3)
Dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan
Respublikasından getmək hüququna dair sənədlərini yoxlamaq, həmin sənədlərdə müvafiq
qeydlər etmək və zərurət olduqda bunları müvəqqəti saxlamaq;
Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna
dair etibarlı sənədləri olmayan şəxsləri onlar Dövlət sərhədindən keçmək hüququna dair sənədləri
lazımınca rəsmiləşdirənədək və ya Azərbaycan Respublikası vətəndaşlarının xaricdə olduqları
dövrdə öz sənədlərini itirməsi halları araşdırılanadək və onların şəxsiyyəti müəyyən edilənədək
Dövlət sərhədindən buraxmamaq;
4)
Dövlət sərhədindən keçən şəxslərin yüklərini və başqa əşyalarını müəyyən edilmiş qaydada
müstəqil surətdə və ya gömrük idarələri ilə birlikdə yoxlamaq, zəruri hallarda onları yoxlanış üçün
saxlamaq və ya qanunla müəyyən edilmiş qaydada almaq;
5)
Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması
qadağan edilmiş materialları, əşyaları və sənədləri, habelə qaçaq malı Dövlət sərhədindən
keçirməyə cəhd göstərmiş şəxslərin Azərbaycan Respublikasına və ya Azərbaycan
Respublikasından buraxılması məsələsini yol verilmiş hüquq pozuntusu hallarını və xarakterini
nəzərə almaqla həll etmək;
6)
Dövlət sərhədindən keçən xarici nəqliyyat vasitələrini və Azərbaycan Respublikasına
məxsus nəqliyyat vasitələrini, bu vasitələrlə daşınan yükləri müəyyən edilmiş qaydada yoxlamaq;
zəruri hallarda sərhədçi dəstələri ilə nəqliyyat vasitələrini müşayiət etmək;
7)
xaricə gedən nəqliyyat vasitələrinin Dövlət sərhədinin buraxılış məntəqələrində dayanma
(dayanacaq) yerlərini və müddətini əlaqədar müəssisələr, idarələr və təşkilatlar ilə birlikdə
müəyyən etmək;
8)
Azərbaycan Respublikasının ərazi və daxili sərhədboyu sularında üzərkən və olarkən,
habelə Azərbaycan Respublikasının limanlarında dayanacaq vaxtı hüquq pozuntusuna yol vermiş
xarici gəmilərin heyət üzvlərinin və gəmilərdə olan digər şəxslərin sahilə çıxmasına və sahildə
olmasına yol verməmək;
9)
Azərbaycan Respublikasının beynəlxalq və dövlətlərarası müqavilələrinə müvafiq surətdə
aparılan tikintilərdə, ümumdövlət və müdafiə əhəmiyyətli tikintilərdə görülən işlər, təbii fəlakətlər,
xüsusilə təhlükəli yoluxucu xəstəliklər ilə əlaqədar tədbirlər istisna edilməklə, sərhədboyu zolaqda
müxtəlif işlərin görülməsini şəraitin tələb etdiyi hallarda məhdudlaşdırmaq;
10) Azərbaycan Respublikası ərazisinə basqınların dəf edilməsi, Dövlət sərhədində müxtəlif
fitnələrin qarşısının alınması, Dövlət sərhədini pozanların axtarılması və tutulması
zamanı, habelə şəraitin tələb etdiyi digər zəruri hallarda mülkiyyət formasından asılı olmayaraq
müəssisə, idarə və təşkilatların elektrik, rabitə və nəqliyyat vasitələrindən (xarici dövlətlərin
diplomatik və digər nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus vasitələrdən başqa), o
cümlədən ictimai birliklərə və vətəndaşlara məxsus nəqliyyat vasitələrindən istifadə etmək;
11)
vətəndaşlardan və vəzifəli şəxslərdən ictimai qaydalara əməl olunmasını tələb etmək;
onların vəzifələrinin icrasına mane olan hüquq pozuntularının və digər hərəkətlərin qarşısını
almaq;
12)
sərhədyanı rayonların ərazisində dövlət sərhədini pozanların axtarılması və tutulması,
respublika ərazisində isə onların təqib olunması ilə əlaqədar tədbirlər görərkən mülkiyyət
formasından asılı olmayaraq (diplomatik toxunulmazlığa malik olanlardan başqa) müəssisə, idarə
və təşkilatların yerləşdiyi əraziyə və binaya qanunvericiliklə müəyyən edilmiş qaydada daxil
olmaq;
[7]
13)
sərhədyanı rayonların ərazisində dövlət sərhədini pozanların axtarılması və tutulması ilə
əlaqədar tədbirlərin görülməsi məqsədi ilə küçələrdə və yaşayış məntəqəsindən kənardakı yollarda
nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti dayandırmaq və ya məhdudlaşdırmaq;
14)
xidməti vəzifələrin icrası üçün zəruri məlumatı mülkiyyət formasından asılı olmayaraq
(diplomatik toxunulmazlığa malik olanlardan başqa) müəssisə, idarə və təşkilatlardan əvəzsiz
almaq (bu cür məlumatın əldə olunmasının qanunla müəyyən edilmiş digər qaydaları mövcud
olan hallardan başqa);
15)
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində fərqlənmiş vətəndaşları
mükafatlandırmaq;
16)
Azərbaycan Respublikasının qanunlarına, dövlətlərarası müqavilələrinə, habelə hamılıqla
qəbul olunmuş beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə Dövlət sərhədinin
qorunması sahəsində başqa tədbirləri həyata keçirmək.
M a d d ə 6. Sərhəd qoşunlarının hüquq və vəzifələrinin həyata keçirilməsi
Sərhəd qoşunlarının hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir.
[8]
M a d d ə 7. Sərhəd qoşunlarının fəaliyyəti və vətəndaşların hüquqları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallardan və qaydalardan
başqa, vətəndaşların hüquq və azadlıqlarının sərhəd qoşunları tərəfindən məhdudlaşdırılmasına
yol verilmir.
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının
vətəndaşları hüquq və azadlıqlarının məhdudlaşdırılması barədə sərhəd qoşunlarından məlumat
tələb etmək hüququna malikdirlər.
Vətəndaşların hüquq və azadlıqları pozulduqda sərhəd qoşunlarının hərəkətlərindən qanunla
müəyyən edilmiş qaydada şikayət edilə bilər.
M a d d ə 8. Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar inzibati xətalar barədə işlər üzrə
icraat
Sərhəd qoşunlarının orqanları (vəzifəli şəxsləri) Azərbaycan Respublikasının inzibati
qanunvericiliyi ilə nəzərdə tutulmuş səlahiyyətlər həddində Dövlət sərhəd rejiminə, sərhədboyu
rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə qəsd
edən inzibati xətalar barədə işlər üzrə icraatı həyata keçirir.
[9]
M a d d ə 9. Sərhəd qoşunlarının xarici dövlətlərin sərhəd mühafizə orqanları ilə
əməkdaşlığı
Sərhəd qoşunları xarici dövlətlərin sərhəd mühafizə orqanları və digər orqanları ilə Dövlət
sərhədinin mühafizəsi məsələləri üzrə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə
müəyyən edilən qaydada ikitərəfli münasibətlər əsasında əməkdaşlıq edir.
Sərhəd qoşunları Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə müvafiq olaraq
yaradılan sərhəd mühafizəsi üzrə çoxtərəfli əlaqələndirmə orqanlarının fəaliyyətində iştirak edir.
M a d d ə 10. Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən sərhəd qoşunlarına
kömək göstərilməsi
Dövlət orqanları və onların vəzifəli şəxsləri öz səlahiyyətləri daxilində: