F. Köçərli adına Respublika



Yüklə 220,64 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix22.03.2018
ölçüsü220,64 Kb.
#33178
1   2   3   4   5   6   7

22 

 

və yükə çevrilmirlər. Təcrübələr də göstərir ki, təhsili olan fiziki 



qüsurlu insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə, 

onlara  uşaqlıqdan  qayğı  göstərərək  düzgün  yönləndirmək 

lazımdır.

 

İnfrastruktur düzgün qurulmalıdır. Onların cəmiyyətə 



inteqrasiyası  üçün  əsas  məsələlərdən  biri  isə  valideynlərin 

maarifləndirilməsidir.  Təcrübədə  göstərilir  ki,  əlilliyi  olan 

uşaqların  valideynləri  uşaqların  cəmiyyətə  qaynayıb-

qarışmasında,  təhsil  almasında  və  gələcəyinin  düzgün  təməl 

üzərində qurulmasında böyük rol oynayır.

 

 

      Bu  məqsədlə  YUNİSEF-in  texniki  yardımı  ilə  Dövlət 

Proqramı  hazırlanıb  və  Nazirlər  Kabinetinə  təqdim  olunub. 

Proqram əlil uşaqların inklüziv təhsilə cəlb olunmasını, bu cür 

uşaqların irəliləməsi üçün şəraitin yaradılmasını, həmçinin təhsil 

proqramı ilə təmin olunmasını nəzərdə tutur. 

 

                 



İnklüziv təhsil  

 

 

Təhsil  almaq  sağlamlığından 



asılı  olmayaraq  hamının  hüququdur.

 

Təhsilin 



insanın 

yetişməsində, 

dünyagörüşünün  artmasında,  cəmiyyətə 

yararlı  fərd  olmasında  böyük  rolu  var. 

Bir ölkənin təhsilinin güclü olması, onun 

gələcəyinin uğuru deməkdir. Bir millətin 

gələcəyi  isə  onun  təhsilindən  asılıdır. 

Təhsil  almaq  hüququ  respublikada 

yaşayan  bütün  vətəndaşlara  şamil  olunur.  Azərbaycan 

Respublikasının Təhsil haqqında qanununda da qeyd olunub ki, 

cəmiyyətin bütün üzvlərinin - istər sağlam,  istərsə  də  sağlamlıq 

imkanları məhdud insanların bərabər təhsil alma hüquqları var.  




23 

 

Lakin      ölkəmizdə      sağlamlıq      imkanları    məhdud    olan  



uşaqların  sağlam    uşaqlarla    birgə    təhsildən    yararlanması  

imkanı    inklüziv  təhsil  vasitəsilə  yaradıla  bilər.  

İnklüziv  təhsil ümumi  təhsilin  təhsilin  hamı  üçün  əlçatan 

olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına 

uyğunlaşdırılmasına  əsaslanan  inkişaf  prosesi.  Bu,  sağlamlıq 

imkanları  məhdud  uşaqların  təhsilə  cəlb  olunmasını  da  təmin 

edir.  İnklüziv  təhsil  uşaqların  müstəqil  bir  fərd  olduğunu  və 

təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul 

edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnklüziv təhsil 

tədris  zamanı  müxtəlif  ehtiyacların  ödənilməsinə  yönəlmiş 

yanaşmaların formalaşdırılmasına çalışır.

 

2001-ci  ildə  “Sağlamlıq  imkanları  məhdud  şəxslərin  təhsili 

(xüsusi təhsil) haqqında” haqqında qanun qəbul edilib. Nazirlər 

Kabineti  3  fevral,  2005-ci  il  tarixli,  20  saylı  qərarı  ilə 

“Azərbaycan  Respublikasının  xüsusi  qayğıya  ehtiyacı  olan 

(sağlamlıq  imkanları  məhdud)  uşaqların  təhsilinin  təşkili  üzrə 

İnkişaf Proqramı”nı təsdiq edib. Təhsil Nazirliyi isə 2012-2019-

cu illər üzrə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramının 

layihəsini  hazırlayıb.  Proqramda  məktəblərdə  infrastukturun 

əlillər üçün əlçatan olması üçün dəyişdirilməsi nəzərdə tutulub. 

Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqların dərk edə 

biləcəyi  dərs  proqramların  hazırlanması,  müəllim  hazırlığı  da 

nəzərə  alınıb.  Sağlamlıq  imkanları  məhdud  uşaqların  təhsilə 

cəlb edilməsi üçün pilot məktəblər də seçilib.  

İnklüziv  təhsil istər sağlam, istərsə də əlillərin bərabər 

təhsil  alma  hüquqlarını  təmin  edir  və  bu,  cəmiyyətdə  sosial 

bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi 

ehtiyaclarının  ödənilməsinə  şərait  yaratmış  olur.  İnklüziv 




24 

 

təhsillə bağlı beynəlxalq praktikaya görə, bir sinifdə təhsil alan 



xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sayı 5-10% olmalıdır. 

Hal-hazırda  Azərbaycanda  60  minə  yaxın  sağlamlıq 

imkanları məhdud olan uşaq var. Onlardan yalnız 12 mini təhsilə 

cəlb  olunub,  o  cümlədən,  1105-i  xüsusi  məktəblərdə,  2664-ü 

xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inklüziv 

təhsil  alır.  Qalanlarının  isə  təhsil  almasında  ümumiyyətlə 

valideynlər  maraqlı  deyillər.  Təhsilə  cəlb  olunanların 

əksəriyyəti xüsusi məktəb və internat-məktəblərdə oxuyurlar. 

 Belə  təlim-tərbiyə  uşağın  diqqətini  onun  defektinə 

cəmləyir.  Onlar  digər  uşaqlarla  ünsiyyətə  girməkdə  çətinlik 

çəkir və özlərini bir növ cəmiyyətdən təcrid olunmuş kimi hiss 

edirlər.  Sağlam  uşaqlar  da  eyni  zamanda,  bu  və  ya  digər 

məkanda xüsusi qayğıya ehtiyacı  olan uşaqla  rastlaşdıqda ona 

təəccüblə baxır, sanki o tamam başqa bir dünyadan gəlib, bəzən 

isə  gülür  və  ələ  salırlar.  Bunun  əsas  səbəbi  isə  onlar  arasında 

ünsiyyətin, əməkdaşlığın olmamasıdır. Bunun nəticəsində onlar 

bir-birilərini dərk etmir və nə hiss keçirdiklərini başa düşmürlər. 

Azərbaycanda  "İnklüziv  təhsil  layihəsi"nin  icrasına 

2005-ci  ildən  start  verilmişdir.  Nazirlər  Kabinetinin  3  fevral 

2005-ci  il  tarixli,  20  nömrəli  qərarına  əsasən  "Azərbaycan 

Respublikasında  xüsusi  qayğıya  ehtiyacı  olan  (sağlamlıq 

imkanları  məhdud)  uşaqların  təhsili"nin  təşkili  üzrə  inkişaf 

proqramı təsdiq edilmişdir. 

İnklüziv  təhsilin  sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün 

faydaları çoxdur. Belə ki, 

 



Xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə uyğunlaşır, 

cəmiyyətə inteqrasiya edir. 




Yüklə 220,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə