Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
171
c) Birinci tərəfi sayla ifadə olunanlar: Bircəgül, Bircəqız
və s. Buradakı ―Bircəgül‖ antroponimi hibriddir.
Göründüyü kimi, birinci tərəfdəki vahidlər, əsasən, sifətlə
ifadə olunmuşdur. Bu isə sifətin atributivlik funksiyası ilə bağ-
lıdır.
İkinci növ təyini söz birləşmələrinin inkişafı əsasında
formalaşan antroponimlər
İkinci növ təyini söz birləşmələrində sözlər arasında əlaqə
o qədər möhkəm olur ki, bunlar arasına heç bir söz əlavə etmək
mümkün deyildir. Belə bir möhkəm əlaqəyə malik olmaq
xüsusiyyəti onları tam lüğəti vahidə, bir anlayışı ifadə etməyə
gətirib çıxarır (132-109). Azərbaycan antroponimləri siste-
mində ikinci növ təyini söz birləşmələrinin inkişafı əsasında
formalaşan mürəkkəb quruluşlu antroponimlər digər birləşmə-
lərə, konkret desək, I növ təyini söz birləşmələri əsasında for-
malaşanlara nisbətən üstünlük təşkil edir (III növ təyini söz
birləşmələrində ümumilik, mücərrədlik deyil, konkretlik, müəy-
yənlik funksiyası əsas olduğundan onlar bir vahidə çevrilə
bilmir). Digər tərəfdən, bu növ təyini söz birləşmələrinin inki-
şafı əsasında təkcə əsl şəxs adları deyil, həm də titul və ləqəblər
mürəkkəb quruluşlu vahid kimi formalaşmışdır. Məsələn,
Ağabəyi, Ağadostu (hibriddir), Qalabəyi, Dağbəyi, Elbəyi,
Eloğlu, Eldostu (hibriddir), Yaradanqulu, Yüzbaşı, Minbaşı,
Ocaqqulu, Toybəyi, Topçubaşı, Xanqulu və s. (əsl şəxs adları);
Dəmirçioğlu (―Koroğlu‖ dastanı), Qoçubaşı Padar və s. (ləqəb);
bağbaşı, bəglərbəyi, erbaşı, yüzbaşı, minbaşı, mollabaşı
(hibrid), miraxurbaşı (hibrid), onbaşı, ordubaşı, sübaşı,
tacirbaşı, topçubaşı, çobanbəyi və s. (titullar); Qardaşoğlu,
Qarınqulu
(M.Ə.Sabirin
təxəllüsləridir),
Divanbəyoğlu
(hibriddir, Abdulla bəy Vəli oğlunun təxəllüsüdür), Əhmədoğlu
(hibriddir. Şair Osman Osmanovun təxəllüsüdür), Xanqızı
(Xurşudbanu Natəvan), Türkoğlu (Nəsirli Yaqub) və s. (tə-
xəllüslər).
Язизхан Танрыверди
172
Bununla bərabər, II növ təyini söz birləşmələrinin inki-
şafı əsasında yaranan elə mürəkkəb quruluşlu antroponimlər
vardır ki, onlar forma baxımından II növ təyini söz birləşmələri
əsasında düzəlmiş mürəkkəb vahid kimi qavranmır. Məsələn,
Elbəy (el bəyi, ―Elbəyi‖ antroponimini qeyd etmişik), Eldost (el
dostu, ―Eldostu‖ antroponimi də vardır), Elnur (el nuru), Elxan
(el xanı), Elşad (el şadı), Elturan ( Turan eli), Elvüqar (el
vüqarı), Eltac (el tacı), Elçiçək (el çiçəyi), Yazçiçək (yaz
çiçəyi), Orduxan (ordu xanı) və s. Göründüyü kimi, bu
antroponimlərin II növ təyini söz birləşmələrinin inkişafı
əsasında bir mürəkkəb vahidə çevrilməsi birbaşa qavranmır.
Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmə-
lərin inkişafı əsasında formalaşan antroponimlər
Azərbaycan onomastikasında təyini söz birləşmələrinə
daxil olmayan ismi birləşmələrin inkişafı əsasında formalaşan
mürəkkəb quruluşlu antroponimlərə müxtəlif münasibətlər
vardır. Bu tip antroponimlər təyini söz birləşmələrinə daxil
olmayan ismi birləşmələrin inkişafı əsasında formalaşan
mürəkkəb quruluşlu antroponimlər kimi tədqiq edilməmişdir.
Məsələn, M.Çobanov bu tip antroponimləri ―birinci kompo-
nenti ismin yönlük və yerlik hal şəkilçisini qəbul edən, ikinci
komponenti isə sadə sözdən ibarət olan (Dilənur, Bağdagül və
s.) və birinci komponenti mənsubiyyət şəkilçisi, ikinci kom-
ponenti isə sadə sözdən ibarət olan (Adızər, Adıgül və s.)‖
antroponimlər kimi izah etmişdir (180 – 85). X.Məmmədova
yazır ki, ―mürəkkəb antroponimlərin müəyyən qisminin hansı
sintaktik əlaqə və söz birləşməsi növündə formalaşdığını müəy-
yənləşdirmək çətinlik törədir. Məsələn, ―Əsligül‖ sözünün ismi
birləşmə, yaxud da ərəb-fars izafəti əsasında formalaşdığını
düşünmək olar‖ (117-60). Göründüyü kimi, M.Çobanov təyini
söz birləşmələrinə daxil olmayan ismi birləşmələrin inkişafı
əsasında formalaşan mürəkkəb quruluşlu antroponimləri
sintaktik deyil, morfoloji prizmadan təhlil etməyə çalışmışdır.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
173
X.Məmmədova isə təyini söz birləşməsinə daxil olmayan ismi
birləşmənin inkişafı əsasında mürəkkəb quruluşlu antroponimə
çevrilmiş ―Əsligül‖ adının hansı ismi birləşmənin inkişafı
əsasında yarandığını dəqiq göstərmir.
Antroponimikamızda bu tip birləşmələrin inkişafı əsasın-
da formalaşan mürəkkəb quruluşlu antroponimlərin intensivliyi
müəyyən qədər azdır, daha dəqiqi, sadə və düzəltmə quruluşlu
antroponimlərə nisbətən az işlənir. Buna baxmayaraq, həmin
quruluşda olan antroponimik vahidlər türk mənşəli antroponim-
lər sistemində xüsusi lay təşkil edir. Bu tip vahidləri aşağıdakı
kimi qruplaşdırmaq olar:
a) Birinci tərəfi mənsubiyyət şəkilçili sözlə ifadə olunan-
lar: Adıgözəl, Adıbala, Adıgül, (hibrid), Adıgün, Adızər (hib-
rid), Adışirin (hibrid), Börkiyarıq (XII əsr), Atamoğlan,
Özüxan, Xalıgözəl (hibrid) və s. (əsl şəxs adları); Əliçatılı
Məhəmməd, Gözüpiçalaqlı Anaxanım (N.Vəzirov) və s. (ləqəb-
lər); Boynuburuq, Gözüyuxulu (M.Ə.Sabirin təxəllüslərin-
dəndir), Qarnıyarıq (Nəsrulla Qəribli), Əlidəyənəkli (Əli
Nəzmi) və s. (təxəllüslər). Bu antroponimlərin ikinci tərəfindəki
vahidlər birinci tərəfdəki vahidlərin əlamətini bildirir. Çünki
ikinci tərəf atributiv funksiyalı (gözəl, çatılı, piçalaqlı, buruq,
yuxulu, yarıq...) vahidlərdən ibarətdir.
Yuxarıdakı nümunələrdə təyini söz birləşmələrinə daxil
olmayan ismi birləşmələrin inkişaf edərək bir sözə, o cümlədən
antroponimik vahidə çevrilməsi aydın görünür. Qeyd edək ki,
―Kitabi-Dədə Qorqud‖ dastanında təyini söz birləşmələrinə da-
xil olmayan ismi birləşmələr elə birləşmələr kimi də işlənmiş-
dir. Daha dəqiq olsun, - deyə digər faktlara deyil, məhz antro-
ponimlərlə bağlı olan dil faktlarına müraciət edək: ― Adı görklü
Məhəmməd Mustafa, Bığı qanlı Bəkdüz Əmən‖ və s. Hər iki
dil faktı dastanda ən çox işlənən vahidlərdəndir.
b) Birinci tərəfi yerlik hal şəkilçili sözlə ifadə olunanlar.
Bu birləşmələrdə birinci tərəf ikinci tərəfi məkanca izah edir,
Dostları ilə paylaş: |