Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə43/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
135 
yaradıcılığında  iştirak  etmişdir.  Məsələn,    Bilge,  İlbilge  (115–
32), Bilge Kaqan (44–306). Əlavə edək ki, həmin titul əsasında 
yaranan  Bilge  antroponimi  ―igid‖,  ―qəhrəman‖  anlamlı  ―çur‖ 
titulu  ilə  birlikdə  antroponim  yaradıcılığında  iştirak  etmişdir. 
Məsələn, 
Bilgeçur  (65–20).  Bu  tip  antroponimlərin 
yaranmasında daha şöhrətlilik, qüdrətlilik əsas motiv olmuşdur. 
Yabqu.  Qərbdə  yaşayan  türk  hökmdarlarının  yüksək 
titulu olmuşdur (166 –22). ―Yabqu‖ titulu ―hökmdar‖, ―rəhbər‖, 
―ordu  başçısı‖  və  s.  mənalarda  işlənmişdir.  Apelyativi  müasir 
türk dillərində müşahidə olunmur. ―Yabqu‖ semantik tutumuna
həm  də  yüksək  dairələrdə  işlənən  titul  olduğuna  görə 
antroponim  yaradıcılığında  iştirak  etmişdir.  Məsələn,  Gün 
xandan  sonra  padşahlıq  taxtına,  ulu  babasının  adını  qoyduğu 
oğlu ―Dib Yavqu‖ xan çıxdı. Dib Yavqu xan bəylərdən, ulular-
dan və divan adamlarından soruşdu ki, cəddimiz Oğuz bu qədər 
ölkələri necə tutmuş, haradan haraya qədər almışdır (165 – 43). 
Göründüyü  kimi,  F.Rəşidəddiin  ―Oğuznaməsi‖ndə  antroponi-
mik  vahid  kimi  Yavqu  fonetik  variantında  işlənmişdir  (b—v 
əvəzlənməsi mümkündür). Həmin titul əsasında yaranan Yabqu 
(Yavqu) antroponimi nə müasir Azərbaycan, nə də türk xalqları 
antroponimikasında müşahidə olunur. 
Çavuş.  Ə.Dəmirçizadə  ―Kitabi-Dədə  Qorqud‖  dastanın-
dakı ləqəb və titullar sırasına ―çavuş‖ vahidini də daxil etmişdir 
(69-131).  ―Çavuş‖  kiçik  vəzifə  funksiyalı  titul  olmuşdur. 
V.V.Radlovun  lüğətində  ―nəzarətçi‖,  ―qapıçı‖,  ―gözətçi‖  və  s. 
mənalarda işləndiyi göstərilir (141–1935). ―Çavuş‖ titulu Azər-
baycanda  yeni  dövlət  quruculuğu  ilə  əlaqədar  olaraq  zabitdən 
aşağı  – kiçik komandir  funksiyalı titul kimi   bərpa edilmişdir. 
Bu titulun apelyativi müasir ədəbi dilimizdə müşahidə olunmur. 
Lakin  dialektlərimizdə,  xüsusən  qərb  dialektində  ―çoyuş‖ 
fonetik  variantında  işlənir  (məsələn,  çoyuş  olmaq.  Hər  yerə 
yürməx`dən  çoyuş  oldum).  ―Çavuş‖  (çovuş)  titulunun  antro-
ponim  (əsl  şəxs  adı)  yaradıcılığında  iştirakı  müşahidə  edilmir. 


 
Язизхан Танрыверди 
 
 
136 
Bizə  belə  gəlir  ki,  buna  səbəb  ―çavuş‖  titulunun  semantik 
tutumunda ―bəy‖, ―xan‖, ―yabqu‖, ―tegin‖, ―çur‖ və s. titulların 
semantik  tutumundakı  qüdrətlilik,  böyüklük  və  s.  mənaların 
olmamasıdır.  Başqa  bir  fakta  müraciət  edək.  Azərbaycan 
titulları sistemində ―onbaşı‖, ―yüzbaşı‖, ―minbaşı‖ kimi titullar 
olmuşdur.  Bunlardan  ikisi  –  ―yüzbaşı‖  və  ―minbaşı‖  antropo-
nim  (əsl  şəxs  adı)  yaradıcılığında  iştirak  etmiş  (Yüzbaşı,  Yüz-
başov,  Minbaşı,  Minbaşov),  ―onbaşı‖  isə  ad  yaradıcılığına, 
konkret desək, əsl şəxs adı yaradıcılığına cəlb edilməmişdir. Bu 
da  yuxarıda  qeyd  etdiyimiz  kimi,  daha  şöhrətlilik  motivinin 
―onbaşı‖  titulunun  semantikasında  arzulanan,  istənilən  səviy-
yədə olmaması ilə bağlıdır. 
Çur.  ―İgid‖,  ―qəhrəman‖  anlamlı  qədim  türk  tituludur. 
Həmin  titul  müasir  Azərbaycan  antroponimləri  sistemində 
mühafizə  olunmayib.  Lakin  bu  titul  qədim  türk  antroponimi-
kasındakı  əsl  şəxs  adları,  digər  titullar,  həm  də  türk  mənşəli 
apelyativlərlə birlikdə antroponim yaradıcılığında iştirak etmiş-
dir. Məsələn, Bilgəçur, Çurbak, Çurxan, Çurdaş (65-20-21) və 
s.  Müasir  Azərbaycan  antroponimləri  sistemində  qeyd  olunan 
antroponimik  vahidlər  müşahidə  olunmasa  da,  həmin  modelli 
antroponimlər  intensivliyini  itirməmişdir.  Məsələn,  Bilgəçur  – 
Çingizxan,  Əzizxan  (hibriddir,  əziz  ərəb  mənşəli  apelyativdir) 
və s.; Çurbak – Ağabəy, Ağaxan, Xanağa və s.; Çurdaş – Bəy-
dəmir, Xandəmir və s. 
 b)  Müasir  Azərbaycan  antroponimləri  və  toponimləri 
sistemində mühafizə olunan titullar: 
Ağa. Bu titulun bəy, sahib, hakim, zadəgan, böyük qardaş 
və  s.  mənalarda  işləndiyini  qeyd  etmişik.  ―Ağa‖  titul  kimi 
arxaikləşsə də, Azərbaycan antroponimləri də toponimləri siste-
mində  mühafizə  olunmaqdadır.  Məsələn,  antroponimlər  siste-
mində: Ağa, Ağalar, Ağası, Ağadayı, Ağaqardaş, Ağabacı və s., 
toponimlər 
sistemində: 
Ağabağı,  Ağabəyli,  Ağalıkənd, 
Ağakişibəyli və s. 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
137 
―Ağa‖  titulunun  antroponim  və  toponim  yaradıcılığında 
iştiraketmə  səbəblərindən  bəhs  edən  A.Qurbanov  yazır: 
―Azərbaycan antroponimik sistemində ağa sözü ilk mənasında, 
yəni  böyük  qardaş,  toponimik  sistemində  isə  sonrakı  mənada, 
yəni  sahibkar  mənasında  işlənir  (60-20-21).  Bizə  belə  gəlir  ki, 
Azərbaycan    toponimlərində  mühafizə  olunan  ―ağa‖  titulu  iki 
funksiya  daşıyır:  birincisi,  A.Qurbanovun  göstərdiyi  kimi,  sa-
hibkar  anlamlıdır  (Ağabağı,  Ağalıkənd  və  s.);  ikincisi,    antro-
ponimik  vahid  əsasında  yaranan  toponimlər  sisteminə  daxildir 
(Ağabəyli-Ağabəy+li, Ağakişibəyli – Ağakişibəy+li, Aslanbəy-
li – Alanbəy+li və s.). 
Bəy.  Bu  titulun  qədim  türk  dilində  hökmdar,  rəhbər, 
knyaz  və  s.  mənalarda,  müasir  ədəbi  dilimizdə  isə  yalnız  hör-
mət  mənasında  işləndiyini  qeyd  etmişik.  Əlavə  edək  ki,  Azər-
baycanda  yeni  demokratik  dövlət  quruculuğu  ilə  əlaqədar 
olaraq ―bəy‖ titulunun işləklik funksiyası artmış və demək olar 
ki, dövlət səviyyəsində rəsmi müraciət forması kimi işlənməyə 
başlamışdır. 
―Bəy‖  titulu  qədim  türk  dilində  həm  titul  kimi  işlənmiş, 
həm  də  antroponim  yaradıcılığında  iştirak  etmişdir.  Məsələn, 
Baybura bək, Qazan bək, Toğrulbək, Bəgturan və s. 
Müasir  Azərbaycan  antroponimləri  sistemində  ―bəy‖  ti-
tullu  antroponimlər  çoxluq  təşkil  edir.  Antroponim  yaradıcılı-
ğında  ―bəy‖  titulunun  ayrılıqda  (Bəy,  Bəylər),  digər  titullarla 
birlikdə  (Ağabəy),  apelyativlərlə,  həm  də  daha  çox  qohumluq 
münasibətini  bildirən  sözlərlə  (Bəybala,  Bəybaba,  Bəyverdi, 
Elbəy, Elbəyi və s.) işlənməsi müşahidə edilir. Bu da həmin tip 
titulların mənası, qədim təyinatı ilə bağlıdır. 
Yüzbaşı. Təbii ki, titul kimi arxaikləşdiyini sübut etməyə 
ehtiyac  yoxdur.  Titul  yaradıcılığında  iştirak  edən  ―yüz‖  və 
―baş‖ apelyativləri isə eynilə müasir ədəbi dilimizdə işlənmək-
dədir. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə