F. Köçərli adına Respublika



Yüklə 220,64 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix22.03.2018
ölçüsü220,64 Kb.
#33178
1   2   3   4   5   6   7

10 

 

ixtisaslaşdırılmış  internat  evlərinin  və  bərpa  mərkəzlərinin 



saxlanılması xərcləri dövlət büdcəsindən ayrılan vəsait hesabına 

həyata keçirilmiş və bir sıra təkliflər irəli sürülmüşdür. Bununla 

yanaşı,  Ombudsman  Aparatının  Səhiyyə  Nazirliyi,  Əmək  və 

Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  ilə  əməkdaşlığı  sayəsində 

sərbəst  hərəkət  etmək  imkanı  olmayan  şəxslərin,  xüsusilə  də 

uşaqların əlil arabası ilə təmin olunması, şəkərli diabet və digər 

xəstəlikləri  olan  uşaqlara  pulsuz  tibbi  xidmətin  göstərilməsi, 

pulsuz  diaqnostikanın  keçirilməsi  və  dərmanlarla  təmin 

olunması 

istiqamətində 

xeyli 

işlər 


görülmüşdür.  

Xüsusi  qayğıya  ehtiyacı  olan,  sağlımlıq  imkanları  məhdud 

insanların  digər  problemləri  kimi,  onların  təhsili  də  dövlətin 

daim  diqqətindədir.  Belə  ki,  Azərbaycanda  inklüziv  təhsilin 

həyata keçirilməsi sahəsində müvafiq qanunvericilik bazasının 

yaradılması  təşəbbüsləri  hələ  90-cı  illərin  sonlarından  irəli 

sürülmüşdür.  2001-ci  ildə  isə  “Sağlamlıq  imkanları  məhdud 

şəxslərin  təhsili  (xüsusi  təhsil)  haqqında”  Azərbaycan 

Respublikasının Qanunu qəbul edilmiş, qanunun icrasının təmin 

edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 

tərəfindən  müxtəlif  təyinatlı  9  qərar  qəbul  olunmuş,  eyni 

zamanda  Təhsil  Nazirliyi  tərəfindən  “Xüsusi  qayğıya  ehtiyacı 

olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə 

əlaqədar  proqram  (2005-2009-cu  illər)”  hazırlanmış  və 

Azərbaycan  hökumətinin  2005-ci  il  3  fevral  tarixli  qərarı  ilə 

təsdiq  edilmişdir.  Proqrama  uyğun  olaraq  beynəlxalq 

təşkilatlarla  birgə  həyata  keçirilən  3  inklüziv  təhsil  layihəsi 

ümumilikdə,  30-dək  təhsil  müəssisəsini,  100-dən  artıq 

məktəbəqədər  və  məktəb  yaşlı  xüsusi  qayğıya  ehtiyacı  olan 

uşağı  əhatə  etmişdir.  Bundan  əlavə,  Nərimanov  rayonundakı 

psixonevroloji  uşaq  evi,  Şağandakı  əqli  və  fiziki  cəhətdən 



11 

 

qüsurlu  uşaqlar  üçün  3  saylı  internat  evi,  Saraydakı  7  saylı 



internat  evi,  Buzovnadakı  9  saylı  internat  evi,  Türkan 

qəsəbəsindəki  nitqi  qüsurlu  uşaqlar  üçün  respublika  xüsusi 

internat məktəbi təmir olunmuş və yenidən qurulmuşdur. Ölkə 

başçısının bu istiqamətdə fəaliyyətinin nəticəsi olaraq 2006-cı il 

29  mart  tarixli  sərəncamla  təsdiq  edilmiş  Azərbaycan 

Respublikasında  Dövlət  uşaq  müəssisələrindən  uşaqların 

ailələrə  verilməsi  (De-institusionalizasiya)  və  alternativ  qayğı 

Dövlət  Proqramında  (2006-2015-ci  illər)  sağlamlıq  imkanları 

məhdud uşaqlar üçün internat tipli təlim-tərbiyə müəssisələrinin 

bir  hissəsinin  reabilitasiya  mərkəzlərinə  çevrilməsi,  ailələrə 

verilmiş belə uşaqların təhsilə cəlb olunması, onların səhiyyə və 

reabilitasiya xidmətləri ilə təmin edilməsi və s. məsələlərin həlli 

müvafiq  qurumlar  qarşısında  bir  vəzifə  olaraq  qoyulur.  Qəbul 

olunan Dövlət  proqramlarının həyata keçirilməsində dövlət və 

qeyri-dövlət təşkilatları mühüm rol oynayır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




12 

 

                         Məqsəd xoşməramlı olanda.. 



 

       


 

 

 



 

 

 



Azərbaycan 

Respublikasının  Birinci  vitse-prezidenti

Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO-nun 



xoşməramlı  səfiri  Mehriban xanım Əliyevanın  fəaliyyəti onun 

mənəviyyatı,  dünyagörüşü,  zərif  cinsə  mənsubluğu  və  ana 

olması  ilə  tam  vəhdət  təşkil  edir.  Azərbaycanın  zəngin 

mədəniyyətini  beynəlxalq  miqyasda  təbliğ  edəndə,  maddi  və 

qeyri-maddi irsimizin qorunmasına çalışanda, kimsəsiz uşaqları 

himayə  edəndə,  qaçqın-köçkün  balalarının  sağlamlığı,  təhsili 

qayğısına  qalanda,  müxtəlif  xəstəliklərdən  əziyyət  çəkən 

uşaqları  müalicə  etdirəndə  Mehriban  xanım  populizmdən 

uzaqdır. Bütün bunlar - həmçinin Azərbaycan Mədəniyyətinin 

Dostları  Fonduna  rəhbərlik,  ictimai-humanitar,  sosial  həyatda 

aparıcı mövqeni uzun müddət saxlamaq xanım Əliyevanın nəcib 

amallarından, yüksək mənəviyyatından xəbər verir. 

Mehriban  xanım  Əliyeva  Bakının  Nəsimi  rayonundakı 

268 saylı yardımçı məktəbə hamilik edir. Məktəbdə 500-ə yaxın 

əqli və fiziki cəhətdən geri qalan şagird təhsil alır. Onlardan 120 

nəfəri hər gün dərs keçir, qalanları isə evlərdə təhsilə cəlb edilib. 

2003-cü il oktyabrın 17-də Mehriban xanımın təşəbbüsü ilə bu 

məktəb  əsaslı  təmir  olunub.  Bütün  bayramlarda  Azərbaycanın 

birinci  xanımı  uşaqları  yad  etməyi  unutmur,  həm  də  təkcə 



13 

 

bayramlarda  yox,  özü  də  yalnız  bu  məktəbi  yox.  Uşaqlara 



mərhəmət qarşılıqlı xoş təsir bağışlayır. Belə hərarətli görüşlərin 

birində Mehriban xanımın söylədiyi aşağıdakı fikirlər çox təsirli 

idi:  "Mən  çox  xoşbəxtəm  ki,  uşaqların  bu  sevincini  görürəm. 

Məni bir ana kimi başa düşməlisiniz. Bu gün biz adi bir məktəbə 

getsək,  buradakı  kimi  istedadlı  uşaqlar  görmərik.  Çox 

istedadlıdırlar, adi şerləri çox gözəl söyləyirlər. Bu, son görüş 

deyildir. Bayram oldu, olmadı, mən hər dəfə buraya gələcəyəm. 

Çünki  bu,  mənim  özümə  lazımdır,  buna  ehtiyac  duyuram. 

Məktəbin  bütün  ehtiyacları  bundan  sonra  da  ödəniləcəkdir". 

Mehriban  xanım  Əliyevanın  simasında  azərbaycanlı  qadının, 

ananın  uşaqlara,  xüsusən  əqli  və  fiziki  cəhətdən  qüsurlu, 

kimsəsiz  uşaqlara  necə  mərhəmətlə  yanaşdığını  cəmiyyətimiz 

tez-tez  müşahidə  edir  və  razılıqla  qarşılayır.  Bu,  həm  də  ulu 

öndərimizin siyasətinin davamı deməkdir. Müstəqil Azərbaycan 

dövlətinin qurucusu Heydər Əliyev həmişə valideynini itirmiş 

və  valideyn  himayəsindən  məhrum  olmuş,  xüsusi  qayğıya 

ehtiyacı  olan  uşaqlara  böyük  qayğı  ilə  yanaşırdı,  heç  bir 

bayramda  uşaqları  yaddan  çıxarmır,  onların  adı  ilə  bağlı 

tədbirlərdə xüsusi şövq və həvəslə iştirak edirdi. Heydər Əliyev 

Fondunun  prezidenti  Mehriban  xanımın  bu  baxımdan 

Azərbaycan uşaqlarını sözün həqiqi mənasında himayə etməsi 

ümummilli  liderimizin  siyasətinin  davamı,  Heydər  Əliyev 

irsinin təbliği deməkdir. Səttar Bəhlulzadə adına sərgi salonunda 

uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların 

Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  təşkil  edilən  "Mən 

Azərbaycanı  sevirəm"  adlı  rəsm  sərgisinin  təəssüratları  hələ 

xatirələrdən  silinməyib.  Fondun  uşaqlara  qayğısı  sahəsində 

varisliyin qorunub saxlanıldığının nümunəsi olan bu sərgidə 30-

a  yaxın  uşaq evi  və internat  məktəbinin nümayəndələri  iştirak 



Yüklə 220,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə