ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə11/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   7   8   9   10   11   12   13   14   ...   76

 
 
39
adlandırılmasında “Tanrıverdi”  şəxs adından deyil, məhz 
deformasiyaya uğramış biçimindən istifadə etmişdir. 
Tarverdinin atası  Məşədi Qurban obrazı haqqında  əsasən 
Pərzadla Bayramın dialoqu zamanı məlumat alınır. Pərzad Məşədi 
Qurban üçün yalnız gəlir mənbəyidir. Tamaşaçı  Məşədi Qurbanla 
yalnız son səhnədə rastlaşır, onun həyasızlığının  şahidi olur. Ola 
bilsin ki, “Qurban” onomu da obrazın məhz xalqımızın adət-
ənənəsinə  əsasən, imkanlı ailələrdə  oğlan uşağının qurban 
kəsməklə, nəzir-niyazla dünyaya gəlməsinə işarədir. Bu cəhətdən 
ata ilə oğulun adı arasında müəyyən üslubi məna yaxınlığı vardır.  
Komediyada xalqı  təmsil edən obrazlar Nəcəf, Namaz və 
Zalxadır. Bu şəxs adları M.F.Axundov dövrü üçün xarakterikdir. 
Divanbəyi ilə  Nəcəfin arasında gedən dialoq zamanı onun 
hazırcavablığı, zərif yumoru gülüş yaradır. Nəcəf özünü 
bilməməzliyə vuraraq Divanbəyini dolaşdırır, çaşdırır. Onun zərif 
yumorunda Molla Nəsrəddin məntiqi hiss edilir. “Nəcəf” - ərəb 
mənşəlidir, bir neçə mənası var: 1) Iraqda şəhər adıdır; 2) arıq, incə, 
zərif; 3) Nəcəf şəhərində çıxan büllur növü – nəcəf daşı. (29, 258)  
“Namaz” fars mənşəlidir, “islam dininə görə gündə beş dəfə 
bəlli vaxtlarda və bəlli qaydalara uyğun olaraq icra edilən ibadət” 
mənasını bildirir. (29, 256) “Zalxa” isə qədim yəhudi sözüdür, əsli 
“Zelika”dır. “Züleyxa” adı da bu sözdəndir, “sürüşən, sürüşkən” 
mənalarını  kəsb  еdir, eyni zamanda Azərbaycan dilində  məhəlli 
söz olub “tutqun bənövşəyi rəngdə çoxlu çiçəkləri olan zəhərli bir 
bitki kimi” də izah edilir. (29, 375) R.Məhərrəmova böyük söz 
ustası Sabirin bitməz, tükənməz yaradıcılığından bəhs  еdərkən 
müsəlman qadınlarınıa vеrilən tipik, səciyyəvi adlar içərisində 
“Zalxa” onomunun olduğunu da qеyd  еtmişdir. (162, 71) Zalxa 
obrazı tez-tez müxtəlif səmtlərə - gah Bayram, gah da Tarverdi 


 
 
40
tərəfə meyl göstərir, “sürüşür”, yəni personajın xarakterik cəhəti 
onomun mənasına müəyyən dərəcədə uyğunlaşır. O, hadisələrin 
gedişindən, vəziyyətdən asılı olaraq bir qədər pul, para qazanmaq 
istəyir. Gah Bayrama yaxınlaşır, onlar Tarverdiyə birgə tələ qururlar, 
gah da Tarverdiyə yaxınlaşır ki, “ondan da nəsə qopartsın.” 
Tarverdinin pulu çox olsa da, xəsisdir, qıyımsızdır. Bu səbəbdən də 
Zalxa Bayrama kömək etmək, Tarverdiyə isə kələk gəlmək qərarına 
gəlir. Namaz isə dindar, ibadətlə  məşğul olan sadəlövh bir 
obrazdır. Namaz kimiləri, adətən, həyatda sahib olduqları ilə 
kifayətlənir, var-dövlət dalınca qaçmırlar.  
“Sərgüzəşti-mərdi-xəsis” komediyasında  əsas surətlər – 
Heydər bəy və Sona xanımdır. Heydər bəy nişanlısı Sona xanıma 
aşiqdir, lakin toy etmək üçün onun pulu yoxdur. Halal zəhmətlə 
pul qazanmaq ona tamamilə yaddır. Heydər bəy toy etmək üçün 
quldurluqla, soyğunçuluqla, ya da qaçaq mal gətirib satmaqla pul 
qazanmağa üstünlük verir və buna görə  də Hacı Qara ilə yol 
yoldaşı olur. Bütün bu mənfi keyfiyyətlərinə baxmayaraq, Heydər 
bəy cəsur və qoçaqdır. Üçüncü məclisdə qaçaqlar Ohan Yüzbaşı 
və onun on nəfər silahlı adamlarına rast gəlirlər. Onlar murovun 
hökmü ilə Əylis ermənilərini soyan qaçaqları axtarmağa çıxıblar. 
Ohan Yüzbaşının dəstəsi Heydər bəyin dəstəsindən dəfələrlə çox 
olmasına baxmayaraq, Ohan Yüzbaşının adamları Hеydər bəydən 
qorxub qaçırlar. 
“Heydər” ərəb dilində “aslan, şir”, məcazi mənada isə “cəsur, 
qoçaq” deməkdir. (29, 183) Obrazın xarakteri ilə ona verilən 
onomun mənası eyniyyət təşkil edir. 
C.Məmmədquluzadə “Mirzə Fətəlinin komediyalarının qadın 
tipləri kimdir?” – sualına belə cavab vermişdir: “Əsərlərdə təsvir 
olunan qadınların övza və ətvarı o məişətin qadın sifətlərinin bir 


 
 
41
canlı nümunəsidir. Orada qadınlar bir duru aynada görünən kimi 
görsənirlər. Onun üçün orada biz müxtəlif tiplərə, müxtəlif 
sifətlərə rast gəlirik. Bir surətdə ki, bu əsərlər məişətin aynasıdır, 
təbiidir ki, burada biz qadınların yaxşı sifətləri ilə pisini də, 
müsbət sifətləri ilə  mənfisini də görə biləcəyik... O səbəbə ki, o 
əsrin kişiləri də habelə nadan və vəhşi idilər. O qadınların ərləri 
və qardaşları  əksər övqat vaxtlarını quldur və qaçaqlıqla 
keçirirlərmiş  və o mühitdə yaşayan qadınlar  əlbəttə ki, bu qəbil 
kişilərə gedib arvad olmaqla iftixar edərlərmiş.” (163, l70) 
Əsərdəki Sona xanım obrazı məhz belə bir kişinin – “əksər övqat 
vaxtlarını quldurluq və qaçaqlıqla keçirən” Heydər bəyin 
nişanlısıdır. O, Heydər bəyi sevir, lakin toy etməyə pul tapmayan 
nişanlısını quldurluq və soyğunçuluq kimi qorxulu yoldan 
ayırmaq üçün göz yaşları tökür, onunla iftixar hissi keçirmir, 
əksinə, nişanlısını bu yoldan çəkindirmək istəyir. Əsərin sonunda 
Heydər bəy qaçaqçılığa getməyinin səbəbini bəyan edir. Bu vaxt 
Sona xanım irəli yeriyib deyir: “Başına dönüm, bizi padşahın 
başına çevir! Qul xatasız olmaz, ağa kərəmsiz. Yaz bu işi 
yuxarıya bildir, bəlkə  mənim göz yaşlarıma rəhm eləyələr.” (23, 
164) Naçalnik Sona xanımın gözəlliyinə  və göz yaşlarına rəhm 
edib Heydər bəyi və onun yoldaşlarını zaminə buraxır.  
Sona xanım iradəli, cəsarətli, mübariz Azərbaycan qızının 
bədii obrazıdır, hətta naçalnikdə  rəhm oyada biləcək gözəlliyə 
malikdir. Yazıçı obrazın zahiri və daxili keyfiyyətlərini nəzərə 
alaraq ona türk mənşəli onom vermişdir. Klassik ədəbiyyatda 
“mənim sonam, sona kimi, yaşılbaş sonam” ifadələri çox işlədilir. 
(29, 318)  
N.Nərimanov “Bahadır və Sona” əsərində müsəlman tələ-
bəsinə  aşiq olan еrməni qızını da “Sona” onomu ilə adlandır-


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə