«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə70/78
tarix11.04.2018
ölçüsü2,11 Mb.
#37422
1   ...   66   67   68   69   70   71   72   73   ...   78

«Qəmər» surəsi (54)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Yaxın oldu saat və şaqqalandı qəmər! (2).Əgər görsələr ayət, üz çevirirlər və deyirlər: «Davam edən sehrdir!» (3).Yalan saydılar və tabe oldular havayı istəklərindən və külli əmrlər isə qərara alınmışdır.(4).Əlbəttə, gəldi onlara xəbərlərdən, nə ki, onda çəkindirən vardır, (5) hikmətli təbliğ və nə ki, qəni etmədi nəzərə çatdıranlar. (6).Üz çevir onlardan və o gündə ki, onda dəvət edən dəvət edəcək tərəfinə inkar edilən şeyin.


«Qəmər» surəsi (54) 7 –27 -ci ayətlər
(7).Baxışları çəkinən halda qəbirlərdən çıxarlar, səpələnmiş çəyirtgə kimi, (8) tələsərlər dəvət edənə tərəf. Kafirlər deyərlər: «Bu ağır gündür!» (9).Yalan saydı onlardan qabaq Nuh qoumu. Yalançı saydılar bəndəmizi və dedilər: «Məcnundur!» Və qadağan olundu. (10).Və dua etdi Rəbbinə: «Mən məğlub oldum. Mənə yardım et!» (11).Açdıq qapılarını səmanın sel kimi coşan su ilə (12) və ərzdən çıxartdıq bulaqları və hansı ki, həll olunmuş əmrlə sular görüşdülər. (13).Yüklədik Biz onu lövhə və mıxdan düzəldilmişin üzərində, (14) cari olsun gözlərimizlə, cəza kim üçün ki, oldu inkar olunan. (15).Əlbəttə, Biz onu ayət saxladıq. Məgər varmı zikr edəndən? (16).Necə oldu əzabım və nəzərə çatdırmağım? (17).Yüngülləşdirdik Quranı zikr üçün və məgər varmı zikr edəndən? (18).Yalan saydı Ad qoumu və necə oldu Mənim əzabım və nəzərə çatdırmağım? (19).Həqiqətən, göndərdik üzərinə onların sərasər səsli küləyi davam edən nəhs gündə, (20) hansı ki, əsən yel insanları xurma ağacı kökündən qopan kimi qopardırdı. (21).Necə oldu Mənim əzabım və nəzərə çatdırmağım? (22).Yüngülləşdirdik Quranı zikr üçün və məgər varmı zikr edəndən? (23).Yalan saydı Səmud nəzərə çatdıranları (24) və dedilər: «Ə, bizdən olan vahid bəşərə tabe olaqmı? Həqiqətən, onda zəlalətdə olmuş və dəlilik etmiş olarıq! (25).Ə, zikr bizim aramızdan ancaq ona atılmışdır? Bəli, o, yalançı bir lovğadır!» (26).Sabah onlar bilərlər kim yalançı və lovğadır. (27).Həqiqətən, Biz göndəririk dəvəni onlara sınaq üçün. Təqib et onları və səbr et!


«Qəmər» surəsi (54) 28 -49 -cu ayətlər
(28).Xəbər ver onlara ki, su onların arasında qismətdir. Külli hazır olsun içmək üçün. (29).Çağırdılar sahiblərini onlar və o, götürdü və öldürdü. (30).Necə oldu Mənim əzabım və nəzərə çatdırmağım? (31).Göndərdik üzərinə onların vahid səs və hamısı onlar quru odun kimi oldular. (32).Yüngülləşdirdik Quranı zikr üçün və məgər varmı zikr edəndən? (33).Yalan saydı Lut qoumu nəzərə çatdırıb, çəkindirib, qorxutmağı. (34).Göndərdik üzərinə onların daş yağdıran yeli, ancaq Lutun ailəsindən başqa. Nicat verdik onlara səhər ilə, (35) nemət yanımızdan. Belə mükafatlandırırıq kim ki, şükr edəndir! (36).Əlbəttə, nəzərə çatdıraraq qorxudub çəkindirdi onları Bizim qüvvətimizdən, amma onlar nəzərə çatdıraraq qorxudub çəkindirmədən şübhədə oldular. (37).Əlbəttə, onlar qonaqlarını istədilər və Biz də onların gözlərini kor etdik. Mənim əzabımı və nəzərə çatdırmağımı dadın! (38).Sübh çağı həmişəlik qərara alınmış əzab onlara yetişdi. (39).Mənim əzabımı və qorxutmağımı dadın! (40).Yüngülləşdirdik Quranı zikr üçün və məgər varmı zikr edəndən? (41).Əlbəttə, gəldi Firaun ailəsi üçün nəzərə çatdıranlar. (42).Yalan saydılar ayətlərimizlə Bizi, küllisini onun və tutduq onları əziz və qüdrətlinin tutmağı kimi. (43).Ə, sizin kafirləriniz qabaqkılardan xeyirlidir? Yoxsa sizin üçün Zəburda bəraət var? (44).Yoxsa deyirlər: «Biz cəmiyyən yardım edənlərik?» (45).Cəmləri dönərək, arxaya çevrilib qaçmağa başlayacaqlar. (46).Bəli, saat – vədəsidir onların. Saat çox dəhşətli və acıdır! (47).Həqiqətən, cərimə olunmuşlar zəlalətdə və ağılsızlıqdadırlar (48) və həmin gün ki, üzləri üstə oda sarı sürünərlər. Səqərin, yəni cəhənnəmin toxunmasını dadın. (49).Həqiqətən, külli şeyi xəlq etdik qədəri ilə!
«Qəmər» surəsi (54) 50 –55 -ci ayətlər
(50).Əmrimiz ancaq vahiddir, göz yumub açınca. (51).Əlbəttə, həlak etdik sizə oxşarların və məgər varmı zikr edəndən? (52).Külli şeyləri, hansı ki, etdikləri fəaliyyətləri Zəburdadır. (53).Külli kiçik və böyük sətirlənmişdir. (54).Həqiqətən, müttəqilər cənnətlərdə və nəhrlərdə – (55) doğru oturacağında, qüdrətli Malikin yanında!

«Rəhman» surəsi (55)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Rəhman! (2).O öyrətdi Qur’anı, (3) xəlq etdi insanı, (4) öyrətdi ona bəyanı. (5).Şəms və qəmər – hesabları ilə (6) və ulduzlar və ağaclar səcdə edirlər. (7).Və səmanı ucaltdı və mizan, yəni tərəzi qoydu. (8).Ondan ötrü ki, mizanda həddi aşmayasız. (9).Ayağa qalxaraq çəkidə insaflı olun və olmayın xəsarətli mizan ilə. (10).Və ərzi davarlar üçün döşədi. (11).Orada meyvələr və xurma salxımları (12) və dənəli və ətirli otlar və reyhan bitirdi. (13).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (14).Xəlq etdi insanı səslənən gildən, küzəçilər kimi. (15).Və xəlq etdi cinləri təmiz, tüstüsüz oddan. (16).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz?

«Rəhman» surəsi (55) 17 –40 -cı ayətlər

(17).Iki məşriqin Rəbbidir və iki məğribin Rəbbidir! (18).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (19).Görüşməyə hazır olan iki dəryanı ayırdı. (20).Onlar arasında bərzəq, qarışmazlar. (21).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (22).Hər ikisindən onların mirvari və mərcan çıxır. (23).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (24).Dəryada hündür qaldırılmış, necə dağlar kimi və Onun əmri ilə üzərək qaçan vardır. (25).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (26).Külli kim üzərindədir onun, fanidir. (27).Cəlal və kəramət sahibi olan Rəbbinin vəchi baqidir. (28).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (29).Kim ki, səmalarda və ərzdə var, sual edər ondan. Külli hər gün O işdədir. (30).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (31).Azad olarıq Biz sizin üçün, ay, iki ağır canlılar! (32).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (33).Ay cin və insan toplusu! Əgər bacarırsınız ki, nüfuz edəsiz səmaların və ərzin ətrafından, nüfuz edin! Nüfuz edə bilməzsiniz ancaq sultanlıqla. (34).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (35).Üzərinizə tüstüsüz oddan və qalın tüstülü göndəriləcəkdir və siz yardım edən tapmazsınız. (36).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (37).Onda ki, səma şaqqalanacaq və sarı rəngli olacaq, necə dəri kimi. (38).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (39).O gün cinlərin və insanların günahından soruşulmaz. (40).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz?



«Rəhman» surəsi (55) 41 –67 -ci ayətlər

(41).Cərimə olunmuşlar simalarından tanınarlar. Onların kəkillərindən və qədəmlərindən tutarlar. (42).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (43).Bu, cəhənnəmdir, hansı ki, cərimə olunmuşlar yalan sayırlar! (44).Onlar hamamdakı qaynar su içərisindəki kimi gəzərlər. (45).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (46).Kim ki, Rəbbinin məqamından xoflanır, onun üçün iki cənnət var. (47).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (48).Budaqlar sahibi. (49).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (50).Onların hər ikisində iki bulaq caridir. (51).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (52).Onların hər ikisində külli meyvələrdən iki cüt var. (53).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (54).Taxt üzərində mütəkkələrə söykənərlər, hansı ki, fərşlərlə döşənib. O iki bağın meyvələrindən dərmək isə yaxındır. (55).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (56).Orada ciddi baxışlı, hansı ki, cinlər və insanlar qabaqcadan onlara toxunmayıbdır. (57).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (58).Onlar yaqut və mərcan kimidirlər. (59).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (60).Məgər yaxşılığın mükafatı ancaq yaxşılıq deyilmi? (61).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (62).Bu ikisindən başqa daha iki cənnət var. (63).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (64).Orada tünd yaşıl rəngli ağaclar var. (65).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (66).Onlarda iki qaynar bulaq var. (67).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz?


«Rəhman» surəsi (55) 68 –78 -ci ayətlər

(68).Onların hər ikisində meyvələr, xurma və nar var. (69).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (70).Orada xeyirli, yaxşı. (71).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (72).Ciddi baxışlı hurilər xeymələrdə. (73).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (74).Toxunmayıb onlara insan onlardan qabaq və cin. (75).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (76).Söykənərlər üzərinə yaşıl mütəkkələrin və yaxşı xalçaların. (77).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (78).Pakdır ismi Rəbbinin, cəlal və kəramət sahibidir!




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə