6
faizdir. Azərbaycanda əlilliyi olan şəxslərin 500 min nəfəri ya
pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalanı isə 18 yaşına
çatmamış fiziki qüsurlu vətəndaşlardır. Qanunvericilikdə
nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə
əmək pensiyaları verilir. Əmək pensiyası hüququ olmadıqda,
onlara sosial müavinətlər ödənilir. Bununla yanaşı, müvafiq
kateqoriyadan olan əlillərə Prezident təqaüdləri təyin olunur.
Hazırda əmək pensiyası alanların 27 faizi, sosial müavinət
alanların 57,2 faizi, Prezident təqaüdü alanların isə 52,2 faizi
əlilliyi olan şəxslərdir.
Hər bir ölkədə əlilliyin miqyası bir sıra faktorlarla-
sağlamlıq vəziyyəti, səhiyyə sisteminin inkişafı, sosial-iqtisadi
inkişaf, hərbi münaqişələr və s. səbəblərlə bağlıdır. Bu
baxımdan ölkəmizdə əlilliyin dinamikasına bir sıra amillər də öz
təsirini göstərmişdir. Belə ki, Ermənistanın Azərbaycana qarşı
silahlı təcavüzü nəticəsində 50 mindən çox insan işgəncələrə
məruz qalmış, sağlamlığını itirərək əlil olmuşdur. Bundan əlavə,
anadangəlmə qüsurlar, müəyyən xəstəliklər, istehsalatda baş
verən
bədbəxt
hadisələr
də
əlilliyə
səbəb
olur.
XX əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş və hüquqi-
demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan
Respublikasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
əhalinin bütün kateqoriyalarının, o cümlədən əlilliyi olan
şəxslərin hüquqlarının təmini və müdafiəsi istiqamətində bir sıra
mütərəqqi islahatlar həyata keçirilmişdir.
7
Heydər Əliyev dühası qayğıkeşlik nümunəsidir
Müstəqil Azərbaycanda əlilliyi olan
şəxslərin maddi və
mənəvi tələbatlarının
ödənilməsi sahəsində dövlət siyasətinin
formalaşdırılması və inkişaf etdirilməsi
işlərinə hələ ötən əsrin 90-cı illərinin
ortalarında ümummilli lider Heydər Əliyev
tərəfindən başlanılıb. Müstəqil dövlətin
qurulmasına, möhkəmləndirilməsinə, onun
uzunmüddətli inkişafına yönələn zəruri tədbirlərin həyata
keçirilməsi ilə yanaşı, ulu öndər eyni zamanda əhalinin sosial
müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərin
yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını, onların sosial
rifahının təmin olunmasını dövlət qarşısında mühüm
vəzifələrdən biri kimi müəyyən etmişdir.
1995-ci il yanvarın 17-də Respublika Protez-Ortopedik
Bərpa Mərkəzinin kollektivi ilə görüşündə ümummilli lider
Heydər Əliyev “İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi
cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı
həmişə yüksək səviyyədə olmalıdır” - deyə vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında
keçirilən Beynəlxalq Əlillər Günü 1994-cü ildən etibarən
Azərbaycanda da qeyd olunur. Məhz bu fakt ölkəmizdə əlillərin
sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı
tədbirlərin əsasının ulu öndər Heydər Əliyev tərəfindən
qoyulduğunu göstərir. İnsan amilini xüsusi diqqətdə saxlayan
görkəmli dövlət xadiminin müstəqil Azərbaycana rəhbərlik
etdiyi ilk günlərdən əlillərin sosial müdafiəsi, onların cəmiyyətə
inteqrasiyası gücləndirilib. Heydər Əliyevin əsasını qoyduğu
8
mükəmməl sosial siyasət nəticəsində cəmiyyətin əmək
qabiliyyətini itirmiş üzvləri üçün etibarlı sosial təminatlar
sistemi yaradılıb, əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların sosial müdafiəsi təmin olunub. Ölkədə əlillərin sosial
müdafiəsi ilə bağlı müvafiq proqram hazırlanıb həyata keçirilib.
Proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası
və sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini
tapıb. Ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid
olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların
problemlərinə də böyük həssaslıqla yanaşırdı, Təsadüfi deyil,
1997-2003-cü illərdə 508 əlil ailəsi mənzillə, 138 ailə isə fərdi
evlə təmin olunmuşdu. 1998-2002-ci illərdə 1090 nəfər əlilə
minik avtomobili verilib.
9
Dövlət dəstəyi xüsusi qayğıya ehtiyacı olan insanların
adaptasiyasına stimul verir.
Bu gün həmin siyasət
cənab İlham Əliyev tərəfindən
uğurla davam və inkişaf
etdirilməkdədir. Belə ki, ölkə
rəhbərliyi tərəfindən həyata
keçirilmiş hüquqi islahatların
məntiqi
nəticəsi
olaraq
dövlətimizin Konstitusiyasında təsbit olunmuş insan hüquq
və azadlıqlarının təmini sahəsində mühüm əhəmiyyətli
qanunvericilik aktları qəbul edilmişdir. Bu sırada əlilliyi olan
şəxslərin sosial hüquqlarının müdafiəsi də mühüm yer tutur.
Ölkə Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə
təsdiq edilmiş, Azərbaycan Respublikasında İnsan Hüquqlarının
Müdafiəsi üzrə Milli Fəaliyyət Planında (MFP), eyni zamanda
27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət
Proqramında əlilliyi olan şəxslərlə bağlı müddəaların olması
dövlətimizin bu qəbildən olan təbəqəsinin hüquqlarının təmin
edilməsini daim diqqət mərkəzində saxladığını göstərir.
Proqrama uyğun olaraq bu qəbildən olan şəxslərin sağlamlığının
mühafizəsi və tibbi bərpası, onların xarici ölkələrdə
reabilitasiyasına şəraitin yaradılması, xroniki xəstələrə
göstərilən ixtisaslaşdırılmış tibbi xidmətin yaxşılaşdırılması,
texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi,
sanatoriya-kurort müalicələrinin təşkili, bədən tərbiyəsi və
idmana cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların
təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi, əlillər üçün
Dostları ilə paylaş: |