ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə10/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

 
 
35
Şölə xanımın anası  Pəri xanımı  və bacısı Nisə xanımı evində 
saxlayır. Nəticədə qadınlar birləşib müxtəlif çətinliklərdən ağıl və 
tədbirlə  çıxırlar. Komediyanın dördüncü məclisində  pərdə 
arxasında gizlənmiş Teymur ağanı qaçırmaq üçün Pəri xanım 
ağıllı və gülünc bir vasitə tapır. O, vəzirin başına badya keçirir və 
Teymur ağanı pərdənin arxasından çıxarıb qaçırdır. “Vəzir gülünc 
bir mövqedə qalır, tamaşaçı özündən ağıllı adam bilməyən bu 
vəzirin ağlına, rütbəsinə, vəziyyətinə  qəhqəhə  çəkərək gülür.” 
(208,169) 
Şölə ərəb dilində “nur, işıq, ziya” deməkdir. Şölə xanım XIX 
əsrdə daha sonrakı  nəslin nümayəndəsidir, gələcək nəslin 
“işığıdır,  şöləsidir ki, nuru nisbətən köhnə  nəslin də üzərinə 
düşmüşdür.” Onun həyata baxışı daha müasirdir. Özü sevgi hissi 
ilə ailə qurmasa da, bacısı Nisə xanımın məhz məhəbbət əsasında 
ərə getməsinə çalışır.  
M.F.Axundov “Hekayəti-xırs-quldurbacan” komediyasını rus 
dilinə tərcümə edərək “Kavkaz” qəzetində çap etdirmişdir. Həmin 
tərcümə əsərin ilk variantıdır, “Təmsilat”da çap olunan isə əsərin 
iknci variantıdır. (23, 255) Əsərin birinci variantında Molla Şaban 
adlı ruhani və Redkiy familiyalı divanbəyi olmuşdur. Molla 
Şaban  əsərin  əsas obrazlarından biri olub ətalətin, geriliyin 
düşməni kimi qələmə verilmişdir. “Şəban” sözü ərəb dilində 
“doymuş”, “qarnı tox olan canlı” mənalarında və  ərəb qəməri 
təqviminin səkkizinci ayının adı kimi işlənir.  Şaban obrazının 
satirik bir din xadimi olduğunu nəzərə alsaq, onomun obraza 
verilməsindəki üslubi cəhəti başa düşərik. 
Dramaturq divanbəyi obrazı ilə polis məmurlarının özba-
şınalığını, rüşvətxorluğu, dövlətin idarə  еdilməsində mövcud olan 
qanunsuzluğu kəskin tənqid atəşinə tutmuşdur. M.F.Axundov 


 
 
36
divanbəyinin familiyası – “Redkiy” (rus dilində tərcüməsi “nadir, 
az tapılan” deməkdir) ilə bir daha göstərmək istəmişdir ki, yerli 
xalqa rəğbət bəsləyən çar hakimlərinə ölkədə nadir hallarda rast 
gəlmək olar. (23, 256) N.Məmmədovun yuxarıda verdiyi 
izahından bir daha aydın olur ki, sənətkar dəqiq seçilmiş 
antroponimlər vasitəsi ilə elə obrazlar sistеmi yaratmışdır ki, 
həmin obrazlar M.F.Aхundovun yaşadığı  cəmiyyəti, dövrü tam 
qüvvəsi ilə əks etdirmişdir.  
M.F.Axundovun digər komediyalarına nisbətən “Hekayəti-xırs 
quldurbasan”da süjet daha sadədir: iki gənc – Pərzad və Bayram 
bir-birini sevirlər. Onların sevgisinə bir mane olan var – bu, qorxaq 
Tarverdidir. 
Bayram  əsas obrazlardan biri olub yaşadığı mühitin övla-
dıdır. O, Şahbaz bəydən (“Hekayəti-Müsyö Jordan və  Dərviş 
Məstəli  şah”) tamamilə  fərqli düşünür.  Şahbaz bəy Parisə gedib 
fransız dilini öyrənməklə  həyatda müəyyən mövqe tutmaq 
arzusundadır, daha sonra isə sevdiyi qızla evlənmək istəyir. 
Bayram isə xoşbəxtliyini sevdiyi qızla evlənməkdə görür, lakin 
Pərzad kimi dövlətli bir qızla evlənmək üçün pul lazımdır. De-
məli, bu iki gəncin arasındakı maneə yalnız Tarverdi deyil, həm 
də ictimai və iqtisadi bərabərsizlikdir. Bayram sevgisinə sadiq və 
səmimidir. Tarverdinin Pərzadla ailə qurmaq arzusu onu 
əsəbləşdirir, özündən cıxarır və Tarverdini aradan götürmək üçün 
kələk qurur, Tarverdi də bu kələyin qurbanı olur. Ona xas olan 
sevgiyə sadiqlik, qoçaqlıq və səmimilik kimi sifətlər Teymur ağa 
(“Sərgüzəşti-vəziri-xani-Lənkəran”) obrazının da əsas xarakterik 
cəhəti olsa da, Bayram məhz xalqı təmsil edir.  
“Bayram” türk mənşəli addır, “tarixi, milli, dini və s. ha-
disələrlə bağlı keçirilən günlərdəki  şənliklər,  şadyanalıqlar” mə-


 
 
37
nasında işlənir. Çox zaman oğul gözləyən ailədə  oğlan uşaqları 
dünyaya gələrkən bu ad verilir. (29, 67) Çox güman ki, obrazın 
həm xalqı  təmsil etməsi, həm də xarakterində  bədbin hisslərin 
olmaması ilə  əlaqədar olaraq, yazıçı ona məhz türk mənşəli 
“Bayram” onomunu seçmişdir. 
Oxucu M.F.Axundovun qadın tiplərində daha çox müsbət 
keyfiyyətlər görür. Bayramı böyük məhəbbətlə sevən, bu mə-
həbbət uğrunda ölümə  də getməyə hazır olan Pərzad ağıllıdır, 
yaşadığı  cəmiyyətin nöqsanlarını görür, anlayır: “Əmim istərmi 
ki, məni özgəyə versin, atamdan qalan sürünü, ilxını özgəyə 
tapşırsın? Əmim dövlətli, zorlu kişidir. Bu yaxında heç vaxt məni 
sənin əlində qoymaz. Başına yüz min qalmaqal açar, üstünə təqsir 
yıxar, divana salar, nə bilim nə edər? ” (23, 68) Bütün bunlarla 
yanaşı, Pərzad Bayrama olan eşqi naminə belə “zorlu” kişiyə qarşı 
çıxmağa qorxmur və əsər Pərzadla Bayramın qələbəsi ilə bitir. 
“Pərzad” fars mənşəli söz olub “pəridən doğulmuş, pəri kimi 
gözəl, kicik pəri” anlamlarını bildirir. (29, 90) Göründüyü kimi, 
obrazın xarici və daxili, mənəvi və fiziki keyfiyyətləri ilə 
antroponim arasında vəhdət vardır. Bu vəhdət sənətkarlarımızın 
müsbət qadın surətlərinin adlandırılmasında daha çox nəzərə 
çarpır. Bu zaman gündəlik həyatımızda rast gəldiyimiz adlar 
ədəbi dilin bədii üslubuna gətirilərək müхtəlif üslubi məqamlarda 
istifadə olunur. 
N.Vəzirovun “Daldan atılan daş topuğa dəyər” komеdiyasında 
ifşaçı obraz olan qaravaş  və  Ə.Haqvеrdiyеvin “Dağılan tifaq” 
faciəsində Sona хanımın bacılığı “Pəri” adlandırılmışdır. Hər iki 
qadın müsbət obrazlardır. Qaravaş  Pəri öz хanımına sadiqdir, 
onun yanlış  hərəkətlərini görür, tеzliklə onun mühitin gülüş 
hədəfinə çеvriləcəyini anlayır, o həm də əyalətdə olan mülkədar


 
 
38
bəy arvadlarının еybəcər simalarını açır. Digər Pəri obrazı isə öz 
bacılığının dərdinə  şərik olur, tеzliklə Sona хanımın  əri Nəcəfin 
qumardan, kеfdən uzaqlaşıb, ailəsinə qayıdacağını ona 
inandırmağa çalışır, mənəvi dayaq olur. 
Bayramla Pərzadın sevgisinə mane olan Tarverdi dövlətli bir 
kişinin oğludur. Bu var-dövlət Tarverdinin üzünə bir çox qapıları 
açıb, buna görə  də Tarverdi Pərzadla evlənəcəyinə  əmindir. O, 
kütbeyin olduğu üçün Bayramın ona qurduğu tələyə düşür. 
Tarverdi qorxaqdır, bu qorxaqlıq heyvanxana sahibi Frans Fotla 
rastlaşdığı zaman meydana çıxır. Tarvеrdi həm də hiyləgərdir. O, 
Frans Fotla üz-üzə gələrkən qarşısındakının da qorxaq olduğunu 
anlayır və bu vəziyyətdən istifadə etməyi bacarır. 
Tarverdi çox varlı-dövlətli bir ailədə dünyaya gəlmişdir. O, 
atası Qurban bəyin nəslinin davamçısı və varisidir. Adətən, belə 
varlı-dövlətli bir ailədə  oğlan uşağının dünyaya gəlməsi böyük 
sevinc bəxş edir, bu sevinc Allahın, Tanrının payı hesab olunur. 
Müəllif bu səbəbdən də obraza “Tarverdi” onomunu seçmişdir. 
Tarverdi - “Tanrıverdi” adının deformasiyaya uğramış biçimidir, 
“Allahın bəxş etdiyi insan” deməkdir. Bəzən sənətkar bədii 
əsərlərdə obrazı xarakterizə etmək üçün şəxs adlarından olduğu 
kimi istifadə etmir, yəni antroponimlərin tərkib sabitliyi həmişə 
onu qane etmir və buna görə də müəyyən dəyişikliklər edir. Bədii 
əsərlərdə deformasiya edilmiş adlardan müхtəlif satirik 
vəziyyətlərdə istifadə edilir. M.Ə.Sabir yaradıcılığının sənətkarlıq 
xüsusiyyətlərindən bəhs edən Cəfər Xəndan yazmışdır: “O, 
Məhəmmədəli  şahı sadəcə olaraq Məmdəli adlandırmaqla həm 
gülüş doğurmuş, həm də öz mənfi münasibətini bildirərək  şahı 
hörmətdən salmışdır.” (118, 264) M.F.Axundov da obrazın 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə