Язизхан Танрыверди
128
yaranmasında iştirak etmişdir. Məsələn, Anaqız, Bikəxanım,
Qızana, Qızbacı, Qızxanım, Xanımqız, Nənəqız, Xanbikə və s.
Titullar gözəllik çalarlı ərəb-fars mənşəli apelyativlərlə
birlikdə bir sıra hibrid antroponimlərin yaranmasında iştirak
etmişdir. Məsələn: Zərxanım, Gülxanım, Narxanım, Nurtəkin,
Nurxanım, Xanımzər, Xangül və s. Deməli, alınma apelyativ-
lərdəki gözəllik çaları və titullardakı hörmət mənası onların
qadın adı kimi işlənməsinə səbəb olmuşdur.
3) Toponimik vahidlər əsasında düzələnlər: Bağdad, Kür-
naz, Kürüz, Təbriz, Türkan, Türkanə, Türkam, Turanə, Şamaxı
və s. Təbii ki, bu cür antroponimlərin motivləşməsində torpağa,
vətənə məhəbbət hissi əsas olmuşdur.
4) İstək, arzu, hiss və həyəcanla bağlı olan qadın adları:
Qızgəl, Dursun, Elbəzər, Eltac (hibriddir, ―tac‖ fars sözüdür),
Gülüş, Gülər, Gülsolmaz (hibriddir), Sevdim, Sevil, Sevimli,
Sevər, Sevinc və s.
Bu sistemdəki qadın adlarının apelyativləri digər qrup-
larda verdiyimiz vahidlər kimi gözəllik çalarlıdır. ―Dursun‖
antroponimi isə əski inamla bağlı olaraq qadınlara və kişilərə
verilən müştərək addır. Antroponimikamızda inamla bağlı
yaranan yaşasın, ölməsin anlamlı ―Dursun‖ antroponimi ilə
yanaşı, müştərək ―Durasan‖, ―Dayandur‖ və yalnız kişi adları
üçün xarakterik olan ―Duraxan‖, ―Durmuşxan‖ antroponimləri
də müşahidə edilir ki, bu da əski inamın antroponimlərdə mü-
hafizə olduğunu göstərir. A.Qurbanov türk etnoqrafiyası baxı-
mından xarakterik olan ―Dursun‖ antroponiminin verilmə
səbəbini ölən uşaqdan sonra doğulana qalmaq, durmaq anlayışlı
ad vermək ənənəsi ilə bağlayır. Müəllif antroponimikamızda
kişi adı kimi az işlənən Dilənçi, Yetim, Çopur, Qotur, Gödək,
Yolçu və s. adların da həmin ənənə əsasında yarandığını
göstərir (60-206-207).
Antroponimikamızda əski inamla bağlı olaraq müştərək
ad kimi işlənən ―Dursun‖ antroponimi türkmən (Tursun), özbək
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
129
(Tursun), qazax (Tursın), başqırd (Torsın) və digər türk xalqları
antroponimikasında müxtəlif fonetik variantlardadır.
Ümumilikdə götürdükdə qız uşağının dalbadal doğulması
ilə bağlı olaraq verilən adlar, eləcə də xoşagəlməz adlar istisna
edilərsə, demək olar ki, türk mənşəli qadın adları zəriflik,
qəşənglik, müqəddəslik - bir sözlə, gözəllik motivlidir.
5) Qız uşağının dalbadal doğulmasının arzulanmaması ilə
əlaqədar yaranan qadın adları. Qeyd etdiyimiz kimi, qadına
incə, zərif və gözəllik çalarlı adların verilməsi xalqımızın et-
noqrafiya tarixində həmişə xarakterik olmuşdur. Lakin gözəllik
motivli qadın adları ilə yanaşı, qız uşağının dalbadal doğulması
ilə bağlı nisbətən mənfi emosiyalı adların yaranması da
müşahidə olunur ki, bu da əski inamla bağlıdır. Ulu babalarımız
elə düşünüblər ki, qız uşağı dalbadal doğulan ailələrdə axırıncı
qıza Qızqayıt, Yetər, Usandıq, Oğlangərək və s. kimi adlar
verilərsə, həmin ailələrdə qız uşağı deyil, oğlan doğular.
―Kitabi-Dədə Qorqud‖ dastanında Yetər və Banıçiçək
antroponimlərinin işlənməsi təsdiq edir ki, etnoqrafiyamızda
qədim dövrlərdən başlayaraq bu günə qədər qız uşağının
dünyaya gəlməsi sevinclə, lakin qız uşağı arzulandığından artıq
olanda etirazla, məyusluqla qarşılanıb. Türk ailəsi qızın dün-
yaya gəlişini nə qədər məyusluqla qarşılasa da, nə qədər mənfi
emosiyalı ad vermək istəsə də, bəzən etirazını elə adlarla ifadə
edib ki, həmin adlarda mənfi motiv, demək olar ki, görünmür.
Belə adlarda mənfi emosiya adın – antroponimin özündə
daşlaşmış olur. Məsələn, Gülbəsdi, Gülyetər və s. Bu antropo-
nimlərdəki incəlik, zəriflik anlamlı ―gül‖ sözü cins mənasını
bildirən qız sözünü əvəz etmişdir. Antroponimikamızda az mü-
şahidə olunan ―Bəslər‖ antroponimində də bu xüsusiyyət var-
dır. Həmin antroponimik vahidin mənası üç istiqamətdə izah
oluna bilər: bəs+lər = Bəslər; bəs+lə+yər = Bəslər (―ə‖ saitinin
və ―y‖ samitinin düşməsi mümkündür); bəs-elə-y(ər) = Bəslər
(burada da səsdüşümü mümkündür). Təbii ki, ikinci nümunədə
Язизхан Танрыверди
130
verdiyimiz yedirtmək, kökəltmək, qulluq etmək və s. anamlı
―bəsləmək‖ feli türk mənşəli qadın adlarının motivləşməsi baxı-
mından xarakterik deyildir. Qız uşağının dalbadal doğulması ilə
bağlı verilən türk mənşəli qadın adlarının yaranmasında iştirak
edən fellərin (predikatın, ona görə ki, həmin tipli antroponimik
vahidlər cümlənin daşlaşması nəticəsində əmələ gəlmişdir) bir
qisminin müzarenin təsdiqi və inkarında olduğunu (Qızyetər,
Yetər, Gülyetər; İstəməz, Gərəkməz və s.), həm də ―Bəs eləyər‖
cümləsinin semantik tutumunun qız uşağının dalbadal
doğulması ilə bağlı verilən antroponimlərin semantik tutumu ilə
uyğun gəldiyini əsas götürsək, ―Bəslər‖ antroponimi bəs+lər
söz şəkilçi modeli əsasında deyil, ―Bəs eylər‖ (bəs eləyər)
cümlə modeli əsasında formalaşmışdır - fikrini söyləmək
mümkündür. Deməli, ―Bəslər‖ antroponimində mənfi emosiya
birbaşa qavranmır.
Ə.Cəfərzadə antroponimikamızdakı Bəsti, Qızbəs, Qız-
qayıt, Yetər və s. kimi qadın adlarının motivləşmə səbəbini belə
izah edir: ―Azərbaycanda islam dininin yayılmasından başlamış
1920-ci ildə sovet hakimiyyəti qurulana kimi, yalnız ictimai
həyatda deyil, evdə, ailədə belə qadının rolu adi bir quldan,
kölədən artıq deyildi. Qız doğulması ailə üçün bədbəxtlik hesab
olunurdu, çünki ―qız yükü – duz yükü idi‖, ―qız özgə çırağı
yandırırdı‖, ―un çuvalına tay olub evdə qalırdı‖, ―qız qazanc
gətirmir, qazanc itirirdi‖, ―saçı uzun, ağlı gödək idi‖. Buna görə
də Qızbəs, Bəsti, Qızyetər, Qıztamam, Qızqayıt, Yetər, Tamam,
Osandıq, Oğlangərək kimi adlar qoymaq, çox qız doğan
ailələrdə adət olmuşdur‖ (12–14). Bu hadisəyə görkəmli qazax
dilçisi T.Canuzakov da münasibət bildirmişdir. Müəllif yazır ki,
ailədə oğlan uşağı yoxdursa və dalbadal qız uşağı doğulursa,
onda axırıncı qıza ―Kıztumas‖ adını verirlər ki, bir daha qız
uşağı doğulmasın (90–101).
Bayatılarımızda da qız uşağının dalbadal doğulması arzu-
lanmayıb:
Dostları ilə paylaş: |