«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə73/78
tarix11.04.2018
ölçüsü2,11 Mb.
#37422
1   ...   70   71   72   73   74   75   76   77   78

«Səff» surəsi (61)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Saya salır Allahı nə ki, səmalarda və nə ki, ərzdə var. O Əzizdir, Həkimdir! (2).Ay o kəslər ki, inanırsınız! Nə üçün etmədiyinizi deyirsiniz? (3).Allah yanında böyük nifrətdir ki, etmədiyinizi deyirsiniz. (4).Həqiqətən, Allah sevir o kəsləri ki, Onun yolunda səflərlə döyüşürlər, sanki onlar möhkəm, dolu bir binadırlar! (5).Onda Musa öz qoumuna dedi: «Ay qoumum! Nə üçün mənə əziyyət verirsiniz və əlbəttə, bilirsiniz ki, mən Allahın rəsuluyam sizə tərəf?» Amma elə ki, onlar əyildilər, Allah da onları qəlbləri əyilmiş halda tərk etdi və Allah hidayət etməz fasiq qoumu!
«Səff» surəsi (61) 6 –14 -cü ayətlər
(6).Onda Isa Məryəm oğlu dedi: «Ay Israil oğulları! Mən sizin tərəfinizə Allah rəsuluyam. Təsdiq edirəm nə ki, Tövratdan əlinizdədir sizin aranızda və bəşarət verirəm sizə rəsul ilə, gələcək məndən sonra, ismi onun Əhməddir!» Amma elə ki, gəldi onlara bəyanatlarla, dedilər: «Bu, sehrdir aşkar!» (7).Kimdir zalim o kəsdən ki, iftira edir üzərinə Allahın yalanı və o, dəvət olunur tərəfinə təslim olmanın? Allah hidayət etməz zalim qoumu! (8).Istəyirlər ki, söndürsünlər nurunu Allahın ağız sözləri ilə. Allah tamama yetirir Öz nurunu və əgər bundan kafirlərin kərahətləri olsa belə. (9).O – Odur ki, göndərdi Öz rəsulunu hidayətlə və haqq dinlə, zahir etmək üçün onu üzərinə külli dinlərin və əgər bundan kərahətləri olsa müşriklərin. (10).Ay o kəslər ki, inanırsınız! Sizə ələmli əzabdan nicat verən ticarəti göstərimmi? (11).Inanın Allah ilə və Onun rəsulu ilə və cəhd edin Allah yolunda malınızla və nəfsinizlə. Bu, xeyirdir sizin üçün, əgər biləsiniz! (12).O bağışlar sizin üçün günahlarınızı və daxil edər sizi bağlara – cari olur altından onun nəhrlər və pak məskənlərə Ədn cənnətlərində. Bu, əzəmətli müvəffəqiyyətdir! (13).Və axırdakını ki, sevirsiniz: yardım Allahdan və yaxın fəth. Bəşarət ver inananlara! (14).Ay o kəslər ki, inanırsınız! Allahın yardımçıları olun. Nə qədər ki, Isa Məryəm oğlu havarilərə, yəni şagirdlərinə dedi: «Allaha tərəf kim mənə yardım edər?» Havarilər dedi: «Biz Allahın yardımçılarıyıq!» Inandı bir tayfa Israil oğullarından və bir tayfa kafir oldu. Biz möhkəmlətdik o kəsləri ki, inandılar, onların düşmənlərinin üzərində və onlar zahirən qalib oldular.
«Cümə» surəsi (62)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Saya salır Allahı nə ki, səmalardadır və nə ki, ərzdədir – Malikdir, Qüddüsdür, Əzizdir, Həkimdir! (2).O – Odur ki, qaldırdı ümmilərdə rəsulu onlardan, tilavat edir o üzərinə onların ayətini Onun və paklayır onları və öyrədir onlara kitabı və hikməti və əgər olmuşdular qabaqcadan zəlalətdə aşkar (3) və axırdakılara onlardan, amma əlaqədə olmayıblar onlarla və O Əzizdir, Həkimdir! (4).Bu, fəzlidir Allahın, əta edir onu kimə istəsə O və and olsun Allah fəzilətlidir Əzim! (5).Məsəli o kəslərin ki, yükləndilər Tövratla, sonra o yükü apara bilmədilər, himar, yəni uzunqulaq məsəli kimidir, hansı ki, kitab yükü daşıyır. Pisdir məsəli qoumun - o kəslərin ki, yalan sayırlar ayətlərilə Allahı. Allah zalim qoumu hidayət etməz! (6).De: «Ay o kəslər ki, hidayət olundunuz! Əgər siz güman edirsiniz ki, insanlardan başqa sizsiniz Allahın dostları, onda ölüm təmənnası edin, əgər oldunuz sadiqlər!» (7).Onlar təmənna etməzlər onu əbədən, nə ilə ki, hazırlayıb əlləri. Allah Alimdir zalimlər ilə! (8).De: «Həqiqətən, ölüm odur ki, siz ondan qaçırsınız. Həqiqətən, o sizinlə görüşəcək, sonra siz qayıdacaqsınız qeybi və şəhadəti bilənin tərəfinə və O xəbər verəcək sizə nə ilə ki, oldunuz əməllilər!»

«Cümə» surəsi (62) 9 –11 -ci ayətlər
(9).Ay o kəslər ki, inanırsınız! Onda ki, nida edirlər islahat üçün – o gündə ki, cəm olurlar və səy edin Allahın zikrinə tərəf və beyi buraxın. Bu, xeyirlidir sizin üçün, əgər oldunuz bilənlər. (10).Onda ki, sona yetdi islahat, onda yayılın ərzdə və axtarın fəzlindən Allahın və zikr edin Allahı çoxlu, ola ki, nicat tapasınız! (11).Onda ki, gördülər ticarət, ya əyləncə, tələsirlər tərəfinə onun və tərk edirlər səni ayaq üstə. De: «Nə ki, Allah yanındadır, xeyirlidir əyləncədən və ticarətdən!» Allah ruzi verənlərin xeyirlisidir!

«Münafiqlər» surəsi (63)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Onda ki, gəlirlər münafiqlər sənin yanına, deyirlər: «Şəhadət veririk, həqiqətən, sən rəsulusan Allahın!» Allah bilir ki, sən rəsulusan Onun və Allah şahiddir, həqiqətən, münafiqlər yalançıdırlar. (2).Onlar öz andlarını qalxan tutdular və Allah yolundan sədd çəkdilər. Həqiqətən, pis oldu onların etdikləri əməllər! (3).Bu, ondan ötrüdür ki, onlar inandılar, sonra kafir oldular və qəlblərinin üzərinə möhür vuruldu və onlar anlamırlar. (4).Onda sən onları görürsən, səni təəccübə gətirir onların cisimləri. Əgər deyirlər, sən eşidirsən onların sözünü. Onlar elə bil söykədilmiş dirəklərdir. Külli səsləri öz əleyhlərinə hesab edirlər. Onlar düşmənlərdir, onlardan həzər et! Allah onları qətlə yetirsin, necə də haqdan üz döndərən oldular!

«Münafiqlər» surəsi (63) 5 –11 -ci ayətlər
(5).Onda ki, onlara deyildi: «Gəlin, Allahın rəsulu sizin üçün bağışlanmaq istəsin!», - onlar başlarını döndərirlər və sən görürsən ki, onlar sədd çəkirlər və onlar təkəbbürlük edirlər. (6).Bərabərdir onlar üzərində – bağışlanmaq istəyəcəksən onlar üçün, ya istəməyəcəksən, Allah onları bağışlamayacaq. Həqiqətən, Allah hidayət etməz fasiq qoumu! (7).Onlar o kəslərdir ki, deyirlər: «Infaq etməyin o kəslər üçün ki, Allahın rəsulu yanındadırlar, ta onlar dağılsınlar!» Allah üçündür səmaların və ərzin xəzinələri və lakin münafiqlər anlamırlar! (8).Deyirlər: «Əgər biz şəhərə tərəf qayıtsaq, onda xaric edəcəklər izzətlilər oradan zillətliləri!» Allah üçündür izzət və Onun rəsulu üçün və inananlar üçün və lakin münafiqlər bilmirlər! (9).Ay o kəslər ki, inanırsınız! Yayındırmasın sizi malınız və övladınız Allahın zikrindən. Kim belə fəaliyyət etsə – həmin onlar xəsarətdə olanlardır! (10).Infaq edin nədən ki, sizə ruzi vermişik, ondan qabaq ki, gələr sizdən birinizə ölüm və deyər: «Rəbbim! Əgər təxirə salsaydın məni yaxın əcələ qədər, sədəqə verərdim və salehlərdən olardım!» (11).Təxirə salmaz Allah nəfsi, onda ki, gəldi əcəli onun. Allah Xəbirdir nə ilə ki, əməldəsiniz!

«Qarşılıqlı aldanma» surəsi (64)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Saya salır Allahı nə ki, səmalardadır və nə ki, ərzdədir. Onun üçündür mülk və Onun üçündür həmd və O üzərində külli şeyin Qadirdir! (2).O – Odur ki, xəlq etdi sizi. Sizdən kafir də var və sizdən inanan da var. Allah nə ilə ki, əməldəsiniz, Bəsirdir! (3).Xəlq etdi səmaları və ərzi haqq ilə. Sizə surət verdi və yaxşı surət verdi sizə və qayıdış Ona tərəfdir! (4).Bilir nə ki, səmalarda və nə ki, ərzdə var və bilir nə ki, sirli edirsiniz və nə ki, elan edirsiniz. Allah Alimdir zatı ilə ürəklərin! (5).Ə, gəlib çatmadımı sizə xəbəri o kəslərin ki, kafir idilər qabaqcadan və daddılar bəlasını əmrlərinin? Onlar üçün ələmli əzab var! (6).Bu, ondan ötrüdür ki, gəldi onlara rəsulları bəyanatlarla və dedilər: «Ə, bəşərmi bizi hidayət edəcək?» Kafir oldular və üz döndərdilər. Allahın onlara ehtiyacı olmadı. Allah Qənidir, Həmiddir! (7).Güman edirlər o kəslər ki, kafirdirlər, qaldırılmayacaqlar. De: «Bəli! And olsun Rəbbimə ki, siz qaldırılacaqsınız, sonra sizə xəbər veriləcək, nə ilə ki, əməl etmisiniz və bu, üzərində Allahın yüngüldür!» (8).Inanın Allah ilə və Onun rəsulu ilə və Nur ilə – odur ki, Biz nazil etdik. Allah nə ilə ki, əməldəsiniz, Xəbirdir! (9).O gün cəm edər sizi cəm olma günü üçün. Bu, tuğban, yəni qarşılıqlı aldanma günüdür. Kim inandı Allah ilə və saleh əməl etdi, O örtər onun pisliklərinin üstünü və daxil edər onu bağlara – cari olur altından onun nəhrlər həmişəlik orada əbədi. Bu, əzəmətli müvəffəqiyyətdir!
«Qarşılıqlı aldanma» surəsi (64) 10 –18 -ci ayətlər
(10).O kəslər ki, kafir oldular və yalan saydılar ayətlərimizlə Bizi, həmin onlar əshabıdırlar odun, orada həmişəlik qalacaqlar. Və pis qayıdışdır! (11).Nə ki, isbat edər sizə müsibətdən, ancaq izni ilədir Allahın. Kim inandı Allah ilə, O hidayət edər onun qəlbini və Allah küllisi ilə şeyin Alimdir! (12).Itaət edin Allaha və itaət edin rəsula və əgər üz döndərsəniz, həqiqətən, rəsulumuzun üzərində olan ancaq aşkar təbliğdir. (13).Allahdır – yoxdur Ilahi, ancaq Odur. Inananlar Allaha təvəkkül etsinlər! (14).Ay o kəslər ki, inanırsınız! Həqiqətən, zövclərinizdən və övladlarınızdan sizin üçün düşmən vardır. Həzər edin onlardan! Əgər əfv edəsiniz və keçəsiniz və bağışlayasınız… Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir! (15).Həqiqətən, malınız və övladınız ancaq sınaqdır və əzəmətli əcr Allah yanındadır! (16).Qorxun Allahdan nə ki, bacarırsınız. Eşidin və itaət edin və infaq edin öz nəfsinizin xeyri üçün. Kim öz nəfsini huşsuzluqdan saxlayarsa – həmin onlar nicat tapanlardır! (17).Əgər verəsiz Allaha yaxşı borc, O ikiqat artırar sizin üçün və bağışlar sizin üçün. Allah Şakirdir, Həlimdir. (18).Alimdir qeybə və şəhadətə, Əzizdir, Həkimdir!

«Talaq» surəsi (65)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Ay nəbi! Onda ki, talaq verirsiniz qadınlara və onda talaq edin onlarla təyin olunduğu iddətlərində, yəni vaxtlarında və hesablayın iddəni və qorxun Allahdan – Rəbbinizdən! Xaric etməyin onları evlərindən və xaric etməyin onları, ancaq aşkar fahişəlik edərlərsə. Bu, hüdududur Allahın. Kim adlayarsa hüdudunu Allahın, fəqət öz nəfsinə zülm edər. Sən bilmirsən, ola ki, Allah gətirər bundan sonra bir əmri. (2).Onda ki, onlar öz təyin olunmuş vaxtlarına yetişdilər, onda saxlayın onları mərifətlə, ya ayrılın onlardan mərifətlə. Aranızda özünüzdən iki ədalətli şahid götürün və qiyam edin şəhadətə Allah üçün. Bununla nəsihət edilir o kəsə ki, inanan oldu Allah ilə və günü ilə axırın. Kim qorxarsa Allahdan, edər onun üçün xaric olmaq (3) və ona ruzi yetirər o yerdən ki, hesab etmir. Kim Allaha təvəkkül etsə, O hesabdır ona. Həqiqətən, Allah Öz əmrini yerinə yetirir. Əlbəttə, Allah külli şey üçün qədər etdi. (4).Hansı ki, qadınlarınızdan öz heyzlərindən qurtarıblar, əgər şübhədəsiniz, onda onların iddəti üç şəhrdir, necə ki, o kəslər üçün ki, hələ heyzləri olmayıb. O kəslər ki, hamilədirlər, onların vaxtı hamilə yükünü azad edənə qədərdir. Kim qorxarsa Allahdan, O yüngüllük edər onun üçün əmrindən. (5).Bu, əmridir Allahın; O nazil etdi onu sizə. Kim qorxarsa Allahdan, O örtər onun pisliklərinin üstünü və artırar onun üçün əcrini.

«Talaq» surəsi (65) 6 –12 -ci ayətlər
(6).Sakin edin onları harada ki, siz özünüz sakin olmuşdunuz, imkanınız daxilində və onlara zərər yetirməyin yerlərini dar etmək üçün. Əgər onlar hamilə olsalar, infaq edin üzərində onların, ta hamiləliklərini sona yetirələr. Əgər onlar sizin uşağınıza süd verələr, onların ücrətlərini verin. Öz aranızda mərifətlə rəftar edin və əgər çətinlik çəksəniz, onda qoy ona başqası süd versin. (7).Qoy imkanı olanlar öz imkanına görə infaq etsinlər. Kimin haqqı ölçü ilədir, infaq etsin nədən ki, əta etdi ona Allah. Allah heç bir nəfsə yükləmir, ancaq nə ki, O vermişdir ona. Allah hər bir ağırlıqdan sonra yüngüllük edər. (8).Nə qədər kəndlərdən – təkəbbürlük edərək çıxdılar əmrindən Rəblərinin və Onun rəsullarının – Biz onlardan şiddətlə hesab çəkdik və onları pis əzabla cəzalandırdıq. (9).Öz əmrlərinin bəlasını daddılar və onların əmrlərinin aqibəti xəsarətdə oldu. (10).Allah onlar üçün şiddətli əzab hazırlamışdır. Qorxun Allahdan, ay ağıl sahibləri – o kəslər ki, inanırsınız! Əlbəttə, Allah nazil etdi sizə zikri. (11).Rəsul, tilavat edərək üzərinizə ayətini Allahın aydınlaşdırar, xaric etməsi üçün o kəsləri ki, inanırlar və əməlləri islahatdır, zülmətdən nura tərəf. Kim inanar Allah ilə və saleh əməl edə, daxil edər onu bağlara – cari olur altından onun nəhrlər, həmişəlik orada əbədi. Əlbəttə, yaxşıdır Allah onun üçün rizqnən. (12).Allah – Odur ki, xəlq etdi yeddi səmanı və ərzdən onların mislini. Nazil olar Onun əmri onların arasında, bilməniz üçün ki, Allah üzərində külli şeyin Qadirdir və həqiqətən, Allah əhatəlidir küllisi ilə şeyin elmlə!

«Haram» surəsi (66)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Ay nəbi! Nə üçün haram edirsən nə ki, Allah sənə halal edib, çalışaraq zövcələrinin razılığına? Allah Ğəfurdur, Rəhimdir! (2).Əlbəttə, fərz etdi Allah sizin üçün halal etmək andlarınızı. Allah sizin Mövlanızdır və O Alimdir, Həkimdir! (3).Onda nəbi sirli sözün bəzisini öz zövcəsinə hekayət etdi. Amma elə ki, o xəbəri aşkar etdi və Allah zahir etdi onu üzərində ona. Bəzisini dedi və bəzisini demədi. Amma elə ki, ona xəbər verdi, onda zövcəsi dedi: «Kim xəbər verdi bunu sənə?» Dedi: «Xəbər verdi mənə Alim və Xəbir olan!» (4).Siz indi ikiniz Allaha tərəf qayıdın. Əlbəttə, sizin qəlbiniz xilaf rizasına meyl edib. Əgər siz aşkar olaraq əleyhinə onun olsanız və həqiqətən, Allah Mövlasıdır onun və Cəbrail və saleh inananlar və mələklər bundan sonra arxadır. (5).Ola bilsin ki, Rəbbi onun, əgər o, talaq versə sizə, dəyişər onun üçün zövcələrini xeyirlisi ilə sizdən – təslim olan qadından, inanan qadından, itaət edən qadından, qayıdan qadından, ibadət edən qadından, ziyarət edən qadından, dul və bakirə. (6).Ay o kəslər ki, inanırsınız! Qoruyun nəfsinizi və ailənizi oddan, hansı ki, odunu insanlar və daşlardır. Üzərində onun mələklər – qəliz, şiddətli – Allahın əmrinə asi olmazlar. Fəaliyyət edərlər nə ki, onlara əmr olunub. (7).Ay o kəslər ki, kafirsiniz! Bu gün üzr istəməyin. Həqiqətən, sizə cəza olunur nə ki, əməl etmisiniz!

«Haram» surəsi (66) 8 –12 -ci ayətlər
(8).Ay o kəslər ki, inanırsınız! Qayıdın Allaha tərəf səmimi qayıtmaqla. Ola bilsin ki, Rəbbiniz örtsün pisliklərinizin üstünü və daxil etsin sizi bağlara – cari olur altından onun nəhrlər. O gün Allah rüsvay etməz nəbini və o kəsləri ki, onunla inandılar. Nuru onların gedir qarşılarında və əllərinin altında. Deyirlər: «Rəbbimiz! Tamam et bizim üçün nurumuzu və bağışla bizim üçün. Həqiqətən, Sən üzərində külli şeyin Qadirsən!» (9).Ay nəbi! Cihad et kafirlərlə və münafiqlərlə və onlara qarşı qəliz ol! Onların sığınacaq yeri cəhənnəmdir və pis qayıdışdır! (10).Allah zərbə vurur məsəl o kəslər üçün ki, kafirdirlər, arvadını Nuhun və arvadını Lutun. Bizim iki saleh bəndəmizin əmri altında olan bəndələr idilər. Onların hər ikisi xəyanət etdilər. Heç bir şey onları Allahdan qəni etmədi və deyildi: «Daxil olun oda daxil olanlarla!» (11).Allah zərbə vurur məsəl o kəslər üçün ki, inandılar, arvadını Firaunun! Onda dedi: «Rəbbim! Bina et mənim üçün ev Öz yanında cənnətdə və nicat ver mənə Firaundan və onun əməlindən və nicat ver mənə zalim qoumdan!» (12).Və Məryəm – Imranın qızı, hansı ki, öz nəfsini və namusunu qorudu. Üfürdük ona Öz ruhumuzdan və sədaqətli oldu Rəbbinin kəlmələrilə və kitabları ilə və mütilərdən oldu!

«Mülk» surəsi (67)


29 –cu cüz

(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Bərəkətlidir, böyükdür, ucadır – Odur ki, əli ilədir mülk və O üzərində külli şeyin Qadirdir! (2).Odur ki, xəlq etdi ölümü və həyatı, sınamaq üçün sizi, hansınızın əməli yaxşıdır və O Əzizdir, Ğəfurdur! (3).Odur ki, xəlq etdi yeddi səmanı təbəqə-təbəqə. Görmürsən xəlq etməyində Rəhmanın təfavütdən. Baxışlarını döndərib diqqətlə bax. Onda heç eyib və irad görərsənmi? (4).Sonra baxışlarını döndərib iki dəfə bax. Gözlərin qapanaraq, yorğun halda bir daha sənə tərəf qayıdacaqdır. (5).Əlbəttə, Biz zinətləndirdik dünya səmasını çıraqlarla və etdik onları şeytanlar üçün güllələr və hazırladıq onlar üçün od əzabı. (6).O kəslər ki, Rəblərinə kafir oldular, cəhənnəm əzabı onlar üçün var və pis qayıdışdır! (7).Onda ki, atarlar ona, onun qışqırtısın və şaqqıltısın eşidərlər və o qaynayır. (8).Az qalır ki, qeyzdən partlasın. Külli nə ki, atırlar ona dəstələri, sual edirlər onlardan gözətçiləri onun: «Ə, gəlmədi sizə nəzərə çatdıran?» (9).Deyərlər: «Bəli! Gəldi bizə nəzərə çatdıran və yalançı saydıq onu və dedik: “Nazil etməyib Allah bir şeydən. Siz ancaq zəlalətdəsiz böyük”». (10).Dedilər: «Əgər biz olsaydıq eşidən, ya əql etsəydik, olmazdıq əshabında odun». (11).Etiraf etdilər günahlarını və od əshabı uzaq olar! (12).Həqiqətən, o kəslər ki, çəkinirlər Rəblərindən qeyb ilə, onlar üçün bağışlanmaq və böyük əcr var.


«Mülk» surəsi (67) 13 –26 -cı ayətlər

(13).Sirli saxlayasız sözlərinizi, ya aşkar edəsiniz onu, həqiqətən, O Alimdir zatı ilə ürəklərin! (14).Ə, bilmir O kəs ki, xəlq edib? O Lətifdir, Xəbirdir! (15).O – Odur ki, ərzi sizin üçün ram etdi. Onun qucağında gəzin və Onun ruzilərindən yeyin və Ona tərəf toplanacaqsınız! (16).Ə, siz əmin oldunuzmu, kim ki, səmadadır, sizi ərzə batıra və onda ki, o titrəyir? (17).Yoxsa, əmin oldunuzmu, kim ki, səmadadır, üzərinizə qasırğalı yel göndərə və biləsiniz necədir nəzərə çatdırmağım? (18).Əlbəttə, yalan saydılar o kəslər ki, onlardan qabaq var idilər və necə oldu Mənim inkar etməyim?! (19).Ə, onlar görmürlər quşları fövqlərində səf çəkərək qanadlarını açırlar, sonra yığırlar? Ancaq Rəhmandan başqa heç kəs onları saxlamır. Həqiqətən, O küllisi ilə şeyin Bəsirdir! (20).Ə, Rəhmandan başqa kimdir ki, sizin yardımçınız ola və sizə qoşunla köməklik edə? Həqiqətən, kafirlər ancaq məğrurluqdadırlar! (21).Ə, kimdir o kəs ki, sizə ruzi versin, əgər qət edə O ruzisini? Bəli, onlar çirkinlikdə olaraq itaət etmirlər və nifrətdədirlər! (22).Ə, kim ki, üzü üstə sürünərək yol gedə, hidayət tapar, ya kim ki, düz yolda möhkəm qədəm götürə? (23).De: «O – Odur ki, inşa etdi sizi və etdi sizin üçün eşitmə və bəsarət və könül, çox az şükr edirsiniz!» (24).De: «O – Odur ki, səpdi sizi ərzdə və Ona tərəf toplanacaqsınız!» (25).Deyirlər: «Nə vaxtdır bu vəd, əgər oldunuz sadiqlər?» (26).De: «Həqiqətən, onun elmi Allah yanındadır və həqiqətən, mən aşkar nəzərə çatdıranam!»



«Mülk» surəsi (67) 27 –30 -cu ayətlər
(27).Amma elə ki, onu yaxında gördülər, üzləri qaralar o kəslərin ki, kafirdirlər və deyilər: «Bu, odur ki, siz onu çağırırdınız!» (28).De: «Ə, gördünüzmü, əgər həlak edə məni Allah və kim ki, mənimlədir, ya bizə rəhm edə və kim kafirləri ələmli əzabdan müdafiə edər?» (29).De: «O Rəhmandır – biz Ona inandıq və Ona təvəkkül edirik. Biləcəksiniz kimdir aşkar zəlalətdə!» (30).De: «Ə, gördünüzmü, əgər suyunuz dərinliyə batarsa və kim gələcək sizə içməli bulaq suyu ilə?»

«Qələm» surəsi (68)


(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Nun! And olsun qələmə və nə ki, sətirlənir! (2).Sən neməti ilə Rəbbinin məcnun deyilsən (3) həqiqətən, sənin üçün əcr qeyri məmnun (4) və həqiqətən, sən uca və əzəmətli əxlaq sahibisən. (5).Sən görərsən və onlar da görəcəklər, (6) sizin hansınızda sınaq vardır. (7).Həqiqətən, Rəbbin – O bilir o kəsi ki, zəlalətdədir Onun yolundan və O bilir hidayətliləri! (8).Yalançılara itaət etmə! (9).Istədilər sən yumşaqlıq edəsən və onlar da yumşaqlıq edələr. (10).Itaət etmə külli and içən alçağa, (11) qeybət edənə, avaraya, söz yayana, (12) xeyirə mane olana, düşmənə, günahkara, (13) kobuda, bundan sonra əslini-nəslini bilməyən zinazadaya – (14) mal və oğul sahibi olsa da. (15).Onda ki, tilavat olunur ayətlərimiz, dedi: «Əvvəlkilərin əsatirləridir!»
«Qələm» surəsi (68) 16 –42 –ci ayətlər
(16).Biz onun xortumunun, yəni burnunun üzərinə damğa basdıq! (17).Biz onları sınadıq, nə qədər, cənnət əshabını sınadıq. Onda and içdilər səhər sübhdən təxirə salınmadan hökmən dərəcəklər (18) və heç istisna etmədilər. (19).Və keçdi onu keçən Rəbbindən sənin, onlar isə yatmışlar. (20).Sabah çağı o kəsilmiş oldu. (21).Və sabah çağı bir-birini nida edərək səslədilər: (22).«Əgər istəyirsiniz məhsul dərəsiniz, tez gəlin!» (23).Və onlar səssiz danışa-danışa hərəkət edirdilər: (24).«Qoy sizin üzərinizə daxil olmasın bu gün ora miskinlər». (25).Sabahısı onları ora buraxmayacaqlarına qadir olduqlarını hesab edərək getdilər. (26).Amma elə ki, gördülər onu, dedilər: «Həqiqətən, biz zəlil olduq! (27).Bəli, biz məhrum olduq!» (28).Dedi onlardan vasitəçi olanı: «Ə, demədim sizin üçün: “Məgər saya salmalı deyilmisinizmi?!”» (29).Dedilər: «Sübhandır Rəbbimiz! Həqiqətən, biz zalimlər olduq!» (30).Başladılar bəzisi onların bəzisinə irad tutmağa; (31).Dedilər: «Vay olsun bizə! Həqiqətən, biz tüğyan edən olduq! (32).Ola bilsin ki, Rəbbimiz dəyişsin bizim üçün ondan xeyirlisinə. Həqiqətən, biz, Rəbbimizə tərəf rəğbətlə yanaşırıq!» (33).Belədir əzab! Axirət əzabı daha böyükdür, əgər bilən olsaydılar! (34).Həqiqətən, müttəqilər üçün Rəbləri yanında nemətli cənnətlər vardır. (35).Ə, Biz təslim olanları cərimə olunanlar kimi edəcəyik? (36).Nə olub sizə, necə hökm edirsiniz? (37).Yoxsa sizin üçün kitab var, ondan tədris alırsınız?! (38).Həqiqətən, sizin üçün onda hər nə istəsəniz tapılar?! (39).Yoxsa Bizim üzərimizdə andınız var, ta qiyamətin gününə yetişənə qədər?! Və həqiqətən, sizin üçün var, nə ki, hökm edirsiniz? (40).Sual et onlardan, kim onlardan buna zamindir? (41).Yoxsa onların şərikləri var? Qoy onlar öz şəriklərini gətirsinlər, əgər onlar oldular sadiqlər, (42).O gün pərdələr açılar və səcdəyə tərəf dəvət olunarlar. Onlar bacarmazlar.

«Qələm» surəsi (68) 43 –52 -ci ayətlər
(43).Çəkinərək baxışlarını aşağı salıb, zillət və həsrət bütün vücudların bürüyər. Əlbəttə, sağ-salim olanda səcdəyə tərəf dəvət oldular. (44).Kim bu hədisləri yalan sayırsa, Mənim öhtəmə burax. Biz tədric edərik onları oradan ki, bilməzlər! (45).Onlara möhlət verərəm. Həqiqətən, Mənim fəndim mətindir. (46).Yoxsa sual edirsən onlardan əcr, onlar qaramatından ağırlıq altındadırlar? (47).Yoxsa onların yanında qeyb var və onlar yazırlar? (48).Səbr et hökmü üçün Rəbbinin və böyük balıq sahibi kimi olma. Onda nida etdi və o, sıxıntıda idi. (49).Əgər Rəbbindən tədarük olunan nemət olmasaydı, onda məlamət olunmuş halda susuz səhraya atılardı. (50).Yenidən Rəbbi onu seçdi və salehlərdən etdi. (51).O kəslər ki, kafirdirlər, amma elə ki, zikri eşitdilər, az qalır ki, baxışları ilə sənə sədəmə vursunlar və deyirlər: «Həqiqətən, o, məcnundur!» (52).O ancaq zikrdir aləmlər üçün!

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə