«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə71/78
tarix11.04.2018
ölçüsü2,11 Mb.
#37422
1   ...   67   68   69   70   71   72   73   74   ...   78

«Vaqiə» surəsi (56)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Onda ki, vaqiə olan vaqe olar. (2).Yoxdur onun vaqe olacağını təkzib edən! – (3) alçaldaraq, ucaldaraq, (4) onda titrəyər ərz titrəməklə, (5) və dolanar dağlar dolanmaqla (6) və toz kimi dağılan olar (7) və siz cütlərlə üç dəstə olarsınız. (8).Əshabı sağın – nə ki, əshabı sağın? (9).Və əshabı solun – nə ki, əshabı solun? (10).Və qabağa düşənlərdən qabağa düşənlər. (11).Həmin onlardır ki, yaxınlar olacaqlar. (12).Nemətli cənnətlərdə – (13) üçündən – əvvəlkilərdən. (14).Və azca axırdakılardan, (15) cəvahiratla bəzənib tikilmiş taxtlar üzərində, (16) mütəkkələrə söykənərək qarşı-qarşıya əyləşmişlər.

«Vaqiə» surəsi (56) 17 –50 -ci ayətlər

(17).Daima cavan olan oğlanlar, üzərinə onların gələrək ətraflarında dolanırlar (18) kuzələrlə, qablarla və kasalarla axar bulaqdan – (19) ondan baş ağrımaz və zəiflik olmaz (20) və meyvələr, nədən ki, onlar xeyirlisini seçərlər. (21).Və quş əti, nədən ki, iştahaları var. (22).Qara və iri gözlü hurilər isə, (23) məsəli, məkanında qorunmuş mirvari kimi – (24) cəzadır nə ilə ki, oldular əməllilər. (25).Eşitməzlər orada lağlağı və günaha təhrik. (26).Ancaq sözləri: «Salam, salam!» (27).Əshabı sağ tərəfin – nə ki, əshabı sağ tərəfin. (28).Tikansız sidr ağacları arasında. (29).Dolu barlı talhin ağacları altında (30) və zil, yəni qara uzanan kölgələrdə. (31).Və axar sular (32) və çoxlu meyvələr (33) qurtarmaz və qadağan olunmaz. (34).Döşənmiş fərşlər və xalçalar. (35).Biz inşa edənlər inşa etdik onları. (36).Etdik onları bakirə qızlar, (37) ərini sevən yaşıdlar – (38) sağ tərəfin əshabı üçün. (39).Üçündən – əvvəlkilərdən. (40).Və üçündən axırdakılardan. (41).Və sol tərəfin əshabı – nə ki, sol tərəfin əshabı? (42).Səmumda, yəni isti küləkdə və hamamdakı qaynar suda. (43).Və zil, yəni qara tüstülü kölgədə. (44).Soyuq deyil və kəramətli deyil. (45).Onlar bundan qabaq sərvət içində olmuşdular. (46).Və israr edərək əzəmətli günahlar üzərində olmuşdular. (47).Və olmuşdular deyənlər: «Ə, onda ki, ölüb toz kimi çürümüş sümüklər olduq, ə, həqiqətən, biz qaldırılacağıq, (48) ə, əvvəlki atalarımız da?» (49).De: «Həqiqətən, əvvəlkilər və axırdakılar, (50) cəm olacaqlar təyin olunmuş məlum olan gündə!


«Vaqiə» surəsi (56) 51 –76 -cı ayətlər

(51).Sonra, həqiqətən, siz, ay zəlalətdə olanlar, yalan sayanlar! (52).Zəqqum ağacından yeyəcəksiniz. (53).Onunla qarınlarını dolduracaqlar. (54).Və bunun üstündən hamamdakı qaynar su kimi su içərlər. (55).Susuz dəvələr su içən kimi». (56).Bu, nazil olmadır onlar üçün din günündə. (57).Biz xəlq etdik sizi. Məgər doğru saymazsınızmı? (58).Ə, gördünüzmü nə tumdan çıxdınız – (59) Ə, sizsinizmi xəlq edən onu, yoxsa Bizik xaliqlər? (60).Biz qədərində sizin aranızda ölümü təyin etdik və Bizi qabaqlamaq olmaz! (61).Istəsəydik sizi dəyişərək aradan aparıb, mislinizi sizin yaradaq, sizi ayrı surətdə ki, ondan heç xəbəriniz yoxdur, yaradardıq! (62).Əlbəttə, siz əvvəlki inşaatını bilirsiniz. Məgər zikr etməzsinizmi? (63).Ə, gördünüzmü, nə ki, siz əkirsiniz? (64).Ə, siz onu göyərdirsiniz, yoxsa onun göyərdəni Bizik? (65).Əgər istəsəydik bunu quru zibil edərdik və siz isə təəccüb edərdiniz: (66).«Biz xəsarət gördük. (67).Bəli, biz məhrum olduq!» (68).Ə, gördünüzmü suyu – odur ki, içirsiniz? (69).Ə, onu buluddan siz nazil edirsiniz, yoxsa Bizik nazil edən? (70).Əgər istəsəydik onu acı edərdik. Məgər şükr etməzsinizmi? (71).Ə, gördünüzmü odu, hansı ki, yandırırsınız? (72).Ə, siz onun ağacını inşa etmisiniz, yoxsa Bizik onu inşa edənlər? (73).Biz etdik onu zikr və səhrada olanlar üçün mətah. (74).Saya sal ismi ilə əzəmətli Rəbbini! (75).Bəs yox, and olsun ulduzların batması vaqiə olan yerə! (76).Həqiqətən, o anddır əzəmətli, əgər bilsəydiniz!



«Vaqiə» surəsi (56) 77 –96 -cı ayətlər

(77).Həqiqətən, o, Qur’ani-Kərimdir (78) məkanındakı kitabda. (79).Toxunmazlar ona, ancaq pak olanlar. (80).Aləmlərin Rəbbindən nazil olandır. (81).Ə, bu hədisləri, qəbul etməzsinizmi? (82).Edirsiniz özünüzə ruzi, ancaq onu yalan saymaq. (83).Əgər onda ki, yetişə o ulğumunuza (84) siz onda nəzər salarsınız (85) və Biz isə sizdən ona yaxın olacayıq və lakin siz görmürsünüz. (86).Əgər siz oldunuz mühakimə olunmayanlar, (87) qaytarardınız onu, əgər oldunuz sadiqlər! (88).Amma, əgər o yaxınlardan oldu (89) və onda fərəhlənmək və reyhan və nemətli cənnətlər. (90).Amma o, sağ tərəfin əshabından olsa, (91) onda «Salam sənin üçün sağ tərəfin əshabından!» (92).Amma o yalan sayanlardan, zəlillərdən olsa, (93) onda nazil olar hamamdakı qaynar sudan (94) və yanmaq odda. (95).Həqiqətən, bu, haqdır yəqin! (96).Saya sal ismi ilə əzəmətli Rəbbini!



«Dəmir» surəsi (57)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Saya salır Allah üçün nə ki, səmalardadır və ərzdədir. O Əzizdir, Həkimdir! (2).Onun üçündür mülkü səmaların və ərzin. O dirildir və öldürür. O üzərində külli şeyin Qadirdir! (3).O Əvvəldir və Axırdır və Zahirdir və Batindir. O küllisi ilə şeyin Alimdir!

«Dəmir» surəsi (57) 4 –11 -ci ayətlər

(4).O – Odur ki, xəlq etdi səmaları və ərzi altı gündə, sonra ərş üzərində möhkəmləndi. O bilir nə cövlan edir ərzdə və nə xaric olur ondan və nə nazil olur səmadan və nə qalxır orada. O sizinlədir harada oldunuz. Allah nə ilə ki, əməldəsiniz, Bəsirdir! (5).Onun üçündür mülkü səmaların və ərzin və bütün əmrlər Onun tərəfinə müraciət edir. (6).Cövlan edir gecəni gündüzdə və cövlan edir gündüzü gecədə. O Alimdir zatı ilə ürəklərin! (7).Inanın Allah ilə və Onun rəsulu ilə və infaq edin nədən ki, etdi sizi xəlifə onda! O kəslər ki, sizdən inandılar və infaq etdilər, onlar üçün böyük əcr var. (8).Nə olub sizə inanmırsınız Allah ilə və rəsul dəvət edir sizi inanmağa Rəbbiniz ilə? Əlbəttə, O götürdü sizdən andınızı, əgər oldunuz inananlar. (9).O – Odur ki, nazil edir üzərinə bəndəsinin aydın ayətləri, xaric etməsi üçün sizi zülmətdən nura tərəf. Həqiqətən, Allah sizinlə Raufdur, Rəhimdir! (10).Nə olub sizə infaq etmirsiniz Allah yolunda və Allah üçündür mirası səmaların və ərzin? Bərabər deyil sizdən kim ki, infaq etdi fəthdən qabaq və döyüşdü. Həmin onlardır ki, dərəcələri əzəmətlidir o kəslərdən ki, infaq etdilər sonradan və döyüşdülər. Külli onlara yaxşılıq vəd verib Allah və Allah nə ilə ki, əməldəsiniz, Xəbirdir! (11).Kim Allaha yaxşı borc verər, ondan ötrü ki, O ikiqat artırsın onun üçün və onun üçün əcr kəramətli?



«Dəmir» surəsi (57) 12 –18 -ci ayətlər

(12).O gün görəcəksən inanan kişilərin və qadınların qarşılarından və sağ tərəflərindən nur yağır: «Bəşarət sizə bu gün!» Bağlar – cari olur altından onun nəhrlər, həmişəlik qalaraq orada. Budur əzəmətli müvəffəqiyyət. (13).Həmin gün münafiq kişilər və qadınlar deyərlər o kəslərə ki, inandılar: «Gözləyin bizi, nurunuzdan istifadə edək!» Onlara deyərlər: «Müraciət edin arxaya və axtarın nuru!» Onlar arasında divar ucaldılar, hansı ki, qapısı var: batinində onun – orada rəhmət və zahiri onun, qarşısından onun əzab. (14).Nida edərlər onlar: «Ə, biz sizinlə olmadıqmı?» Dedilər: «Bəli! Lakin siz öz nəfsinizi sınağa saldınız və gözləyirdiniz və şəkk-şübhədə idiniz və əminliyiniz sizi qürurlu etdi, ta gəldi əmri Allahın və qürurlu etdi sizi Allah ilə qürurlu. (15).Bu gün sizdən fidyə götürülməyəcək və bir də o kəslərdən ki, kafir idilər. Sığınacağınız sizin – oddur; o sizin sahibinizdir və pis qayıdışdır!» (16).Ə, o kəslər üçün ki, inandılar, hələ vaxtları yetişməyib ki, qəlbləri Allahın zikrindən çəkinən ola və nə ki, Haqdan nazil olana? O kəslər kimi olmasınlar ki, qabaqcadan onlara kitab verildi, bir müddət keçəndən sonra ürəkləri bərkidi. Onlardan əksəriyyəti fasiqlərdir! (17).Bilin ki, Allah həyat verir ərzə ölümündən sonra. Əlbəttə, Biz bəyan edirik sizin üçün ayətlərimizi, ola ki, əql edəsiniz! (18).Həqiqətən, sədəqə verən kişilər və qadınlar, borc verirlər Allaha, yaxşı borc, onlar üçün ikiqat artırılacaqdır. Onlar üçün kəramətli əcr var!




«Dəmir» surəsi (57) 19 –24 -cü ayətlər

(19).O kəslər ki, inandılar Allah ilə və rəsulları ilə Onun – həmin onlardır ki, sadiqlərdir və şahidlərdir Rəblərinin yanında. Onlar üçün əcrləri onların və nuru onların. O kəslər ki, kafir oldular və yalan saydılar ayətlərimizlə Bizi – həmin onlar əshabıdırlar odun. (20).Bilin ki, dünya həyatı əyləncə və oyundur və zinət və fəxr aranızda və öyünmə mallarınızda və övladlarınızda. Məsəli kimidir yağışın, təəccübə gətirir kafirləri bitkisi onun. Sonra o quruyar və sən onu saralıb-solan görürsən, sonra o quru ot saman olur. Axirətdə şiddətli əzab var və bağışlanmaq Allahdan və razılıq. Bu dünyanın həyatı ancaq qürurlu mətahdır. (21).Qabaqlayın bir-birinizi bağışlanmaqda Rəbbinizdən və cənnətə – ərazisi hansı ki, səmanın və ərzin ərazisi kimidir – hazırlanıb o kəslər üçün ki, inandılar Allah ilə və rəsulları ilə Onun. Bu, fəzlidir Allahın, əta edir onu kimə istəsə. Allah əzəmətli fəzl sahibidir! (22).Isbat etməz müsibətdən ərzdə və öz nəfsinizdə, ancaq qabaqcadan kitabda olmasın, nə ki, Biz onu sizin üçün yaratmamış. Həqiqətən, bu üzərində Allahın yüngüldür! (23).Ondan ötrü ki, sizdən uzaqlaşana təəssüf etməyəsiniz və sizə əta olunana fərəhlənməyəsiniz. Allah sevməz külli özünü bəyənib, fəxr edənləri – (24) o kəslər ki, simiclik edirlər və əmr edirlər insanlara simicliklə. Kim üz döndərsə, həqiqətən, Allah Qənidir, Həmiddir!




«Dəmir» surəsi (57) 25 –29 -cu ayətlər

(25).Əlbəttə, göndərdik Biz rəsullarımızı bəyanatlarla və nazil etdik onlarla kitabı və mizanı, ondan ötrü ki, qiyam edərək ayağa qalxsınlar insanlar insafla və nazil etdik dəmiri – onda şiddətli basqı var və insanlar üçün mənfəət. Ondan ötrü ki, məlum etsin Allah kim kömək edir Ona və Onun rəsullarına qeybdə. Həqiqətən, Allah Qəvidir, Əzizdir! (26).Əlbəttə, göndərdik Nuhu və Ibrahimi və etdik Biz zürriyyətində onların hər ikisinin nübuvəti və kitabı. Onlardan var ki, hidayət olunublar və əksəriyyəti onların fasiqlərdir. (27).Sonra göndərdik əsərləri üzərində onların rəsullarımızla və ardınca onların göndərdik Isa Məryəm oğlu ilə və əta etdik ona Incili və etdik qəlbində o kəslərin ki, tabe oldular ona, raufu və rəhməti və onlar isə rahibliyi seçdilər. Biz onlar üçün onu yazmadıq, ancaq üzərində onların Allahın razılığını. Və amma ona haqq ilə riayət etmədilər və əta etdik o kəslərə ki, onlardan inandılar, onların əcrlərini. Əksəriyyəti onlardan fasiqlərdir. (28).Ay o kəslər ki, inanırsınız! Qorxun Allahdan və inanın Onun rəsulu ilə. Əta edər sizə iki artıq rəhmətindən və edər sizin üçün nur, hansı ki, siz onunla gedərsiniz və bağışlar sizi və Allah Ğəfurdur, Rəhimdir! – (29) ondan ötrü ki, əhli kitab bilsinlər ki, onlar qadir deyillər üzərində bir şeyə fəzlindən Allahın. Həqiqətən, fəzl Allahın əli ilədir. Əta edər onu kimə istəsə və Allah əzəmətli fəzl sahibidir!



«Mücadilə» surəsi (58)


28 –ci cüz

(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlbəttə, eşitdi Allah o qadının sözünü, hansı ki, mücadilə edirdi səninlə öz zövcü barəsində və Allaha şikayət edirdi. Allah sizin hər ikinizin danışığını eşidir. Həqiqətən, Allah Səmidir, Bəsirdir! (2).O kəslər ki, zihar edir sizlərdən qadınlarından, deyil onlar anaları onların. Onların anası ancaq o arvadlardır ki, onları doğublar. Onlar deyirlər bəyənilməyən sözdən və zor. Həqiqətən, Allah Əfvidir, Ğəfurdur! (3).O kəslər ki, zihar edir qadınlarından, sonra nə ki, dedilər, ondan qayıdırlar, bir-birinə toxunmamışdan qabaq gərək bir qul azad etsinlər. Bununla sizə nəsihət edirlər. Allah nə ilə ki, əməldəsiniz, Xəbirdir! (4).Kim tapmasa, qadını ilə təmasda olmamışdan qabaq iki şəhr dalbadal yiməs. Kim bunu bacarmasa, onda altmış nəfər miskinə təam verməlidir. Bu, inanmanız üçündür Allah ilə və Onun rəsulu ilə. Bu, hüdududur Allahın. Kafirlər üçün ələmli əzab var! (5).Həqiqətən, o kəslər ki, Allahın və Onun rəsulunun əleyhinə hədlərini aşırlar, qabaqkı kəslər qədər xar və zəlil olacaqlar. Əlbəttə, Biz nazil etdik aydın ayətlər. Kafirlər üçün alçaldıcı əzab var! (6).O gün qaldıracaq Allah cəmiyyən onları və xəbər verəcək onlara nə ilə ki, əməl ediblər. Hesabladı onu Allah və onlar isə unutdular. Allah üzərində külli şeyin Şahiddir!


«Mücadilə» surəsi (58) 7 –11 –ci ayətlər

(7).Ə, görmürsənmi ki, Allah bilir nə ki, səmalarda və nə ki, ərzdə var? Hər gizli sözü ki, üç nəfər bir-biri ilə danışalar, O dördüncüsüdür onların. Əgər beş nəfər gizlində danışalar, O altıncısıdır onların. Bu saydan az ola, ya çox və hər yerdə olsalar, O onlarladır. Sonra qiyamət günü xəbər verəcək onlara nə ilə ki, əməl etdilər. Həqiqətən, Allah küllisi ilə şeyin Alimdir! (8).Ə, görmədinmi o kəsləri ki, gizli danışmaq qadağan olunmuşdu? Sonra qadağan olunan işlərə qayıdırlar və gizlincə danışırlar günah və düşmənçilik və rəsula asi olmaq barəsində. Onda ki, sənin yanına gəlirlər, səni alqışlayırlar nə ilə ki, Allah səni onunla alqışlamır və öz nəfslərində deyirlər: «Məgər əzab etməli deyilmi bizi Allah nə ilə ki, deyirik?» Hesabdır onlara cəhənnəm, yanacaqlar onda. Və çox pis qayıdışdır! (9).Ay o kəslər ki, inanırsınız! Onda ki, məxvi danışırsınız, o işlərin barəsində ki, günahdır və düşmənçilikdir və rəsula asi olmaqdır, söz danışmayın. Danışın yaxşılıq ilə və təqva. Qorxun Allahdan – Odur ki, Ona tərəf toplanacaqsınız. (10).Həqiqətən, məxfi danışmaq şeytandandır, hüznlü etməsi üçün inananları. Bir surətdə ki, onlara zərər yetirə bilməz bir şeylə, ancaq Allahın izni ilə. Inananlar gərək Allaha təvəkkül etsinlər! (11).Ay o kəslər ki, inanırsınız! Onda ki, sizə dedilər: «Məclisdə yer açın!» - siz onlara yer verin ki, Allah sizə geniş yer versin. Onda ki, deyirlər: «Qalxın!» - onda qalxın. Allah sizlərdən o kəsi ki, inanırlar və o kəsləri ki, onlara elm verilib, ucaldır müxtəlif dərəcələrlə. Allah nə ilə ki, əməldəsiniz, Xəbirdir!


«Mücadilə» surəsi (58) 12 –21 –ci ayətlər
(12).Ay o kəslər ki, inanırsınız! Onda ki, rəsul ilə məxfi danışırsınız, sədəqə verin danışmamışdan qabaq. Bu, sizin üçün xeyirdir və paklıqdır. Əgər tapmasanız, həqiqətən, Allah Ğəfurdur, Rəhimdir! (13).Ə, titrədinizmi danışmamışdan qabaq sədəqə verəsiniz? Onda siz bunu etmədiniz və Allah qayıtdı sizə tərəf, onda ayağa qalxın islahata və zəkat verin paklanmağa və itaət edin Allaha və Onun rəsuluna və Allah Xəbirdir nə ilə ki, əməldəsiniz! (14).Ə, görmədin o kəsləri ki, Allah qəzəbləndiyi qoumla dostluq edirlər? Onlar nə sizdəndirlər və nə onlardan və bilərəkdən yalandan and içirlər. (15).Hazırlayıb Allah onlar üçün şiddətli əzab. Həqiqətən, onların etdikləri əməllər çox pis oldu! (16).Öz andlarını qalxan kimi götürdülər və Allah yolundan sədd çəkərək əyildilər. Onlar üçün alçaldıcı əzab var! (17).Qəni etməyəcək onları malları və övladları Allahdan bir şeylə. Həmin onlardır əshabı odun. Onlar orada həmişəlikdirlər. (18).O gün Allah qaldıracaq onları cəmiyyən. Və onlar Onun üçün and içərlər, nə qədər, sizin üçün and içmişdilər və hesab edərlər ki, onlar üzərindədirlər şeyin. Ə, məgər yoxmu? Həqiqətən, onlar yalançıdırlar! (19).Şeytan onlara sahib olmuş və unutdurmuş onlara zikrini Allahın. Həmin onlar dəstəsidir şeytanın. Ə, məgər yoxmu? Həqiqətən, dəstəsi şeytanın – onlar xəsarətdədirlər! (20).Həqiqətən, o kəslər ki, Allah və Onun rəsulu əleyhinə həddi aşırlar, həmin onlar zəlalətdə olanlardır! (21).Yazdı Allah: «Qalib gələrəm Mən və rəsullarım!» Həqiqətən, Allah Qəvidir, Əzizdir!


«Mücadilə» surəsi (58) 22 -ci ayət
(22).Tapmazsan qoumu ki, inanırlar Allah ilə və günü ilə axırın, Allah və Onun rəsuluna qarşı həddi aşanları sevələr, əgər onların ataları, ya oğulları, ya qardaşları, ya onların əşirətindən olsa belə. Həmin onlardır ki, yazdı onların qəlbində imanı və möhkəmlətdi onları Ondan olan Ruh ilə və daxil edəcək onları həmişəlik qalmaq üçün bağlara – cari olur altından onun nəhrlər. Razıdır Allah onlardan və razıdırlar onlar da Ondan. Həmin onlardır dəstəsi Allahın. Ə, məgər yoxmu? Həqiqətən, dəstəsi Allahın – onlar nicat tapanlardır!


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə