F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23397
1   ...   11   12   13   14   15   16   17   18   19

 

62 


 

 



 

63 


 

Qovlarsarı  tədris-təcrübə  təsərrüfatında  basma  toxumları  20. 

V  ayda  (60  x  10  x  1  sxemi  ilə)  səpilmiş  (20  kq/ha  hesabı  ilə) 

yüksək aqrotexniki qaydada beçərilmişdir. 

Basma bitkiləri vegetasiya müddətində 2 dəfə (2. VIII ayda və 

15.  X  ayda  biçilib  yaş  kütlə  və  quru  yarpaq  məhsuldarlığı  təyin 

olunmuşdur. Bu təsərrüfat şəraitində basma bitkisi  I  biçin zamanı 

109,3  s/ha  yaş kütlə,  15,4 s  /ha quru  yarpaq,  II   biçin zamanı isə 

149,1 s/ha yaş kütlə, 21,1 s/ha quru yarpaq məhsulu vermişdir. İki 

biçində  çəmi  yaş  kütlə  məhsuldarlığı  258,4  s/ha,  quru  yarpaq 

məhsuldarlığı isə 36,5 s/ha olmuşdur.  

Cədvəldən  görünür  ki,  münasib  vaxtlarda  biçin  aparılarkən 

basma  bitkisinin  quru  yarpaq  məhsuldarlığı  Qovlarsarı  tədris-

təçrübə  təsərrüfatında  Kürdəmir  rayonuna  nisbətən  8,8  s/ha  artıq 

olmuşdur.  Basma    bitkisi  Kürdəmir  rayonu  şəraitində  yaş 

kütləsinin  12,8  %-i    qədər  quru  yarpaq    çıxımı  verir.  Qovlarsarı 

tədris-təcrübə      təsərrüfatında  isə  basma  bitkisi  14,1  %  -i  qədər 

quru yarpaq vermişdir. 

Apardığımız  tədqiqatlardan  belə  nəticəyə  gəldik  ki,  basma 

bitkisinin yüksək keyfiyyətli yarpaq məhsulu almaq üçün Gəncə - 

Qazax bölgəsində becərilməsi daha faydalı və məqsədəuyğundur. 

 

 




 

64 


 

VI FƏSİL. BASMA BİТKİSİ BECƏRİLMƏSİNİN İQТİSADİ 

SƏMƏRƏLİLİYİ 

Böyük  iqtisadi  əhəmiyyətə  malik  olan  basma  bitkisinin 

respublikamızda  becərilməsi  bir  tərəfdən  respublikanı  bu  məhsulun 

xaricdən idxal edilməsindən azad edər, digər  tərəfdən isə bu  bitkini 

becərən  təsərrüfatların  iqtisadi  göstəricilərinin  möhkəmlənməsinə 

səbəb  ola  bilər.  Basma  tozunun  xaricdən  alınması  respublika  üçün 

çox baha başa gəlir. Ona görə də bu bitkinin respublikamızın Gəncə - 

Qazax  və  Şirvan  bölgələrində  becərilməsinin  nə  dərəcədə  səmərəli 

olmasını apardığımız tədqiqatlarda nəzərdən keçirmişik. Məlum olub 

ki,  becərildiyi  torpaq  -  iqlim  şəraitindən  və  becərilmə  üsullarından 

asılı  olaraq  bitkinin  hər  hektardan  məhsuldarlığı  və  buna  uyğun 

olaraq iqtisadi səmərəsi də müxtəlif olur. 

Biçin  vaxtının  dəyişdirilməsi  basma  bitkisinin  yarpaq 

məhsuldarlığına  təsir  göstərir.  Ona  görə  də  bu  bitkinin  iqtisadi 

səmərəsini  hesablayan  zaman  bölgələr  üzrə  daha  çox  yarpaq 

məhsulunun  əldə  olunduğu  biçin  vaxtlarının  məhsuldarlığı  (Şirvan 

bölgəsində  I biçinin 20. VIII,  II biçinin 25. X  ayda, Gəncə - Qazax 

bölgəsində  isə  I  biçinin  02.  VIII,  II  biçinin  isə  15.  X  ayda 

aparılmasından  alınan  məhsuldarlıq)  iqtisadi  cəhətdən  təhlil 

edilmişdir. 

Şirvan  bölgəsində  basma  bitkisinin  bir  hektarından  variantlar 

üzrə  orta  hesabla  43403  –  64609  manat  (AZN),  Gəncə  -  Qazax 

bölgəsində isə müvafiq olaraq 57872 - 85957 manat xalis gəlir əldə 

olunmuşdur  (2005  -  ci  il  qiymətləri  ilə).  Bir  sentner  basma  məh-

sulunun maya dəyəri Şirvanda 1004,4 - 1134 manata, Gəncə - Qazax 

bölgəsində  isə  orta  hesabla  972  -  1085,4  manata  başa  gəlmişdir 

(cədvəl 6. 1). 

Hər  bölgə  üçün  optimal  vaxtlarda  biçin  aparılan  zaman  ən 

yüksək iqtisadi səmərə hər iki bölgədə 60 x 10 x 1 sxemi ilə səpilmiş 

basma  bitkisindən  alınmışdır.  Şirvanda  bu  sxemlə  səpilmiş  basma 

bitkisinin  bir  hektarından  alınan  ümumi  məhsulun  qiyməti  93636 

manat, Gəncə - Qazax bölgəsində isə 122796 manata bərabər olmuş- 




 

65 


 

 

 




 

66 


 

-  dur.  Buradan  aydın  olur  ki,  daha  çox  yarpaq  məhsulu  əldə  etmək 

üçün basma bitkisinin 60 x 10 x 1 sxemi ilə əkilməsi istehsalat üçün 

daha səmərəlidir. 

Apardığımız  tədqiqatlardan  məlum  oldu  ki,  optimal  biçin 

vaxtında  və  səpin  sxemində  basma  bitkisindən  alınmış  məhsul 

vahidinin  maya  dəyəri  Gəncə  -  Qazax  bölgəsində  Şirvan  bölgəsinə 

nisbətən 32,4 manat ucuz başa gəlmişdir (33). 

Müxtəlif  bölgələrdə  becərilən  basma  bitkisinin  iqtisadi 

səmərəliliyinin hesablanmasından  belə nəticəyə  gəldik ki,  hər bölgə 

üçün optimal vaxtlarda biçin aparılarsa,  yarpaq məhsulu əldə etmək 

üçün  basma  bitkisinin  Gəncə-Qazax  bölgəsində  becərilməsi  Şirvan 

bölgəsində becərilməsinə nisbətən daha səmərəli və  rentabellidir. 

 



 

67 


 

NƏТİCƏLƏR 

Gəncə - Qazax və Şirvan  bölgələrində basma bitkisinin  becəril-

məsinin aqrotexniki xüsusiyyətlərinə dair apardığımız çoxillik elmi - 

tədqiqat işlərini araşdıraraq aşağıdakı nəticələrə gəlmək olar. 

1.  Basma  toxumlarının  laboratoriya  cüçərmə  enerjisi  və  qabili-

yyəti Gəncə - Qazax bölgəsində Şirvan bölgəsinə nisbətən 0,7 -1,4 % 

yüksək olur. 

2.  Basma  bitkisinin  I  yarusundan  yığılmış  toxumların  laborat-

oriyada  çüçərmə  enerjisi  və  qabiliyyəti  yuxarı  yaruslardan  yığılan 

toxumlara nisbətən yüksək olur. 

3.  Açıq  sahədən  Şirvan  bölgəsində  toplanmış  basma  toxumları 

iki il saxlandıqda çücərmə enerjisi və cücərmə qabiliyyəti 4,8 - 6,1 % 

azalır. Gəncə  - Qazax bölgəsində isə 5, 0 - 5,5 % azalma müşahidə 

edilmişdir. 

4.

 



Basma  toxumlarının  ən  əlverişli  səpin  vaxtı  açıq  sahədə 

Şirvan bölgəsində 20. IV ay, Gəncə - Qazax bölgəsində isə 20. V ay 

hesab edilir. 

5.

 



Basma  toxumlarının  Şirvan  şəraitində  açıq  sahəyə  səpin 

norması 1 p. m-ə 1,6 qr, Gəncə-Qazax bölgəsində isə 1,2 qr.- dır. 

6.

 

Basma toxumlarının açıq tarla şəraitində optimal basdırılma 



dərinliyi Şirvanda 2,0 sm, Gəncə - Qazax bölgəsində isə 2,5 sm - dir. 

7.

 



Hər iki bölgədə basma bitkisi ona verilən qida sahəsi nə qədər 

artıq olursa o qədər də intensiv  böyüyür   və  morfoloji  göstəriciləri 

yüksək  olur.  Lakin  basma  bitkisi  Gəncə  -  Qazax  bölgəsində  Şirvan 

bölgəsinə nisbətən daha yaxşı böyüyüb inkişaf edir. 

10.

 

Hər  iki  bölgədə  basma  bitkisindən    daha  yüksək  yarpaq 



məhsulu  əldə  etmək  üçün  optimal  səpin  sxemi  60  x  10  x  1  sxemi 

hesab olunur. 

11.

 

Vegetasiya  müddətində  basma  bitkisində  iki  biçinin 



aparılması  yarpaq məhsuldarlığının bir dəfə aparılan biçinə nisbətən 

1,5 - 2,5 dəfə yüksəlməsinə səbəb olur. Basma bitkisindən daha yük-

sək  yarpaq  məhsulu  əldə  etmək  üçün  Şirvan  bölgəsində  I  biçin  av-

qustun 20 - də, II biçin oktyabrın 25 - də, Gəncə - Qazax bölgəsində 

isə I biçin avqustun 2 - də, II biçin oktyabrın 15 - də aparılmalıdır. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə