«f a t I h ə» s u r ə s I (1)


«İbrahim» surəsi (14) 25 -33 -cü ayətlər



Yüklə 2,11 Mb.
səhifə29/78
tarix20.10.2017
ölçüsü2,11 Mb.
#5570
1   ...   25   26   27   28   29   30   31   32   ...   78

«İbrahim» surəsi (14) 25 -33 -cü ayətlər

(25).O verər meyvəsini öz Rəbbinin iznilə hər vaxt. Və Allah məsəllər vurur insanlar üçün, ola ki, onlar zikr edələr! (26).Və məsəli xəbis kəlmənin xəbis ağac kimidir ki, ərzdən qoparılıb, onun üçün qərargah yoxdur. (27).Sabit edər Allah o kəsləri ki, inanırlar, dünya həyatında və axirətdə sabit sözlə və Allah tərk edər zalimləri zəlalətdə və fəaliyyət edər Allah nə istəsə! (28).Ə, görmədinmi o kəsləri ki, Allahın nemətini küfrə dəyişdilər və öz qoumlarını həlak yurdunda yerləşdirdilər – (29) cəhənnəmdə – vasil olacaqlar ona? Və pis qərargahdır! (30).Etdilər Allah üçün tay, Onun yolundan zəlalətə salmaq üçün. De: «Mətahlanın, həqiqətən, sizin yolunuz oda tərəfdir!» (31).De bəndələrimdən o kəslərə ki, iman gətiriblər, ayağa qalxsınlar islahata və infaq etsinlər nədən ki, ruziləndirmişik onları sirli və elanlı ondan qabaq ki, bir gün gələr, onda nə bey və nə də dostluq var. (32).Allah – Odur ki, xəlq etdi səmaları və ərzi və nazil etdi səmadan su və xaric etdi onunla səmaratlardan ruzi sizin üçün və ram etdi sizin üçün gəmini cari olması üçün dəryada Onun əmri ilə və ram etdi sizin üçün nəhrləri. (33).Və ram etdi sizin üçün şəmsi və qəməri ki, sizin xidmətinizdədir və ram etdi sizin üçün gecəni və gündüzü.



«İbrahim» surəsi (14) 34 -42 -ci ayətlər

(34).Və əta etdi sizə küllisindən ki, istədiniz Ondan. Əgər sayasınız nemətlərini Allahın, hesablaya bilməzsiniz onu. Həqiqətən, insan zalimdir, küfr edəndir! (35).Və onda İbrahim dedi: «Rəbbim! Et bu şəhəri əmin. Məni və mənim oğullarımı bütlərin ibadətindən uzaq et. (36).Rəbbim! Həqiqətən, onlar zəlalətə saldılar insanlardan əksəriyyətini. Və kim mənə tabe oldu, o, məndəndir və kim mənə asi oldu, həqiqətən, Sən Ğəfursan, Rəhimsən! (37).Rəbbimiz! Mən sakin etdim zürriyyətimdən əkinsiz vadidə – Sənin hörmətli evinin yanında. Rəbbimiz! Ondan ötrü ki, qalxalar islahata. Elə et ki, insanların könülləri onlara tərəf meyl etsin və ruzi ver onlara səmaratlardan, ola ki, şükr etsinlər! (38).Rəbbimiz! Həqiqətən, Sən bilirsən nə ki, məxfi edək və nə ki, elan edək. Və məxfi deyil Allaha bir şey ərzdə və səmada! (39).Həmd Allah üçündür – Odur ki, bəxş etdi mənə böyük vaxtımda İsmaili və İshaqı! Həqiqətən, Rəbbim duaları eşidəndir! (40).Rəbbim! Et məni islahat üçün ayağa qalxan və zürriyyətimdən. Rəbbimiz! Duamı qəbul et! (41).Rəbbimiz! Bağışla məni və mənim valideynlərimi və inananları o gün ki, qalxacaqlar hesab verməyə!» (42).Və hesab etmə Allahı zalimlərin əməlindən qafil. O təxirə salar onları o günə kimi ki, onda gözlər yerindən çıxar.



«İbrahim» surəsi (14) 43 -52 -ci ayətlər

(43).Çalışarlar tələsərək başlarını yuxarı tutmuş halda, gözləri açıq qalıb və könülləri havadır. (44).Və nəzərinə çatdır insanların o günü ki, onlara əzab gələr və deyərlər o kəslər ki, zalimdirlər: «Rəbbimiz! Təxirə sal bizi yaxın əcələ qədər, cavab verək Sənin dəvətinə və tabe olaq rəsullara!» Ə, məgər siz and içən olmadınız bundan qabaq ki, yoxdur sizin üçün zaval? (45).Və siz sakin oldunuz o kəslərin məskənində ki, öz nəfslərinə zülm etdilər və bəyan oldu sizin üçün, necə Biz fəaliyyət etdik onlarla və sizin üçün məsəl vurduq. (46).Məkr etdilər öz məkrləri ilə və Allah yanındadır onların məkrləri və əgər onların məkrlərindən dağlar hərəkətə gələn olsaydı belə. (47).Hesab etmə Allahı Öz rəsullarına verdiyi vədəsinə xilaf çıxan. Həqiqətən, Allah Əzizdir, intiqam sahibidir! (48).O gün ərz qeyri ərzlə əvəz olunacaq və səmalar da. Vahid və Qəhhar Allahın qarşısında dayanacaqlar! (49).Və görərsən o gün cərimə olunmuşları zəncirdə bağlanmış. (50).Libasları qətrandandır və üzlərini od bürüyər. (51).Ondan ötrü ki, Allah cəza versin külli nəfsə kəsb etdiyinə görə. Həqiqətən, Allah sürətlidir hesaba! (52).Bu, insanlar üçün təbliğdir. Qoy nəzərlərinə çatdırsınlar onların onunla və qoy bilsinlər ki, həqiqətən, O Vahid İlahidir və qoy ağıl sahibləri zikr etsinlər!


«Daşlı sahə» surəsi (15)


14 –cü cüz

(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif, Lam, Ra! Bunlar kitabın ayətləri və aşkar Qur’andır. (2).Ola ki, o kəslər ki, kafirdirlər, istərdilər olsunlar təslim olanlar! (3).Tərk et onları, qoy onlar yesinlər və mətahlansınlar və məşğul etsin onları əməlləri. Sonra biləcəklər! (4).Və Biz həlak etdik kəndləri, ancaq ona məlum yazıda. (5).Yoxdur ümmətdən ki, öz əcəlini qabağa çəkə və təxirə sala. (6).Və dedilər: «Ay o kəs ki, nazil olub üzərinə zikr, həqiqətən, sən məcnunsan! (7).Məgər gəlməli deyildinmi bizə mələklərlə, əgər sən sadiqlərdənsən?» (8).Biz nazil edirik mələkləri ancaq haqq ilə və onlar olmazlar onda nəzərə alınanlardan. (9).Həqiqətən, Biz endirmişik zikri və həqiqətən, Biz onun üçün mühafizik. (10).Və göndərdik səndən qabaq əvvəlki şiələrdə. (11).Və gəldi onlara hər hansı rəsuldan, ancaq oldular onunla istehza edənlər. (12).Belə yerləşdiririk onu cərimə olunmuşların qəlbində. (13).İnanmırlar onun ilə və əlbəttə, keçib getdilər bu qanunla əvvəlkilər. (14).Əgər Biz səmadan onlara qapı açaq və oradan qalxalar, (15) onda deyərdilər: «Baxışlarımız məst olub. Bəli, biz sehrlənmiş qoumuq.


«Daşlı sahə» surəsi (15) 16 -31 -ci ayətlər

(16).Və Biz etdik səmada bürclər və zinətləndirdik onu nəzər salanlar üçün. (17).Və hifz etdik onu müraciət etmiş külli şeytandan. (18).Ancaq kim oğruncasına qulaq asarsa, təqib edər onu aşkar od şöləsi. (19).Və ərzi genişləndirdik və atdıq onda möhkəm dayaqlar və bitirdik onda külli şeydən vəznə görə. (20).Və etdik sizin üçün orada məişət və o kəs üçün ki, siz ona ruzi verən deyilsiniz. (21).Və o şeydən ki, ancaq Bizim yanımızdadır onun xəzinələri və nazil edirik onu ancaq məlum miqdarla. (22).Və göndərdik küləkləri məhsul yetişdirən və nazil etdik səmadan su və suvardıq sizi onunla və siz onun xəzınədarı deyilsiniz. (23).Və həqiqətən, Biz dirildirik və öldürürük və Biz varislərik. (24).Əlbəttə, Biz bilirik sizlərdən təqdim olunanları və əlbəttə, bilirik təxirə salınanları. (25).Həqiqətən, sənin Rəbbin – O toplayacaq onları. Həqiqətən, O Həkimdir, Alimdir! (26).Və xəlq etdik insanı gildən səslənən saxsı qab kimi. (27).Və Canı - xəlq etdik onu qabaqcadan tüstüsüz oddan. (28).Və onda Rəbbin mələklərə dedi: «Həqiqətən, Mən xəlq edəcəm bəşəri gildən, səslənən saxsı qab kimi! (29).Onda ki, Mən onu düzəltdim və ona Ruhumdan üfürdüm, yıxılaraq onun üçün səcdə edin!» (30).Və səcdə etdi mələklər, küllisi onların cəmiyyən, (31) ancaq İblis imtina etdi səcdə edənlərlə olmaqdan.




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə