F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23397
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

 

39 


 

 



 

40 


 

5. 3. Тoxumların basdırılma dərinliyinin basma 

cücərtilərinin alınmasına təsiri  

Тoxumla  çoxaldılan  bitkilərdə  toxumların  basdırılma 

dərinliyinə xüsusi diqqət yetirilməlidir. Basma kimi xırda toxumlu 

(şək. 5. 1) bitkinin  çoxaldılması zamanı daha diqqətli olmaq tələb 

olunur.  Çünki,  bu  bitkinin  toxumları  dərinə  düşdükdə  cücərib 

torpağın üzünə çıxa bilmir. Dayaz basdırma  zamanı isə toxumlar 

yüngül  olduğundan  suvarma  zamanı  asanlıqla  üzə  çıxaraq  su-

varma suyu ilə yuyulub aparılır və ya sahənin bir yerində toplanır. 

Bu da öz növbəsində seyrək cücərtilərin alınmasına, bəzi hallarda 

isə  təkrar  səpinlərin  aparılmasına  səbəb  olur.  Odur  ki,  hər  bir 

bitkinin toxumlarının optimal basdırılma dərinliyi müəyyən olun-

malıdır. 

2002-2004-cüillərdə  Şirvan 

və  Gəncə  -  Qazax  bölgələrində 

tədqiqat  apararkən  açıq  sahədə 

basma  toxumlarının  basdırılma 

dərinliyinin  1  p.  m  -  dən  alınan 

normal  basma  bitkisinin  miqda-

rına  təsiri  öyrənilmişdir.  Тarla 

şəraitində  toxumların  basdırılma 

dərinliyinin  basma  cüçətilərinin 

alınmasına  təsirini  öyrənmək 

üçün  hər  iki  bölgədə  müxtəlif 

dərinliklər də səpin aparılmışdır.  

Şirvan bölgəsinin torpaqları ağır qranulometrik tərkibə malik 

olduğundan  burada  basma  toxumlarının  basdırılma  dərinliyi  Gə-

ncə - Qazax bölgəsinə nisbətən 0,5 sm az götürülmüşdür.  

Apardığımız tədqiqatlardan məlum olmuşdur ki, Şirvanda ba-

sma  toxumunu  1,5  sm  dərinlikdə  səpməklə  1  p.  m-dən  orta  he-

sabla  22  ədəd,  2,0  sm  dərinlikdə  səpməklə  31  ədəd,  2,5  sm  də-

rinlikdə səpməklə 18 ədəd basma bitkisi alınmışdır.  

Şəkil 5.1.  İsladılmış basma 

 (İ. tinctoria) toxumları 



 

41 


 

 



 

42 


 

Gəncə  -  Qazax  bölgəsində  isə  basma  toxumu  2,0  sm  də-

rinlikdə  səpildikdə  p.  m-dən  orta  hesabla  28  ədəd,  2,5  sm 

dərinlikdə səpildikdə 43 ədəd, 3,0 sm dərinlikdə səpildikdə isə 27 

ədəd normal basma bitkisi əldə olunmuşdur (cədvəl 5. 3). 

Şirvan  bölgəsində  torpağın  şoran  və  ağır  qranulometrik  tər-

kibə  malik  olması  alınmış  basma  cücərtilərinin  çoxunun  məhv 

olmasına səbəb olur.  

Göründüyü  kimi  sahədə  olan  20  günlük  cücərtilərdən  orta 

hesabla 16-20 ədədi tələf olmuşdur. 

Gəncə-Qazax bölgəsində isə 2,0 sm dərinlikdə səpin apardıq-

da p. m-dən alınan 20 günlük çücərtilərdən orta hesabla 17 ədədi, 

2,5  sm  dərinlikdə  səpin  apardıqda  14,1  ədədi,  3,0  sm  dərinlikdə 

səpin apardıqda isə 15,2 ədədi məhv olmuşdur (cədvəl 5. 3). 

Beləliklə, toxumların basdırılma dərinliyinin basma cücərtilə-

rinin alınmasına təsirinin öyrənilməsindən belə nəticəyə gəldik ki, 

basma  toxumlarının  Şirvan  bölgəsində  açıq  tarla  şəraitində  opti-

mal basdırılma dərinliyi 2,0 sm, Gəncə - Qazax bölgəsində isə 2,5 

sm - dir (16). 

 

5. 4. Müxtəlif  torpaq - iqlim şəraitinin basma bitkisinin 



böyümə və inkişafına təsiri 

 

Bitkinin  həyat  qabiliyyətinin  əsas  göstəricilərindən  biri 



onların  böyüməsi  və  inkişafıdır.  Yeni  iqtisadi  bölgələrə  introdu-

ksiya edilmiş bitkilərin böyümə və inkişaf qanunauyğunluqlarının 

öyrənilməsinin böyük əhəmiyəti vardır. 

 Bitkilər  böyümə  və  inkişaflarının  tarixən  formalaşmış  və 

irsən  möhkəmləndirilmiş  qanunauyğunluqlarını  qoruyub  saxlaya 

bilirlər.  Lakin,  onları  yeni  becərmə  şəraitinə  gətirdikdə  öz  həyat 

funksiyalarını  az  və  ya  çox  dərəcədə  dəyişməli  olur.  Nəzərə 

alınmalıdır  ki,  yeni  becərmə  şəraiti  bitkilərdə  böyümə  və  inkişaf 

xüsusiyyətlərinin qismən dəyişilməsinə və müəyyən morfoloji əla-

mətlərin  meydana  çıxmasına  səbəb  olur.  Basma  bitkisi  də  Azər-




 

43 


 

baycan  şəraitinə  introduksiya  olunduğuna  görə  onun  da  böyümə 

və inkişaf xüsusiyyətlərini dəyişməsi nəzərdə saxlanılmalıdır. 

Bununla  əlaqədar  olaraq  Azərbaycanın  Gəncə  -  Qazax  və 

Şirvan  bölgələri  şəraitində  basma  bitkisinin  böyümə  və  inkişaf 

xüsusiyyətlərini öyrənməyi qarşımıza məqsəd qoymuşuq. 

2001-2004  -  cü  illərdə  apardığımız  tədqiqatlar  zamanı  müx-

təlif torpaq-iqlim şəraitində becərilən basma bitkisinin böyümə di-

namikası  hərtərəfli  tədqiq  edilmişdir.  Bu  məqsədlə  vegeasiyanın 

başlanmasından  sonuna  qədər  hər  ayın  axırında  bitkinin  hündür-

lüyü,  çətirinin  diametri  ölçülmüş 

və  morfoloji  göstəriciləri  qeyd 

edilmişdir.  

Apardığımız  tədqiqatlar  nəti-

cəsində  müəyyən  edilmişdir  ki, 

temperatur  və  qida  sahəsi  basma 

bitkisinin  yerüstü  hissələrinin  bö-

yüməsinə güclü təsir edir. Belə ki, 

Şirvan  bölgəsində  səpin  sxemin-

dən  asılı  olaraq  basma  bitkisinin 

boyu may ayında orta hesabla 6,0 - 

7,5  sm  olursa,  iyulda  bu  göstərici 

22,2  -  35,6,  avqustda  isə  37,3  - 

53,5 sm-ə çatır.  

Basma  çətirinin  diametri  də  bitkinin  boyuna  müvafiq  olaraq 

inkişaf  edir.  Avqust  ayında  səpin  sxemindən  asılı  olaraq  çətirin 

diametri 30,2 - 41, 5 sm olmuşdur. 

Biçilməyib  saxlanılmış  bitkilər  də  isə  səpin  sxemindən  asılı 

olaraq vegetasiyanın sonunda hündürlük orta hesabla 90,2 - 105,3 

sm, çətirin diametri isə 73,5 - 92,5 sm olur (cədvəl 5. 4). 

Göründüyü  kimi  Şirvan  bölgəsində  basma  bitkisinin  hün-

dürlüyünün və çətirinin diametrinin ən intensiv böyüməsi, avqust - 

sentyabr aylarına təsadüf edilir. 

Gəncə - Qazax bölgəsində becərilən basma bitkisinin Şirvan-

da becərilənlərlə müqayisəsi göstərdi ki, bu bölgədə səpinin bir ay  

Şəkil 5. 2   Basma tarlasının 

ümumi görünüşü 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə