Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə47/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   43   44   45   46   47   48   49   50   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
149 
lər. Ləqəblərin leksik-semantik qrupları da antroponimikamızda 
qeyd olunan tip ləqəblərin üstünlük təşkil etdiyini göstərir. 
―Kitabi-Dədə  Qorqud‖dakı  Qabangüci,  Dəmirgüci, 
―Koroğlu‖dakı  Bəlli  Əhməd,  Toxmaqvuran,  Tupdağıdan, 
Halay-pozan  və  s.  kimi  müsbət  motivli,  həm  də  igidlik 
funksiyalı ləqəbləri ulularımız ―ər ləqəbi ilə tanınar‖ prinsipinə 
əsasən  vermişlər.  Belə  müsbət  motivli  ləqəblər  bu  gün  də 
müşahidə edilməkdədir. 
Mənfi  motivli  ayamalar  qədim dövrlərdən bu  günə  qədər 
işlənməkdədir.  ―Kitabi-Dədə  Qorqud‖  dastanındakı  Qısırca 
Yengə, ―Koroğlu‖ dastanındakı Keçəl Həmzə, Çopur Səfər və 
s. tipli ayamalar müasir  ədəbiyyatımızda, eləcə də danışıq dili 
və  dialektlərimizdə  yüzlərlədir.  Onu  da  əlavə  edək  ki,  müsbət 
motivli ləqəblərdən fərqli olaraq, ayaması olanlar  istəmirlər ki, 
onları  həmin  adla  çağırsınlar.  Bu  da  sırf  psixoloji  amillə 
bağlıdır. 
Azərbaycan  antroponimiyasında  A.Qurbanov,  M.Adilov, 
M.Çobanov,  H.Həsənov,  H.Əliyev,  Q.Mustafayeva  və  başqa 
tədqiqatçılar  məqalə  və  monoqrafiyalarında  ləqəblərin  lin-
qvistik,  həmçinin  üslubi-linqvistik  xüsusiyyətlərindən  bəhs 
etmişlər. A.Paşayev isə ―Azərbaycan dilində ləqəblər‖ mövzu-
sunda  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  Həmin 
əsərlərdə  ləqəblərin  digər  ad  kateqoriyalarından  fərqi,  ləqəb-
lərin  leksik-semantik  qrupları,  ləqəblərin  bir  və  ya  bir  neçə 
şəxsə  aid  olmasına  görə  təsnifi,  ləqəblərin  istifadə  formasına 
görə  təsnifi,  ləqəblərin  morfoloji  və  sintaktik  xüsusiyyətləri, 
ləqəblərin üslubi-linqvistik xüsusiyyətləri və s. məsələlər təhlil 
edilmiş, faktiki dil materialları ilə təsdiqlənmişdir. Lakin apel-
yativi  müasir  ədəbi  dildə  olmayan  (türk  mənşəli  arxaizm,  ar-
xaizm  səciyyəli  dialektizm  və  dialektizmlər  nəzərdə  tutulur) 
ləqəblər geniş şəkildə tədqiqata cəlb olunmayıb. 
Azərbaycan onomastikasında ləqəb və ayamaların leksik-
semantik  qrupları  dəqiqləşdirilmişdir. Həmin bölgülərin nəzəri 


 
Язизхан Танрыверди 
 
 
150 
müddəalarına  əsaslanaraq,  apelyativi  arxaizm,  arxaizm  səciy-
yəli  dialektizm  və  dialektizmlər  olan  ləqəbləri  leksik-semantik 
xüsusiyyətlətinə görə aşağıdakı kimi sistemləşdirmək olar
1

1.  İgidlik,  qəhrəmanlıq,  böyüklük  motivli  ləqəblər:  Alp 
Eltəbər  (VII  əsr),  Dəli  Domrul  (―Kitabi-Dədə  Qorqud‖),  Qoç 
Koroğlu, Sanlı Səməd, Topdağıdan (Tupdağıdan), Toxmaq-
vuran,  Tanrıtanımaz,  Halaypozan  (―Koroğlu‖  dastanı),  İyid 
Bayramxan (Aşıq Ələsgər) və s.  
2.  Etnonimlər  əsasında  yaranan  ləqəblər:  Qıpçaq  Məlik 
(―Kitabi-Dədə  Qorqud‖),  Kınıq  Qazıqurd  (F.Rəşidəddinin 
―Oğuznamə‖  əsərində),  Əhməd  Tərəkəmə  (―Heydər  bəy‖  da-
tanı),  Kürd  Ələkbər  (N.Vəzirov),  Təklə  Hacı  Qurban  (Qasım 
bəy  Zakir),  Tərəkəmə  Ərşad  (İ.Əfəndiyev),  Qıpçaq  Əhməd 
(Şəki) və s. Ləqəb funksiyasında iştirak edən ―tərəkəmə‖ etno-
nimi  Azərbaycanda  ən  geniş  yayılan  etnonimlərdəndir.  İran, 
xüsusilə  Cənubi  Azərbaycan  toponimləri  sistemində  ―tərəkə-
mə‖ etnonimi əsasında formalaşan vahidlər üstünlük təşkil edir. 
―Tərəkəmə‖ XI əsrdə islamı qəbul edən və İran ərazisində yaşa-
yan  oğuz  tayfalarındandır  (148–148).  ―Tərəkəmə‖  antroponi-
mik  və  toponimik  vahidlərin  yaranmasında  iştirak  edən  etno-
nimlərdəndir.  ―Təklə  və  təkəli  etnonimi  Səfəvilər  dövründə 
Azərbaycanda güclü türk tayfalarından olmuşdur‖ (24–44). An-
troponimikamızda  ləqəb  funksiyasında  iştirak  edən  ―təklə‖ 
etnonimini Azərbaycan toponimik vahidlər sistemində oykonim 
kimi  işlənməkdədir.  Məsələn,  Təklə  kəndi  (Borçalı),  Təklə 
kəndi (Qarabağ), Təklə (Biləsuvar) və s. 
Məlumdur  ki,  təyinedici  və  fərqləndirici  xüsusiyyətlərə 
malik  olan    ləqəblərdə  təyin  təyin  olunandan,  yəni  ləqəb  əsl 
şəxs adından əvvəl işlənir. Məsələn, Dəli Domrul, Qoç Koroğlu 
və  s.    Lakin  bəzən  bunun  əksi  də  müşahidə  edilir.  Yəni  ləqəb 
                                                 
1
  Qeyd: Əsərin ləqəblər hissəsinə daxil etdiyimiz vahidlərin bir  hissəsini 
ADPU-nun Onomastika fondundan götürmüşük. 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
151 
əsl  şəxs  adından  sonra  işlənir.  Məsələn,  Əhməd  Tərəkəmə, 
Güzəməli  Şeytan  (―şeytan‖  ərəb  mənşəli  apelyativdir). 
Göründüyü  kimi,  atributivlik    funksiyalı  Tərəkəmə  və  Şeytan 
ləqəbləri  əsl  şəxs  adlarından  sonra  işlənmişdir.  Bu  xüsusiyyət 
daha çox folklor nümunələrində müşahidə edilir. 
3. Sənət, peşə, vəzifə ilə əlaqədar yaranan ləqəblər: Ağıçı 
Bədircahan  (N.Vəzirov),  Məsmə  Qaravaş,  Bəhram  Yüzbaşı 
(Şamaxı),  Keçəçi  Əlabbas  (Şamaxı),  Kərənti  düzəldən  Əjdər 
(Şəmkir),  Əvəçi  Zöhrə  (Qazax),  Sığırçı  Məhərrəm  (Yevlax), 
Pıçqı Əsgər (Borçalı), Cöyüzsatan Narın (Qazax), Carçı Əvəz 
(Şamaxı), Çarıqçı Murad (Şamaxı),  Çarıq Ələkbər  (Şamaxı) 
və s.  
4.  Şəxsin  psixoloji  xüsusiyyətləri  ilə  bağlı  yaranan  aya-
malar:  Darqursaq    Musa  (Füzuli),  Danqır  Abbas  (M.Cəlal), 
Dağarcıq Ağamirzə (Oğuz), Dığ-dığ Gülsüm (Bakı),  Dır-dır 
Dursun  (Şamaxı),  Dızqax  Nəsrəddin  (Şamaxı),    Dunux  Əsli 
(Borçalı), Əfçi Nərgiz (Qazax), Güəzə//Gəvəzə Hümmət (Bor-
çalı), Girdik Həsən (C.Məmmədquluzadə), Gop Xalıq (Şama-
xı),  Gopçu  Qasım  (Borçalı),    Kirimiş  Cahan  (Şəmkir), 
Karsala  Çoban  (Laçın),  Laxbaş  Əli  (Xanlar),  Yava  Qurban 
(Kürdəmir),  Çuğul  Kərbəlayı  Məhəmməd  (―Qaçaq  Nəbi‖), 
Cinqoy Kazım (Borçalı), Hör-hör Osman (Qazax) və s. Şəxsin 
psixoloji xüsusiyyətləri ilə bağlı olan bu ayamaların əksəriyyəti 
mənfi  motivlidir.  Yava  Qurban  isə  müsbət  motivli  ləqəblər 
sırasında  izah  edilə  bilər.  Çünki  ―yava‖  apelyativi  bir  sıra 
şivələrdə, o cümlədən Sabirabad şivəsində ―pis‖, qərb şivələrin-
də ―yekə-yekə  danışmaq‖ ifadəsinin sinonimi  kimi ―yava-yava 
danışmaq‖ və s. mənalarda işlənsə də, Yava  Qurban ləqəbinin 
formalaşdığı  Kürdəmir  şivəsində  ―zirək‖  mənalıdır  və  elə 
ləqəbyaratmada da həmin məna əsas götürülmüşdür. 
5.  Şəxsin  fizioloji  xüsusiyyətləri  ilə  bağlı  yaranan  aya-
malar:  Axtaxan  Ağa  Məhəmməd  şah  Qacar  (Ə.Haqverdiyev), 
Bınbidi  Güləbətin  (Ermənistan  Respublikasının  Kalinino 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə