F. Köçərli adına Respublika



Yüklə 220,64 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix22.03.2018
ölçüsü220,64 Kb.
#33178
1   2   3   4   5   6   7

25 

 



 

Onlarda özünə inam hissi formalaşır. 

 

Onlar  cəmiyyətin  digər  üzvləri  kimi  bərabər  hüquqlu 



şəxsiyyət kimi formalaşır. 

 



Gələcəkdə  onların  məşğulluq  kimi  problemi  də  aradan 

qaldırılmış olur. 

Bəli,  İnkluziv  təhsil  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqların 

həyatına pozitiv hisslər gətirir, onların cəmiyyətin bir üzvü kimi 

formalaşmasına geniş imkanlar yaradır. Inkluziv təhsil haqqında 

qəbul  olunmuş  proqramda  xüsusi  qayğıya  ehtiyacı  olan 

uşaqların  valideynləri  ilə  işin  aparılması,  bu  sahədə 

ictimaiyyətin  fəal  iştirakı,  imkansız  ailələrdə  belə  uşaqların 

təhsilinin təmin edilməsi, mənəvi ehtiyaclarının ödənilməsi, öz 

normal  həmyaşıdları  ilə  birlikdə  təhsil  almaq  imkanı  və  eyni 

zamanda  onları  cəmiyyətin  fəal  üzvü  kimi  formalaşmasına 

kömək  qarşıda  duran  əsas  vəzifə  kimi  öz  əksini  tapmışdır. 

Respublikamızda-Bakı  şəhərinin  Yasamal,  Xətai,  Qaradağ, 

Sabunçu,  Nərimanov,  Binəqədi  rayonlarında,  Sumqayıt, 

Yevlax,  Mingəçevir  kimi  şəhərlərimizdə  “İnkluziv  təhsil”ə 

qoşulan məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərin 

bu  sahədə  işləri  təqdirəlayiqdir.  Dünya  ölkələrinin 

təcrübəsindən  yararlanaraq  cəmiyyəti  humanistliyə,  həssas 

yanaşmağa  çağıran  layihələrin  geniş  miqyasda  həyata 

keçirilməsi  ölkəmizdə  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlarda 

“cəmiyyətin  bir  üzvü  kimi”  təfəkkürünün  formalaşmasına 

əhəmiyyətli təsir göstərər. 




26 

 

İnklüziv  təhsil  xüsusi  qayğıya 



ehtiyacı  olan  uşaqların  ümumi 

təhsil  müəssisələrində  sağlam 

uşaqlarla  birgə  təhsil  almasıdır. 

Bu  proqram  fiziki  və  əqli 

cəhətdən  qüsurluolan  uşaqların 

öz  potensiallarına  nail  olma  imkanını  dəstəkləyir.  Bu  təhsil 

sistemi  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlarda  özünə  inamı 

artırır və digər normal uşaqlarla bərabərhüquqlu olmasını təmin 

edir.  İnklüziv  təhsil  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqların 

yalnız  təhsil  hüquqlarını  dəstəkləməklə  bitmir.  Bu  tip  təhsil 

fiziki  cəhətdən  qüsurlu  uşaqların  cəmiyyətə  inteqrasiyasını, 

müstəqil şəkildə qərar vermə imkanlarını, hüquqlarını öyrətmək 

məqsədi  daşıyır.  Belə  olan  halda,  sağlamlığı  məhdud  olan 

uşaqların  yaşamaq  istəyi  və  həvəsi  daha  da  artır,  onlarda 

gələcəyə  ümid  yaranır.  Bu  müddət  ərzində  7  məktəb,  8  uşaq 

bağçası  -  ümumilikdə  20  təhsil  müəssisəsi  bu  proqrama  cəlb 

edilib.  Respublika  üzrə  isə  Sumqayıt,  Bakı,  Mingəçevir  və 

Yevlax şəhərində proqram icra edilib. Ölkəmizdə 60 minə yaxın 

fiziki və əqli qüsurlu uşaq var. Bunlardan 268 nəfər sağlamlığı 

məhdud  olan  uşaq  inklüziv  təhsilə  cəlb  edilib.  İnklüziv  təhsil 

proqramı genişmiqyaslı proqramdır.  

İndi  isə  kitabxana  sahəsində  gələcəkdə  görüləcək  tədbirlər 

haqqında məlumat vermək istəyirəm.  

Yaxşı  olar  ki,  kitabxanada  xüsusi  qayğıya  ehtiyacı  olan 

uşaqların  istedadını  nümayiş  etdirən  sərgilər  təşkil  olunsun. 

Həmçinin əlil və kimsəsiz uşaqlara qayğı məqsədilə Özgə uşaq 

olmur”  adlı layihələr həyata keçirmək olar. “Özgə uşaq olmur” 

layihəsi çərçivəsində kitabxanada kütləvi oyuncaq düzəldilməsi 

aksiyası təşkil  etmək olar.  50-dən artıq məktəbli bu aksiyada 



27 

 

yumşaq  oyuncaqlar  -  günəşlər  hazırlayırlar.  Məktəblilər 



öncədən hazırlanmış nümunələr üzərində işləyərək, onları rəngli 

saplarla  tikəcək,  rəngli  düymələrdən  istifadə  edərək 

bəzəyəcəklər. 2 saat davam edən tədbir zamanı istənilən şəxs əlil 

və  kimsəsiz  uşaqlar  üçün  istənilən  məbləğdə  pul  verə  və 

üzərində  təbəssüm  əks  olunmuş  həmin  oyuncaq  günəşləri  ala 

bilər.   Qeyd  edək  ki,  tədbirlərdən  yığılan  vəsait  hesabına 

kimsəsiz  və  əlil  uşaqlara  yay  sevinci  bəxş  etmək,  onların 

ehtiyaclarını təmin etmək olar. Bu tədbirin əsas məqsədi gənclər 

arasında sosial aktivliyi artırmaq, cəmiyyətdə sosial məsuliyyət 

anlayışını  genişləndirmək   və  ən  əsası  valideyn  himayəsindən 

məhrum  olan,  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqların 

problemlərinin  həllində   gənclərin  rolunun  əhəmiyyətini 

göstərmək məqsədi daşıyır.  

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əlillərlə iş 



üzrə hesabatı 

 

Son  illər  ölkəmizdə  xüsusi  qayğıya  ehtiyacı  olan  insanlara 



dövlət tərəfindən daha çox diqqət artırılıb.  

Ölkə  başçısının  imzaladığı  sərəncamlar  bu  təbəqədən 

olan  insanların  həyat  şəraitinin  yaxşılaşmasında  və  onların 

cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rol oynayır. Həmçinin, 

bu  insanları  öz  sıralarında  birləşdirən,  onların  problemlərini 

işıqlandırıb, həllinə çalışan ictimai təşkilatların da fəaliyyətləri 

üçün də geniş imkan yaranır. Əlilliyi olan şəxslərin informasiya 

və kommunikasiya texnologiyalarından, kitabxana xidmətindən  

faydalanması  məqsədilə  bir  çox  layihələr  həyata  keçirilir. 

Onlardan  biri  də  2014-cü  iin  dekabrında  F.Köçərli  adına 

Respublika  Uşaq  kitabxanasında  gözdən  əlil  uşaqlar  üçün 



28 

 

açılmış dil və informasiya mərkəzidir. Layihənin məqsədi görmə 



qüsuru olan uşaqların internet şəbəkəsinə sərbəst çıxışının təmin 

edilməsi,  kitabxana  saytlarında  elektron  kitabların  oxunması 

təcrübəsinin  öyrədilməsidir.  Layihə  çərçivəsində  qüsurlu 

uşaqlar kompyuter texnologiyaları texnikası sahəsində bilgilərə 

sahib olmaqla kitabxananın imkanlarından digər uşaqlarla eyni 

vaxtda  istifadə  etmək  hüququna  malik  oldular.  Layihə 

çərçivəsində 50-yə yaxın gözdən əlil kompyuter kurslarına cəlb 

edildi.  Gözdən  əlil  və  zəif  uşaqlar  səsli  proqramlar  vasitəsilə 

onlara lazım olan ədəbiyyatı oxuya bilirlər. Hazırda bu proqram 

vasitəsilə  on  minə  yaxın  ədəbiyyat  danışan  kitablar  bazasında 

yerləşdilirmişdir. Bu proqramda 21 adda kitab sırf  uşaqlar üçün 

nəzərdə  tutulmuşdur.  Bu  layihənin  həyata  keçməsi  görmə 

qabiliyyətini  itirmiş  uşaqların  cəmiyyətə  tam  və  səmərəli 

inteqrasiyasına  dəstək  oldu,  onların  sağlam  uşaqlarla  davamlı 

ünsiyyətini  təşkil  edərək  cəmiyyətdə  mövcud  olan  stiqmanın 

aradan qaldırılmasına kömək etdi. Bəli xüsusi qayğıya ehtiyacı 

olan insanların, xüsusilə də uşaqların təhsil almaları, ixtisaslara 

yiyələnmələri, 

bu 

insanlara 



tibbi 

xidmətin 

təşkili, 

məşğulluqlarının təmin olunması, informasiyaya yiyələnmələri 

üçün bir neçə layihə reallaşdırılmışdır. Son vaxtlar gözdən əlil 

insanların da cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər 

daha  intensiv  xarakter  almışdır.  Xüsusilə,  informasiya 

kommunikasiya texnologiyalarının bu sahədəki rolu əvəzsizdir. 

Kitabxanamızda açılmış bu mərkəzin də fəaliyyəti bundan ibarət 

olmaqla, məqsədi ilkin kitabxanadan istifadə edən əlil uşaqlara 

düzgün  yanaşma,  psixoloji  yardım  etməklə  onların  cəmiyyətə 

inteqrasiyasına kömək etməkdir. Uşaqlar üçün GAZ proqramın 

təminatı  lokallaşdırılmış,  internetə  çıxışın  təmin  olunması  və 

tədris-təlim  proqramlarının  hazırlanması,  audiostudiya  və 




29 

 

kitabxananın fəaliyyəti təmin edilməsi istiqamətində daha geniş 



işlərin  həyata  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Məşğələlərdə 

əlil insanlarla necə rəftar etmək, kompüterdən istifadə qaydaları, 

həmçinin  Brayl  şriftləri  ilə  yazmaq  və  oxumaq  kimi  dərslər 

keçirilir.  Hər  həftənin  sonu  keçiriləcək  dərslər  üzrə  test 

tapşırıqları verilir və yoxlanılır. Həmçinin bu kursların köməyi 

ilə  istifadəçilər  Azərbaycan,  rus  və  ingilis  dillərində  olan 

istənilən kitabların kompyuterin yaddaşına köçürülüb oxunması, 

səslənməsi,  dinlənilməsi  bacarığına  malik  olurlar.  Eyni 

zamanda,  musiqiyə  qulaq  asmaq,  internetdən  istifadə  etmək, 

məktublaşmaq, 100 min səhifəlik materialı yaddaşda saxlamaq, 

surətini  çıxarmaq,  SMS  göndərmək  bacarıqları  əldə  edirlər.  

Kitabxanamız məkan olaraq bu layihənin reallaşdırılmasında öz 

imkanlarından  istifadə  edərək  görməyən  uşaqların  görənlərlə 

eyni  vaxtda  kitabxana  xidmətlərindən  istifadəsinə  çalışır.  

 

 

 



 

 

 



F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasının  əməkdaşları 

24  dekabr  2014-cü  ildə  Abşeron  rayonu  Saray  qəsəbəsində 

yerləşən Fiziki və Əqli qüsurlu uşaqlar üçün internat evində “Siz 

tək  deyilsiniz”  adlı  tədbir  keçirdi.  İnternat  evində  F.Köçərli 




30 

 

adına Respublka Uşaq Kitabxanasının dəstəyi ilə fiziki və əqli 



cəhətdən  zəif  olan  uşaqlar  üçün  Kitabxananın  açılışı  və 

təqdimatı  oldu.  250  nüsxə  uşaq  kitabları  və  50  nüsxə  “Göy 

qurşağı” uşaq jurnalı kitabxanaya hədiyyə olundu. Altun-Kitab 

nəşriyyatının  əməkdaşları  da  kitabxanaya  “Məstanın  dərsləri” 

seriyasından  müxtəlif  yaş  qrup  uşaqlar  üçün  39  nüsxə  kitab 

hədiyyə etdi. 

        

27 yanvar 2015-ci il tarixində treninq iştirakçıları Ailə və Sosial 

Politikalar Bakanlığı İstanbul şəhəri üzrə müdir müavini Halis 

Kuralay ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Sağlamlıq 

imkanları  məhdud  olan  uşaqlar  üçün  5  nömrəli  internat 

məktəbində təcrübə keçdilər.  

       

2015-ci il yanvarın 30-da Firidun bəy Köçərli adına Respublika 



Uşaq Kitabxanasının əməkdaşları Şağan qəsəbəsində yerləşən 3 


31 

 

saylı  fiziki  və  əqli  qüsurlu  uşaqlar  üçün  internat  evində 



kitabxananın açılışında iştirak etmiş və 200-dən çox kitab, “Göy 

qurşağı”  jurnalı,  oyuncaqlar  hədiyyə  etmişdir.  Kitabxananın 

xidmət  şöbəsi  əlil  uşaqlarla  iş  aparmaq  məqsədilə  İcra 

Hakimiyyətinin  müvafiq  şöbəsinə  müraciət  etməklə  onların 

ünvanlarını əldə etmiş və evlərdə təhsil alan uşaqlara kitabxana 

xidmətini  həyata  keçirirlər.  Evlərdə  onlara  kitabxana  xidməti 

göstərməklə  yanaşı,  kitabxanada  keçirilən  tədbirlərlə  bağlı 

söhbət  aparılır,  kitabxanadan  istifadə  etmək  bacarığına 

yiyələnmələrinə kömək edilir. Həmçinin kitabxananın keçirdiyi 

rəsm, inşa və digər müsabiqələrə onları da cəlb edirlər.  

Əlil  uşaqların  cəmiyyətə  inteqrasiyası  ilə  əlaqədar  onları 

kitabxanaya  cəlb  etmək  məqsədilə  kitabxanada  bazar  günləri 

psixologiya saatları təşkil olunmuşdur.  

Həmçinin  leykoz  xəstəsi  olan  uşaqlarla  (hər  biri  ilə  ayrı-

ayrılıqda) iş aparılır. Nağıl saatları keçirilir.  

Noyabrın  20-də  Onkoloji  dispanserlərdə  müalicə  alan  uşaqlar 

üçün  “Ürəyimi  uşaqlara  verirəm”  adı  altında  aksiya  keçirmək 

nəzərdə tutulmuşdur. Həmçinin Lal-kar uşaqlar üçün olan xüsusi 

məktəbdə  “Mənim  öz  dünyam  var”  adlı  rəsm  müsabiqəsi  (20 

noyabr  Uşaq  Hüquqların  Konvensiyası  günü  ilə  əlaqədar) 

keçiriləcəkdir.  

Kitabxananın  2  saylı  filialı  Respublika  Reabilitasiya 

Mərkəzində əlil uşaqlarla kitabxana dərsləri aparır, onlarda kitab 

oxumağa  həvəs  yaratmaqla  yanaşı  təhsil,  tərbiyə  və 

dünyagörüşlərinin  formalaşdırılmasında  yaxından  iştirak 

edirlər.  Onlar  üçün  ucadan  oxu,  kitab  sərgiləri  və  rəsm 

müsabiqələri təşkil edirlər.  

Kitabxanamızın  oxu  zalında  Böyük  Britaniyanın  OXFAM 

şirkəti  tərəfindən  hədiyyə  edilmiş  “Danışan  kitablar”  



32 

 

audiokassetlərin  kolleksiyasından  gözdən  zəif  olanlar  və 



kitabxanaya  qrup  halında  gələn  uşaqlar  müəllimlərinin  və 

kitabxanaçıların köməyilə istifadə edirlər.  

Kitabxananın  elmi  metodika  şöbəsi  tərəfindən  3  dekabr 

Ümumdünya Əlillər Günü ilə bağlı metodik vəsait hazırlanmış 

və kitabxanalara göndərilmişdir. 

 

Ümumdünya Əlillər Günü ilə bağlı kitabxanalarda sərgi təşkil 



etmək, slaydlar hazırlamaq, oxucularla maraqlı söhbət keçirmək 

olar.  Sərgi  təşkili  zamanı  aşağıdakı  başlıqlardan,  sitatlardan 

istifadə  oluna  bilər:    “Ümid  işığında”,  “Xeyir  işlər  görməyə 

çalışmalıdır  insan”,  “Siz  tək  deyilsiniz”,  “Heç  bir  uşağı 

nəzərdən qaçırmayaq”, “Özgə uşaq olmur”, “Ümidli gələcək”, 

“Birliyə  doğru”,  “Mənim  öz  dünyam  var”,  “Həyat  gözəldir, 

yaşamağa dəyər” 

Sitatlar 

Dövlət dəstəyi əlillərin adaptasiyasına stimul verir. 

Əlillərə  qayğı  dövlətin  sosial  müdafiə  strategiyasının 

prioritetlərindəndir. 

Dövlət  qayğısı  əlillərin  cəmiyyətə  inteqrasiyasına,  sosial 

rifahının yaxşılaşmasına stimul verir. 

Əlillərə yüksək qayğı dəyişməyən sosial və mənəvi vəzifədir. 

 

 Bu  mövzuda  kitabxanaçı  V.Katayevin  “Yeddi  ləçəkli  gül”, 



“Korolenkonun “Kor çalğıçı” əsərlərindən istifadə etməklə   

 kitab  müzakirəsi  də  təşkil  edə  bilər.  Həmçinin  kitabxanada 

xüsusi qayğıya ehtiyacı olan uşaqlarla hər hansı bir əsərə quruluş 

verib,  səhnəcik  də  təşkil  edə  bilərik.  Bu  tədbirlər  zamanı 

uşaqların  uğurlarını,  onların  həyat  eşqini,  iradəsini,  onların 

əslində  bir  çox  adi  insanların  edə  bilmədiklərini  etmələrini 




33 

 

görəndə  biz  hamımız  sevinəcək,  çox  böyük  fəxr  hissi 



yaşayacağıq.   

Kitabxanalar  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlar 

arasında  rəsm,  kompyuter  kursları,    şeir,  inşa,  əl  işləri 

müsabiqəsi  də  təşkil  edə  bilər.  Kitabxanada  “Psixologiya 

saatı”nın  keçirilməsi  də  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlara 

müsbət  təsir  göstərər.  Xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlarla 

düzgün  rəftar  etmək  yollarını  oxuculara  çatdırmaq  məqsədilə  

kitabxananın  oxu  zalınnda  xüsusi  qayğıya  ehtiyacı  olan 

uşaqlardan  bəhs  edən  “Rəsm  hovuzu”,  Cənnətin  rəngi”, 

“Mənim  dünyam”  və  s.  filmlərin  nümayişinin  təşkili 

məqsədəuyğundur. Filmin  nümayişindən  sonra  kitabxanaçı  bu 

mövzuda    oxucularla  müzakirə  aparıb,  anket  sorğusu  keçirə 

bilər.  


Kitabxanada    əlilliyi  olan    məhşurlar  haqqında  “Ümidli 

gələcək”  başlığı  altında  konfrans  da  təşkil  etmək  olar. 

Konfransdan  öncə  onun  proqramı  tərtib  olunmalı,  konfransın 

keçiriləcəyi  dəqiq  vaxt  müəyyən  olunmalıdır.  Proqramda  

konfransda    çıxış    edəcək  qonaqların,  ədəbiyyatşünasların, 

musiqiçilərin,  mədəniyyətşünasların  və  şagirdlərin  adları, 

onların  çıxış  edəcəkləri  mövzular,  tədbirin  keçiriləcəyi  məkan 

və  zaman  qeyd  olunur.  Konfrans  zamanı  əlil  olmasına 

baxmayaraq, cəmiyyətdən geri qalmayan, dünyaca məşhur olan 

şəxsiyyətlərin yaradıcılığı haqqında ətraflı məlumat verilir.   

 

 



 

 



34 

 

          Oxucu konfransının planını sizə təqdim edirik: 

1

. Giriş hissə (İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini 



itirən alman bəstəkarı Lüdviq van Bethoven, uşaq ikən ciddi 

xəstəlik keçirən, sonradan ağır eşidən tanınmış rəssam Bəhruz 

Kəngərli, heykəltəraş, Azərbaycanın əməkdar incəsənət 

xadimi, Xalq rəssamı Mirələsgər Mirqasımov və s. məşhurlar 

haqqında məruzə)  

2.  Sözü  gedən  məşhurların  yaradıcılığı  haqqında  kitabxana 

rəhbərliyinin, mədəniyyətşünasların çıxışları.  

3.Yuxarı  sinif  şagirdlərindən  ibarət  olan  oxucuların  həmin 

insanların əsərləri ətrafında müzakirələri.  

4. Konfransın yekunu.  

 

Ümumiyyətlə,  əlillərin  sağlam  həyata  qaytarılması  yalnız 



ailənin,  kitabxananın,  hər  hansı  dövlət  və  qeyri-hökumət 

təşkilatlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu problemin 

həllində geniş ictimaiyyət iştirak etməli, onlara qayğı hər kəsin 

mənəvi  borcuna  çevrilməlidir.

 

Xüsusi  qayğıya  ehtiyacı  olan 



uşaqların  cəmiyyətə  tam  və  səmərəli  inteqrasiyasına  dəstək 

vermək,  onların  sağlam  uşaqlarla  davamlı  ünsiyyətini  təşkil 

edərək  cəmiyyətdə  mövcud  olan  problemin  aradan 

qaldırılmasına kömək edəcəkdir.  Əlilliyi olan uşaqların bir çoxu 

cəmiyyətə  inteqrasiya  etməkdə  çətinlik  çəkirlər.  Bu  baxımdan 

cəmiyyətin bir fərdi olaraq hər birimizin üzərinə məsul bir yük 

düşür. Onlar bizdən heç nə ilə fərqlənmirlər. Bizdən istədikləri 

tək şey onlarla normal insanlar kimi davranmaq, onlara sevgi və 

qayğı  ilə  yanaşmaqdır.  Gəlin,  onlardan  sevgimizi,  diqqətimizi 

əsirgəməyək. 




35 

 

 



Ədəbiyyat siyahısı: 

Kitab 


Uşaqlar: Azərbaycanın bu günü və sabahı / UNİCEF. Uşaq 

Hüquqları üzrə Azərbaycan QHT Alyansı.Avropa Birliyi. - 

Bakı : 2006. - 48 s. : foto. - (Heç Bir Uşağı Nəzərdən 

Qaçırmayaq = Leave No Child Out). - Azərbaycan və ingilis 

dillərində 

Dövri mətbuatda 

Abdullayev S. Dövlət dəstəyi əlillərin adaptasiyasına stimul 

verir : 3 dekabr Beynəlxalq Əlillər Günüdür // Respublika. - 

2016. - 3 dekabr. - № 268. - S. 7.  

Abdullayev S. Dövlət dəstəyi əlillərin adaptasiyasına stimul 

verir : 3 dekabr Beynəlxalq Əlillər Günüdür // Respublika. - 

2016. - 3 dekabr. - № 268. - S. 7.  

Abdullayev S. Dövlət qayğısı əlillərin cəmiyyətə 

inteqrasiyasına, sosial rifahının yaxşılaşmasına stimul verir : 3 

dekabr Beynəlxalq Əlillər Günüdür // Respublika. - 2015. - 3 

dekabr. - № 266. - S. 5.  

Abdullayeva Z. Sağlamlıq imkanları məhdud olan insanlara 

qayğı artır : 3 dekabr Beynəlxalq Əlillər Günüdür // 

Respublika. - 2014. - 3 dekabr. - № 264. - S. 5.  

Nərimanoğlu M. Onlarda sönməz həyat eşqi var : 5 may 

Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür // Azərbaycan. - 

2016. - 5 may. - № 96. - S. 12.  

Nəzakət. 3 Dekabr Beynəlxalq Əlillər Günüdür // Səs. - 2015. - 

3 dekabr. - № 226. - S. 12.  



36 

 

 



Ömərov V. Azərbaycanda əlillərin hüquqlarının müdafiəsi // 

Səs. - 2016. - 2 dekabr. - № 222. - S. 15.  

Ömərov V. BMT-nin əlillərinin problemlərinə dair qərar və 

prinsipləri // Səs. - 2016. - 22 noyabr. - № 214. - S. 15.  

Ömərov V. Əlillərin sosial-hüquqi müdafiəsi  // Səs. - 2016. - 

22 aprel. - № 71. - S. 15.  

Ömərov V. Əlillərin sosial-hüquqi müdafiəsinə dair dövlət 

siyasəti // Səs. - 2016. - 21 aprel. - № 70. - S. 15.  

Qaraca B. Seçilmişlər.Onlara  hamının köməyi lazımdır : 3 

dekabr Beynəlxalq Əlillər günüdür // Azərbaycan. - 2012. - 2 

dekabr. - № 269. - S. 8.  

Qaraca, Bəxtiyar. Onlara hamı kömək etməlidir : 3 dekabr 

Beynəlxalq Əlillər Günüdür // Azərbaycan. - 2010. - 3 dekabr. 

- № 265. - S. 8.  

Rəcəbli H. Əlillərə qayğı dövlətin sosial müdafiə 

strategiyasının prioritetlərindəndir : 3 dekabr Beynəlxalq 

Əlillər Günüdür // Azərbaycan. - 2016. - 3 dekabr. - № 268. - 

S. 6.  


Rəcəbli H. Əlillərə yüksək qayğı dəyişməyən sosial və mənəvi 

vəzifədir : 3 dekabr Beynəlxalq Əlillər Günüdür // Azərbaycan. 

- 2014. - 3 dekabr. - № 264. - S. 7.  

 

 



 


37 

 

 



                            

   

Siz tək deyilsiniz 

                                

(metodik vəsait)

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 28 

Çapa imzalanmışdır:01.06.2017 

 Tirajı:100 

Pulsuz 


 

 

 

 



 

 

 



 

 

 



Yüklə 220,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə