«f a t I h ə» s u r ə s I (1)


«Göy gurultusu» surəsi (13) 35 -42 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə28/78
tarix20.10.2017
ölçüsü2,11 Mb.
#5570
1   ...   24   25   26   27   28   29   30   31   ...   78

«Göy gurultusu» surəsi (13) 35 -42 -ci ayətlər

(35).Məsəli cənnətin, hansı ki, müttəqilərə vəd verilib, caridir altından onun nəhrlər. Onun yeməkləri və kölgələri daimidir. Budur aqibəti o kəslərin ki, təqvalıdırlar və aqibəti kafirlərin oddur! (36).O kəslər ki, əta etmişik onlara kitab, fərəhlənirlər nə ilə ki, sənə nazil olur və dəstələrdən var ki, onun bəzisini inkar edir. De: «Həqiqətən, mənə əmr olunub ki, ibadət edəm Allaha və Ona şərik qoşmayam. Mən Ona tərəf çağırıram və Ona tərəfdir qayıdışım!» (37).Və belə nazil etdik onu ərəbcə hökm edən. Əgər o elmdən sonra ki, sənə gəlib, onların istəklərinə tabe olasan, daha sənin üçün Allah tərəfindən dost və qoruyan olmaz! (38).Əlbəttə göndərdik səndən qabaq rəsullar və etdik onlar üçün zövclər və zürriyyətlər. Olmadı rəsul ki, ayət gətirə, ancaq Allahın iznilə. Külli əcəl üçün yazı var. (39).Allah pozar hansını istəsə və sabit saxlar və yazılar anası Onun yanındadır. (40).Onlara verdiyimiz vədlərin bəzisini sənə göstərərik, ya sənə vəfat bağışlarıq. Həqiqətən, sənin vəzifən təbliğ etmək və Bizim vəzifəmiz hesab çəkməkdir. (41).Ə, onlar görmədilər ki, Biz ərzə gəlirik onun ətrafını əskildərək? Allahdır ki, hökm edir və Onun hökmünü qaytaran olmaz və O sürətli hesab çəkəndir! (42).Məkr etdilər o kəslər ki, onlardan qabaq var idilər və Allah cəmiyyən məkrlərə qarşı tədbirlidir. Bilir külli nəfsin nə kəsb etdiyini və biləcəklər kafirlər kimin üçündür aqibət evi!



«Göy gurultusu» surəsi (13) 43 -cü ayət

(43).Deyirlər o kəslər ki, kafirdirlər: «Sən mürsəl deyilsən!» De: «Kafidir Allahın şahidliyi mənimlə sizin aranızda və o kəsin ki, onun yanında kitabdan elm var!»



«İbrahim» surəsi (14)




(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif, Lam, Ra! Kitab ki, nazil etdik onu sənə, xaric edəsən insanları zülmətdən nura tərəf iznilə Rəblərinin - tərəfinə yolunun Əzizin, Həmidin! (2).Allah Odur ki, Onun üçündür nə ki, səmalarda və nə ki, ərzdədir. Vay olsun kafirlərə şiddətli əzabdan - (3) o kəslər ki, dünya həyatını axirətdən artıq sevirlər və sədd çəkirlər Allahın yolundan və onda əyrilik axtarırlar. Həmin onlardır ki, uzaq zəlalətdədirlər. (4).Və Biz göndərdik rəsuldan ancaq öz qoumunun dili ilə ki, bəyan edə onlara. Zəlalətdə tərk edər Allah kimi istəsə və hidayət edər kimi istəsə və O Əzizdir, Həkimdir! (5).Və əlbəttə göndərdik Musanı ayətlərimizlə ki: «Xaric et qoumunu zülmətdən nura tərəf və zikr et onlara Allahın günlərindən! Həqiqətən, bunda külli səbr edən və şükr edənlər üçün ayətlər vardır!»

«İbrahim» surəsi (14) 6 -10 -cu ayətlər

(6).Və onda Musa öz qoumuna dedi: «Allahın sizə olan nemətini zikr edin. Onda sizə Firaun ailəsindən nicat verdi, sizə pis əzab verirdilər və oğullarınızı öldürüb və qadınlarınızı diri saxlayırdılar və bunda sizin üçün Rəbbinizdən əzəmətli bəla vardır!» (7).Və onda Rəbbiniz xəbərdar etdi: «Əgər şükr edəsiniz, Mən sizin üçün artıraram və əgər küfr edəsiniz, həqiqətən, Mənim əzabım şiddətlidir!» (8).Və dedi Musa: «Əgər kafir olasınız siz və kim ki, cəmiyyən ərzdə var, həqiqətən, Allah Qənidir, Həmiddir!» (9).Ə, gəlmədimi sizə xəbəri o kəslərin ki, sizdən qabaq var idilər – Nuh qoumunun, Ad və Səmud və o kəslər ki, onlardan sonra var idilər – Allahdan başqa heç kim onlar haqqında bilmir? Gəldi onlara rəsulları bəyanatla və onlar əllərini ağızlarına qoyub dedilər: «Biz inanmırıq ona ki, nə ilə göndərilibsiniz və həqiqətən, biz, şəkdəyik nədən ki, çağırısınız bizi ona tərəf ki, şübhəlidir!» (10).Rəsulları dedilər: «Ə, Allahda şəkkinizmi var, yaradıb səmaları və ərzi? Dəvət edir sizi ki, bağışlasın günahlarınızı və sizi təxirə salsın təyin olunmuş əcələ kimi». Dedilər: «Siz ancaq bəşərsiniz bizim mislimiz. İstəyirsiniz ki, sədd çəkəsiniz bizə atalarımızın ibadət etdiklərindən. Gətirin bizə aşkar hökmü!»



«İbrahim» surəsi (14) 11 –18 -ci ayətlər

(11).Rəsulları onlara dedilər: «Biz ancaq bəşərik sizin misliniz və lakin Allah minnət qoyur üzərinə bəndələrindən kimə istəsə. Və olmadı bizim üçün ki, gətirək sizə hökmü, ancaq iznilə Allahın. Və inananlar gərək Allaha təvəkkül etsinlər. (12).Və nə üçün biz Allaha təvəkkül etməyək, bir halda ki, hidayət etdi bizi öz yollarımıza? Biz səbr edəcəyik ona ki, bizə əziyyət verirsiniz. Və təvəkkül edənlər gərək Allaha təvəkkül etsinlər!» (13).Dedi o kəslər ki, kafirdirlər, öz rəsullarına: «Biz xaric edəcəyik sizi öz ərazimizdən, ya da siz qayıdacaqsınız bizim millətimizə». Vəhy etdi onlara Rəbbi onların: «Biz həlak edərik zalimləri (14) və sakin edərik sizi ərzə onlardan sonra. Bu, o kəs üçündür ki, xoflanır Mənim məqamımdan və xoflanır Mənim vədimdən!» (15).Onlar fəth istədilər və ziyana uğradı külli zor edən, inadkar. (16).Onun ardından cəhənnəmdir və ona irinli su içirdəcəklər. (17).Onu cirə ilə içər və çətinliklə udar və gələr ölüm ona külli məkandan və o isə ölməz. Onun ardından qəliz əzab var! (18).Məsəli o kəslərin ki, kafir oldular Rəblərinə, əməlləri kül kimidir ki, fırtınalı gündə üzərində şiddətli yel var. Qadir olmazlar kəsb etdiklərindən bir şeyə. Budur uzaq zəlalət!



«İbrahim» surəsi (14) 19 -24 -cü ayətlər

(19).Ə, görmədinmi, Allah xəlq etdi səmaları və ərzi haqq ilə? Əgər O istəyə sizi aradan aparar və yeni xəlq gətirər (20) və bu, Allahın üzərində böyük deyil! (21).Və büruzədirlər Allah üçün cəmiyyən. Və deyərlər zəiflər o kəslərə ki, təkəbbürlü idilər: «Həqiqətən, olduq biz sizin üçün tabelər. Məgər siz qəni edəcəksinizmi bizi Allahın əzabından bir şeydən?» Deyərlər: «Əgər hidayət etsəydi bizi Allah, hidayət edərdik biz də sizi. Bizim üçün bərabərdir, acizlik edək, yaxud səbr edək – bizim üçün qaçacaq yol yoxdur!» (22).Və şeytan deyər amma elə ki, işlər həll oldu: «Həqiqətən, Allah vəd verdi sizə haqq vədəsi və mən də sizə vəd verdim və sizə qarşı xilaf çıxdım. Və olmadı mənim üçün sizin üzərinizdə sultanlıq, ancaq ki, sizi dəvət etdim və siz də mənə cavab verdiniz. Məni məlamət etməyin, öz nəfsinizi məlamət edin. Mən sizə kömək etmirəm və siz də mənə kömək edən deyilsiniz. Həqiqətən, mən kafirəm nə ilə ki, şərik etmişdiniz məni bundan qabaq». Həqiqətən, zalimlər üçün ələmli əzab var! (23).Və daxil ediləcəklər o kəslər ki, inanırlar və əməlləri islahatdır, Rəblərinin iznilə həmişəlik qalacaqları cənnətlərə – cari olur altından onun nəhrlər. Təhiyyətləri orada: «Salam!» – olacaq! (24).Ə, görmədinmi Allah necə məsəl vurur pak kəlməni pak ağac kimi? Əsli onun sabitdir və budaqları səmada!




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə