ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə14/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

 
 
49
zindiqlər və dinsizlərdən hesab etmək olar.” (26, 46) Iran 
şahzadəsi Cəlalüddövlənin Hindistan şahzadəsi Kəmalüddövləyə 
yazdığı cavab məktubunda da həmin məlumata rast gəlmək olar: 
“Bəs nədən bu vəzlərdən Övrəng Zibə vermədin ki, dediklərinə 
əməl edəydi, ingilis gəlib ölkəsini  əlindən almayaydı  və  səni və 
qardaşlarının qapılara salmayaydı  və millətinizi xar və  zəlil 
etməyəydi ?” (26, 149) Kəmalüddövlənin, Cəlalüddövlənin tarixi 
şəxsiyyət olması haqqında heç bir mənbədə məlumat olmadığını 
nəzərə alsaq, onların hər ikisini yazıçı  təxəyyülünün məhsulu 
olan obrazlar kimi izah etmək olar. Yazıçı isə özünün bəzi dini 
görüşlərini pərdələmək məqsədi ilə onları  şahların saysız-
hesabsız hərəmlərindən olan övladları kimi qələmə vermişdir. 
Bu fəlsəfi traktatda antroponimlərin bütün növlərinə rast 
gəlmək mümkündür, bu da yazıçının tərcümeyi-halı ilə sıx bağlıdır. 
Hələ kiçik yaşlarından M. F.Aхundovun gah Iranda, gah Azər-
baycanda yaşaması, fars və  ərəb dillərində  dərs alması, Tiflisdə 
dövlət idarəsində  Şərq dilləri üzrə mütərcim vəzifəsində çalışması, 
Azərbaycanın müxtəlif rayonlarında ictimai-siyasi fəaliyyəti, Iran 
sərhədlərində polkovnik Meyyerə dilmanc təyin edilməsi, Tiflisdə 
qəza məktəbində Azərbaycan və  Şərq dilləri müəllimi vəzifəsində 
çalışması, müxtəlif xalqların alimləri, yazıçıları, dövlət xadimləri ilə 
tanışlığı və dostluğu, nəhayət, geniş dünyagörüşünə və dərin biliyə 
malik olması onun “Kəmalüddövlə  məktubları”  əsərində müxtəlif 
xalqların nümayəndələrinin antroponimlərindən səmərəli istifadə 
etməsi üçün zəmin yaratmışdır. Yazıçının Iranda yaşayan dostların-
dan bir neçəsinin adlarına nəzər salaq: zərdüştilərdən yazıçı Mo-
nekçi Sahib, yazıçı  və dövlət xadimi Cəlaləddin Mirzə,  Şahzadə 
Etizadüssəltənə, Mirzə Yusif xan, Mirzə Məhkum xan, Mirzə Cəfər 
xan onun tez-tez yazışdığı dostları  və tanışları idi. (34, 189) 


 
 
50
Sadalanan  şəxsiyyətlərin arasında Cəlaləddin (formasına və 
leksik tərkibinə görə “Cəlalüddövlə” onomuna yaxındır); 
Etizadüssəltənə (onomun ikinci komponenti “səltənə”  əslində 
“səltənət” sözündən olub “Kəmalüddövlə” və “Cəlalüddövlə” 
onomlarının ikinci komponenti “dövlə” – “dövlət” ilə eyni forma 
və eyni leksik məna kəsb edir) adları, şahzadə titulları da vardır. 
Bu səbəbdən də yazıçının fəlsəfi traktat üçün seçdiyi “Kəmalüd-
dövlə” və “Cəlalüddövlə”  şəxs adlarının məhz Axundov dövrü 
üçün xarakterik olduğunu qeyd etmək olar.  
“Kəmalüddövlə” və “Cəlalüddövlə” antroponimlərin kökləri 
“kamal” və “cəlal” vahidləridir. Kamal ərəb dilində “yetkinlik, 
bitkinlik, mükəmməllik, insanın yaxşı  və mükəmməl savada və 
əxlaqa malik olması” (29, 208); Cəlal isə “böyüklük, ululuq, əzəmət, 
şan-şöhrət” (29, 95) anlamlarını bildirir. Şəxs adlarının bu anlamları 
hər iki şahzadə üçün xarakterikdir. Hər iki şahzadə böyük cah-
cəlala,  şan-şöhrətə, mükəmməl savada, əxlaqa malikdirlər. Onlar 
ətraflarında nə baş verdiklərini görür və nöqsanlara tənqidi 
yanaşırlar. Bununla da yaşadıqları  cəmiyyət üzvlərindən köklü 
surətdə  fərqlənirlər. M.F.Axundov əsərin müəllifləri barəsində 
“Kəmalüddövlə məktublarının mülhəqatı”nda bu sətirləri yazmışdır: 
“Kəmalüddövlənin müəllifi də Avropa filosoflarının  əqidəsindədir, 
yəni liberal və proqres məsləki sahiblərindəndir. Məqsədi budur ki, 
onun millətinin arasında da əhalinin bütün silklərində elm və 
sənədlər intizar etsin. Bu məqsədinə nail olmaq üçün öz iqtidarı 
daxilində bir neçə  vəsləyə  əl atmışdır ki, islam yazıçısını 
dəyişdirmək də o vəslələrdən biridir. O, öz millətinin ürəyi 
tarlasında qeyrət, namus, xəlqpərvərlik, vətənpərvərlik,  ədalət və 
bərabərlik toxumu əkilməsini və millətin arasında zillət və 
fəqirliyin rəf olmasını, onun sərvət və dövlət qazanmasını 


 
 
51
istəyir.” (27, 152) Axund Molla Sadığın moizəsini dinləmək 
məqsədi ilə  məscidə gedən Kəmalüddövlə bu barədə  məlumat 
verərkən yazır: “Orasını da deyim ki, mənim kim olduğumu nə öz 
yoldaşlarım, nə də başqa bir adam bilir. Onlar elə bilirlər ki, mən 
bir nəfər səyyaham. Adım isə Ağa Kamaldır.” (26, 84) Kəmalüd-
dövlədən üç məktub alan Cəlalüddövlə onun fikirləri ilə razılaş-
mır. Kəmalüddövlə yalnız Irandakı  təriqətləri, ictimai-siyasi 
vəziyyəti pisləyirsə, Cəlalüddövlə isə bütün Şərq ölkələrində 
inkişafın qarşısında dayanan mühüm maneələri sadalayır, 
Kəmalüddövləyə Iranı bacardıqca tez tərk etməyi məsləhət görür 
və yazır: “O fransızların atası gorbagor olsun ki, sən iki-üç gün 
onlarla oturub-durdun və onlardan bir para cəfəngiyyat öyrəndin. 
Sənin ağlına,  şübhəsiz, rəxnə yetişibdir. Bundan sonra mən səni 
Kəmalüddövlə xitab etməyəcəyəm, bəlkə Nöqsanüddövlə xitab 
edəcəyəm.” (26, 150) Əsərdən verilmiş bu son sitat ilə yazıçının 
obraza olan münasibətinin antroponimdə  əks olunmasını aydın 
görmək olar. Şahzadə  ətrafdakılar – cəmiyyətin kor-koranə 
yaşayan üzvləri üçün “Kamal”dır. Cəlalüddövlə isə 
Kəmalüddövlənin fikirlərini rədd etmir, lakin onun baxışlarındakı 
nöqsanları düzəldir. Ona görə  də  Kəmalüddövlə  Cəlalüddövlə üçün 
“Nöqsanüddövlə”dir.  
Üç məktub yazan Kəmalüddövlə  Cəlalüddövləyə müxtəlif 
şəkildə müraciət edir, hər müraciət zamanı ona münasibətini 
bildirir: “mənim  əziz dostum Cəlalüddövlə”; “ey mənim ruhum, 
Cəlalüddövlə”; “ey mənim  əziz qardaşım, Cəlalüddövlə”; Cəla-
lüddövlənin cavab məktubunda “ey mənim mehriban qardaşım, 
Kəmalüddövlə” müraciətləri qrammatikada və üslubiyyatda xitab 
adlanır. Xitabların tərkibindəki sözlər surətlər haqqında bəzi 
məlumatları verir, iki eyni təbəqənin nümayəndələrinin bir-biri ilə 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə