29
Fevral
Əlamətdar tarixi günlər və bayramlar
2 Fevral – Ümumrespublika Gənclər Günü, (1997)
4 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü, (2005)
7 Fevral – Beynəlxalq Təhlükəsiz İnternet Günü, (2004)
8 Fevral – Beynəlxalq nənələr və babalar günü, (2008)
14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü, (1992)
14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü, (2012)
17 Fevral – Təmənnasız Xeyirxahlıq İfadəsi Günü
21 Fevral – Beynəlxalq Ana Dili Günü, (1999)
27 Fevral – Beynəlxalq Qütb Ayısı Günü
Bu tarixi unutmayaq
26 fevral – Xocalı faciəsi, (1992)
Azərbaycanın tanınmış şəxsiyyətləri
Publisist, coğrafiyaşünas Budaq Budaqovun 90 illiyi, (28.02.1928-01.11.2012)
Yubilyar yazıçı və şairlər
Yazıçı, publisist Şamil Süleymanovun 80 illiyi, (03.02.1938)
Ədəbiyyatşünas Esmira Şükürovanın 60 illiyi, (03.02.1958)
Şair, dramaturq Mərkəz Qacarın 70 illiyi, (05.02.1948)
Yazıçı Cəmşid Əmirovun 100 illiyi, (10.02.1918-29.12.1982)
Şair, publisist Əbülfəz Naxçıvanlının 70 illiyi, (11.02.1948-2014)
Şair, dramaturq İslam Səfərlinin 95 illiyi, (12.02.1923-06.11.1974)
Şair, dramaturq Əliağa Kürçaylının 90 illiyi, (20.02.1928-11.02.1980)
Ədəbiyyatşünas Feyzulla Qasımzadənin 120 illiyi, (22.02.1898-29.03.1976)
Şair, publisist Səyavuş Sərxanlının 75 illiyi, (23.02.1943-2005)
Yazıçı Ənvər Məmmədxanlının 105 illiyi, (29.02.1913-19.12.1990)
Xarici ədəbiyyat
Fransız yazıçısı Jül Vernin 190 illiyi, (08.02.1828-24.03.1905)
İncəsənət
Xalq artisti, bəstəkar Qara Qarayevin 100 illiyi, (05.02.1918-13.05.1982)
Xalq artisti, aktyor Rafiq Əzimovun 80 illiyi, (06.02.1938)
Xalq artisti, xanəndə Arif Babayevin 80 illiyi, (20.02.1938)
Xalq artisti, aktrisa Sofiya Bəsirzadənin 100 illiyi, (28.02.1918-04.01.2000)
30
Milli Qəhrəmanlar Zirvəsi
Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun 30 illliyi,
(07.02.1988-19.06.2010)
Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Əfqan Qaraxan oğlunun 55 illiyi,
(24.02.1963-01.11.1992)
Azərbaycanın Milli Qəhrəmanı Rzayev Canpolad Yaqub oğlunun 50 illiyi,
(26.02.1968-26.02.1992)
31
Əlamətdar tarixi günlər və bayramlar
2 Fevral – Ümumrespublika Gənclər Günü, (1997)
“Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir”.
Ümummilli lider Heydər Əliyev
“Gənclik, əlbəttə, başqa nemətdir,
Unudulmaz böyük səadətdir...”
Hüseyn Cavid
1 fevral 1997-ci ildə Respublika Gənclər
Forumunun ildönümü münasibətilə gənclərin bir
qrupunu qəbul edən Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev “2 fevral – Azərbaycan
Gənclər Gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin vaxtdan
etibarən hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd
olunur. Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata
keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını
uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini
tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni
mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə
sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik
tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin
həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı
üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. İndi ölkəmizdə dövlət
qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc
lider yetişir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gördüyü işlər də diqqəti
xüsusilə cəlb edir.
Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla
gedir. Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq
gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal
tərkib hissəsinə çevrilirlər. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha
və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin
formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha
böyük inamla baxmağa əsas verir.
İnternetdə:
www.books.google.com