F. Köçərli adına Respublika



Yüklə 220,64 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix22.03.2018
ölçüsü220,64 Kb.
#33178
1   2   3   4   5   6   7

14 

 

edib.  Ağır  tale  ilə  üzləşən,  ailə  qayğısına  möhtac  olan,  lakin 



dövlətimizin  qayğısı  ilə  əhatə  olunan,  yurdumuzun 

gözəlliklərini  duymağı  və  kətan  üzərinə  köçürməyi  bacaran 

uşaqların  əl  işləri  Mehriban  xanımda  xoş  təəssürat  oyadıb. 

Təkcə  taleləri  ilə  yox,  istedadları  ilə  yaşıdlarından  fərqlənən 

uşaqlar  Azərbaycan  mədəniyyətini  zənginləşdirməyə  qadir 

olduqlarını  sübut  ediblər.  Mehriban  xanım  Heydər  Əliyev 

Fondunun  ilk  keçirdiyi  tədbirlərdən  olan  bu  sərgi  ilə  hamının 

diqqətini  qayğıya  daha  çox  ehtiyacı  olan  uşaqlara  yönəltmək 

məqsədi güdüb. Onun sözlərinə görə, "Azərbaycandakı 65 uşaq 

evi  və  internat  məktəbində  20  minə  yaxın  uşaq  yaşayır,  bir 

milyondan artıq qaçqın və məcburi köçkün övladları da müxtəlif 

problemlərdən  əziyyət  çəkir.  Odur  ki,  məhz  bu  gün  hamı 

səylərini birləşdirərək bu qəbildən olan uşaqlara qayğı və diqqət 

göstərməli,  Heydər  Əliyev  Fondunun  bu  nəcib  təşəbbüsünə 

qoşulmalı,  onun  təşkilatçıları  ilə  bir  yerdə  olmalıdır.  Çünki 

sabah gec ola bilər". 

Əlillərin  cəmiyyətə  inteqrasiyası,  onların  

istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, əməklərinin 

qiymətləndirilməsi  istiqamətində  Heydər  Əliyev  Fondu  böyük 

işlər görür. Belə ki, 2005-ci ilin dekabrında  Kor  və  zəif görən 

uşaqlar üçün İKT-yə çıxışın təmin edilməsi layihəsi üzrə BMT 

ilə  əməkdaşlıq  sazişi  imzalanmışdır.  Layihənin  1-ci 

mərhələsində gözdən əlil insanlar üçün rəqəmsal fərqin aradan 

qaldırılması 

məqsədilə 

informasiya-kommunikasiya 

texnologiyalarına  ehtiyac  müəyyən  olunmuş,  2-ci  mərhələdə 

model 


informasiya-kommunikasiya 

texnologiyaları  sinfi 

yaradılmışdır.  Bu  kateqoriyadan  olan  insanlar  üçün  yaradılan 

kitabxana  və  təlim  mərkəzində  onların  audio  materiallar  və 

Brayl şriftli kitablardan istifadə imkanlarının təmin olunması işi 

də layihənin 3-cü mərhələsi kimi başa çatmışdır.  




15 

 

 



Heydər  Əliyev  Fondunun  bu  fəaliyyəti  cəmiyyətdə 

razılıqla qarşılanır.Yarandığı gündən qarşıya ali məqsəd qoyan, 

ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan 

saf  ideallarının  ictimai  şüurda  möhkəmlənməsinə  çalışan 

Heydər  Əliyev  Fondu  fəaliyyəti  ilə  Azərbaycan  cəmiyyətində 

bir  çox  insanların  ümid  yerinə  çevrilmişdir.  Xüsusi  qayğıya 

ehtiyacı  olan  vətəndaşlara  qayğının  artırılması  fondun  geniş 

spektrli fəaliyyətinin mühüm istiqamətlərindəndir. 

 

Heydər  Əliyev  Fondunun  prezidenti,  UNESCO  və 



ISESCO-nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı 

Mehriban xanım Əliyeva əlillərin problemlərini daim diqqətdə 

saxlayır. Heydər  Əliyev  Fondu  tərəfindən  son  illər  həyata 

keçirilən  sosial  islahatlar  nəticəsində  əlillərin  sosial 

müdafiəsinin  hüquqi  cəhətdən  tənzimlənməsində  mühüm 

irəliləyişlər əldə edilib, bu sahədə yeni istiqamətlər, prioritetlər 

və məqsədlər müəyyənləşdirilib. Fondun əlilliyi  olan şəxslərlə 

bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil 

hüquqlarının reallaşdırılmasıdır.  

Mehriban  Əliyevanın  təşəbbüsü,  diqqət  və  qayğısı 

nəticəsində  bir  çox  əlil  evləri  əsaslı  təmir  olunub,  müasir 

standartlara  tam  uyğun  olan  yeni  bərpa  mərkəzləri  yaradılıb.  

İKT-dən gözdən əlillərin istifadəsi ilə bağlı Gəncə, Naxçıvan və 

Yevlaxda  resurs  mərkəzlərinin  yaradılması,  Yeni  Günəşli 

yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 

reabilitasiya  mərkəzi”nin,  Bakının  Nizami  rayonunda  Daun 

Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin inşası, sağlamlıq 

imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağan 

3  saylı  və  Saray  7  saylı  internat  evlərinin,  Bakının  Nizami 

rayonunda  “Qayğı”  reabilitasiya  mərkəzinin,  Mərdəkan 

qəsəbəsində Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının, Şüvəlan 



16 

 

qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 



saylı  xüsusi  internat  məktəbinin,  Xəzər  rayonunun  Türkan 

qəsəbəsində  sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün  6 

nömrəli  respublika  xüsusi  internat  məktəbinin  yenidən 

qurulması Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi 

misilsiz layihələrdir. 

2007-ci 


ilin  oktyabrında  fondun  təqdimatı  ilə 

Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının  Azərbaycandan  15 

nəfər  əlil  ixtiraçını  mükafatlandırması  da  Heydər  Əliyev 

Fondunun məqsədyönlü fəaliyyətinin nəticəsidir. Qeyd edək ki, 

valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan 

uşaqların  ailə  qayğısı  ilə  əhatə  olunması  və  onların  təlim-

tərbiyəsi,  təhsili,  asudə  vaxtlarının  səmərəli  təşkili  Heydər 

Əliyev  Fondunun  əsas  prioritet  istiqamətlərindəndir.  Bununla 

əlaqədar  Fond  mütəmadi  olaraq  müxtəlif  tədbirlər  təşkil  edir. 

Heydər  Əliyev  Fondunun  vitse-prezidenti  Leyla  Əliyeva  uşaq 

evləri  və  internat  məktəblərində  olur,  xüsusi  qayğıya  ehtiyacı 

olan  uşaqlara  baş  çəkir,  onların  yüksək  səviyyədə  təhsil 

almalarında,  asudə  vaxtlarının  səmərəli  təşkilində,  eləcə  də 

gündəlik  qayğılarının  aradan  qaldırılmasında  yaxından  iştirak 




17 

 

edirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 



Bakının 1, 2 və 3 saylı uşaq evlərində təlim-tərbiyə alan, eləcə 

də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə 

alan  200-dən  çox  uşaqla  görüşüb,  onların  tədbirlərində  iştirak 

edir


 

                



Siz tək deyilsiniz

 

Bir  çox  ailələr  uşaqlarının  əlil 



olmasını qəbul edə bilmirlər. Bununla 

birlikdə gələn  əlil  uşağı  rədd etmək, 

ondan  utanc  duymaq,  nifrət  etmək, 

alçaltmaq  və  bir  fərd  olaraq  yoxa 

saymaq 

kimi 


xüsusiyyətlər 

göstərirlər.  Onsuzda  əlil  uşaq,  bu  kimi  vəziyyətlər  qarşısında 

daha  çox  özünə  yönəlir,  içinə  qapanıq  bir  psixikayla  həyatını 

yaşamağa  başlayır.  Belə  bir  yaşayış  müddətində  uşaq,  inkişaf 

pillələrini  nizamlı  bir  şəkildə  tamamlaya  bilmədiyindən 

yaşıdlarına görə geri qalır və bu nizamsızlıqları bir-birini izləyir. 

Danışığından,  ünsiyyətinə,  təmizliyindən,  geyiminə,  oxuyub-

yazmaq  kimi  təməl  zehini  bacarıqlarından,  hər  cür  öz  baxım 

bacarıqlarına  və  ictimai  sahədəki  digər  bütün  bacarıqlarına 

qədər özünü göstərəcəkdir. Sosial-iqtisadi səviyyə (aşağı, orta, 

yuxarı), aldıqları köməkçi xidmətlər, digər uşaqların və cütlüyün 

evdəki  davranışları,  həkimlərin  davranışları,  alınan  ilk 

məsləhətlər, ilk məlumatlar, cəmiyyətdəki fərdlərin reaksiyaları 

və hazır olma səviyyələri, əlil olmayan və daha əvvəl doğulmuş 

sağlam  uşaqlar,  ailənin  ümumi  emosianal  yetkinlik  səviyyəsi, 

mədəni davranışlar, ana-atanın təhsil səviyyəsi, ana-atanın yaşı, 

doğuş sırası (ilk uşaq olması), uşağın cinsiyyəti kimi faktorlar 

ailələrin  əlil  uşağı  qəbul  etməsi  müddətinə  təsir  edən 




Yüklə 220,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə