ƏZİZƏ Mİkayilova


 Şəxs adlarının üslubi хüsusiyyətləri



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə6/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   2   3   4   5   6   7   8   9   ...   76

 
 
21
 
1.1. Şəxs adlarının üslubi хüsusiyyətləri 
 
Əsl şəxs adları əsas adlar qrupuna daxil olub, insana doğul-
duğu vaxtdan etibarən verilir, həmin dövrdə  də  rəsmiləşdirilir. 
Yer üzündə dinindən, irqindən asılı olmayaraq hamının  əsl adı 
var, adsız insan yoxdur. Əgər  şəxs adları  təkrar işlənməsəydi, o 
zaman dünya əhalisinin sayı  qədər  şəxs adı mövcud olardı.  Əsl 
şəxs adları  şərti xarakter daşıyır. Hər kəs öz adı ilə bütün 
cəmiyyət üzvləri arsında tanınır. Ad insanı tanıdır, adla insan 
vəhdətləşir, birləşir: ad insana, insan ada bağlanır. Insanın 
qüvvəsi, qüdrəti ilə ad güc alır. Ona görə də adla insan bir-birinə 
layiq olmalıdır. (205, 112) Şəxs adları  əsasən, dilin milli 
imkanları hesabına yaranır, daha çox apelyativ leksikadan törəyir. 
Lakin adların özü müəyyən adət və ənənə ilə bağlı olur. (13, 15) 
Adqoyma, əsasən, valideynin istək və arzuları ilə bağlı olur. 
Rеal həyatda bəzi istisnalar nəzərə alınmazsa,  şəxs adlarında 
insan  şəxsiyyətini təhqir edən, alçaldan xüsusiyyətlər yoxdur. 
Şəxs adları insan xarakteri ilə əlaqədar deyil, buna görə də xoşa 
gəlməyən adlardan istənilən zaman imtina etmək olar.  
Müasir dövrümüzdə  şəxsin adı onun ömrünə  bərabər olur, 
insanın vəfatından sonra isə ad yalnız xatirələrdə, yaddaşlarda 
yaşayır. 
Mövcud  şəxs adlarının  əsas xüsusiyyətlərindən  ən başlıcası 
kişi və qadın adlarına bölünməsidir. Adların az bir hissəsini isə 
kişi və qadın üçün müştərək adlar təşkil edir. 
Azərbaycan dilçiliyində  şəxs adlarının yeri, demək olar ki, 
sabitləşmişdir. Müasir antroponimik sistemimiz familiya + şəxs 
adı + ata adı quruluşludur.  


 
 
22
Ədəbi dilin bədii üslubunun yaranmasında  şəxs adlarının 
özünəməxsus yeri vardır. Şəxs adları fərqləndirməyə, fərdiləşdirmə-
yə xidmət edir, bədii  əsərlərdə isə emosionallıq və ekspressivlik 
yaratma keyfiyyətinə  də malikdir. “Poetik üslubda poetik 
obrazlılıqla zəngin təsvirlərdə xalqın həyatı, məişəti, adət-
ənənələri, mifik və fantastik baxışları, mənəviyyatı,  əxlaqı, mə-
dəniyyəti, psixologiyası, ictumai-iqtisadi, elmi-fəlsəfi dünyagö-
rüşü, vətənin florası  və faunası  əbədiləşir, nəsldən-nəslə yadigar 
qalır, milli-tarixi sərvət kimi qorunub saxlanılır.” (53, 5) Qeyd 
etdiyimiz fikri bədii üslubda mövcud olan antroponimlərə  də 
şamil etmək yerinə düşərdi. Sənətkar dəqiq, sərrast seçilmiş adlar 
vasitəsilə elə obrazlar yaradır ki, bu obrazlar həyatı tam qüvvəsi 
ilə əks etdirir, adlar obrazı fərdiləşdirir, tipikləşdirir, tanıdır. Bədii 
üslubda çox zaman adla obraz bir-birinə tamamilə layiq olur. 
Şəхs adları müəllifin obraza bəslədiyi rəğbətindən, nifrətindən 
asılı olmayaraq, bədii dildə obrazın  хaraktеrini, onun daхili 
dünyasını açır, həm də üslubi yük daşıyır. (299, 74) Dahi yaradıcı 
sənətkarlarımızın bədii dilində adlar bəzən poetiklik, bəzən də 
portretlilik yaratmaq vasitəsinə çevrilir.  
Adətən, obrazların onomlarından əlavə bədii əsərlərdə digər 
antroponimlərə də rast gəlmək mümkündür. Belə antroponimlərin 
az və ya çox dərəcədə özünü göstərən xüsusiyyətləri onları əsərin 
onomastik leksikasına daxil olan nümunələrə çevirmişdir. 
Obrazlara ad verilməsində  sənətkar sərbəstdir. Obrazın 
adlandırılmasında müəyyən tələblər olsa da, surətlərin dilində 
işlənən antroponimlər həm əsərin ideyası, süjet xətti ilə, həm də 
obrazların mənəvi və zahiri xüsusiyyətləri ilə  əlaqədardır. Bu 
baxımdan bədii əsərlərdə mövcud olan antroponimləri vəzifəsinə 
görə iki qrupa bölmək məqsədəuyğundur: 1) bədii əsərlərdə iştirak 


 
 
23
edən obrazlara verilmiş  şəxs adları, ləqəblər, titullar, ata adları, 
soyadlar aktiv antroponimlər; 2) ideyanın, süjet xəttinin inkişafı ilə 
əlaqədar olaraq bədii  əsərlərdə bir obraz kimi iştirak etməyən, 
yalnız personajların dilində yada salınan,  хatırlanan  şəxs adları, 
ata adları, ləqəblər, təxəllüslər, soyadlar isə passiv 
antroponimlərdir. Passiv fonda daxil olmuş adlara “poеtik 
onomastika” nöqteyi-nəzərindən yanaşdıqda hər birinin əsərin 
onomastik sistemində öz yeri, vəzifəsi və funksiyası olduğunu 
görmək olar. 
Hər hansı bir əsərdə obrazlara həm  ənənəvi adlar, həm də 
yazıçılar tərəfindən yaranan – uydurulmuş adlar verilə bilər. 
Ənənəvi adlar qeyd etdiyimiz kimi, adətən zamanın tələbinə uyğun 
olaraq verilir. Ənənəvi adlarda millilik və tarixilik prinsipi əsas 
götürülür. Uydurulmuş adlar isə  ləqəblərə  bənzəyir, yəni yazıçı 
tərəfindən uydurulmuş adlar obrazın mənəviyyatına, xarici 
görünüşünə, fiziki qüsuruna və digər bir cəhətinə uyğun olaraq 
verilir. “Satirik əsərlərdə obrazların adı çox zaman bədii əsərlərin 
başqa növlərindən fərqlənir. Satirik əsərlərdə surətin xarakterinə 
uyğun adlar seçilir. Çox zaman müəllif müəyyən adları özü 
qondarır.” (35, 34) Bununla belə, personajların adlarının liğəvi 
mənasının həmişə surətin işi və ya əməli ilə eyni olduğunu 
göstərmək düzgün olmaz. XIX əsrin ikinci yarısında bədii 
üslubda mövcud olan şəxs adları ənənəvi xarakter daşısa da, çox 
zaman obrazın xarakteri ilə bağlı olub üslubi хüsusiyyətə  də 
malik olur. Əsərlərdə işlədilmiş adlara bu gün də - yəni XXI əsrin 
əvvəllərində  də rast gəlmək mümkündür. Hal-hazırda öz 
müasirliyini itirən bu antroponimlərin bəziləri dini etiqadla bağlı 
olaraq, bəziləri isə ulu nəslə hörmət əlaməti olaraq xalq arasında 
işlənməkdədir. 


 
 
24
Məlumdur ki, dilimizin antroponimlər sistemində dini, möv-
humi, əfsanəvi mahiyyət daşıyan çoxlu ərəb və fars mənşəli şəxs 
adları vardır. Bu şəxs adları dilimizin antroponimlər sisteminə 
VII  əsrdə  və VII əsrdən sonrakı dövrdə daxil olub, ərəblərin 
Azərbaycanı istila etməsi ilə bağlıdır. M.F.Axundov dövrü üçün, 
yəni XIX əsr üçün həmin adlar xarakterikdir.  
Sənətkar çox zaman ad seçimində obraza çox ehtiyatla ya-
naşır, obrazın xarakterinin hərtərəfli açılmasında antroponimdən 
bir üsul kimi istifadə edir, obrazları adlandırarkən  şəxs adlarının 
leksik mənalarına diqqət yetirir. Obrazların əsərdə tutduğu mövqe, 
yazıçının obrazlara bəslədiyi münasibət və digər amillər 
antroponimlərdə öz əksini tapır. M.Е.Saltıkov-Şеdrinin bədii 
üslubundan söz açan rus dilçisi R.U.Tauç yazır: 
“Antroponimlərin üslubi funksiyaları adların lüğəvi mənasında 
əks olunmalıdır, müəllifin və iştirak еdən şəхslərin nitqində isə ad 
əlavə məna çalarları ala bilər.” (294, 314)  
Obrazların bir-birinə münasibəti də adların işlənmə möv-
qеyində  əks olunur. Belə ki, personajlar bir-birinə yaxşı müna-
sibət bəsləyirsə, biri digərinin adını tez-tez işlədir.  Əgər perso-
najların biri digərinə  mənfi münasibət bəsləyirsə, onun adını 
çəkmir: “O boynunu yerə soxduğum getdi?... O adı batmış 
oğlum?” (224, 54) Həm də qeyd etmək lazımdır ki, bədii  əsər-
lərdə adlar məkan və zaman daxilində yerinə görə daha düzgün 
istifadə ediləndə daha xeyirli olur və müəllifin məqsədi daha tez 
nəzərə çarpır. (111, 93)  
XIX  əsrin ikinci yarısında bədii üslubda mövcud olan şəxs 
adlarının  əksəriyyəti bədii  əsərdə sanki canlanaraq oxucu ilə 
ünsiyyət yaradır. Həmin dövrdə  bədii dildə mövcud olan şəxs 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə