18
faktorlardır. Əlil uşağa sahib olan ailələrin istər uşağı
qəbuletməsi müddətində, istərsə də uşağın təhsil müddətində
ortaya çıxa biləcək problemlər qarşısında bir dəstəyə və
professional bir köməyə ehtiyac duyurlar.
Əlil bir uşağın təhsilində ana və
atanın iştirakının təmin edilməsi
əsasdır. Çünki uşaq üçün
müəyyən olunan qısa dövrlü və
uzun dövrlü məqsədlərin həyata
keçməsində, ana və ata uşağın
təhsilində iştirak etdiyi təqdirdə məqsədlərə çatmaq daha qısa
müddət alır. Əlil bir uşağın təhsilindən yalnızca uşağın
öyrədicisi məsuliyyətli deyildir. Unutmayaq ki, heç bir
pedaqoqun əlində sehirli çubuq yoxdur. Ancaq uşaqda irəliləyiş
ana və atanın təhsil müddətində iştirakı ilə mümkündür. Əvvəlcə
bu qrupa dair cəmiyyətin təhsili vacibdir. Əlil uşağa sahib
anaların təhsil səviyyələri aşağı olması səbəbi ilə uşaqların
qüsuru haqqında lazımi və doğru biliyə sahib deyillər. Bu
səbəblə uşağın qüsuru haqqında səhv başa düşülməsi və
qiymətləndirmələr nəticəsində uşaqların qüsuru haqqında səhv
etmə riski daşıyırlar. Əlil uşaq gündəlik həyata, şəhər həyatına
və cəmiyyət həyatına çox məhdud ölçüdə qarışırlar. Təhsildən
sağlamlığa, iş və sənət bərpasından mədəniyyət və incəsənətə,
idman və şəhər standartlarının yaxşılaşdırılmasına, nəqliyyatdan
psixoloji və ictimai dəstəyə, fərdi və ailə məsləhətçiliyi
xidmətlərindən lazım olduqda daima baxıma qədər çox ciddi və
həllini gözləyən problemləri aradan qaldırmaqla xüsusi qayğıya
möhtac uşaqlarımız üçün nəsə edə bilərik. Ailələrin bütün
gözləyişlərinin; əlil olmağın bir xəstəlik olmadığı, əsl məqsədin
qüsurlu uşağın mümkün olduğu qədər müstəqil olması üçün öz-
19
özünə kafi vəziyyətə gəlməsi olduğu, tərzində bir məntiqlə
qarşılanmasına əhəmiyyət verilməli, bu məqsədə uyğun olaraq
ailə psixolojik və sosialojik olaraq hazırlanmalıdır.
Əlil uşaq ailəsinə verilə biləcək köməklərin əsas məqsədi:
a) Ana-atanın uşaqla aparılan təhsildə iştirak etməsini
təşkil etmək
b) Emosional olaraq dəstəkləmək
c) Məlumat alış-verişində olmaq
d) Ana-ata-uşaq əlaqəsini artırmaq, olmalıdır.
Əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nə edə
bilərik?
-
Əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqların da bizimlə eyni
hüquqlu və bərabər vətəndaşlar olduqları ilə bağlı
yaşıdlarımız və böyüklər arasında iş apara bilərik;
-
Xüsusi qruplar yaradaraq tez-tez əlil və şikəst uşaqlara baş
çəkə, onların özlərini cəmiyyətin yararlı üzvləri hesab
etmələrinə yardım göstərə bilərik;
-
Onların əlilliyinin cəmiyyətə inteqrasiya olunmaları üçün heç
bir maneə olmadığı barədə onlarla söhbətlər apara bilərik;
-
Əlil uşaqlarla və əlil uşaqlar üçün televerilişlər təşkil etməklə
cəmiyyətin onlara və onların cəmiyyətə münasibətlərinin
dəyişməsinə təsir göstərə bilərik;
20
-
Əlil uşaqlar arasında və əlil uşaqlarla sağlam uşaqlar arasında
müxtəliftipli yarışlar (şahmat yarışları, dama yarışları,
müxtəlif bədii və təsviri sənət nümunələri üzrə müsabiqələr)
təşkil edə bilərik;
-
Əlil uşaqların digərləri ilə birlikdə iştirak etdikləri forumlar
təşkil
etməklə
onların
başqalarından
heç
də
fərqlənmədiklərini cəmiyyətin və əlil uşaqların özlərinin
diqqətinə çatdıra bilərik;
Gələcəkdə görülməsi vacib olan işlər
-
Əlil və xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün yollarda, səkilərdə, metro
stansiyalarında xüsusi keçidlər, əlil
arabalarının hərəkətini asanlaşdırmaq
üçün xüsusi cığırlar salınması;
-
Əlil uşaqların da təhsil almaları üçün xüsusi məktəblər və əlil
uşaqların cəmiyyətə inteqrasiya etmələri üçün adi
məktəblərdə (əlillik dərəcəsindən və hansı kateqoriyaya aid
əlil olmasından asılı olaraq) təhsil almalarına şərait yaratmaq;
-
Əlil uşaqların həvəslənmələri və öz günlərini qeyd etmələri
üçün ilin bir gününü “Əlil uşaqların milli günü” nün olması.
21
Əlil bir uşağın istənilən formada təhsil ehtiyaclarının
qarşılana bilməsi üçün əhəmiyyətli olan:
a) Ailənin uşağını yaxşı müşahidə etməsi, nələr edə bilib, nələr
edə bilməyəcəyini doğru bir şəkildə pedaqoqlara və çevrəsinə
bildirməsi,
b) Uşağın olduğu səviyyəni qəbul etməsi,
c) Uşağın təhsilində iştirak etməsi və bu haqda məlumat sahibi
olmaq istəyişi,
d) Uşağın potensialına inanması vacibdir.
Təhsil almaq hər birimizin haqqıdır
Rəsmi statistikaya görə, Azərbaycanda 60 minə yaxın
əlilliyi olan uşaq var. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar
dedikdə: əqli problemli uşaqlar, fiziki qüsurlu uşaqlar, irsi faktor
daşıyan uşaqlar və psixoloji qüsurlu uşaqlar nəzərdə tutulur.
Əqli qüsurlu uşaqlar kəkələyən uşaqlar, alaliyalı uşaqlar
daxildir. İrsi faktor daşıyan uşaqlara daun sindromu,
mikrosfaliya, hidrosfaliya və s, fiziki qüsurlu uşaqlara isə
serbrafedici uşaqlar daxildir. Əlil övladı olan hər bir ailə
bilməlidir ki, uşaqların kiçik yaşlarından təhsil almaları olduqca
vacib məsələlərdəndir. Çünki uşaq təhsil ala bilməyərək
cəmiyyətdən kənarda qalır və gələcəkdə ailənin üzərinə yük
olur, özünü cəmiyyətə yararsız insan kimi hiss edir. Ailənin gəlir
gətirən üzvü isə məcbur olur ki, əmək fəaliyyətini saxlayıb uşağa
baxsın. Bundan əlavə, əlillərin əmək fəaliyyəti ilə məşğul
olmamaları cəmiyyətdə sosial yükün ağırlaşmasına gətirib
çıxarır. Amma onlar peşə təhsili alsalar, lap kiçik yaşlarından
əmək fəaliyyətinə cəlb olunsalar, cəmiyyətə faydalı insan olarlar
Dostları ilə paylaş: |