Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə18/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   14   15   16   17   18   19   20   21   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
55 
məni el əsgəri və sərkərdəsi Elxan isə sevildi. Onun adı tezliklə 
Azərbaycanda  ən  çox  yayılmış,  bu  gün  də  ən  çox  qoyulan  ad-
lardan  birinə  çevrildi‖  (122-72-73),  ―...tanıdığımız  Samurlar 
otuzuncu  illərin  sonunda,  Böyük  Vətən  müharibəsi  ərəfəsində 
dünyaya gəlib. Bu isə o zaman idi ki, Samur çayından Samur-
Dəvəçi  kanalı  çəkilirdi...  Böyük  ictimai  hadisə  şəxs  adlarına 
təsir  etməyə  bilməzdi‖  (122-195),  ―Nə  qəhrəman  Babəkdən 
əvvəl, nə də ondan min il sonra bu ada azərbaycanlılar arasında 
rast  gəlmirik.  İgid  Babəkimizin  adını  məscidlər,  müctəhidlər 
əsrlər  boyu  xalqdan  gizlətmişlər.  Yalnız  Sovet  hakimiyyəti 
illərində  alimlərimiz,  ədiblərimiz,  incəsənət  ustalarımız  qəhrə-
manı öz elinə tanıtdırıb, sevdirmişlər‖ (122-38) və s. Müəllifin 
izahları qeyd olunan antroponimlərin XX əsrin 20-ci illərindən 
sonra  yarandığını  göstərir.  ―Tiflis  əyalətinin  müfəssəl  dəftəri‖ 
isə Osman Mirzəyevin fikirlərinin qeyri-dəqiq olduğunu təsdiq-
ləyir.  Belə  ki,  həmin  mənbənin  67-ci  səhifəsində  Aydın  (Əli 
Aydın oğlu), 29-cu səhifəsində Elxan (Nəbi Elxan oğlu), 55-ci 
səhifəsində Qorxmaz (Səid Qorxmaz oğlu), 100-cü səhifəsində 
Gülüş (Gülüş Dürmüş oğlu), 155-ci səhifəsində Samur (Samur 
Dilənçi  oğlu),  35-ci  səhifəsində  Babək  (Əli  Babək  oğlu) 
antroponimi  işlədilmişdir.  Bu  faktlar  bir  daha  təsdiq  edir  ki, 
haqqında  bəhs  etdiyimiz  şəxs  adlarının  Azərbaycan    antropo-
nimləri  sistemində  işlənmə  tarixi  ən  azı  XVII  yüzilliklə  bağ-
lıdır. 
―Dəftər‖dəki antroponimləri quruluşuna görə 3 istiqamət-
də sistemləşdirmək olar: sadə quruluşlu  antroponimlər (Aydın, 
Bayram,  Ceyran,  Öküz...),  düzəltmə  antroponimlər  (Sabunçu, 
Topçu,  Dəmirçi,  Köçəri,  Çıraqlı,  Mehmanlı,  Ələmdar,  Bəşiri, 
Şikari...),  mürəkkəb  quruluşlu  antroponimlər  (Atlıxan,  Tanrı-
verdi,  Babaqoca,  Gündoğdu,  Yeldəmir,  Qaraöküz,  Qaraayaz, 
Ocaqqulu...).  ―Dəftər‖də  düzəltmə  quruluşlu  antroponimlər  sa-
də və mürəkkəb quruluşlu antroponimlərə nisbətən az müşahidə 
edilir.  Əlavə  edək  ki,  mürəkkəb  quruluşlu  antroponimlər 


 
Язизхан Танрыверди 
 
 
56 
sistemində  tanrı,  qulu  və  pir  komponentli  vahidlər  üstünlük 
təşkil edir. Məsələn, tanrı (Tanrıverən, Tanrıverdi, Tanrıvermiş, 
Tanrıqulu...), qulu (Allahqulu, Ocaqqulu, Əliqulu, Bayramqulu 
...), pir (Piri, Pirverdi, Pirbudaq, Pirağa, Pirəli ...). 
Təqdim etdiyimiz tezislər ―Tiflis əyalətinin müfəssəl dəf-
təri‖ndə  işlədilmiş  antroponimlərin kompleks şəkildə tədqiqata 
cəlb edilməsinin vacibliyini bir daha təsdiqləyir. 
 
 
“Dəftəri-müfəssəli-əyaləti-Tiflis”dəki 
antroponimlərin XIX əsrə qədərki Azərbaycan 
ədəbiyyatında işlənən antroponimlərlə bağlılığı 
 
Dəftəri-müfəssəli-əyaləti-Tiflis‖də işlənən antroponimlə-
rin tarixi-linqvistik prizmadan tədqiqi təkcə dilçilik  deyil, həm 
də  ədəbiyyatşünaslıq,  tarix,  etnoqrafiya  və  s.  baxımından 
əhəmiyyətlidir.  ―Dəftər‖dəki  antroponimlərin  motivləşmə  me-
yarları,  leksik-semantik  qrupları,  morfoloji  və  sintaktik  xü-
susiyyətləri barədə müəyyən fikirlər söylənilsə də (Bax: Ə.Tan-
rıverdi.  Dəftəri-müfəssəli-əyaləti-Tiflis‖də  antroponimlər. 
Onomastika,  I.  Bakı,  2004,  s.5-10),  onların  XIX  əsrə  qədərki 
Azərbaycan  ədəbiyyatında  işlənən  antroponimlərlə  bağlılığı, 
demək olar ki,  öyrənilməyib. Heç şübhəsiz ki,    belə  bir istiqa-
mətdə araşdırmanın aparılması tarixi antroponimiya və ədəbiy-
yatşünaslıq  baxımından  bir  sıra  maraqlı  cəhətləri  aşkarlaya 
bilər. 
Dəftər‖dəki  antroponimləri  XIX  əsrə  qədərki  Azərbay-
can  ədəbiyyatında  işlənən  antroponimlərlə  müqayisəli  şəkildə 
tədqiq  etməzdən  əvvəl,  XVI  əsr  Azərbaycan  ədəbiyyatının 
görkəmli  nümayəndəsi  Məhəmməd  Füzulinin  təxəllüsünün 
Dəftər‖də  əsl  şəxs  adı  kimi  işlənməsindən  bəhs  etmək  lazım 
gəlir.  Çünki  tədqiqatçılar  ―Füzuli‖  təxəllüsünün  şəxs  adına 
çevrilməsini  daha  çox  XX  yüzilliklə  bağlayırlar.  Məsələn, 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
57 
O.Mirzəyev  yazır:  ―...Onun  təxəllüsünün  geniş  yayılmış  oğlan 
adına çevrilməsi isə, əsasən, son onilliklərin hadisəsidir, birinci 
növbədə,  şairin  400  illik  yubileyinin  keçirilməsi  ilə  əlaqədar-
dır‖. Dəftər‖də rast gəlinən ―Füzuli Süleyman oğlu‖ antropo-
nimik modelindəki ―Füzuli‖ adı isə təsdiq edir ki, Füzuli təxəl-
lüsü ən azı XVIII yüzillikdə əsl şəxs adına çevrilib. Bu da Fü-
zuli  təxəllüsü  əsasında  əsl  şəxs  adının  yaranmasını  XX  yü-
zilliklə, dəqiq  desək, onun 400 illik  yubileyinin  keçirilməsi  ilə 
bağlayan  tədqiqatçıların  qənaətlərinin  düzgün  olmadığını 
təsdiqləyir.  Burada  O.Mirzəyevin  başqa  bir  fikrini  də  xatırlat-
maq yerinə düşür: ―Mehman. Farsca ―qonaq‖ deməkdir. İkihe-
calı olduğundan və samitlə bitdiyindən oğlanlara verilir. Nisbə-
tən cavandır. Əsasən, Süleyman Rəhimovun eyniadlı povestin-
dən  sonra  yaranmışdır‖  (122-139).  Dəftər‖də  Əli  Mehman 
oğlu, Vəli Mehman oğlu və s. kimi antroponimik modellərə rast 
gəlinir.  Bu  fakt,  bir  tərəfdən,  O.Mirzəyevin  fikirlərinin  qeyri-
dəqiq  olduğunu  göstərirsə,  digər  tərəfdən,  ―Mehman‖    an-
troponimik  vahidinin  ən  azı  XVII-XVIII  əsrlərdə  yarandığını 
təsdiq edir. 
―Kitabi-Dədə Qorqud‖dakı antroponimik modellərə daxil 
olan  bir  sıra  adlar  ―Dəftər‖də  eynilə  işlənib:  Dədə  Qorqud  - 
Qorqud  Mirzə  oğlu,  Ulaş  oğlu  Salur  Qazan  –  Bədirxan  Qazan 
oğlu, Baybörə oğlu Bamsı Beyrək – Bamsı Çayam oğlu, Qara-
günə oğlu Qarabudaq – Pirməhəmməd Qaragünə oğlu, Bayındır 
xan  –  Durmuş  Bayındır  oğlu  və  s.  ―Kitab‖dakı  şəxs  adlarının 
bir  qisminin  ―Dəftər‖də  eynilə  işlənməsi  ənənəvilik,  tarixilik, 
xüsusən  də  soykökə  dərindən  bağlılığın  göstəricisi  kimi  çıxış 
edir. 
Nizami  Gəncəvinin  poemalarında  işlənən  İskəndər,  Bəh-
ram, Fərhad, Məcnun, Şəkər və s. ―Dəftər‖də daha çox müşahi-
də olunan adlar sırasındadır. Məsələn,  Əli  İskəndər oğlu,  Bəh-
ram Əli oğlu, Əli Fərhad oğlu, Balaxan Məcnun oğlu, Əhməd 
Şəkər oğlu... Hətta ―Dəftər‖də elə antroponimik modellərə rast 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə