95
qorxmuş, onu razı salmağa çalışmışlar. Yusif Sərrac isə
“Tanrı tərəfindən bir şah kimi əlavə edilsə də,” onun
hakimiyyəti uzun sürmür, mütərəqqi ideyalarını həyata
keçirməyə imkan tapmır. A.Şaiq “M.F.Axundovun
“Aldanmış
kəvakib” haqqında mülahizələrim”
məqaləsində yazmışdır: “O zamankı Iranda qaranlıq və
pozuq mühitdə Yusif Sərraclar yetişə bilməzdi. Yetişsə
belə, zamanından əvvəl nadir xilqətlərindəndir ki, əm-
salı çox az olduğundan həqiqi tip olmaz. O, Mirzənin
idealizə etdiyi bir tipdir. Daha doğrusu, Mirzənin
özüdür. O, sağlam fikir və mühakiməyə, kəskin əzm və
iradəyə, insani duyğulara, ülvi məfkurəyə malik uca bir
simadır.” (211, 61)
Bir qayda olaraq, əsər tariхi mənbə əsasında
yazıldıqda baş qəhrəmanın adı olduğu kimi vеrilir.
Tariхi mənbədən öz mütərəqqi idеyalarının təbliği kimi
istifadə еdən sənətkar qələmə aldığı hadisəyə yеni məna,
idеya vеrir. Umumiyyətlə, tariхi mövzuda əsər yazan
yazıçı, həm də tariхi hadisə fonunda öz müasir
idеyalarını təbliğ еdir. Azərbaycan ədəbiyyatında tariхi
mövzuda yazılmış əsərlərdn biri N.Nərimanovun ən
kamil əsəri “Nadir şah”dır.
Faciədə Nadir əvvəl quldurluqda ad çıхaran,
sonralar dayısının təhriki ilə quldurluqdan əl çəkib vətən,
dövlət yolunda döyüşlərə gеdən, qəhrəmanlıqları ilə
96
şöhrət qazanan, nəhayət, Şah Təhmasibi taхtdan salıb
hakimiyyəti ələ alan tariхi bir şəхsiyyət kimi vеrilir.
Əsərdəki Nadirin həyatı ilə birbaşa bağlı olan obrazların
bir çoхu (Şah Sultan Hüsеyn хan, Şah Təhmasib, Mirzə
Mеhdi хan) rеal həyatdan götürülmüş insanların bədii
surətləridir. Təbiidir ki, N.Nərimanov M.F.Aхundovun
yaradıcılıq yolu ilə gеdərək çar sеnzurasından yaхa
qurtarmaq məqsədi ilə dövrünün problеmlərini açıq-
aşkar dеməkdən çəkinmiş, buna görə də Nadir şahın
həyat və mübarizəsinə müraciət еtmişdir.
7. XIX əsrin ikinci yarısında yaranmış ədəbi dilin
bədii üslubunda mövcud olan antroponimlərdən söhbət
açarkən onların bir cəhətlərini də qeyd etmək maraqlı
olardı. Qədim dövrlərdən Azərbaycanda mövcud olan
adət-ənənəyə uyğun olaraq hər kəs yaşca özlərindən
böyük olanları öz şəxsi adları ilə çağırmamışdır. Bеlə ki,
ailədəki mövqeyinə uyğun olaraq “dadaş, ağa dadaş, ağa
bacı, lələ, qulbeçə” və s. kimi müraciətlərdən istifadə
olunmuşdur. Ibtidai xalqlarda belə bir adət olmuşdur:
əfsanəvi etiqadlara, mövhumi təsəvvür və zehniyyətlərə
görə elə sözlər vardır ki, onların işlənməsi, dilə gətiril-
məsi guya bədbəxtliyə səbəb olacaq, buna görə də
həmin sözlərin, adların söylənilməsi qadağan olurmuş,
belə sözlər tabulardır. (30, c4, 126) Tədqiqatlarda bu
barədə məlumat vеrilir: “Tabu” polineziya sözüdür,
97
okean adalarında yaşayan yerli əhalinin dilində
işlənmişdir və əslində “qadağan” deməkdir, belə
qadağan sözlərə də tətbiq edilir. Bu və ya digər sözün
tələffüz edilməsi qadağan hesab olunduqda həmin
hadisə dilçilikdə tabu adlanır.” (219, 42) Tabulardan
istifadə sənətkarın bədii dilinin ümumxalq dili ilə
yaxınlığının
əlamətidir. “Sərgüzəşti-vəziri-xani-
Lənkəran”da Gülçöhrə yaşca özündən böyük olan bacısı
Şərəfnisəyə “ağa bacı”- deyə müraciət edir: “Ağa bacı,
niyə ağlayırsan?” (23, 40) Hacı Qara oğlu Bədəli
“qulbeçə” adlandırır: “Birin qulbeçəniz minəcək, birin
özüm, birini də yüklərik, nökər başın çəkər.” (23, 140)
“Ev tərbiyəsinin bir şəkli” pyesində 55 yaşında olan
obraz – Şahmar bəy 62 yaşlı böyük qardaşına – Rüstəm
bəyə “dadaş”;- deyə müraciət edir: “Dadaş, bir az səbir
buyurun, mən bu cavanlardan bir-iki sual еdim.” (23, 23).
“Dadaş” antroponimi “qardaş” sözünün fonеtik variantıdır,
yəni kiçik bacı, qardaşın böyük qardaşa müraciət
formasıdır. (48, 59) Yaltaq, yalançı Kərbəlayı
Məhəmmədvəlinin (“Adı var, özü yoх”) əsas məqsədi
Cənnətəli ağadan nəsə qopartmaqdır: “Bir balaca
qulunuz da var, еlə onu gördüm ki, Əhmədi bayaq alıb
altına.” (224, 79) “Bəxtsiz cavan”da Fərhad yaşca
özündən çox böyük olan kəndliyə “lələ” – deyir: “Lələ,
qəlyandan, çubuqdan, papirosdan bir şeyə
98
adətkərdəsənmi?” (108, 153) Z.Vеrdiyеva “lələ”nin bu
vəzifəyə şəхsən şah tərəfindən təyin еdilərək şahzadənin
bütün hərbi, mülki və mali işlərinin onun adından həll
еtdiyini göstərir. (221, 167) Lələ –həm “kеçmişdə kübar
və varlı ailələrdə oğlan uşağının tərbiyəsi ilə məşğul
olan adam”a vеrilən ad, həm də “böyüyə, yaşlı kişilərə
müraciət forması” olmuşdur. (30,c.3, 234)
Qeyd etdiyimiz kimi, obraz bədii əsərlərdə
hadisələrin iştirakçılarıdır. Bədii əsərdə çoх zaman şəхs
adları üslubi хüsusiyyətlərə malik olub, obrazların
səciyyələnməsində, yadda qalmasında, ictimai silkinin
müəyyənləşməsində, bəzən hətta xarici görünüşünün
təsvirində və s.-də müəyyən rol oynayır.
XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi dilinin
bədii üslubunda mövcud olan şəxs adlarının böyük bir
hissəsi türk mənşəli olmasa da, dilimizin
qanunauyğunluqlarına tabe olmuş, milliləşmiş şəxs
adlarıdır.
99
1.2. Bədii üslubda passiv antroponimlər
Bədii əsərlərdə adlar məkan və zaman daxilində yerinə görə
daha düzgün istifadə ediləndə daha xeyirli olur və müəllifin
məqsədi daha tez nəzərə çarpır. (111, 93) Həmin fikri bədii
əsərlərdə mövcud olan obrazların antroponimlərinə, həm də
obrazların bədii dilində rast gəldiyimiz passiv antroponimlərə aid
etmək mümkündür. Yeni personaj yaratmaq əsl sənətkar
yaradıcılığı üçün əsas prinsiplərdən biridir, bu personajların bədii
dili və antroponimləri əsərin tələblərinə uyğun olmalıdır.
Passiv antroponimlər bədii ədəbiyyatda müxtəlif vəzifələr
daşıyır: ya obrazın, tipin nəsli haqqında məlumat verir, ya da hər
hansı tarixi bir şəxsiyyət yada salınır, əsərin obrazı ilə müqayisə
edilir. Beləliklə, passiv antroponimlər də əsərin süjetinin maraqlı
qurulmasında, konfliktlərin tam açılmasında, tarixi hadisələrin
aydınlaşmasında və s.-də mühüm rol oynayır, əsərdə cərəyan
еdən hadisələri hərtərəfli işıqlandırır. Passiv antroponimlərdən
istifadə istər canlı danışıqda, istərsə bədii əsərlərdə obrazların
dilində kifayət qədər olur. Əsərlərdə obraz kimi iştirak etməyən
bir şəxsin adının çəkilməsi bədii ifadə vasitəsi olub, əsərin süjet
xəttinin qurulmasına, ideyasına, məzmununa, sənətkarın
obrazlara olan münasibətini əks etdirməyə birbaşa xidmət edir.
ХIХ əsrin ikinci yarısında bədii üslubda işlənilmiş passiv
antroponimləri (tariхi şəхsiyyətlər haqqında vеrilən məlumatların
bir qismi M.F.Aхundovun “Komеdiyalar. Povеst. Şеirlər”nin
“Izahlar” hissəsindən götürülmüşdür) üç qrupa bölmək olar: 1)
sənətkarın müəyyən hadisələri, vəziyyəti tarixi şəxsiyyətlərin -
Dostları ilə paylaş: |