Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə55/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

 
Язизхан Танрыверди 
 
 
174 
lakin bu məkan geniş əhatə dairəsinə malik olmur və buna görə 
də  çox  vaxt  məkan  mənasına  malik  obyekt  kimi  çıxış  edir  (3-
48). Azərbaycan antroponimləri sistemində bu tip birləşmələrin  
inkişafı əsasında mürəkkəb quruluşlu antroponimə çevrilmə, az 
da olsa, müşahidə edilir. Məsələn, Aydagül, Bağdagül, Bağda-
zər,  Eldəgül  və  s.  Göründüyü  kimi,  birinci  tərəfin  ikinci  tərəfi 
məkanca izah etməsi nisbidir. Bu nisbilik ―Aydagül‖ və  ―Bağ-
dagül‖  antroponimlərinin  müqayisəsində  daha  aydın  görünür. 
Əgər ―Aydagül‖ antroponimində məkan anlayışı (aydagül) mə-
cazidirsə,  ―Bağdagül‖  antroponimində  nisbətən  konkretdir. 
Maraqlıdır  ki,  gözəllik  motivli  hər  iki  antroponimdə  poetiklik 
müşahidə edilir. 
Türk  mənşəli  antroponimlər  sistemində  elə  mürəkkəb 
quruluşlu  antroponimlər  müşahidə  edilir  ki,  onlar  təyini  söz 
birləşmələrinə  daxil  olmayan  ismi  birləşmənin  inkişafı  nəticə-
sində  formalaşsa  da,  fonetik,  leksik  və  morfoloji  semantikası 
donmuş  olduğundan  hansı  birləşmə  əsasında  yarandığı  formal 
qavranmır.  Məsələn,  ―Toğanyürək‖  (XI  əsr)  antroponimi  bu 
baxımdan  maraqlıdır.  ―Toğanyürək‖  antroponimi  təyini  söz 
birləşmələrinə daxil olmayan ismi birləşmənin inkişafı əsasında 
(―toğan  yürək‖  –  qartal  ürəkli)  formalaşmışdır.  Burada  birinci 
tərəf  (toğan)  ikinci  tərəfi  izah  edir.  Belə  birləşmələr  müasir 
ədəbi  dilimizdə  fərqli  formadadır.  Dəqiq  desək,  ikinci  tərəf 
həmişə  -lı
4
  şəkilçili  sözlə  işlənir.  Məsələn,  ―qan  rəngli,  könül 
adlı‖  və  s.  (3-47).  Bu  tipli  birləşmələrdən  mürəkkəb  sözə 
çevrilənləri  də  vardır.  Məsələn,  ―durnagözlü‖.  Əlavə  edək  ki, 
―Kitabi-Dədə  Qorqud‖  dastanında  da  belə  birləşmələrin  ikinci 
tərəfi  məhz  –lı
4
  şəkilçili  sözlə  işlənmişdir.  Məsələn,  Atağuzlu 
Uruz  Qoca  (Anlar  eylə  digəc  Atağuzlu  Uruz  qoca  iki  dizinin 
üstünə  çökdi)  (103-42).  Fikri  təsdiq  üçün  gətirdiyimiz  ―Ata-
ğuzlu‖  antroponimi  də  ―Toğanyürək‖  adı  kimi  igidlik  motivi 
əsasında  formalaşmışdır.  Bu  antroponimlərin  quruluşu  da  bir-
birinə  yaxındır:   hər ikisi  təyini  söz birləşmələrinə daxil olma-


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
175 
yan ismi birləşmənin inkişafı əsasında  mürəkkəb quruluşlu an-
troponimə  çevrilmişdir;    hər  ikisində  zooleksemlə  ifadə  olun-
muş birinci tərəf ikinci tərəfi izah edir. Əgər ―Atağuzlu‖ antro-
poniminin ikinci tərəfindəki–lı
4
 leksik şəkilçisini ―Toğanyürək‖ 
antroponiminin  ikinci  tərəfindəki  ―yürək‖  sözünə  əlavə  etsək, 
bu vahidlərdəki  struktur  və məna  yaxınlığı  aydın görünə  bilər: 
―Atağuzlu‖, ―Toğanyürəkli‖. 
Azərbaycan  antroponimləri  sistemindəki  türk  mənşəli 
―Özdəmir‖  antroponiminin  hansı  birləşmənin  inkişafı  əsasında 
yarandığı  müəyyənləşdirilməmişdir.  Bizə  belə  gəlir  ki,  ―Öz-
dəmir‖ antroponimi təyini söz birləşmələrinə  daxil olmayan is-
mi birləşmənin inkişafı əsasında yaranmışdır. Struktur baxımın-
dan Özüxan, Adıxan kimi antroponimləri yada salır: Özdəmir-
Özüdəmir. 
Sadə  cümlə  (nəqli  cümlə)  əsasında  formalaşan  antro-
ponimlər: Ağaverdi, Qaryağdı, Bəyverdi, Bəygəldi (Gəldibəy), 
Babaverdi,  Tanrıverdi,  Tarverdi,  Xangəldi,  Ocaqverdi  və  s. 
(kişi  adları);  Bəslər  (Bəs+elər),    Oğlangərək  və  s.  (qadın  ad-
ları). Bu model əsasında elə mürəkkəb quruluşlu antroponimlər 
də  formalaşmışdır  ki,  onların  ikinci  tərəfindəki  vahid  feli  sifət 
şəkilçilidir,  lakin  həmin  tip  vahidlərə  xəbərlik  kateqoriyasının 
şəkilçisi (-dır
4
) asanlıqla artırıla bilər. Bu onu göstərir ki, həmin 
tip  vahidlərdə  xəbərlik  kateqoriyasının  morfoloji  semantikası 
donmuş    haldadır.  Faktlara  müraciət  edək:  Toxmaqvuran 
(Toxmaq vurandır, yaxud Toxmaq vuran adamdır), Tanrıverən 
(Tanrı  verəndir,  yaxud  Tanrı  verən  uşaqdır),  Erbasan  (Er 
basandır,  yaxud  Er  basan  adamdır),  Güldərən  (Gül  dərəndir, 
yaxud Gül dərən qızdır) və s. 
Göründüyü kimi, yuxarıdakı antroponimik vahidlərin əsa-
sında subyekt vıə predikatlı cümlələr durur. M.Çobanov həmin 
tip  antroponimlərin  mübtəda  ilə  xəbərin  birləşməsi  nəticəsində 
yarandığını göstərsə də, qovuşmanın səbəbini izah etmir (180-
82).  A.Qurbanov  isə  belə  antroponimləri  ―kök+kök+şəkilçi‖ 


 
Язизхан Танрыверди 
 
 
176 
modeli  əsasında  yaranan  antroponimlər  sırasında  izah  etmişdir 
(60-472). Türkologiyada sübut olunmuşdur ki, cümlə leksikləş-
dikdə özünəməxsus bitkinlik, predikativlik, modallıq və intona-
siya  xüsusiyyətlərini  itirir,  cümlədəki  vahidlərarası  durğu 
zəifləyir,  baş  vurğu  isə,  T.Hacıyevin  qeyd  etdiyi  kimi,  son  sö-
zün  son  hecasının  üzərinə  düşür  (170-99).  Bu,  yuxarıdakı 
mürəkkəb quruluşlu antroponimlərə də aiddir. 
Əmr  cümləsi  əsasında  formalaşan  antroponimlər: 
Ağadur  (Ağa  dur!),  Baxdur  (Bax  dur!),  Qızqayıt  (Qız  qayıt!), 
Qızyetər  (Qız  yetər!),  Dayandur  (Dayan!  Dur!),  Ərol  (Ər  ol!) 
və  s.  Bu  tip  vahidlər  qədim  türk  antroponimləri  sistemində  də  
müşahidə  edilir: Günəçıx, Bektur, Albeni, Erol və s. (95-64). 
Yuxarıdakı  antroponimlər  tam  leksikləşmiş  vahidlər  olsa 
da, onların predikatlarının felin əmr şəkli ilə ifadə olunması (II 
şəxsin təkində) aydın şəkildə görünür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə