ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

 
 
46
həmişə  mənəvi dayaq olur. Səkinə xanım bu dayağa, sütuna 
söykənib qələbə çalır. Səkinə xanımın  Əziz bəydən başqa etibar 
etdiyi insan yoxdur. O, Səkinə xanımın ürəyinə yaxın, ona çox 
istəkli, çox qiymətli bir obrazdır. Elə  “Əziz”  şəxs adı da ərəb 
dilində “ürəyə yaxın, sevimli, çox istəkli, qiymətli” anlamlarını 
ifadə edir. 
Komediyada konfliktin Səkinə xanımın qələbəsi ilə başa 
çatmasının  əsas səbəbi xalqdır. Təbrizdə  vəba xəstəliyi hökm 
sürərkən dörd nəfər könüllü əsgər vəfat edənləri dəfn etmişlər. 
Onlar Hacı Mərdandan on beş tümən pul alsalar da, məhkəmədə 
düzgün şəhadət verirlər və komediya gözlənilməz sonluqla bitir. 
Qəhrəmanın “igid, bahadır”; Bilalın “sağlam”; Nəzərin “baxış, 
mülahizə” anlamlarını  əsas götürərək obrazların xarakteri ilə 
onomları arasındakı  əlaqəni aşağıdakı kimi açmaq olar: düzgün 
mülahizələrə, fikirlərə  əsaslanan sağlam ruhlu üstünlükləri ilə 
seçilən, diqqəti cəlb edən igidlər, bahadırlar. Bu, əlbəttə, bir 
mülahizədir. Ola bilsin ki, sənətkar  şəхs adının qeyd etdiyimiz 
anlamına  əsaslanmamışdır, lakin əsərdə müsbət obraza müsbət 
məna bildirən adlar verilməsi bədii  əsərlərdə  ənənəvi xarakter 
daşıyır.  
“Aldanmış  kəvakib” povestində Yusif Sərrac  şah olduqdan 
sonra Mollabaşı Axund Səmədi, Sərdar Zaman xanı, Vəzir Mirzə 
Möhsünü, Müstöfvi Mirzə Yəhyanı, Münəccimbaşı Sədrəddini və 
Mövlanə Cəmaləddini Ərk qalasındakı zindana saldırır. “Sabahısı 
gün Yusif şah salam otağına təşrif gətirib Molla Rəməzanı  və 
Qurban bəyi və Mirzə Cəlili və Mirzə Zəkini ki, onun dostlarından 
idilər və  şahın olara hər xüsusda vüsuqu var idi, ehzar elədi, 
mənsəbi mollabaşılığı verdi Molla Rəməzana, sərdarlığı  həvalə 
elədi Qurban bəyə, xanlıq ləqəbi ilə  vəzarəti tapşırdı Mirzə 


 
 
47
Cəlilə, müstövfiliyi Mirzə  Zəkiyə, münəccimbaşılıq mənsəbini 
bilmərrə  mətruk etdi ki, dövlətə  və millətə  zərərdən başqa bir 
faydası yox idi.” (23, 219) Povestdəki obrazlar iki qütbdən çıxış 
edir, yazıçı onları qarşı-qarşıya qoyur. Şah Abbas və onun saray 
əyanları rüşvətxorluğu, nadanlığı, cəhaləti, zalımlığı, 
özbaşınalığı,  ədalətsizliyi, nəhayət, cinayətkarlığı, ikinci tərəf – 
Yusif Sərrac və onun dostları isə xeyirxahlığı, fədakarlığı, 
mütərəqqi ictimai fikirləri, demokratik görüşləri, maarifçiliyi 
təmsil edir. Yazıçının bu fikri bəzi antroponimlərin lüğəvi 
mənasında özünü tam büruzə verir. Ramazan ərəb dilində  “ərəb 
qəməri aylarının sonuncu ayı, müsəlmanların oruc tutduqları ay” 
(29, 292); Cəlil “böyük, uca, yüksək, ali, hörmətli” (29, 95); Zəki 
“zəkalı, düşüncəli, ağıllı, fərasətli, istedadlı” (29, 394); Qurban 
isə “bir məqsəd uğrunda kəslən qoyun və ya başqa heyvan, bir 
hadisə  nəticəsində  həlak olmuş adam”, yaxud “ən müqəddəs 
məqsəd uğrunda özünü həlak edən, canından keçən adam” (29, 
143) anlamlarını ifadə edir. Onomların anlamlarına - üslubi 
cəhətlərinə uyğun olaraq Yusif Sərrac Axund Səmədin yerinə Molla 
Rəməzanı (“Rəməzan” rəmzi məna daşıyıb, yəni islam dinini yaxşı 
bilən, onun qayda-qanunlarına riayət edən  şəxs mənasında), 
Qurban bəyi ordu başçısı (“Qurban” şəxs adı  vətən yolunda, ən 
müqəddəs məqsəd yolunda vuruşub canından keçən  şəxs məna-
sında), Mirzə  Cəlili vəzir (“Cəlil”  şəxs adı çox hörmətli və ali 
şəxs mənasında), Mirzə  Zəkini isə müstövfi (“Zəki”  şəxs adı 
düşüncəli, fərasətli, ağıllı, istedadlı  şəxs mənasında) vəzifəsinə 
təyin edir. Bu surətlərin işi, ruhu onların adı ilə  sıx  əlaqədə 
səslənir, adlar isə  əsərdə  iştirak edən obrazları xarakterizə edir. 
Oxucu  əsərdə bu obrazların yalnız onomları ilə tanış olur, lakin 
adlardan məlum olur ki, onlar Yusif Sərracın mütərəqqi 


 
 
48
ideyalarının inkişafında böyük rol oynamalı, demokratik hərəkata 
köməklik etməlidirlər.  
C.Məmmədquluzadə 1928-ci ildə yazdığı  və  “Şərq qadını” 
jurnalında çap etdirdiyi “Mirzə Fətəli Axundov dinlər haqqında” 
məqaləsində belə bir fikir irəli sürmüşdür: “Ancaq indi Mirzə 
Fətəli təvəllüdündən yüz ildən bir qədər də artıq, vəfatından əlli il 
keçəndən sonra bizə  məlum olur ki, mərhumun bir böyük dərdi 
var imiş ki, öz sağlığında onu ucadan bir kəsə deyə bilmirmiş və 
axırda ürəyinin dərdini öz dilindən yox, öz adı ilə yox, Hindistan 
şahzadəsi Kəmalüddövlənin dilindən söyləyibdir: yəni “bax, bu 
sözü mən demirəm, bunu Kəmalüddövlə deyir... Iki şahzadənin 
məktublarının müqəddiməsində Mirzə  Fətəli bu mükatəbənin 
müəllifi özü olduğunu bərk-bərk danır və deyir ki, haman 
məktubları yazanlar indi Bağdadda yaşayan Hindistan şahzadəsi 
Iqbalüddövlə və biri də Iran şahzadəsi Şücaüddövlədir.” (164, 78) 
M.F.Axundov da əsərin müəllifləri haqqında belə bir məlumat 
vermişdir: “Haman məktubu yazanlar indi Bağdadda yaşayan
bir-birinin yaxın dostu və yoldaşı olan Hindistan şahzadəsi 
Iqbalüddövlə Övrəng Zib oğlu və Iran şahzadəsi Şücaüddövlə Əli 
şah Zilli Sultan oğludur. Mənim təqsirim nədir ki, biri öz adını 
Kəmalüddövlə, o biri Cəlalüddövlə qoymuşdur.” (25, 178) Müəllif 
Kəmalüddövlənin Hindistanın Böyük Monqol sülaləsinin şahların-
dan olmuş  və 1659-1707-cı illərdə hökmranlıq etmiş Övrəng 
Zibin (1618-1707) övladı olması haqqında əsərin “Kəmalüddövlə 
məktublarının üzünü köçürən  şəxsin islam xalqlarının  şəriət 
xadimlərinin birinə göndərdiyi məktubun üzü” hissəsində yazır: 
“Indi ki, Övrəng Zibin naxələf oğlu öz fasid fikirlərini qələmə 
alıb, islamın dini əqidələrinə  xələl yetirmək fikrinə düşmüşdür, 
şübhəsiz ki, onu da indiyə qədər olmuş və bundan sonra da olacaq 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə