Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə50/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

 
Язизхан Танрыверди 
 
 
158 
Тупдаьыдан 



дястя,  ъярэя  даьыдан 
мянасыны  ифадя  едир. 
иэидлик мотивли лягябдир 
Хашал Гурбан 



йекягарын 
Хырча Мяъид 



балаъа 
Hалайпозан 



дястя  даьыдан,  полкда-
ьыдан,  иэидлик  мотивли-
дир 
Чуьул 
Кярбялайы 
Мящяммяд 



арагарышдыран, хябярчи 
Чарыгчы Мурад 



чарыг тикян 
Ъарчы Явяз 



ъар чякян, хябяр верян 
Чылы Мустафа 



балаъа 
Ъингой Казым 



ясяби,  тез  юзцндян  чы-
хан 
Ъында Щцсейн 



касыб, йохсул 
Ъиъишди 
Сащибхан 



«ъиъи»  тязя  анламлыдыр. 
«ъиъишди»,  йяни  «тязя-
дир» 
Ъюйцзсатан 
Ъащан 



«ъюйцз»,  «ъявиз»  гоз 
сюзцнцн синонимидир. 
Ъынгылы Мювсцм 



балаъа 
 
 
 
 
                                                   


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
159 
         
III  FƏSİL 
 
TÜRK MƏNŞƏLİ AZƏRBAYCAN 
ANTROPONİMLƏRİNİN QRAMMATİK 
XÜSUSİYYƏTLƏRİ 
 
Azərbaycan  antroponimiyasında  sadə  quruluşlu  antropo-
nimlər,  əsasən,  düzgün  istiqamətdə  təhlil  olunmuşdur.  Düzəlt-
mə  quruluşlu  antroponimlərə  münasibət  isə  mübahisəlidir. 
Məsələn,  M.Çobanov  belə  hesab  edir  ki,  Telli,  Dəmirçi,  Ovçu 
və s. antroponimlər –lı
4
, -çı
4
 şəkilçilərinin ―tel‖, ―dəmir‖, ―ov‖ 
apelyativlərinə  artırılması  yolu  ilə  yaranmışdır  (180–75).  Ya-
xud  M.Adilov  və  A.Paşayev  Güllü,  Telli,  Bəylər,  Qorxmaz, 
Xanım,  Bəyim  və  s.  antroponimlərin  müxtəlif  nitq  hissələrinə 
müəyyən şəkilçilərin artırılması ilə düzəldiyini göstərirlər (10–
17).  A.Qurbanov  da  düzəltmə  quruluşlu  antroponimlərin  mor-
foloji  üsulla  yarandığını  göstərir  (60–452–466).  Halbuki  qeyd 
olunan  antroponimlər  düzəltmə  yolla,  yaxud  morfoloji  üsulla 
yaranmamışdır.  Çünki  həmin  antroponimlərin  leksik  və  qram-
matik-leksik  şəkilçili  apelyativləri  müasir  ədəbi  dilimizdə  elə 
həmin  formada  işlənməkdədir  (titul  səciyyəlilər  arxaikləş-
mişdir).  Fikrimizcə,  sadə,  düzəltmə,  qrammatik  şəkilçili,  mü-
rəkkəb  quruluşlu  və  cümlə  tipli  vahidlərdən,  yaxud  digər  ono-
mastik  vahidlərdən  antroponim  yaradıcılığında,  əsasən,  hazır 
şəkildə, yəni birbaşa istifadə olunmuşdur. Bu da apelyativin və 
digər  onomastik  vahidin  antroponimə  transformasiyasıdır. 
Faktlara müraciət edək: almaz – Almaz, dəmir – Dəmir; telli – 
Telli, dəmirçi – Dəmirçi; dur+sun = dursun = Dursun; adı gözəl 
= adıgözəl = Adıgözəl, adı bəlli = adıbəlli – Adıbəlli; Qız qayıt 
= Qızqayıt, Tanrı verdi = Tanrıverdi; qıpçaq – Qıpçaq, əfşar – 
Əfşar  və  s.  Deməli,  apelyativlərdən  və  apelyativ  funksiyalı 
vahidlərdən  birbaşa  istifadə  olunmuşdur.  Bu  tipli  vahidlərin 


 
Язизхан Танрыверди 
 
 
160 
əsas  və  köməkçi  ad  kateqoriyalarında  çoxluq  təşkil  etdiyini, 
həm də apelyativin və digər onomastik vahidlərin antroponimə 
transformasiyasını nəzərə alaraq, türk mənşəli antroponimlərin 
qrammatik xüsusiyyətlərini aşağıdakı sistem üzrə təhlil etməyi 
məqbul hesab edirik: 
1. Sadə quruluşlu antroponimlər
2. Düzəltmə quruluşlu antroponimlər; 
3. Qrammatik şəkilçili  antroponimlər; 
4. Mürəkkəb quruluşlu antroponimlər. 
Sadə  quruluşlu  antroponimlər.  Leksik  və  qrammatik-
leksik  şəkilçilərsiz  antroponim  yaradıcılığına  cəlb  edilən  apel-
yativlər, həmçinin  başqa onomastik vahidlər, təbii  ki,  onomas-
tikada sadə quruluşlu antroponimlər kimi  izah olunmalıdır. Bu 
mənada  sadə  quruluşlu  antroponimləri  nitq  hissələrinin  işti-
rakına görə aşağıdakı kimi qruplaşdırmaq olar: 
a)  isimlərdən  ibarət  sadə  quruluşlu  antroponimlər:
1
  Ağa, 
Aza, Ayaz, Alay, Alov, Alqış, Araz, Aran, Aruz, Aslan, Ata, Ba-
ba,  Babək,  Bala,  Boran,  Buğa,  İldırım,  Gümüş,Oğuz,  Oğul, 
Ozan,  Orman,  Bulud,  Qaya,  Qartal,    Qıpçaq,  Dəmir,  Dəniz, 
Teymur, Təbriz, Tufan, Türk, Uğur və s. (əsl şəxs adlarına daxil 
olan  kişi  adları);  Alma,  Durna,  İnci,  Kəklik,  Laçın,  Maral, 
Sona, Tərlan,  Tovuz,  Turac, Ulduz,  Xatın, Çiçək, Ceyran  və  s. 
(əsl şəxs adlarına daxil olan qadın adları); ağa, bəy, bilgə, bikə, 
yabqu, tegin, xan, xaqan, xatun, çavuş, çur, şad və s. (titullar); 
Alp  Eltəbər,  Boğaz  Bayram,  Yava  Qurban,  Pıçqı  Nadir,  Sırıx 
Sabir,Təklə Hacı Qurban, Çarıq Ələkbər və s. (ləqəblər); Araz 
(Məmməd  Araz),  Əfşar  (Sadıq  bəy  Əfşar),  Güzgü  (Məmmədəli 
Manafov) və s. (təxəllüslər). 
b) sifətlərdən ibarət sadə quruluşlu antroponimlər: Aydın, 
Arıx (Arıq), Qara, Qoca, İgid, Uru və s. (əsl şəxs adlarına daxil 
                                                 
1
  Q e y d: Əsas və köməkçi ad kateqoriyalarına daxil olan antroponimləri 
bir sistemdə verməyi məqsədəuyğun hesab edirik. 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
161 
olan kişi adları); İncə, Yaxşı, Göyçək, Gözəl və s. (əsl şəxs ad-
larına daxil olan qadın adları); Qart Osman, Qısır Fatma, Qoç 
Koroğlu, Dəli Domrul,  Dəli Həsən, Donqar Əhməd, İyid Bay-
ramxan, Zağar  Əli, Güəzə (gəvəzə) Əhməd, Xaşal Qurban, Çu-
ğul Kərbəlayı Məhəmməd və s. (ləqəblər). 
Sadə  quruluşlu  antroponimlər  sisteminə  daxil  etdiyimiz 
Babək, Oğuz, Təbriz, Xəzər və s. kimi antroponimlərin apelya-
tivi  müasir  ədəbi  dilimizdə  işlənmir,  onların    leksik  məzmunu 
qapalı  olduğundan  qavranmır,  antroponim  kimi  işlənmələrinə 
səbəb  isə  həmin  tip  vahidlərin  məhz  tarixi  şəxsiyyət  adı,  etno-
nim,  toponim,  hidronim  təyinatı,  funksiyası  ilə  bağlıdır.  Digər 
tərəfdən,  sadə  quruluşlu  antroponimlərin  apelyativləri  və  ya 
antroponimik vahid funksiyasında iştirak edən digər onomastik 
vahidlər  müasir  ədəbi  dil  baxımından  sadə  quruluşlu  görünsə 
də,  geniş  etimoloji  təhlil  aparıldıqda  həmin  tip  vahidlərə  sadə 
quruluşludur  -  demək  məntiqi  baxımdan  qüsurludur.  Məsələn, 
leksik  semantikası  donmuş  antroponimlərə  diqqət  yetirək. 
Türkologiyada  ―Xəzər‖in  ―xəz‖  etnonim,  -ər  cəmlik  bildirən 
qrammatik şəkilçi (186–194), yaxud ―Babək‖in, ―ba‖ – böyük, 
―bək‖ – bəy və s. izahları vardır (10–15). Bu baxımdan  yanaş-
dıqda ―Xəzər‖ qrammatik şəkilçili onomastik vahid (hidronim, 
həm  də  antroponim  və  ktematonim),  ―Babək‖  isə  mürəkkəb 
quruluşlu antroponim kimi izah olunmalıdır. Lakin müasir ədə-
bi  dildə  sadə  quruluşlu  söz  kimi  qəbul  edilən  ―alov‖  sözünün 
tarixi  –  fonomorfoloji  təhlilində  onun  ―al‖  (parlaq,  hiylə  və  s. 
anlamlı)  yuvası  ilə  bağlılığı  (186-150),  yaxud  ―u:‖,  ―yuxu‖ 
sözünün dilin qədim qatındakı köküdür (71–216) və s. faktları 
əsas götürsək, bir daha təsdiqlənər ki, dilin ilkin yaranma dövr-
lərində və ondan sonrakı ilk mərhələlərdə sözlər, əsasən, bir və 
iki səsli olmuş, sonrakı mıərhələlərdə isə bir yuvadan şaxələnən 
sadə  quruluşlu,  istərsə  də  eyni  yuvadan  və  başqa  yuvalardan 
şaxələnən  düzəltmə  və  mürəkkəb  quruluşlu  vahidlər  yaran-
mışdır. Bu prizmadan yanaşdıqda sadə, düzəltmə və mürəkkəb 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə