«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə76/78
tarix11.04.2018
ölçüsü2,11 Mb.
#37422
1   ...   70   71   72   73   74   75   76   77   78

«Qiyamət» surəsi (75)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Yox! And olsun qiyamət gününə. (2).Yox! And olsun özünü töhmətləndirərək danlayan nəfsə! (3).Ə, hesab edir insan, ə, Biz onun sümüklərini cəm edə bilməyəcəyik? (4).Bəli! Biz qadirik onun barmaqlarını seçməyə. (5).Bəli! Öz qarşısında bundan sonra insan yenə də pis işlər görmək istəyir. (6).Sual edir, nə vaxtdır qiyamət günü? (7).Onda ki, baxışı kor olar. (8).Və qəmər tutular. (9).Və cəm olar şəms və qəmər. (10).Deyəcək insan həmin gün: «Haradadır mafar?» (11).Belə deyil! Sığınacaq yoxdur! (12).Rəbbinin tərəfinədir həmin gün qərar tutacaqları yer! (13).Xəbər veriləcək insana həmin gün, nə ilə qabaqcadan hazırlamışdı və axıra atmışdı. (14).Bəli! Insan öz nəfsinin üzərində bəsirətlidir! (15).Əgər o, üzr istəsədə. (16).Dilini onun qiraətinə tələsgənliklə açma. (17).Həqiqətən, Bizim üzərimizədir onu cəm etmək və onun qiraəti! (18).Onda ki, Biz onu qiraət edirik və tabe ol onun qiraətinə. (19).Sonra, həqiqətən, Bizim üzərimizədir onun bəyan edilməsi!

«Qiyamət» surəsi (75) 20 –40 -cı ayətlər

(20).Belə deyil! Bəli! Siz sevirsiz tələsəni (21) və axirəti tərk edirsiz. (22).Üzlər o gün nurani olaraq şəfəq saçar! (23).Rəbbinə tərəfdir nəzərləri onun! (24).Üzlər o gün qaralaraq pərişandır. (25).Zənn edər ki, onu bel sındıran əzab gözləyir. (26).Belə deyil! Onda ki, canı gəlib boğazına yetişdi, (27) deyər: «Kim can verər?» (28).Zənn edər o, bu ayrılıqdır. (29).Və qıçı-qıçına dolaşar. (30).Həmin gün Rəbbinə tərəf sürüklənəcəkdir. (31).O təsdiq etmədi və diləmədi. (32).Lakin yalan saydı və üz çevirdi. (33).Sonra özünü çəkə-çəkə ailəsinə tərəf getdi. (34).Vay olsun sənə, vay olsun! (35).Sonra vay olsun sənə, vay olsun! (36).Ə, insan elə hesab edir ki, o nəzərsiz qalmışdır? (37).Ə, o daşlanan mənidən nütfə olmadımı? (38).Sonra laxtalanmış qan oldu və xəlq etdi onu və yerləşdirdi. (39).Etdi ondan iki cüt: kişi və qadın. (40).Ə, qadir deyilmi O diriltməyə ölüləri?



«Insan» surəsi (76)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Məgər gəlib keçmədimi insan üzərində dəhrdən müəyyən vaxt, olmadı zikr ediləsi şey? (2).Həqiqətən, xəlq etdik insanı qarışıq nütfədən, imtahan edək onu və etdik onu eşidən, görən. (3).Həqiqətən, Biz hidayət etdik onu yola – istər şükr etsin, istər küfr. (4).Həqiqətən, Biz hazır etmişik kafirlər üçün zəncirlər və qandallar və yanar od. (5).Həqiqətən, yaxşı əməl sahibləri içərlər kasadan, qarışığı onun kafurdur.

«Insan» surəsi (76) 6 –25 -ci ayətlər

(6).Bulaq – Allahın bəndələri içərlər onu və cari edərlər onu cari etməklə. (7).Onlar vəfa edirlər nəzirlərə və xoflanırlar o gündən ki, şəri onun bürüyəcək. (8).Və yedirərlər təamı onun məhəbbəti üzərinə miskinə və yetimə və əsirə: (9) «Həqiqətən, biz Allahın vəchi üçün sizə təam veririk, istəmirik sizdən əcr və təşəkkür! (10).Həqiqətən, biz xoflanırıq Rəbbimizdən olan üzlərin qaralacağı, müdhiş gündən!» (11).Və qoruyar onları Allah o günün şərindən və görüşdürər onları parlaqlıq və sevinclə. (12).Və cəzası onların səbrlərinə görə cənnət və ipəkdir. (13).Orada taxtlar üzərində mütəkkələrə söykənərək, görməzlər orada şəms və soyuq. (14).Və yaxın olar üzərlərinə kölgəsi onun və salxımları onların ixtiyarında olar. (15).Və dolanarlar onların arasında gümüş camlar və büllur qədəhlərlə. (16).Gümüşdən olan büllur ki, onu qədərincə təqdir ediblər. (17).Və içirdilərlər orada kasalarla, oldu qarışığı onun zəncəbil – (18) bulaqdır orada, ismi Səlsəbil. (19).Və dolanarlar onların arasında həmişəcavan oğlanlar. Onda ki, onları görərsən, hesab edərsən onları səpələnmiş ləl. (20).Və onda ki, görərsən – görərsən nemət və böyük mülk. (21).Üzərlərində atlaz və ipəkdən yaşıl geyimlər var və bəzənərlər gümüş bilərziklərlə və içirdər onlara Rəbbi pak içki. (22). Həqiqətən bu oldu sizin üçün cəza və oldu səyiniz təşəkkür olunan. (23).Həqiqətən, Biz nazil etdik sənin üzərinə Qur’anı nazil etməklə. (24).Və səbr et hökmü üçün Rəbbinin və itaət etmə onlardan günahkar, ya kafir olana (25) və zikr et ismini Rəbbinin səhər və axşam,



«Insan» surəsi (76) 26 –31 -ci ayətlər

(26).Və gecədən. Və səcdə et Onun üçün və saya sal Onu uzun gecələr! (27).Həqiqətən, bunlar sevirlər tələsik keçəni və tərk edirlər arxlarında ağır gün. (28).Biz xəlq etdik onları və şiddətli etdik onların əsərlərini. Onda ki, istəyək Biz dəyişərik onların mislini dəyişməklə. (29).Həqiqətən, bu, zikrdir və kim istəsə götürər Rəbbinə tərəf yol. (30).Siz istəmirsiniz, ancaq ki, istəyə Allah! Həqiqətən, Allah oldu Alim, Həkim! (31).Daxil edər kimi istəsə Öz rəhmətində və zalimlərə - onlar üçün hazır edib ələmli əzabı.




«Mürsəllər» surəsi (77)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! And olsun növbə ilə göndərilənlərə! (2).Və fırtına kimi əsənlərə. (3).Və and olsun nəşr etdikcə nəşr edənlərə. (4).Və and olsun ayırdıqca ayıranlara. (5).Və and olsun zikri ötürənlərə. (6).Üzrü, ya nəzərə çatdırmağı! (7).Həqiqətən, sizə vəd olunan vaqe olacaq. (8).Onda ki, ulduzlar sönər. (9).Və onda ki, səma yarılar. (10).Və onda ki, dağlar parça-parça olub dağılar. (11).Və onda ki, rəsullara vaxt veriləcək. (12).Hansı günə qədər möhlət veriləcək? (13).Fəsil gününə qədər! (14).Nə idrakın sahibisən nədir fəsil günü? (15).Vay olsun o gün yalan sayanlara! (16).Ə, məgər həlak etmədikmi əvvəlkiləri? (17).Sonra göndərərik onların ardınca axırdakıları! (18).Belə fəaliyyət edirik cərimə olunmuşlarla. (19).Vay olsun o gün yalan sayanlar üçün!

«Mürsəllər» surəsi (77) 20 –50 -ci ayətlər

(20).Ə, məgər xəlq etmədikmi sizi dəyərsiz sudan? (21).Və etdik ona qərargahda məkan, (22) məlum olan qədərə tərəf? (23).Və Biz təqdir etdik və nə gözəl təqdir edənlərik. (24).Vay olsun o gün yalan sayanlar üçün! (25).Ə, etmədikmi ərzi məskən (26) dirilər və ölülər üçün (27) və etdik Biz onda vüqarlı möhkəm dayanan və doyurduq sizi şirin su ilə? (28).Vay olsun o gün yalan sayanlar üçün! (29).Gedin ona tərəf ki, onu yalan saymışdınız! (30).Gedin üç qola ayrılmış kölgəsinə tərəf! (31).Nə kölgə salar və nə də qəni edər alovdan! (32).Həqiqətən, o qığılcım saçar qəsrlər kimi. (33).Sanki sarı dəvələrdir. (34).Vay olsun o gün yalan sayanlar üçün! (35).Bu, o gündür ki, danışmazlar. (36).Və izn verilməz onlara üzr istəsinlər. (37).Vay olsun o gün yalan sayanlar üçün! (38).Bu, fəsil günüdür. Cəm etdik sizi və əvvəlkiləri. (39).Və əgər oldu sizin üçün fənd və Mənə fənd edin! (40).Vay olsun o gün yalan sayanlar üçün! (41).Həqiqətən, müttəqilər kölgəliklərdə və bulaqlarda. (42).Və meyvələr, nədən ki, iştahalarındadır. (43).Yeyin və için nuş olaraq, nə ilə ki, oldunuz əməl edənlər. (44).Həqiqətən, Biz belə cəzalandırırıq yaxşıları. (45).Vay olsun o gün yalan sayanlar üçün! (46).Yeyin və mətahlanın az. Həqiqətən, siz cərimə olunmuşlarsınız. (47).Vay olsun o gün yalan sayanlar üçün! (48).Onda ki, deyildi onlar üçün: «Rüku edin!» - rüku etməzlər. (49).Vay olsun o gün yalan sayanlar üçün! (50).Bəs hansı hədisə bundan sonra inanacaqlar?



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə