Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
131
Anam, bacım, qız gəlin!
Əl-ayağı düz gəlin!
Yeddi oğul istərəm,
Bircə dənə qız, gəlin!
Nəhayət, S.Vurğun ―Bəsti‖ poemasında qız uşağının
dalbadal doğulmasının arzulanmadığını obrazlı şəkildə ifadə
etmişdir:
Anan səni doğanda, adına ―Bəsdi‖, - dedi,
Əllərimi bir fələk oğuldan kəsdi, - dedi.
Beləydi qayda bizdə... Qız doğanda analar.
Baxıb qara geyərdi su üstündə sonalar.
Təbii ki, qız uşağının dalbadal doğulmasının arzulanma-
ması dövr və şəraitlə bağlı idi. Ümumiyyətlə, Şərqdə, o cümlə-
dən türk dünyasında qız uşağının dalbadal dünyaya gəlişi arzu-
lanmamış, istənilməmişdir. Bu vəziyyət müasir Şərq etnoqrafi-
yasında xarakterik olmasa da, müəyyən dərəcədə yaşa-
maqdadır.
Qız uşağının dalbadal doğulmasının arzulanmaması,
istənilməməsi ilə bağlı olaraq yaranan antroponimlərə nümunə
kimi Bəslər, Bəsti, Bəstiqız, Qayıt, Qızbəs, Qızqayıt, Qızyetər,
Daşdı, İstəməz, Gərəkməz, Oysandıq, Oğlangərək, Taybəs və
s., həmçinin Qıztamam, Dursədəf, Gülbəsti, Gülyetər və s.
hibrid antroponimləri göstərmək olar. Qeyd etdiyimiz antropo-
nimlər müasir antroponimikamızda əski inamla bağlı olaraq
işlədilsə də, xarakterik qadın adları sisteminə daxil deyildir və
demək olar ki, belə adların qız uşaqlarına verilməsi azalmaq
üzrədir. Bu, A.Qurbanov (60–290), İ.Hacıyev və S.Vəliyevin
(169–87) statistik hesablamalarında da müşahidə edilir.
Язизхан Танрыверди
132
Türk mənşəli Azərbaycan antroponimlərinin leksik-se-
mantik qruplarında təqdim etdiyimiz Aqşin, Beyrək, Qorxmaz,
Dönməz, Toğrul, Tural, Sönməz və s. kimi kişi adları, Aygün,
Aybəniz, Selcan, Solmaz, və s. kimi qadın adları son dövrlərdə
geniş yayılmışdır. Buna səbəb, bir tərəfdən, həmin vahidlərin
apelyativlərinin türk antroponimikasındakı müsbət motivli əsl
şəxs adlarının leksik-semantik tutumu ilə səsləşməsi, yaxınlığı-
dırsa, digər tərəfdən, xalqımıızın ən nadir incisi ―Kitabi-Dədə
Qorqud‖ dastanının XX əsrin 60-cı illərindən sonra geniş şəkil-
də mənəviyyatımıza daxil olması, C.Cabbarlı, S.Vurğun kimi
yazıçılarımızın səslənmə, məna və tarixilik baxımından xarak-
terik olan unudulmuş şəxs adlarını bədii ədəbiyyata gətirməsi,
eyni zamanda yazıçıların yaratdığı müsbət xarakterli surət
adlarının xalq tərəfindən bəyənilməsi, sevilməsidir. N.Xudiyev
C.Cabbarlının yaratdığı Dönməz, Solmaz, Sönməz və s. kimi
antroponimik vahidlərin Azərbaycan antroponimləri sistemin-
dəki intensivliyindən bəhs edərkən göstərir ki, bədii əsərlərdə
təsadüf edilən surətlərin adları kütləviləşdikləri halda şəxs
adlarına çevrilir (168(a)–211).
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
133
TİTULLAR
Köməkçi ad kateqoriyalarına daxil olan titullar ictimai-
siyasi həyatla bağlı olaraq formalaşır, şəxsi ictimai həyatda
tutduğu mövqeyə görə müxtəlif cəhətdən təyinetmə funksiyası-
na malikdir. Müasir ədəbi dilimizdə ―titul‖ termini bir neçə
mənada işlənir: ―elmi vəzifə və dərəcə; dövlət tərəfindən veril-
miş fəxri ad; titul siyahısı; poliqrafik termin kimi işlədilən titul
vərəqi‖ (60–257). Onomastikada, konkret desək, antroponimi-
kada isə yalnız xüsusi ad funksiyalı titullar öyrənilir.
Azərbaycan dilindəki titulları funksiya və mənalarına görə
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. İctimai-siyasi həyatla bağlı olaraq yaranan, müasir
ədəbi dilimizdə isə arxaikləşən titullar;
2. Qadınlara hörmət əlaməti olaraq verilən titullar;
3. İslam dini ilə əlaqədar olan titullar;
4. Müasir titullar (fəxri adlar).
Üçüncü qrupa daxil etdiyimiz (islam dini ilə əlaqədar
olanlar) titullar daha çox ərəb mənşəli vahidlər əsasında forma-
laşmışdır. Məsələn, kərbəlayı, molla, məşədi, imam, hacı, şeyx
və s. Bu sistemdə ―mollabaşı‖ kimi hibrid titullar, həmçinin
türk mənşəlilər, demək olar ki, yox dərəcəsindədir. Müasir titul-
lar (fəxri adlar) isə türk təfəkkürü və ya kalka üsulu ilə yaransa
da, daha çox alınma apelyativlər əsasında formalaşmışdır.
Məsələn, ―əməkdar elm xadimi‖, ―əməkdar mədəniyyət
xadimi‖, ―əməkdar idman ustası‖, ―əməkdar hakim‖, ―Xalq
şairi‖, ―Xalq yazıçısı‖, ―Xalq rəssamı‖ və s. Qeyd etdiyimiz ti-
tullardakı ―yazıçı‖ sözündən, bir də -ı
4
qrammatik şəkilçisindən
başqa, qalanları alınma - ərəb-fars mənşəli apelyativlərdir.
İslam dini ilə əlaqədar olan titulların, eləcə də müasir
titulların (fəxri adlar) tərkibində türk mənşəli sözlərin
olmadığını və ya az işləndiyini nəzərə alaraq, yalnız yuxarıda
Язизхан Танрыверди
134
qeyd etdiyimiz birinci və ikinci qrupa daxil olan, həm də türk
mənşəli olan titullar və hibrid titullardan (tərəflərindən biri türk
mənşəli) bəhs edəcəyik.
1. İctimai-siyasi həyatla bağlı olaraq yaranan, müasir
ədəbi dilimizdə isə arxaikləşən titullar. Bu sistemə daxil olan
titullar müasir ədəbi dilimiz baxımından tam arxaikləşmiş
vahidlərdir. Lakin bu tip titullar tam arxaikləşsə də, onların bir
qismi onomastik vahidlərdə, xüsusən də antroponim və topo-
nimlərdə mühafizə olunmaqdadır. Həmçinin bir sıra türk mən-
şəli titullar titul kimi arxaikləşsə də, müasir ədəbi dilimizdə
hörmət mənasında işlənməkdədir. Elə buna görə də ictimai-
siyasi həyatla bağlı olan titulları şərti olaraq aşağıdakı yarım-
qruplara bölürük:
a) Müasir antroponimik və toponimik vahidlərdə müha-
fizə olunmayan və apelyativi müasir ədəbi dildə eynilə işlən-
məyən titullar:
Aznavur. H.Həsənov ―aznavur‖ sözünün igid, zorba,
nəhəng və s. mənalarda izah olunduğunu göstərməklə bərabər,
―aznavur‖ ―az‖ tayfasının yaşadığı yer mənasındadır - fikrini
irəli sürür (176-22-23). ―Aznavur‖ titulu əsl şəxs adı kimi mü-
asir Azərbaycan antroponimik vahidlər sistemində müşahidə
edilmir. Lakin Qafqaz xalqları antroponimikasında, o cümlə-
dən erməni və gürcü dillərində Aznavur, Aznaur fonetik
variantlarında işlənməkdədir (176–22).
Bilge (bilgə). Bilici anlamlı vahiddir. Qədim türk titulu
olan ―bilge‖nin ―bil‖ kökü müasir ədəbi dilimizdə ―bilmək‖
felində işlənməkdədir. ―Bilici‖ anlamlı ―bilge‖ isə arxaikdir.
―Bilge‖ titulu daha çox Orxon-Yenisey abidələrində müşahidə
olunur. Məsələn, Kağanı alp ermis, ayğuçısı bilge ermis (Ton-
yukuk abidəsi, s.10). ―Bilge‖ titulu əsasında formalaşan antro-
ponimlər müasir Azərbaycan antroponimik vahidlər sistemində
müşahidə edilmir. Lakin qədim türk dilində ―bilge‖ titulu həm
ayrılıqda, həm də digər apelyativlərlə birlikdə antroponim
Dostları ilə paylaş: |