F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix23.10.2017
ölçüsü266,78 Kb.
#6395
1   2   3   4   5   6   7   8   9

                                

                                                  

 

11 


 

     Qafqazı  dünyanın  zəngin  təbiət  muzeyinə  bənzədirlər.  

Azərbaycan təbiəti isə bu muzeyin ən qiymətli incisidir.110 illik 

yubileyini qeyd edəcəyimiz Həsən Əliyevin də müqəddəs ruhu 

həmin muzeyin həmişəyaşar eksponatıdır.  

     Görkəmli  akademik  Həsən  Əliyevin  yubileyi  ilə  əlaqədar 

olaraq,  “Ömrünü təbiət elmlərinə həsr etmiş görkəmli alim” adlı  

“dəyirmi  masa”  təşkil  etmək  olar.  Dəyirmi  masa  zamanı 

tələbələr  H.Əliyevin  bir  şəxsiyyət  kimi  həyatdakı    və  elm 

aləmindəki rolu, mövqeyindən bəhs edir.  

Kitabxanaçı:  Zəngin  və  rəngarəng  biomüxtəlifliyi  ilə  seçilən 

ölkəmizin füsünkar təbiəti uca yaradanın xalqımıza bəxş etdiyi 

ən böyük ərməğandır.  Nadir meşələri, flora və faunasının növ 

müxtəlifliyi  ilə  seçilən  ölkəmizin  məftunedici  təbiəti  uca 

Yaradanın  xalqımıza  bəxş  etdiyi  ən  böyük  ərməğandır.  Elm 

tariximizə  nəzər  yetirsək  görərik  ki,  respublikamızın  bu 

gözəlliklərini, təbiətin biz insanlara verdiyi faydanı zamanında 

dərk  edən,  gələcək  nəsillərə  ətraf  mühitə  sevgini  aşılayan  elm 

adamları  çox  deyil.  Onların  sırasında  Azərbaycan  elminin 

cəfakeşlərindən  olan,  böyük  təbiət  alimi,  akademik    Həsən 

Əlirza oğlu  Əliyevin xüsusi yeri var. O, Azərbaycan xalqının 

çox hörmətlə yanaşdığı, dərin rəğbət bəslədiyi elm xadimi, sadə, 

zəhmətsevər, yüksək və həssas duyuma malik bir ziyalı idi.  O, 

taleyin sərt rüzigarları ilə üzləşsə də, fitri qabiliyyəti və təhsilə 

olan  sonsuz  marağı  sayəsində  əvvəlcə  kənd  təsərrüfatı 

texnikumunu, sonra isə ali məktəbi vaxtından əvvəl bitirmişdir. 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  həqiqi  üzvü, 

respublikasının  əməkdar elm xadimi, dövlət  mükafatı laueratı, 

kənd 

təsərrüfatı 



elmləri  doktoru,  professor,  ABŞ-ın 

Ümumdünya Universitetinin fəxri elmlər doktoru  Həsən Əliyev  

bu  gün  də  yaddaşlarda  ən  xoş  və  səmimi  hislərlə  xatırlanır. 



                                

                                                  

 

12 


 

Həsən  Əliyev    respublikanı  qarış-qarış  gəzib  dolaşar,  onun 

gözəlliklərini  lentə  köçürər  və  bu  lentləri  Bakıdan  başlamış 

dünyanın əksər ölkələrində keçirilən elmi məclislərdə söylədiyi 

məruzələrində  nümayiş  etdirərdi.  Eyni  zamanda,    dünyanın 

başqa  ölkələrində  səfərdə  olarkən  lentə  aldığı  gözəl  təbiət 

sujetlərini  də  əyani  şəkildə  ali  məktəb  tələbələrinə  və  orta 

məktəb  şagirdləri  qarşısında  çıxış  edərkən  ğöstərərdi.  Onun 

çıxışları  həmişə  maraqla  qarşılanırdı.  O,  bununla  insanlarda 

təbiətə məhəbbət hissi aşılayırdı. Xüsusilə bu işdə alimin elmi-

kütləvi səpkidə yazıb 1982-ci ildə çap etdirdiyi “Həyəcan təbili” 

kitabının ötən əsrin 50-ci illərdən sonra respublikanın təbiətində 

baş  verən  ekoloji  problemlərin  ölkə  içtimayətinin  diqqətinə 

çatdırılması  baxımından  əhəmiyyəti  misilsizdir.  Qeyd  etmək 

lazımdır ki, yüksək ixtisaslı elmi kadrların yetişməsinə də xüsusi 

qayğı və diqqət göstərən Həsən Əliyevin rəhbərliyi ilə alimlik 

dərəcəsi almış neçə-neçə elmlər doktoru, elmlər namizədi var və 

onlar  təbiətin  müxtəlif  sahələrinin  aktual  elmi  problemlərinin 

araşdırılması ilə bu gün də məşğuldurlar. Çox mənalı və şərəfli 

ömür yaşamış alim özündən sonra gələn nəsillərə zəngin elmi irs 

ərməğan  qoyub  getmişdir.  60  ildən  çox  davam  edən  elmi 

yaradıcılıq    fəaliyyətində  800-ə  qədər  elmi  məqalə, 

monoqrafiya,  140-a  qədər  müxtəlif  təyinatlı  xəritələrin,  xeyli 

sayda  elmi-kütləvi  əsərlərin  müəllifi  olması  onu  göstərir  ki, 

akademik  ömrünün  sonuna  kimi  çox  gərgin  və  məhsuldar 

işləmişdir.  Odur  ki,  Azərbaycan  təbiətinin  qorunmasından  və 

təbiət  elminin  inkişafından  söz  düşəndə  adı  həmişə  birincilər 

sırasında çəkilir. Böyük alim və ziyalı, təvazökar  insan Həsən 

Əliyev təbiətşünaslıq sahəsində  ömrünün sonuna qədər tədqiqat 

aparmış,  çoxlu  sayda  əsərin  və  təbiət  abidələrinin  müəllifi 

olmuşdur. O, təbiəti öz həyatından artıq sevirdi. Torpqaşünaslar, 



                                

                                                  

 

13 


 

meşəçilər, 

melioratorlar, 

bioloqlar, 

coğrafiyaşünaslar, 

aqronomlar,  ekoloqlar  onun  elmi  əsərlərindən  bəhrlənirlər. 

Akademik  həyatını  bütünlüklə  təbiətə  bəxş  edən  nadir 

insanlardan idi. Ona görə də təbiətşünas alimlər və mütəxəsislər 

Həsən müəllimi həmişə özlərinin məsləhətçisi bilirdilər.   

I iştirakçı:  Onu Azərbaycandan kənarda da yaxşı tanıyırdılar. 

Əsərləri  rus,  ingilis,  fransız  dillərində  çap  olunaraq  ABŞ-da, 

Almaniyada,  Rusiyada,  Fransada,  Yaponiyada  və  başqa 

ölkələrdə 

yayılmışdır. 

Akademikin 

biogeosenologiya, 

biocoğrafiya,  torpaq  eroziyası  sahələrində  apardığı  elmi-

tədqiqat 

işləri 


xarici 

alimlər 


tərəfindən 

yüksək 


qiymətləndirilmişdir. 

Hələ 


1960-cı 

ildən 


Brüsseldə 

“Azərbaycanın dağlıq rayonlarında torpaq eroziyasının inkişafı 

və  bu  prosesin  qarşısının  alınması”  adlı  monoqrafiyası  çap 

olunmuş,  elm  adamları  onu  yüksək  qiymətləndirmişlər. 

Akademik Coğrafiya insitutuna rəhbərlik etdiyi illərdə torpaq-

ekoloji tədqiqatçılara və meşəçilik elminin inkişafına geniş yer 

verirdi.  Azərbaycanda  40  min  hektardan  artıq  meşə  altından 

çıxmış  torpaqlardan  daha  səmərəli  istifadə  etməyin  yollarını 

müəyyənləşdirmişdir.  Böyük alim ilk dəfə dağ yamaclarında az 

istifadəli  torpaqlarda,  quru  fitomeliorasiya  işlərinin  həyata 

keçirilməsinin elmi təşkilini uzun illər araşdırmış və bu sahədə 

xeyli  tövsiyələr  vermiş,  ömrünün  sonuna  qədər  həmin 

tədqiqatları  davam  etdirmişdir.    Həsən  Əliyev  1949-1952-ci 

illərdə  Azərbaycanda  EA  Botanika  İnstitutuna  rəhbərlik  etdiyi 

zaman  institutun  meşəçilik  labarotoriyası  və  həmin  ətrafda 

Botanika,  Mərdəkan  qəsəbəsində  isə  dendrologiya  bağlarının 

zənginləşdirilməsinə nail olmuşdur. Alim  bütövlükdə dağlıq və 

düzən  ərazilərin  ekocoğrafi  problemlərinin  kifayət  qədər 

öyrənilməsinə  nail  olmuşdur.  Onun  bu  baxımdan  “Böyük 



Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə