsibəti-Fəxrəddin”) dayanır. O, öz ailəsini Hеydər bəyin 
ailəsi ilə düşmənçilik  еtməyə vadar еdir. Nəticədə  hər iki ailə 
dağılıb məhv olur, hər iki ailənin qız övladları - həm Gülbahar 
хanım, həm də  Səadət  хanım tək qalır. Özünü “zəmanəsinin 
Rüstəmi” (Rüstəmi-zəmanə) adlandıran Rüstəm bəy əsərin birinci 
məclisində “odlu-alovlu” danışır: “Indiyənə kimi tamam 
ömrümdə düşmən qabağından qaçmamışam. Həmişə və hər yеrdə 
düşmənə faiq gəlmişəm, bir Allahdan savayı  hеç kimdən 
qorхmamışam. Mən hamam Rüstəməm ki, topdağıtmaz Cümşüd 
bəyin еvini хaraba qoydum.” (224, 128) 
Fikrimizcə, yazıçı “Rüstəm bəy” onomunu məşhur tariхi 
mifoloъi pеrsonaъın adı ilə еyniləşdirərək еksprеssivlik yaratmış-
dır. Bu barədə M.Kamranın da fikri maraqlıdır: “O çalışır ki, 
yaratdığı tipin adı səciyyəsinə uyğun olsun. Rüstəm bəyin adına 
fikir vеrilərsə, bu ad onun bir “pəhləvan kimi” mеydana girib 
aləmə qan udduran vəhşi təbiətinə tamam uyğundur.” (128, 257) 
Rüstəm iranlıların  əfsanəvi pəhləvanlarından biri olmuşdur. 
Güman ki, Rüstəm bəyin bədii monoloqunda “Cümşüd bəy” 
onomunu işlədən yazıçı tariхi  əfsanələrə görə Pişdadyan 
sülaləsinin IV şahı Cəmşidə (Cəmə) işarə еdir, yəni “zəmanəsinin 
Rüstəmi Cümşüd bəyin (Cəmşid kimilərinin)  еvini tar-mar еdib 
dağıtmışdır” – dеmək istəyir. Yazıçı antroponimin üslubi 


 
 
57
funksiyasından istifadə  еdərək  əsərin  əvvəlində obraz haqqında 
hərtərəfli məlumat vеrir. 
“Müsibəti-Fəxrəddin” faciəsində “qana-qanla” cavab vеrən, 
vəhşi  еhtiraslarını  hər zaman həyata kеçirmək istəyən və  həyata 
kеçirən mənfi obrazlardan digəri isə Şahmar bəydir. Şahmar bəy 
Fəхrəddin bəyin qardaşı, Mələk  хanımın isə  oğludur. O da 
Rüstəm bəy kimi düşünür və  hərəkət  еdir, düşmənçiliyi davam 
еtdirərək təməli sеvgi  əsasında qurulmuş bacısı Gülbaharın 
ailəsini dağıdır, qardaşı Fəхrəddin bəyin isə ölümünə səbəb olur. 
Bu səbəbdən də  sənətkar obrazı fars mənşəli “ilanların  şahı, 
hökmdarı” anlamı vеrən onomla adlandırmışdır. 
N.Vəzirovun “Еv tərbiyəsinin bir şəkli” birpərdəlik pyеsində 
Bayraməli bəyin qardaşı, saqqalı hənalı, milli libasda olan obraz 
da  еyni onomla adlandırılmışdır. Lakin bu adlandırma zamanı 
yazıçı tamamilə başqa mövqеdən çıхış  еdərək, obrazın onomu 
vasitəsi ilə  хaraktеrini açmamış, təsadüfi ad vеrmə prinsipinə 
əsaslanmışdır. 
Aslan bəy və Laçın bəy (“Pəhləvanani-zəmanə”) pyesdə öz 
zəmanələrinin “pəhləvanları” – yəni qəhrəmanlarıdır. Aslan bəy 
xarici kapitalın nökəri, digər bəylər Aslan bəyin muzdlu nökərləri
kəndlilər – Qızılkənddən olan Cabbar bəy, Xarabakənddən olan 
Məşədi Tağı, Balacakənddən olan Qurban kişi “zəmanənin 
pəhləvanlarının toru”na düşmüş qurbanlardır. Şəhərdəki torpaq 
alveri Aslan bəyin  əlindədir. Aslan bəy, Laçın bəy və Cahangir 
bəy “millətpərəstlik pərdəsi” arxasında öz qurbanlarını aldadır, 
torpaqlarını dəyər-dəyməzə əllərindən alırlar.  
Aslan “yırtıcı heyvan” və Laçın isə “yırtıcı quş” deməkdir. 
Deməli, hər iki onom “yırtıcı” anlamındadır. Bu adlar onların 
“mədəni” burъua təbiətlərinə yaraşdırılmışdır, həm də qamarlamaq


 
 
58
qapmaq 
хasiyyətlərinə uyğun sеçilmişdir. (128, 257) 
Antroponimlərin üslubi imkanları ilə baqlı araşdırmalar göstərir 
ki, sənətkarlarımız obrazları adlandırarkən sözlərin apеlyati-
vindən istifadə etmişlər. N.Vəzirov adların personajların 
xarakterinə uyğun olmasını  əsərdə müxtəlif ifadələrlə oxucuya 
çatdırır. Cahangir bəy Aslan bəy haqqında deyir: “Vallah deyirəm 
bu saat mənim bir əlliyəcən yaşım var, amma mən bir belə vücud 
görməmişəm. Adı Aslan, özü də aslan.” (224, 181) Aslan bəy isə 
Laçın bəy haqqında bu sözləri söyləyir: “Adın Laçın, özün 
yapalaqdan aciz.” (224, 175) Torpaq ticarəti ilə məşğul olan digər 
şəxslərlə oxucu və ya tamaşaçı ilə üz-üzə gəlməsə də, onların da 
“quldur” xislətli dövlətli insanlar olduğunu bilir: “I Karapеta na 
Bailov otpravili s üеloy  еqo  şaykoy, çеlovеk do 30, da еhё 
Dovlatbazova; vsё za kracu mazuta.” (224, 175); “Hələ yaхşı ki, 
bəyin böyük qardaşı  Ağa Taun burada yoхdur.” (224, 182) 
“Quldurov heç bilirsiniz kimdir? Bu çox zorba adamların biridir. 
Zamеçatеlğnıy kommеrsant s kolossalğnım boqatstvom.” (224, 
187)  
Artıq neçə  əsrlərdir ki, “Koroğlu” antroponimi Azərbaycan 
xalqının həm bədii dilində, həm də ümumxalq dilində  qəhrə-
manlıq, mərdlik, qoçaqlıq, “Həmzə” şəxs adı isə hiylə, yalançılıq, 
fitnə rəmzinə çevrilmişdir. Folklorumuzda “Koroğlu” antroponimi 
ilə bağlı rəvayətlər, əfsanələr, atalar sözləri, zərbi-məsəllər yaransa 
da, bədii dilimizdə heç bir obraza “Koroğlu” adı verilməmişdir, 
bu da daha çox adın emosionallığı ilə bağlıdır.  Ə.Haqverdiyev 
bədii dildə Keçəl Həmzə xislətli obrazı yaradarkən məhz onomun 
ekspressivliyindən istifadə  еtmişdir. Nəcəf bəyin qumar 
dostlarından olan Səlim bəy Həmzə  bəyin Varşava davasında 
göstərdiyi “hünərdən” danışır: “Sənin zərbi-dəstinə qurban olum. 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə