F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix23.10.2017
ölçüsü266,78 Kb.
#6395
1   2   3   4   5   6   7   8   9

                                

                                                  

 

20 


 

“Mənim uşaqlıqda ilk dəfə zehnimə yazılanlardan biri təbiətin 

füsünkar  gözəlliyi  olan  meşələrdir.  Məndə  təbiətin  məhəbbəti 

lap uşaq ikən Çomərd babam oyatmışdır. Payızın əvvəlləri idi. 

Babamla  yer şumlayırdıq. Babam kotanın dəstəyindən tutmuş, 

mən  isə  öküzləri  sürmək  üçün  boyunduruğun  üstündə 

oturmuşdum.  Necə  oldusa,  sahənin  başına  çatanda  öküzləri 

döndərməyə  bir  az  gecikdim.  Odur  ki,  kotanı  şumdan  çıxarıb 

sahənin kənarında bitən bir neçə kolu dibindən çıxarıb, yanı üstə 

yıxdı.   Babam mənə bərk acıqlandı. Qanım qaraldı, fikirli-fikirli 

düşündüm, axı burada nə böyük qəbahət olubki, mənim xətrimi 

dünyalar qədər istəyən babam bu qədər əsəbiləşdi və mənə heç 

vaxt demədiyi acı sözlər dedi. Mənim danışmadığımı və fikirli 

olduğumdan öküzləri sürə bilmədiyimi görən babam  həmişəki 

mülayim  və  mehriban  səslə  dedi:  “A  bala,  sahənin  başına 

çatanda  öküzləri  saxla,  bir  az  dincimizi  alaq,  sonra  yenə 

işləyərik”.    Mən  öküzləri  sahənin  başında  saxlayıb,  yerə 

düşdüm.  Babam  da  əlini  kotanın  dəstəyindən  çəkib,  qamətini 

düzəldərək  dedi:  “Vedrəni  götür,  arxamca  gəl!”,  özü  də  beli 

çiyninə  qoyub,  sahənin  baş  tərəfini  divar  kimi  əhatə  etmiş 

kolluğa tərəf getdi.  O, kolların hamısını öz  yerinə basdırdı və 

hər kolun dibinə bir vedrə su tökməyi mənə tapşırdı. Kolları əkib 

qurtardıq,  kotanı  saxladığımız  yerə  qayıdarkən  babam  çox 

kövrək,  mülayim  səslə  dedi:  “Bitkilər  də  insan  kimi  canlıdır, 

onların  insan  həyatındakı,  ümumiyyətlə,  təbiətdəki  rolu 

əvəzsizdir”.  Bütünlüklə  təbiət  haqqında  da  mənə  danışırdı.  O 

vaxtlardan  məndə  təbiətə  oyanan  məhəbbət  illər  ötdükcə 

mənimlə  birgə  böyüdü  və  indiki  səviyyəyə  gəlib  çatdı.  İndi 

təbiəti dərk etdikcə, təbiət elminə müəyyən qədər bələd olduqca, 

hərdən mənə elə gəlir ki, məni anam yox, elə təbiət özü dünyaya 

gətirib”.  



                                

                                                  

 

21 


 

 “Bitkilər  də  insan  kimi  canlıdır,  onların  insan  həyatındakı, 

ümumiyyətlə,  təbiətdəki  rolu  əvəzsizdir”.  Bütünlüklə  təbiət 

haqqında  bilgiləri  babam    mənə  danışdı.  O  vaxtdan  məndə 

təbiətə  oyanan  kiçik  məhəbbət  illər  ötdükcə  mənimlə  birgə 

böyüdü və indiki səviyyəyə gəlib çatdı.” 

“Kənddəki  evimiz  təpənin  ətəyində  idi.  Təpənin  quzey  tərəfi 

sıldırım  olsa  da,  onu  kol-kos  basmış,  qayaların  üstündə  ot 

bitmişdir.  Ayaq  tutmayan,  sivri,  küləyin  təsirindən    şiş  ucları 

hamarlanmış, qayalarda belə meşə ağacları və kol bitkiləri işığa 

tərəf boy atırdı.  

“Mən ədəbiyyatçı və rəssam olmağı arzulayarkən taleyim məni 

başqa  sahəyə-təbiətə,  torpağa  bağladı.  Əlimə  qələm  alarkən 

torpağın  tədqiqindən  başladım.  Torpağın  dərdi  çoxdur.  Onu 

görmək, düşünmək və hiss etmək lazımdır.” 

     Azərbaycan  Milli  Elmlər  Akademiyasının  həqiqi  üzvü, 

Respublikanın Əməkdar elm xadimi, Azərbaycan Respublikası 

Dövlət  mükafatı  laureatı,  kənd  təsərrüfatı  elmləri  doktoru, 

professor  Həsən Əlirza oğlu  Əliyev çox böyük və bir o qədər 

də  yaradıcı    həyat  yolu  keçmişdir.  Həsən  Əliyevin  110-illik 

yubileyi ilə əlaqədar olaraq keçirilən maraqlı tədbirlərdən biri də 

“Çay  kimi  çağlayan  ömür”  adlı  kitab  müzakirəsidir.  Bu 

məqsədlə kitabxanaçı bir neçə məktəblə sıx əməkdaşlıq edir. O 

şagirdləri, xüsusən də, yuxarı sinif şagirdlərini kitabxanaya cəlb 

etməklə akademik H.Əliyevin gördüyü işlər və alimin kitabları 

ilə tanış edir. Kitabxanaya abunə olan şagirdlər akademik  Həsən 

Əliyevin  gördüyü  işlərlə  yaxından  tanış  olurlar.  Daha  sonra 

kitabxanaçı  sözü gedən tədbir üçün müəyyən olunmuş tarixdə 

oxucuları kitabxanaya  dəvət edir.  




                                

                                                  

 

22 


 

Kitabxanaçı    iştirakçıları  və  qonaqları  salamladıqdan  sonra 

akademik  H.Əliyev  haqqında  dəyərli  məlumatlarla  onları 

bilgiləndirir.  

     Akademik    Həsən  Əliyev  həddən  artıq  işgüzar  alim  idi.  O, 

vaxtını  boş  keçirməyi  sevməzdi.  Həsən  müəllim  ya  masa 

arxasında  yazar,  ya  institutda  işləyər,  yaxud  da  məqsəyönlü 

səyahətə çıxardı. Təbiət onun canı və varlığı idi. Təbiətsiz onun 

bir an rahatlığı yox idi. O, hər zaman  getdiyi, gördüyü, duyduğu 

yerlərdən yazar, çöldən topladığı materiallardan şəxsi görüş və 

mühazirələr  zamanı  istifadə  edərdi.

 

Akademik    H.Əliyev 



ömrünün  yarım  əsrdən  çoxunu  respublikada  çoğrafiya, 

torpaqşünaslıq  elmlərinin  inkişafına,  ətraf  mühitin  mühafizəsi 

və  ekologiya  məsələlərinə  həsr  etmişdir.  Onun  monoqrafik 

əsərləri  elmi  içtimaiyyət  tərəfindən  rəğbətlə  qarşılanmışdır.  

Həsən müəllimin elmi məruzəçiləri dünyanın bir çox ölkələrində 

keçirilmiş  mötəbər  yığıncaqlarda  dinlənilmişdir.  H.Əliyev  beş 

qitənin 12 dövlətində keçirilmiş simpoziumlarda, konfranslarda 

iştirak etmişdir. Həsən müəllimin 1940-cı ildə çapdan çıxmış ilk 

kitabına-“Pirssat çayının  aşağı axını torpaqlarının tədqiqatı”na 

Respublika

 

Akademiyasının mükafatı verilmişdir. Onun əsərləri 



elmimizin qızıl fonduna layiqli töfhədir.   

I iştirakçı: Kitabda XX əsr Azərbaycan elminin və içtimai-siyasi 

fikrinin  inkişafında  böyük  xidmətləri  olan  akademik  Həsən 

Əliyevin  həyat  yolu,  çoxşaxəli  elmi  yaradıcılığı  şəhr  edilir. 

Azərbaycanın    nadir  təbiətinin  qorunması  sahəsində  Həsən 

Əliyevin  böyük  vətənpərvərlik  hissi  aşılanmış  elmi-təşkilati 

fəaliyyəti konkret faktlar, müəllifin şahidi və iştirakçısı olduğu 

hadisələr,  tədbirlər  konteksində  işıqlandırılır.  Həyatı  təcrübə 

göstərir  ki,  Azərbaycan  elmi  XX  əsrdə  öz  inkişaf  səviyyəsinə 




Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə