F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix23.10.2017
ölçüsü266,78 Kb.
#6395
1   2   3   4   5   6   7   8   9

                                

                                                  

 



 



                Təbiət  fədaisi, elm təşnəsi - Həsən Əliyev 

     Həsən  Əlirza  oğlu    Əliyev  15  dekabr  1907-ci  ildə 

Yelizavetpol  quberniyası,  Zəngəzur  qəzasının  Comərdli 

kəndində  halal  və  zəhmətkeş  bir  ailədə  anadan  olmuşdur. 

H.Əliyev    böyük  ailənin  ilki    idi.    Onun  uşaqlıq  dövrü  çox 

mürəkkəb və qarışıq illərə təsadüf etmişdir. Zəngəzur qəzası o 

dövrdə  od içində idi. Ermənilərin bu bölgələrimizdə törətdikləri 

cinayətləri  öz  gözləri  ilə  görən  Həsən  müəllim  sonrakı  illərdə 

həmin  günləri  həyatının  ən  acı  anları  adlandırmışdır.  1917-ci 

ildə  Əliyevlər  ailəsi  bir  çox  azərbaycanlılar  kimi  öz  doğma 

yurdlarını  tərk  edərək  Naxçıvana  köçürlər.  10  yaşlı  Həsən 

ehtiyac  üzündən  əmək  fəaliyyətinə  başlayır.  Çünki  bu  illərdə 

bacı-qardaşlar  balaca  idilər.  Hüseyn,  Heydər,  Cəlal  və  Aqil 

eynilə  Surə,  Şəfiqə  və  Rəfiqə  də  kiçik  olduqları  üçün  Həsən 

Əliyev  onların  da  qayğısına  qalmalı  idi.  Bunun  nə  demək 

olduğunu təsəvvür etmək çox çətindir. Hər bir qardaş və bacıya 

yol  göstərmək,  böyüklük  etmək  lazım  idi.  1924-cü  ildə  o, 

təhsilini axşam məktəbində davam etdirmişdir.  Özünü bacarıqlı, 

qabiliyyətli göstərdiyinə görə təhsilini davam etdirmək üçün ona 

Naxçıvan  Kənd  Təsərrüfatı  Texnikumuna  daxil  olmaq  üçün 

zəmanət  verilir.  Texnikumda  oxuyarkən  Gəncə  dairəsi  üzrə 

yaradılmış  “Pambıq  ziyanvericilərinə  qarşı  mübarizə”  

məntəqəsində  təlimatçı  işləmişdir.  1930-cu  ildə  Azərbaycan 

Kənd  Təsərrüfatı 

İnstitunun  (indiki  Kənd  Təsərrüfatı 

Akademiyasının) aqronomluq fakültəsinə qəbul edilir və oranı 

vaxtından əvvəl bitirir.  Təhsildə qeyri-adi qabiliyyət və bacarıq 

göstərdiyinə    görə  1932-ci  ildən  Elmi  Tədqiqat  Pambıqçılıq 

İnstituna aspiranturaya dəvət olunur və oranı 1934-cu ildə başa 

vurur.  Bir  müddət  Ucar  rayonunda  Şirvan  zonası  təcrübə 

stansiyasının direktoru  vəzifəsində işləyir. 1936-cı illərdə SSRİ 



                                

                                                  

 



 



EA-nın Azərbaycan filialı torpaqşünaslıq bölməsinin elmi işçisi 

və elmi katibi vəzifəsində çalışır. Akademik H.Əliyev sonradan 

tədqiqat  institutlarının,  bölmə  və    şöbələrin  təşkilində  xüsusi 

xidmət  göstərir.  Azərbaycan  SSR  Elmlər  Akademiyası 

Torpaqşünaslıq və Aqrokimya İnstitunun elmi işlər üzrə direktor 

müavini  (1944-1949),  eyni  zamanda  Azərbaycan  Dövlət 

Pedaqoji  İnstitutunda  baş  müəllim  (1945-1949),  Azərbaycan 

SSR Elmlər Akademiyası Botanika İnstitunun direktoru (1949-

1952),  Azərbaycan  SSR  Kənd  Təsərrüfatı  Nazirinin  birinci 

müavini  və  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi 

Komitəsinin 

katibi 


(1952), 

Azərbaycan 

SSR 

Elmlər 


Akademiyasının  akademik-katibi  (1952-57),  Azərbaycan  SSR 

Elmlər  Akademiyası  Torpaqşünaslıq  və  Aqrokimya  İnstitunda 

laboratoriya  müdiri  (1957-1967),  Azərbaycan  SSR  Elmlər 

Akademiyası  Coğrafiya  İnstitunun  direktoru  (1968-1993) 

vəzifələrində  işləmişdir.  Əsas  elmi  fəaliyyəti  torpaqşünaslığın 

nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və 

təbii  şəraitin  qorunub  daha  səmərəli  istifadə  olunması 

problemlərini, 

ümumiyyətlə, 

təbiətşünaslığın 

müxtəlif 

sahələrini  əhatə  edir.  Akademik  H.Əliyev  keçmiş  SSRİ-də 

ümumi  əkinçilik  və  təbiəti  mühafizə  sahəsində  görkəmli  alim 

sayılırdı. O, Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və 

coğrafiyasının  tədqiqinə,  Azərbaycanda  Beynəlxalq  Bioloji 

Proqramın  işlənib  hazırlanmasına  böyük  əmək  sərf  etmişdir. 

Təbii  ehtiyatların  tədqiqi,  təbiətdən  istifadənin  elmi  cəhətdən 

əsaslandırılması  və  onların  mühafizəsinin  təşkili  H.Əliyevin 

elmi  və  ictimai  fəaliyyətinin  əsas  istiqamətini  təşkil  etmişdir. 

Azərbaycan  təbiətinin,  torpağının  və  suyunun  mühafızəsi 

sahəsində  onun  xidmətləri  əvəzsizdir.  O,  cəmiyyətin  ekoloji 



                                

                                                  

 



 



maariflənməsinə,  təbiətin  mühafizəsi  haqqında  biliklərin 

təbliğinə böyük əhəmiyyət verirdi. 

      Həsən  Əliyevin  “Həyəcan  təbili”  əsəri  (Bakı,1976,1982) 

təbiətin  və  ətraf  mühitin  qorunması  üçün  insanlara  ağrılı, 

hərarətli müraciət, çağırışdır. Əliyev coğrafiya elmləri üzrə bir 

sıra problem şuralarının sədri və üzvü olmuşdur. Onun yüksək 

ixtisaslı kadrlar hazırlanmasında böyük xidməti var. Azərbaycan 

Respublikası  Təbiəti  Mühafizə  Komitəsinin  yaradıcısı  və 

cəmiyyətinin  sədri  və  Azərbaycan  Coğrafiya  Cəmiyyətinin 

prezidenti (1975-1990), "Azərbaycan təbiəti" məcmuəsinin baş 

redaktoru (1975-ci ildən) idi. Əliyev Yunanıstan (1958), Polşa 

(1960),  ABŞ  (1964,  1977),  Rumıniya  (1966),  İsveçrə  (1966), 

Avstraliya (1968), Kanada (1978), Yaponiya (1980), Almaniya 

(1981)  və  s.  ölkələrdə  keçirilmış  beynəlxalq  konqreslərdə 

məruzələr  etmişdir.  O,  eyni    zamanda

 

Böyük  Vətən 



Müharibəsinin  (1941-1945)  iştirakçısı  olmuşdur.  Bununla 

yanaşı  H.  Əliyev  Azərbaycan  SSR  Ali  Sovetinin  (10-11-ci 

çağırış)  deputatı  olmuşdur.  Vətən  müharibəsi,  Şərəf  nişanı 

ordenləri,  SSRİ  Elmlər  Akademiyasının  N.  İ.  Vavilov  adına 

Qızıl  medalı  ilə  təltif  edilmişdir.  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının Coğrafiya İnstitutu H.Əliyevin adınadır. Dünya 

Universitetinin  elmi  və  mədəniyyət  üzrə  doktoru  (ABŞ), 

İngiltərə  Kraliça  Biblioqraflar  Cəmiyyətinin  həqiqi  üzvü 

olmuşdur.  Azərbaycanın  əməkdar  elm  xadimi  adına, 

Azərbaycan Respublikasının Dövlət mükafatı laureantı, Vavilov 

adına medala layiq görülmüşdür. Böyük insan, akademik Həsən 

Əliyevin ən böyük mükafatı isə xalqın məhəbbətini qazanmaq 

olmuşdur. XX əsrin cəfakeşi Həsən Əlirza oğlu Əliyev 2 fevral 

1993-cü  ildə  Bakıda  vəfat  etmiş,  Fəxri  Xiyabanda  dəfn 

edilmişdir.  



Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə