F ə s I l Ümumi MÜDDƏalar



Yüklə 228,82 Kb.

səhifə1/7
tarix14.02.2018
ölçüsü228,82 Kb.
  1   2   3   4   5   6   7


Sərhəd qoşunları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

 

 



I f ə s i l

 

ÜMUMİ MÜDDƏALAR

 

M a d d ə  1. Azərbaycan Respublikasının sərhəd qoşunları



 

Azərbaycan  Respublikasının  sərhəd  qoşunları  (bundan  sonra-sərhəd  qoşunları)  Azərbaycan 

Respublikasının  Dövlət  sərhədinin  (bundan  sonra—Dövlət  sərhədi)  mühafizəsini  və 

toxunulmazlığını təmin edir.

 

M a d d ə  2. Sərhəd qoşunları haqqında qanunvericilik



 

Sərhəd qoşunları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu 

Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

[1]

 

Sərhəd qoşunları öz fəaliyyətində Azərbaycan Respublikası ümumqoşun nizamnamələrini əsas 



tutur.  Bu  zaman  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  ümumqoşun  nizamnamələrinin 

qarnizon  xidməti  üzrə  müddəaları  və  sərhəd  qoşunlarının  təyinatı  ilə  əlaqədar  olmayan  digər 

müddəaları tətbiq edilmir (hərbi peşə təhsili məktəblərindən başqa).

 

M a d d ə  3. Sərhəd qoşunlarının fəaliyyətinin əsas prinsipləri



 

Sərhəd  qoşunlarının  fəaliyyəti  qanunçuluq,  aşkarlıq,  insan  hüquqları  və  azadlıqlarına  riayət 

edilməsi,  dövlət  orqanları,  ictimai  birliklər,  əmək  kollektivləri  və  əhali  ilə  qarşılıqlı  əlaqə,  Silahlı 

Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında həyata keçirilir.

 

M a d d ə  4. Sərhəd qoşunlarının vəzifələri



 

Sərhəd qoşunları:

 

1) Dövlət sərhədini qanunla müəyyənləşdirilmiş qaydada mühafizə edir;



 

2)

     



Dövlət sərhədini qanunsuz olaraq dəyişdirmək üçün göstərilən hər cür, cəhdlərin qarşısını 

alır;


 

3)

     



Azərbaycan  Respublikasının  dövlət  sərhədində  real  və  potensial  təhdidləri  dəf  edir, 

sərhədboyu zonada əhalini, mülkiyyəti bu cür əməllərdən qoruyur, onların qarşısını alır; 

[2]

 

4) şəxslərin və nəqliyyat vasitələrinin qanunsuz üsullarla Dövlət sərhədini keçməsinin qarşısını 



alır və buna yol vermir;

 

5) lazımi qaydada rəsmiləşdirilmiş sənədlər olduqda şəxsləri, nəqliyyat vasitələrini, yükləri və 



başqa əmlakı müəyyən olunmuş məntəqələrdə Dövlət sərhədindən buraxır;

 

6) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, 



zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş 

sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna 

bilən  materialların  və  avadanlıqların,  eləcə  də  qanunvericiliklə nəzərdə  tutulmuş  digər  əşyaların, 

habelə  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  buraxılış  məntəqələrindən  kənarda 

əmlakın  qanunsuz  olaraq  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  keçirilməsinin 

qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısını alır; 

[3]

 



7) əz  səlahiyyəti  həddində  qanunla  müəyyən  edilmiş  Dövlət  sərhəd  rejiminə,  sərhədboyu 

rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə əməl 

olunmasını təmin edir

[4]


 

8)  Azərbaycan  Respublikasının  Dövlət  sərhədinin  mühafizəsi  ilə  əlaqədar  səlahiyyətləri 

daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirir, qanunvericiliklə 

müəyyən edilmiş qaydada və hallarda cinayət işləri üzrə təhqiqat aparır, inzibati xətalar haqqında 

işlər üzrə icraatı həyata keçirir; 

[5]


 

9) Azərbaycan  Respublikasının  ərazi  və  daxili  sərhədboyu  sularında  üzərkən  və  ya  olarkən 

hərbi  və  qeyri-hərbi  gəmilərin  müəyyən  edilmiş  rejimə  əməl  etməsi  üzərində  nəzarəti  həyata 

keçirir;


 

10)   xidmət rayonlarında Azərbaycan Respublikasının xüsusi vəkil edilmiş dövlət orqanlarına 

təbii  ehtiyatların  qorunması,  ov  qaydalarına  əməl  edilməsi  üzərində  nəzarət  və  təbii  mühiti 

çirklənməkdən mühafizə işində lazımi kömək göstərir.

 

Yuxarıda göstərilənlərdən başqa sərhəd qoşunları:



 

1)

    



hava  hücumundan  müdafiə  və  hərbi  dəniz  qüvvələri,  Dövlət  sərhədində  xüsusi  nəzarəti 

həyata  keçirən  dövlət  orqanları  tərəfindən  Dövlət  sərhədinin  mühafizəsi  ilə  əlaqədar  vəzifələrin 

yerinə yetirilməsinə kömək göstərir;

 

2)



    

Dövlət  sərhədinin  mühafizə  olunmasında  dövlət  orqanları,  müəssisələri,  idarələri  və 

təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərir və onların fəaliyyətini əlaqələndirir;

 

3)



    

Azərbaycan  Respublikasının  təhlükəsizliyini  təmin  edən  digər  qüvvələr  tərəfindən  Dövlət 

sərhədinin  mühafizəsi,  Dövlət  sərhədində  şəxsiyyətin,  cəmiyyətin  və  dövlətin  həyati  əhəmiyyət 

kəsb edən mühüm mənafelərinin xarici və daxili təhlükələrdən qorunması ilə əlaqədar vəzifələrin 

yerinə yetirilməsinə kömək göstərir.

 

Dövlət  sərhədinə,  sərhəd  çaylarına,  göllərinə,  digər  sututarlara,  dəniz  sahilinə  və  ya  Dövlət 



sərhədinin  buraxılış  məntəqəsinə  bitişik  rayonlarda  və  şəhərlərdə  fövqəladə  vəziyyətin  hüquqi 

rejimi  tətbiq  edildikdə  sərhəd  qoşunlarına  müstəsna  olaraq  Dövlət  sərhədinin  mühafizəsi 

sahəsində qanunla müəyyən edilmiş qaydada digər vəzifələr həvalə edilə bilər.

 

Azərbaycan  Respublikasının  müdafiəsi  sahəsində  sərhəd  qoşunlarının  silahlı  döyüş 



vasitələrinin  tətbiqi  ilə  əlaqədar  vəzifələri  onların  xüsusi  hazırlığına,  silah  və  hərbi  texnika  ilə 

təminatına,  təşkilat-ştat  strukturuna  uyğun  olaraq  Azərbaycan  Respublikasının  hərbi  doktrinası 

əsasında Azərbaycan Respublikasının Ali baş komandanı tərəfindən müəyyən edilir.

 

Sərhəd qoşunlarının onların təyinatı ilə əlaqədar olmayan vəzifələrin yerinə yetirilməsinə cəlb 



edilməsinə  yalnız  qanunda  nəzərdə  tutulmuş  hallarda  yol  verilir  və  onlardan  hər  hansı  başqa 

məqsədlə istifadə olunması qadağandır. Zəruri hallarda sərhəd qoşunları Azərbaycan Respublikası 

Ali baş komandanının əmri ilə Azərbaycan Respublikasının müdafiəsi işinə cəlb oluna bilər.

 

M a d d ə  5. Sərhəd qoşunlarının hüquqları



 

Dövlət  sərhədinin  mühafizəsini  həyata  keçirərkən  sərhəd  qoşunları  aşağıdakı  hüquqlara 

malikdir:

 

1)



    

xidməti  vəzifələri  icra  edərkən  sərhədyanı  rayonların  ərazisində  maneəsiz  hərəkət  etmək, 

sənədləri, nəqliyyat vasitələrini, onlarda daşınan yükləri və digər əmlakı yoxlamaq;

 

2)



    

Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  mühafizəsi  ilə  əlaqədar  səlahiyyətləri 

daxilində  əməliyyat-axtarış,  kəşfiyyat  və  əks-kəşfiyyat  tədbirləri  planlaşdırmaq,  həyata  keçirmək 

və bununla bağlı məsələləri həll etmək;

[6]

 



: media -> legal%20module -> natfr
natfr -> Noyabr tarixli 928 saylı qərarı ilə təsdiq edilmişdir
natfr -> Microsoft Word Aile Mecellesi doc
natfr -> Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası
natfr -> Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında
natfr -> I f ə s I l ümumi MÜDDƏalar
natfr -> "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
natfr -> Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
natfr -> Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə