22
və yükə çevrilmirlər. Təcrübələr də göstərir ki, təhsili olan fiziki
qüsurlu insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə,
onlara uşaqlıqdan qayğı göstərərək düzgün yönləndirmək
lazımdır.
İnfrastruktur düzgün qurulmalıdır. Onların cəmiyyətə
inteqrasiyası üçün əsas məsələlərdən biri isə valideynlərin
maarifləndirilməsidir. Təcrübədə göstərilir ki, əlilliyi olan
uşaqların valideynləri uşaqların cəmiyyətə qaynayıb-
qarışmasında, təhsil almasında və gələcəyinin düzgün təməl
üzərində qurulmasında böyük rol oynayır.
Bu məqsədlə YUNİSEF-in texniki yardımı ilə Dövlət
Proqramı hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
Proqram əlil uşaqların inklüziv təhsilə cəlb olunmasını, bu cür
uşaqların irəliləməsi üçün şəraitin yaradılmasını, həmçinin təhsil
proqramı ilə təmin olunmasını nəzərdə tutur.
İnklüziv təhsil
Təhsil almaq sağlamlığından
asılı olmayaraq hamının hüququdur.
Təhsilin
insanın
yetişməsində,
dünyagörüşünün artmasında, cəmiyyətə
yararlı fərd olmasında böyük rolu var.
Bir ölkənin təhsilinin güclü olması, onun
gələcəyinin uğuru deməkdir. Bir millətin
gələcəyi isə onun təhsilindən asılıdır.
Təhsil almaq hüququ respublikada
yaşayan bütün vətəndaşlara şamil olunur. Azərbaycan
Respublikasının Təhsil haqqında qanununda da qeyd olunub ki,
cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq
imkanları məhdud insanların bərabər təhsil alma hüquqları var.
23
Lakin ölkəmizdə sağlamlıq imkanları məhdud olan
uşaqların sağlam uşaqlarla birgə təhsildən yararlanması
imkanı inklüziv təhsil vasitəsilə yaradıla bilər.
İnklüziv təhsil ümumi təhsilin təhsilin hamı üçün əlçatan
olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına
uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi. Bu, sağlamlıq
imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin
edir. İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və
təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul
edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnklüziv təhsil
tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş
yanaşmaların formalaşdırılmasına çalışır.
2001-ci ildə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında” haqqında qanun qəbul edilib. Nazirlər
Kabineti 3 fevral, 2005-ci il tarixli, 20 saylı qərarı ilə
“Azərbaycan Respublikasının xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə
İnkişaf Proqramı”nı təsdiq edib. Təhsil Nazirliyi isə 2012-2019-
cu illər üzrə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramının
layihəsini hazırlayıb. Proqramda məktəblərdə infrastukturun
əlillər üçün əlçatan olması üçün dəyişdirilməsi nəzərdə tutulub.
Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqların dərk edə
biləcəyi dərs proqramların hazırlanması, müəllim hazırlığı da
nəzərə alınıb. Sağlamlıq imkanları məhdud uşaqların təhsilə
cəlb edilməsi üçün pilot məktəblər də seçilib.
İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər
təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial
bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi
ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur. İnklüziv
24
təhsillə bağlı beynəlxalq praktikaya görə, bir sinifdə təhsil alan
xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sayı 5-10% olmalıdır.
Hal-hazırda Azərbaycanda 60 minə yaxın sağlamlıq
imkanları məhdud olan uşaq var. Onlardan yalnız 12 mini təhsilə
cəlb olunub, o cümlədən, 1105-i xüsusi məktəblərdə, 2664-ü
xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inklüziv
təhsil alır. Qalanlarının isə təhsil almasında ümumiyyətlə
valideynlər maraqlı deyillər. Təhsilə cəlb olunanların
əksəriyyəti xüsusi məktəb və internat-məktəblərdə oxuyurlar.
Belə təlim-tərbiyə uşağın diqqətini onun defektinə
cəmləyir. Onlar digər uşaqlarla ünsiyyətə girməkdə çətinlik
çəkir və özlərini bir növ cəmiyyətdən təcrid olunmuş kimi hiss
edirlər. Sağlam uşaqlar da eyni zamanda, bu və ya digər
məkanda xüsusi qayğıya ehtiyacı olan uşaqla rastlaşdıqda ona
təəccüblə baxır, sanki o tamam başqa bir dünyadan gəlib, bəzən
isə gülür və ələ salırlar. Bunun əsas səbəbi isə onlar arasında
ünsiyyətin, əməkdaşlığın olmamasıdır. Bunun nəticəsində onlar
bir-birilərini dərk etmir və nə hiss keçirdiklərini başa düşmürlər.
Azərbaycanda "İnklüziv təhsil layihəsi"nin icrasına
2005-ci ildən start verilmişdir. Nazirlər Kabinetinin 3 fevral
2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən "Azərbaycan
Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq
imkanları məhdud) uşaqların təhsili"nin təşkili üzrə inkişaf
proqramı təsdiq edilmişdir.
İnklüziv təhsilin sağlamlıq imkanları məhdud uşaqlar üçün
faydaları çoxdur. Belə ki,
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə uyğunlaşır,
cəmiyyətə inteqrasiya edir.
Dostları ilə paylaş: |