32
4 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü, (2005)
Ümumdünya Xərçənglə Mübarizə Günü 2005-ci
ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UİCC)
tərəfindən təsis edilmişdir. Əsas məqsəd dünya
ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək,
onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin
yalnız birlikdə aparıldıqda səmərə verdiyini bir daha
dünya ictimaiyyətinə xatırlatmaqdır. Əsas məqsəd
ayrı-ayrı fərdlərin, təşkilat və hökümətlərin birgə fəaliyyəti ilə 2025-ci ilə qədər
xərçəng və digər qeyri-infeksion xəstəliklər nəticəsində vaxtından əvvəl ölüm
hallarının sayını 25% azaltmağın mümkünlüyünü göstərməkdir. Dünyada xərçəng
xəstəliyindən hər il 7 milyondan çox insan həyatını itirir. Hazırda bu diaqnozla 20
milyon insan yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2030-cu
ildə onkoloji xəstələrin sayı iki dəfə artacaq.
İnternetdə:
www.books.google.com
7 Fevral – Beynəlxalq Təhlükəsiz İnternet Günü, (2004)
Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer
Internet Day) Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə
təsis edilib. Bu əlamətdar hadisə dünyanın 60-dan çox
ölkəsində müxtəlif şüarlar altında (“İnternet və uşaqlar”,
“Qlobal şəbəkədə kibercinayət: qanunsuz kontentlərdən
müdafiə”, “İnternet adi bir oyun vasitəsi deyil, İnternet bizim
həyatımızdır” və s.) qeyd olunur. Tədbirlər qeyri-hökümət
təşkilatı olan INSAFE (European Safer Internet Network –
Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) tərəfindən koordinasiya edilir.
INSAFE – Avropa Komissiyasının iştirakı ilə yaradılan milli təşkilatlar
şəbəkəsidir. Təşkilatın əsas missiyası təhlükəsiz interneti təbliğ etmək, xüsusən də
gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq,
maarifləndirmə işləri aparmaqdır. Ənənəvi olaraq hər il fevral ayının ikinci
həftəsinin çərşənbə axşamı günündə təşkil edilən və bu il “Təhlükəsiz rəqəmsal
texnologiyalar dünyasını birlikdə kəşf edin” şüarı ilə keçirilən müxtəlif səpkili
tədbirlərdə – “Təhlükəsiz internet-mədəniyyət: uşaq və yeniyetmələr üçün pozitiv
və təhlükəsiz İnternet”, “Təhsil və informasiya təhlükəsizliyi”, “Təhlükəsiz
internetin yaradılmasında peşəkar cəmiyyətlərin rolu”, “İnternetdə neqativ
kontentdən texniki müdafiə metodları”, “İnternet məhdud fiziki imkanlı insanlar
üçün”, “İnternet nəsilləri birləşdirir və insanları maarifləndirir” və s. mövzularda
məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilərək təklif və
tövsiyələr verilir.
İnternetdə:
www.books.google.com
33
8 Fevral – Beynəlxalq nənələr və babalar günü, (2008)
Bir çox Avropa ölkələrində "Nənələr və babalar" günü qeyd olunur. Fransada
martın ilk bazar günü, İtaliyada oktyabrın ilk bazar günü, Estoniyada sentyabrın
ikinci bazar günü, Polşada isə ayrıca nənələr günü (21 yanvar) və babalar günü
(22 yanvar) qeyd olunur. 2008-ci ildən 8 fevral günü Beynəlxalq nənələr və babalar
günü kimi qəbul olunub və bu təşəbbüsü həm YUNESKO, həm də Avropa Birliyinin
mədəniyyət üzrə komissiyaları dəstəkləyib. Həmin gün yaşından asılı olmayaraq
nənə və babası olan hər kəs onların ziyarətinə gedir.
Azərbaycanın Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin rəhbəri Nəsrulla
Nurullayev isə bildirib ki, Azərbaycan xalqının mentalitetinə uyğun olaraq yaşlı
insanlara qayğı göstərməyi cavan nəsil hər zaman özünə borc bilir və "Nənələr və
babalar" gününün təsis olunması bunun bir daha sübutu ola bilər. Onun sözlərinə
görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da oktyabrın 1-i Beynəlxalq ahıllar
günü kimi qeyd olunur, lakin nənə və baba olan insanlar üçün ayrıca bir gün qeyd
etmək cavan nəslin onlara qarşı münasibətini daha da yaxşılaşdıracaq.
İnternetdə:
www.books.google.com
34
14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü, (1992)
Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa
Qayıbov olub. O, Birinci Dünya Müharibəsində
almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal
iştirak edib və indiki Belarus ərazisində gedən
döyüşlərdən birində həlak olub. 1992-ci ildən
Azərbaycanda Hərbi Hava Qüvvələri ilə (HHQ ilə)
bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun
strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin
edilib. Bir qədər sonra Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunları
ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri
və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi
fəaliyyətini davam etdirib. Atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda
başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb
aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu
əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini
vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi
Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli
hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib.
Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H. Z. Tağıyev qəsəbəsindəki hərbi
aerodrom modernləşdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuşların
təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki
təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt-
desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb.
Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş
keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində
hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma
kurslarında və təlimlərdə iştirak edirlər.
1992-ci ilin sentyabrında verilən fərmana əsasən 14 fevral – Azərbaycan
Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.
İnternetdə:
www.books.google.com