Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə54/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
171 
c)  Birinci  tərəfi  sayla  ifadə  olunanlar:  Bircəgül,  Bircəqız 
və s. Buradakı ―Bircəgül‖ antroponimi hibriddir. 
Göründüyü kimi, birinci tərəfdəki vahidlər, əsasən, sifətlə 
ifadə olunmuşdur. Bu isə sifətin atributivlik funksiyası ilə bağ-
lıdır. 
İkinci  növ  təyini  söz  birləşmələrinin  inkişafı  əsasında 
formalaşan antroponimlər 
İkinci növ təyini söz birləşmələrində sözlər arasında əlaqə 
o qədər möhkəm olur ki, bunlar arasına heç bir söz əlavə etmək 
mümkün  deyildir.  Belə  bir  möhkəm  əlaqəyə  malik  olmaq 
xüsusiyyəti  onları  tam  lüğəti  vahidə,  bir  anlayışı  ifadə  etməyə 
gətirib  çıxarır  (132-109).  Azərbaycan  antroponimləri  siste-
mində  ikinci  növ  təyini  söz  birləşmələrinin  inkişafı  əsasında 
formalaşan  mürəkkəb  quruluşlu  antroponimlər  digər  birləşmə-
lərə,  konkret  desək,  I  növ  təyini  söz  birləşmələri  əsasında  for-
malaşanlara  nisbətən  üstünlük  təşkil  edir  (III  növ  təyini  söz 
birləşmələrində ümumilik, mücərrədlik deyil, konkretlik, müəy-
yənlik  funksiyası  əsas  olduğundan  onlar  bir  vahidə  çevrilə 
bilmir). Digər tərəfdən,  bu növ təyini söz birləşmələrinin  inki-
şafı əsasında təkcə əsl şəxs adları deyil, həm də titul və ləqəblər 
mürəkkəb  quruluşlu  vahid  kimi  formalaşmışdır.  Məsələn, 
Ağabəyi,  Ağadostu  (hibriddir),  Qalabəyi,  Dağbəyi,  Elbəyi, 
Eloğlu,  Eldostu  (hibriddir),  Yaradanqulu,  Yüzbaşı,  Minbaşı, 
Ocaqqulu, Toybəyi, Topçubaşı, Xanqulu və s. (əsl şəxs adları); 
Dəmirçioğlu (―Koroğlu‖ dastanı), Qoçubaşı Padar və s. (ləqəb); 
bağbaşı,  bəglərbəyi,  erbaşı,  yüzbaşı,  minbaşı,  mollabaşı 
(hibrid),  miraxurbaşı  (hibrid),  onbaşı,  ordubaşı,  sübaşı, 
tacirbaşı,  topçubaşı,  çobanbəyi  və  s.  (titullar);  Qardaşoğlu, 
Qarınqulu 
(M.Ə.Sabirin 
təxəllüsləridir), 
Divanbəyoğlu 
(hibriddir, Abdulla bəy Vəli oğlunun təxəllüsüdür), Əhmədoğlu 
(hibriddir.  Şair  Osman  Osmanovun  təxəllüsüdür),  Xanqızı 
(Xurşudbanu  Natəvan),  Türkoğlu  (Nəsirli  Yaqub)  və  s.    (tə-
xəllüslər). 


 
Язизхан Танрыверди 
 
 
172 
Bununla  bərabər,  II    növ  təyini  söz  birləşmələrinin  inki-
şafı  əsasında  yaranan  elə  mürəkkəb  quruluşlu  antroponimlər 
vardır ki, onlar forma baxımından II  növ təyini söz birləşmələri 
əsasında  düzəlmiş  mürəkkəb  vahid  kimi  qavranmır.  Məsələn, 
Elbəy (el bəyi, ―Elbəyi‖ antroponimini qeyd etmişik), Eldost (el 
dostu, ―Eldostu‖ antroponimi də vardır), Elnur (el nuru), Elxan 
(el  xanı),  Elşad  (el  şadı),  Elturan  (  Turan  eli),  Elvüqar  (el 
vüqarı),  Eltac  (el  tacı),  Elçiçək  (el  çiçəyi),  Yazçiçək  (yaz 
çiçəyi),  Orduxan  (ordu  xanı)  və  s.  Göründüyü  kimi,  bu 
antroponimlərin    II    növ  təyini  söz  birləşmələrinin  inkişafı 
əsasında bir mürəkkəb vahidə çevrilməsi birbaşa qavranmır. 
Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmə-
lərin inkişafı əsasında formalaşan antroponimlər 
Azərbaycan  onomastikasında  təyini  söz  birləşmələrinə 
daxil  olmayan  ismi  birləşmələrin  inkişafı  əsasında  formalaşan 
mürəkkəb  quruluşlu  antroponimlərə  müxtəlif  münasibətlər 
vardır.  Bu  tip  antroponimlər  təyini  söz  birləşmələrinə  daxil 
olmayan  ismi  birləşmələrin  inkişafı  əsasında  formalaşan 
mürəkkəb  quruluşlu  antroponimlər  kimi  tədqiq  edilməmişdir. 
Məsələn,  M.Çobanov  bu  tip  antroponimləri  ―birinci  kompo-
nenti  ismin  yönlük  və  yerlik  hal  şəkilçisini  qəbul  edən,  ikinci 
komponenti  isə  sadə  sözdən  ibarət  olan  (Dilənur,  Bağdagül  və 
s.)  və  birinci  komponenti  mənsubiyyət  şəkilçisi,  ikinci  kom-
ponenti  isə  sadə  sözdən  ibarət  olan  (Adızər,  Adıgül  və  s.)‖ 
antroponimlər    kimi  izah  etmişdir  (180  –  85).  X.Məmmədova 
yazır  ki,  ―mürəkkəb  antroponimlərin  müəyyən  qisminin  hansı 
sintaktik əlaqə və söz birləşməsi növündə formalaşdığını müəy-
yənləşdirmək çətinlik törədir. Məsələn, ―Əsligül‖ sözünün ismi 
birləşmə,  yaxud  da  ərəb-fars  izafəti  əsasında  formalaşdığını 
düşünmək olar‖ (117-60). Göründüyü kimi, M.Çobanov təyini 
söz  birləşmələrinə  daxil  olmayan  ismi  birləşmələrin  inkişafı 
əsasında  formalaşan  mürəkkəb  quruluşlu  antroponimləri 
sintaktik  deyil,  morfoloji  prizmadan  təhlil  etməyə  çalışmışdır. 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
173 
X.Məmmədova  isə  təyini  söz  birləşməsinə  daxil olmayan  ismi 
birləşmənin inkişafı əsasında  mürəkkəb quruluşlu antroponimə 
çevrilmiş  ―Əsligül‖  adının  hansı  ismi  birləşmənin  inkişafı 
əsasında yarandığını dəqiq göstərmir. 
Antroponimikamızda bu tip birləşmələrin inkişafı  əsasın-
da formalaşan mürəkkəb quruluşlu antroponimlərin intensivliyi 
müəyyən qədər azdır, daha dəqiqi, sadə və düzəltmə quruluşlu 
antroponimlərə    nisbətən  az  işlənir.  Buna  baxmayaraq,  həmin 
quruluşda olan antroponimik vahidlər türk mənşəli antroponim-
lər sistemində xüsusi lay təşkil edir.  Bu tip vahidləri aşağıdakı 
kimi qruplaşdırmaq olar:  
a) Birinci tərəfi mənsubiyyət şəkilçili sözlə ifadə olunan-
lar:  Adıgözəl,  Adıbala,  Adıgül,  (hibrid),  Adıgün,  Adızər  (hib-
rid),  Adışirin  (hibrid),  Börkiyarıq  (XII  əsr),  Atamoğlan, 
Özüxan,  Xalıgözəl  (hibrid)  və  s.  (əsl  şəxs    adları);  Əliçatılı 
Məhəmməd, Gözüpiçalaqlı Anaxanım (N.Vəzirov) və s. (ləqəb-
lər);  Boynuburuq,  Gözüyuxulu  (M.Ə.Sabirin  təxəllüslərin-
dəndir),  Qarnıyarıq  (Nəsrulla  Qəribli),  Əlidəyənəkli  (Əli 
Nəzmi) və s. (təxəllüslər). Bu antroponimlərin ikinci tərəfindəki 
vahidlər  birinci    tərəfdəki  vahidlərin  əlamətini  bildirir.  Çünki 
ikinci  tərəf  atributiv  funksiyalı  (gözəl,  çatılı,  piçalaqlı,  buruq, 
yuxulu, yarıq...) vahidlərdən ibarətdir. 
Yuxarıdakı  nümunələrdə  təyini  söz  birləşmələrinə  daxil 
olmayan ismi birləşmələrin inkişaf edərək bir sözə, o cümlədən 
antroponimik  vahidə  çevrilməsi  aydın  görünür.  Qeyd  edək  ki, 
―Kitabi-Dədə Qorqud‖ dastanında təyini söz birləşmələrinə da-
xil olmayan ismi birləşmələr elə birləşmələr  kimi də işlənmiş-
dir. Daha dəqiq  olsun,  -  deyə  digər faktlara deyil, məhz antro-
ponimlərlə bağlı olan dil faktlarına müraciət edək: ―Adı görklü 
Məhəmməd  Mustafa,  Bığı  qanlı  Bəkdüz  Əmən‖  və  s.  Hər  iki 
dil faktı dastanda ən çox işlənən vahidlərdəndir. 
b) Birinci tərəfi yerlik hal  şəkilçili sözlə ifadə olunanlar. 
Bu  birləşmələrdə  birinci    tərəf  ikinci  tərəfi  məkanca  izah  edir, 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə