Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə20/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
61 
çoxalacaq və hamının işi düzələcəkdir. Bu səbəbdən ona bu adı 
qoyduq‖ (165 – 43). 
Folklorumuzda  dumanın  yenilik,  təzəlik,  xeyir-bərəkət 
rəmzi kimi işlənməsinə aid nümunələr çoxdur. Məsələn: 
       
                   Duman, gəl-get bu dağlardan
                   Dağlar təzə bar eyləsin... 
                                                     (Abbas Tufarqanlı) 
 
Yaxud:  
                  Dağlar duman arzular, 
                  Çaylar çimən arzular
                  Mənim bu sınıq könlüm 
                  Sənu yaman arzular. 
                                                 (Azərbaycan bayatıları) 
 
B.Abdullayev göstərir ki, ilk əməkçi insanlar təbiətin ob-
yektiv  qanunauyğunluqlarını  düzgün  qavramaqda  çətinlik  çək-
diklərindən yalnız müşahidələrə sığınmalı olmuşlar. Müəllif be-
lə  müşahidələr  əsasında  yaranmış  folklor  nümunələri  sırasında 
―Qış dumanı qar gətirər, yaz dumanı bar‖ ifadəsini də verir. 
F.Rəşidəddindən  və  folklordan  gətirdiyimiz  nümunələrə 
əsasən deyə bilərik ki, ―duman‖ leksik vahidinin antroponim ki-
mi  motivləşməsində  yenilik,  təzəlik,  xeyir-bərəkət  kimi  key-
fiyyətlər əsas olmuşdur. 
Çələbi. Bu antroponim əsl şəxs adı kimi az işlənir, famili-
yalarımızda mühafizə olunmuşdur. XVI əsrdə antroponim kimi 
işlənməsi məlumdur. Məsələn, Osmanlı səyyahı Övliya Çələbi. 
―XIV-XV əsrlərdə Türkiyədə bir çox alimlərin və şahzadələrin 
də çələbi titulu daşıdığı məlumdur. Azərbaycan şairi Qasım Ən-
vərin  dediyinə  görə,‖çələbi‖  sözü  sufi  təriqətində  ―sevilmiş‖, 
yəni  ―allah‖    demək  imiş.  Lakin  ―Xülaseyi-Abbasi‖də  bu  söz 


 
Язизхан Танрыверди 
 
 
62 
―yazıçı‖, ―şair‖, ―bilici‖ və s., ―Ləhcəyi- osmaniyədə‖ oxumağı 
bilən adam mənasında izah edilmişdir (118 – 75). 
V.Radlovun lüğətində ―çələbi‖ osmanlı və cığatay dilləri-
nə  aid  edilir  və  beş  əsas  mənası  göstərilir:  1.  божественный, 
принц, крови; 2. господин (титул, даваемый, европейцамь); 
3.  хозяин  дома;  4.  писатель,  стихотворец,  ученный;  5.  хо-
рошо  воспитанный,  образованный,  любезный,  элегантный 
(141 – 12). 
Yuxarıdakı  qeydlərə  əsasən deyə bilərik ki,  ilk  dəfə titul 
kimi  işlənən  ―çələbi‖  sözünün  sonralar  antroponim  kimi  işlən-
məsinə  səbəb  onun    yazıçı,  şair,  bilici,  xeyirxah,  lütfkar  və  s. 
mənaları ifadə etməsidir. 
Duxa  Qoca  oğlı  Dəli  Domrul.  ―Duxa‖  ―Kitabi-Dədə 
Qorqud‖un  antroponimikasına  daxil  olan,  lakin  müasir  antro-
ponimikamızda  işlənməyən  adlardandır.  Bu  antroponimik  va-
hiddən bəhs edən Ş.Cəmşidov və E.Əlibəyzadə onun formalaş-
masında zahiri səslənmə - alliterasiya, yaxud poetiklik yaratma 
keyfiyyətlərini  əsas  götürmüşlər  (189  –  260),  (80  –  264). 
‖Domrul‖  antroponimi  Mirəli  Seyidov,  Tofiq  Hacıyev,  Arif 
Acalov,  Osman  Mirzəyev  və  başqa  müəlliflərin  diqqətini  cəlb 
etmişdir.  Onun  leksik-semantik  xüsusiyyətləri,  antroponimik 
vahid  kimi  formalaşmasında  ―nəsil  verən‖,  ―həyat  başlanğıcı‖  
kimi  keyfiyyətin  əsas  olması  həmin  müəlliflər  tərəfindən 
təsdiqlənmişdir  (122  –  69).  ―Duxa  Qoca‖  antroponimik  vahidi 
isə  araşdırmalardan  kənarda  qalmışdır.  Mövcud  tədqiqatlarda 
―Duxa‖  antroponiminin  yalnız  yunanlarda  olan  ―Duka‖  şəxs 
adından olduğu iddia edilir (75 – 110). 
Göründüyü kimi, ―Duxa‖ antroponiminin leksik-semantik 
xüsusiyyətləri, tarixi-linqvistik baxımdan araşdırılmamış, həm-
çinin həmin sözün adyaratma üçün seçilmə, yaxud motivləşmə 
səbəbləri müəyyənləşdirilməmişdir. 
S.Əliyarov göstərir ki, Duxa Qoca ilkin şəkildə ―Dukak‖ 
və  ya  ―Tokak‖  variantında  işlənmişdir  (82  –  262).  ―Tokak‖ 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
63 
variantı  daha  qədimdir.  Çünki  cingiltiləşmə,  konkret  desək, 
―d‖laşma,  yaxud  ―t‖nın  ―d‖  ilə  əvəzlənməsi  türk  dillərinin 
nisbətən  sonrakı  inkişafı  ilə  bağlıdır.  Zahirən  elə  görünə  bilər 
ki, ―tokak‖ vahidi ―toxtaq‖ sözündən törəmədir və semantik cə-
hətdən  ―Qoca‖  antroponimini  təyin  edir.  Lakin  türk  dillərində 
bu cür quruluşlu vahidlərdə ―t‖nın düşməsi müşahidə olunmur. 
Deməli,  Tokak-Dukak,  Toxa-Duxa  antroponiminin  formalaş-
ması  üçün  əsas  olan  vahidin  ilk  hissəsi  müəyyənləşdirilərkən 
―tok-tox‖ fonetik variantlı söz əsas götürülməlidir. 
M.Kaşğarinin lüğətində ―tok‖ sözü ―tokı‖ (vur, döy) mə-
nalarında  işlənmişdir  (70  –  268).  Y.Məmmədov  ―tok‖  sözünü 
Azərbaycan  dilində  də  asemantikləşmiş,  ancaq  qədim  türk 
yazılı abidələrində ayrıca lüğət vahidi kimi işlənən sözlər sıra-
sında qeyd etməklə bərabər, onun ―toqquş‖, ―toqquşma‖ vahid-
lərində  izinin  qaldığını  da  göstərir  (416  –  33).  ―Tok‖  sözünün 
məna  çalarları  barədə  S.Cəfərov  yazır:  ―Toxmaq,  toxu(maq), 
toqquş(maq),  toxun(maq),  toxa  sözlərinin  kökü  vurmaq  məna-
sında işlənmiş olan tox(maq) sözü olmuşdur ki, həmin mənada 
çuvaş dilində indi də işlənməkdədir‖ (191 – 152). O.Mirzəyev 
qəhrəmanlıq dastanlarımızın dilində ―tox‖ sözünün vur, vurmaq 
mənalarında  işləndiyini  göstərir  və  fikrini  ―...nərə  çəkib  özünü 
düşmən ləşkərinə toxudu‖ nümunəsi ilə təsdiqləyir (122 – 220). 
Qeydlərdən  belə  məlum  olur  ki,  ―tok-tox‖  sözünün  se-
mantikasında  igidlik  çalarları  vardır.  Bizcə,  Tokak  –  Dukak, 
Toxa  –  Duxa  antroponiminin  ilk  hissəsi  vurmaq,  döymək  an-
lamlı ―tok‖ felidir və onun şəxs adı kimi motivləşməsində igid-
lik  keyfiyyəti  əsas  olmuşdur.  Əlavə  edək  ki,  M.Adilov  və 
O.Mirzəyev  də  ―Tokay‖,  ―Tokər‖  antroponiminin  yaranmasın-
da vurmaq, döymək anlamlı ―tok‖ vahidini əsas götürürlər (11-
46), (122-220). ―Tok‖ əsaslı antroponim Orxon-Yenisey abidə-
lərində də müşahidə olunur. Məsələn, Tok bögüt (51-44). 
Qeyd etdik ki, ―Kitab‖da  ―Duka‖ şəklində olan antropo-
nimin ilkin forması ―Tokak‖dır və onun ilk hissəsi ―vur‖, ―döy‖ 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə